Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə63/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   59   60   61   62   63   64   65   66   ...   80
 “Çənlibel” istirahət mərkəzinin ərazisi isə tamamilə dağlıqdır və beş hektardan artıq 
ərazi turistlərin ixtiyarındadır. Qəbələnin şimal hissəsində yerləşən bu məkanda bir dəfəyə 
40 nəfərdən artıq qonağa xidmət etmək mümkündür.  
“Selbasar”  isə  Vəndam çayının sağ sahilində, Bakı- Qəbələ yolunun sol sahilində 
yerləşir. 30 yerlikdir, 100 nəfərlik konfrans zalı və digər üstün şəraitləri var. 
“Ay işığı” ilə “Xanlar” pansionatının aralığında, meşə zolağında daha bir istirahət 
mərkəzi “Tərkeş” istirahət evi də yaradılıb. 
“Semerana” istirahət mərkəzi də yüksək zövqlə tikilən turizm müəssisələrindən 
biridir. Burada hər cür zövqə uyğun  şərait var. Həm yerli sakinlərin, həm də xaricilərin 
maraqla seyr etdiyi məkandır. Təbiətin qoynunda yaradılan bu möhtəşəm aləmdə elə bil 
nağıllar dünyasındasan. Qışda da, yayda da möcüzədir başdan-başa.   
“Duyma” idman və sağlamlıq kompleksi isə Vəndam kəndinin yuxarısında, dağların 
qoynunda yerləşir. Burada bütün tələbatlara cavab verən hotel də turistlərin və bölgəyə 
gələn qonaqların ixtiyarındadır. Gözəl zövqlə tikilən bu sağlamlıq mərkəzi düz dağın 
dibindədir. Bir neçə metr hündürlükdən tökülən  şəlalə hotelin pəncərəsindən baxanların 


könlünü oxşayır. Həyətindəki göldə yaradılan ecazkar fantanlar, qayıqla gəzinti və 
çimərlik də maraq doğurur. Yay mövsümünə uyğun olaraq açıq havada banket zalı 
qonaqlıqların, diskotekaların təşkilində əsl məclis ahəngi yaratmaq üçün əlverişli sayılır. 
Hətta bu eyvan sanki bir tamaşa zalını xatırladır və qonaqlığa dəvət almayanlar, istirahət 
evinin digər sakinləri də  məclisi izləmək imkanı qazanırlar və musiqili gecənin 
tamaşaçıları olurlar.  
Beləliklə, “Duyma” dağlar qoynunda salınan balaca bir şəhəri xatırladır.  Rəngarəng 
işıqları ilə elə bil bu məkan gecənin qaranlığında alışan mayaqdır. Buranın müvəqqəti 
sakinləri isə iri şəhərlərinin səsküyündən bezib, bu sakit şəhərcikdə dincəldikdən sonra  
Qəbələdəki bu cənnətdən ürək dolusu təəssüratlarla ayrılırlar.  
Qəbələnin “Yeddi gözəl” şəlaləsi Vəndam kəndindən mərkəzə gələn istiqamətdə, yol 
kənarından bir neçə kilometr içəridə, dağların əhatəsindədir. Buradan axan 7 şəlalə delta 
şəklində pilləkənvari görünüşü ilə maraq yaradır. Dar taxta nərdivanlarla ta hündürlüyə 
qalxanlar  şəlalənin  əsas mənbəyinə baxmaqla, yuxarıdan seyr etdikləri gözəlliyin 
füsunkarlığından doymur, axan su üzərində salınan körpüdə  qəlyanaltı edir və yayın 
qızmarında təbiətin bu parçasında da özlərini rahat və gümrah hiss edirlər.  
Yol kənarındakı  “Yeddi gözəl” pansionatı isə yüksək zövqlə tikilib və    həssaslıqla 
işlənən layihə memarlıq üslubuna görə digər obyektlərdən fərqlidir. Milli dəyərlərə tam 
cavab verən istirahət mərkəzi rayonun ərazisində xalq sənəti nümunələrinin canlı 
muzeyini xatırladır və ən adi bir alət belə Qəbələyə xas olan sənətkarlıq nümunələrini əks 
etdirir.  
Ölkə başçısı  İlham  Əliyevin turizm sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıqlara 
əsasən Qəbələdə də dövlət xətti ilə bir neçə marşrutlar müəyyənləşib ki, onların tamamilə 
istifadəyə verilməsindən sonra bu bölgəyə axının artacağı  şübhəsizdir.  “Qəbələ” 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin