məqaləsində
professor Minirə Qarayeva yazır : “Mən onlara Şamaxının tarixi,
İsmayıllının təbiəti, mis əşyaları ilə məşhurluğu, at ilə çətin keçilən dağlarda indi bu
gözəl, rahat yolların ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə salındığını izah
edirdim...
İsmayıllıdan Qəbələyə 40 km-dir. Qəbələ yolu başladıqca hər tərəfi saran o təbii
gözəllik- meşələr, meşələrin içərisindəki istirahət yerləri qonaqları valeh edirdi. Çoxlu
suallar verirdilər. Mən isə Qəbələyə vurğun bir qəbələli alim və ən əsası da
ingilis dili
mütəxəssisi kimi suallara cavab verməkdə acizlik çəkmir, ta qədim dövrdən, 900 il
öncədən başlayaraq Qəbələnin tarixi haqqında onlara məlumat verirdim.
Nəhayət, Qəbələ rayonuna çatdıq. Yüksək səviyyədə qarşılanma mərasimindən sonra
rayonun mərkəzində müasir tipli yeni tikilmiş mehmanxanada yarım saat istirahət etdik.
Qonaqlar “Xanlar” istirahət mərkəzinə dəvət olundular. Onu da qeyd edim ki, Qəbələdə
bir günlük istirahət üçün əvvəlcədən gözəl bir proqram hazırlanmış və Bakıda ikən
bütün
qonaqlara təqdim edilmişdi. Qəbələni elə bil qucaqlayaraq qolları arasında saxlayan
Dəmiraparanla Qaraçayın başlanğıc qovşağında yerləşən “Xanlar” istirahət mərkəzinin
füsunkar təbiəti xarici qonaqları valeh etmişdi. Ərəb jurnalisti olan bir qız dedi ki, “mən
10 il əvvəl bu yerləri, bu təbiəti yuxumda görmüşəm. Ancaq bu on ildə mən çox ölkələrdə
olmuşam, çox gözəl mənzərələrin şahidi olmuşam, ancaq
yuxumda gördüyüm yerə indi
rast gəldim. And içirəm Allaha ki, 10 il əvvəl yuxumda gördüyüm yer buradır, məhz
buradır. Mən nə qədər xoşbəxtəm, bu yeri görmək mənə nəsib oldu”.
Adət-ənənələrimiz, “Xanlar” restoranındakı ləziz xörəklər və xidmət qonaqların çox
xoşlarına gəlirdi. Tez-tez öz təəssüratlarını bildirirdilər, mən də öz növbəmdə onların
ingiliscə dediklərini Azərbaycan dilində ev sahiblərinə çatdırırdım. Bax, beləcə hamı bir-
biri ilə dialoq qururdu. Qadınlar qısa müddətdə dostlaşdılar və bir-biri ilə ortaq dil
tapdılar. Məhz ölkənin birinci xanımı Mehriban xanımın da belə konfranslardan istəyi,
arzusu bu dialoqlardır.
Tacikistan Respublikası Sahibkar Qadınlar Assosiasiyasının sədri, tarix elmləri
namizədi, dosent Saboxat Raximovna Raximzoda
görkəmli siyasi xadim, ümummilli
liderimiz Heydər Əliyev ilə 1983-cü ildə Moskvada necə görüşdüyü barədə çox maraqlı
bir epizod danışdı...
Başqa bir türk həmkarım professor Ruveyde Akbay Qəbələdə çıxış edərək onlara
göstərdikləri qonaqpərvərliyə görə rayon rəhbərliyinə, ləziz və dadlı yeməklərinə və
qüsursuz xidmətlərinə görə “Xanlar” istirahət mərkəzinin bütün kollektivinə qonaqlar
adından və şəxsən öz adından təşəkkürünü bildirdi. Qonaq qeyd etdi ki, belə konfransların
keçirilməsi, mədəniyyətlərarası dialoqun qurulmasında sizin prezidentin xanımının əməyi
çox böyükdür. O, çox gözəldir və eyni zamanda fövqəladə bacarıqlı ictimaiyyətçidir və
bütün səyini dünya qadınlarını birgə dialoqa cəlb etməyə çalışır. Çünki analar bir olsa,
gənc nəslin təhsili və gələcəyi daha etibarlı olar.
Sonra qonaqlar ulu öndərimiz Heydər Əliyev adına istirahət parkında
xalq musiqisini
dinlədilər və xalq oyunlarına tamaşa etdilər. Qəbələ Rayon Tarix-Diyarşünaslıq
Muzeyində və “Heydər Əliyev muzeyi”ndə oldular. Tarixi bir şəxsiyyət kimi ulu öndərin
həyat və fəaliyyətini əks etdirən bu muzey, zənginliyi və müasirliyi ilə qonaqlara böyük
təsir bağışladı.
Tarix-Diyarşünaslıq muzeyindəki eksponatlara baxdıqca Misir və Mərakeşdən gələn
qonaqlar mis qabları, təndiri, kəlayağı və samovarı, cəhrəni və digər məişət əşyalarını
gördükcə tarixi köklərimizin bir-birinə nə qədər yaxın olduğunu söyləyirdilər. Görkəmli
şəxsiyyətlərin arxivinin muzeydə qorunub saxlanmasına da yüksək qiymət verirdilər.
Çox ölkələrdə sevilərək oxunan “Diplomatica” jurnalının redaktoru ərəb
naşir Abdelati
Habek tarix muzeyini gəzərkən maraqlı eksponatlar barədə suallar verir və dəftərçəsinə
qeydlər edir, Qəbələ xalçalarının naxışlarına heyranlıqla baxırdı. Qəbələnin təbiətinə,
insanlarına və çox adətlərimizin bir-birinə oxşarlığını dilə gətirərək, qonaq öz ürək
sözlərini söyləyirdi. Bir qəbələli alim kimi muzeydə mənə ayrılan guşədə şəklimi, dərs
kitablarımı və elmi əsərlərimi görüb onlarla foto çəkdirməyimi xahiş etdilər...
Həmin səfərdən sonra elektron ünvanıma gələn çoxlu sayda məktublardan yalnız
Qəbələyə aid məqamları sizə oxumaq istəyirəm.
“Əzizim Minirə... Mən konfransdan üç gün sonra Kasablankaya gəlmişəm...
Mən həqiqətən Azəri xalqını sevdim. Mərakeş ilə Azərbaycan arasında coğrafi məsafə
olmasına
baxmayaraq, mən doğrudan da özümü Bakıda və hətta daha çox Qəbələdə öz
evimizdəki kimi hiss etdim. Yadımdadır, Qəbələ restoranında gənc bir Azəri qadın ilə
Ramazan bayramı və toy mərasimində Azəri adət-ənənələrindən danışdıq...
Azəri xalqının necə alicənab və səmimi olduqlarının şahidi oldum. Siz qonağı necə
qarşılamaq və hörmət etmək lazım olduğunu bilirsiniz...
Kimi görürəmsə, hər kəsə Qəbələ haqqında danışırdım. Rayon o qədər gözəldir
ki,...Allah bu gözəlliyi xüsusi olaraq yalnız Qəbələ camaatına bağışlayıb. Mən Qəbələdə
gördüyüm bütün adamlara və Sizə qonaqpərvərliyiniz üçün öz təşəkkürümü bildirmək
istərdim. Biz ərəblər, HATİMİ alicənablığı və qonaqpərvərliyi haqqında danışırıq, indi
mən lüğətimizə Azəri qonaqpərvərliyini də əlavə edirəm...
Hmimou Kaoutar.”
Xaricdən aldığım digər məktublarda da Qəbələdən yazılırdı. Torpağımın
dildən-dilə
düşməsi təbii ki, məndə də qürur doğurur, inkişafı və gözəlliyi ilə diqqət çəkən Qəbələnin
əks-sədası beynəlxalq aləmə yayıldıqca bu millətin övladı olduğum üçün özümü xoşbəxt
sayıram”. (“Qəbələ” qəzeti, 15 sentyabr, 2008-ci il).
Bura gələn turistlər arasında belə mötəbər qonaqlar çox olur. Respublikamıza işgüzar
səfər
edən xarici ölkə nümayəndələri, iş adamları yolunu buradan salır, bura haqqında
ürək dolusu danışmaqla öz zəngin təəssüratlarında yurdumuzun bu əsrarəngiz parçasından
bəhs edirlər...
Dostları ilə paylaş: