Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə72/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   68   69   70   71   72   73   74   75   ...   80
Kov Murad (el arasında Komrad adlanır) dağının üstündəki məzar da insanların 
güvənə bildiyi məkandır.  
Buranı övlad arzusunda olanlar ziyarət edir. Məzar kiçik dağın üstündə olsa da ona üç 
saat  ərzində piyada qalxan xanımlar niyyətlərinin hasil olmasından ötrü yorulmaq 
bilmədən zirvəni fəth edir. Kov Murad dağına maşınla qalxmaq da mümkündür. Oraya yol 
ancaq ziyarətə gələnlər üçün salınıb. 
Qəbələ  şəhərinin özündə  Molla baba kimi tanınan hörmətli  şəxs də olub. Əsl adı 
Balakişi Salahov olan bu mömin insan elə bir dindar nəsildəndir ki, həm atasının və həm 
də babasının məzarı el tərəfindən ziyarət edilir. Əsl kökü Dağıstanlı olan bu nəslin 
nümayəndələri hara köçməsindən asılı olmayaraq əməlləri ilə seçiliblər. Babası Osman  
Çuxur Qəbələdə torpağa tapşırılıb, atası Saleh kişinin məzarı isə  Ağdaşın Mürsəlli 
kəndində yad edilir. Yatdıqları məzarıstan onların adları ilə tanınır. Bu nəsil böyük olsa da 
onun adlarını  çəkdiyim üç nümayəndəsi xalqa arxa sayılan  şəxslər kimi dünyasını 
dəyişiblər... 
Söhbət ki, belə insanlardan düşdü, yeni Dızaxlıda yaşamış  Əhməd babanı da 
xatırlasaq ruhu şad olar. Bu el ağsaqqalı da xalqın etimadını qazanan din xadimlərindən 
olub. 1929-cu ildə Sörüyanda doğulub. Atası  Məhəmməd kişidən ruhani dərsləri alıb. 9 
yaşından Qurani Kərimi mükəmməl bilirmiş. Dövrünün tanınmış ziyalılarından olan 


Məhəmməd kişi 1937-ci ilin qurbanı olub. Qəfil evindən aparılıb, sonrakı taleyindən 
xəbər ala bilməyiblər. Ailəni sarsıtmaq istəsələr də, ürəklərindəki allah sevgisini heç bir 
qanlı-qadalı hadisə qorxutmur. Uca dağların döşündə, Pəhləvan yurdunda dəfn olunan 
babaları İbrahim kişinin künbəzi də köhnə kişilərin tanrı sevgisindən soraq verir.  
Nəvə Əhməd isə gözəl avazı, xeyirxah fəaliyyəti olan dindar kimi 1996-ci ildə Həccə 
getmək səadətinə  də yiyələnib. Hacı  Əhməd  Əfəndi Türkiyəyə  səfəri zamanı qardaş 
ölkənin ilahiyyatçı alimləri onu Qurani-Kərimi mükəmməl bilən və elmi əsaslarla izah 
edən alim adlandırmışlar. Uzun müddət Göyçay məscidində, sonralar isə  Ağdaş 
rayonunda imam işləyib, yaşadığı Dızaxlı kəndi ilə yanaşı bu rayonlarda və Qəbələnin hər 
yerində nüfuz sahibi olan  hörmətli  şəxs kimi ad qazanıb. Bu sevginin nəticəsi idi ki, 
Əhməd baba dünyadan köçəndə yas mərasiminə yığışan minlərlə insan yaxşılardan birini 
də ehtiramla yola salırdı... 
Qəbələnin özündə Şıx Tacı, Hacı Hüseyn baba xatırlanır.. 
 
Kötüklü kəndində ziyil övliyası dəri xəstəliklərinə şəfa sayılır. 
Topbağda  Yel, Dalaq və Yara piri adında bir neçə ziyarət isə  qədim zamanlardan 
soraq verən daş abidələr hesab edilir. Məzar daşlarının üstündə kitabələr indi də qalır.  

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin