qayıtdı, çiyninə qranatamyot götürdü, hərəkətdə olan çiyin növbəti dəfə də bərkidi, əzələ
mətinləşdi. Sonda isə ayağına protez geymək, taxta qoltuqlarda gəzmək məcburiyyətində
qalanda canını dişinə sıxıb, digər bir acıya tab gətirməli oldu.
“Qrad yağışı”ndan qurtula bildi, ayağını itirsə də, bədənində hələ də bir neçə qəlpə
parçası gəzdirsə də allahın ona verdiyi ömür payını mərdliklə yaşayır. Sağ-salamat vətən
torpağının üstündə gəzir, onun azad olunacağı günü səbirsizliklə gözləyir. Hələ üstəlik
sevib-seçdiyi qızla ailə həyatı da qurub, iki övladları var. Unudulmaz prezidentimiz
Heydər Əliyevin ona bağışladığı mənzildə yaşayır. Ümummilli liderimiz Heydər Əliyev
tərəfindən səksən əlil ailəsinə verilən mənzillərdən biri də İsmayıl Osmanovundur. Oğlu
İbrahim, qızı Sədaqət isə ataları ilə fəxr edirlər...
Bu vətən onu sevənlərin, həqiqətin uğrunda ölməyi bacaranlarındır. Minlərlə igidlər
var ki, torpağa bağlılığını ölümləriylə sübut etdilər. “Bir can nədir ki, onu səndən
əsirgəyək?”- deyənlər ölümün gözünə dik baxa-baxa Azərbaycanın düşmənlə üzbəüz
nöqtələrinə yola düşdülər. Qəbələ rayonundan da yüzlərlə oğul Qarabağın müdafiəsinə
qalxdı. Döyüş fədakarlıq sevir. Ömrünü xalqına halal edənlər bu yolda da sözlərinin
üstündə kişi kimi durdular və şəhidlik zirvəsinəcən yüksəldilər. “Şəhidlər muzeyi” bu
oğulların ömür dünyasından soraq verir. Burada onlar haqqında ətraflı məlumat və
keçdikləri döyüş yolu barəsində geniş bilgi var. Bu muzeydə Qəbələlilərin döyüş şücayəti,
igidlik səhifəsi öz əksini tapıb.
Bu oğulların hər biri vətənə borcunu canı-qanı ilə ödəyiblər. Həyata vaxtsız əlvida
desələr də adları hələ çox yaşayacaq. Əbədiləşən isimləri, hərbiyə yola salındıqları kənddə
zaman-zaman anılır, gənc nəslin öz qəhrəmanını tanımaq həvəsi və müəllimlərin xatirələri
çözələndikcə dastanlara düşür. O dastanlara ki, mayası həqiqətdən yaranan ölməz vətən
aşiqlərinin ruhu vətənin azad olunacağı gün rahatlıq tapacaq, məzarları nura boyanacaq.
291 nəfər müharibə veteranı isə o dəhşətli hadisələri unutmayacaqlar. Ölümün
pəncəsindən qurtulan oğulların bir qismi həm də göstərdiyi döyüş şücayətinə görə ölkə
başçısı tərəfindən təltif olunub. Bu döyüşçülər arasında Milli Qəhrəman adı, “Hərbi
xidmətlərə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni alanlar da var.
Şəhid ailələrinə, müharibə iştirakçılarına dövlət qayğısı bu rayonda da geniş vüsət alıb.
Bu imtiyazlı ailələrin problemləri tez həllini tapır. Onların torpaqla təminatı, fərdi ev
tikintisi üçün sahələrin ayrılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün imkan
yaradılması və s. bu kateqoriyalı insanlara göstərilən dövlət qayğısının təzahürüdür.
Rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına Qarabağ
əlilləri və şəhid ailələri üçün tikilmiş 16 mənzilli 2 yaşayış binasının istifadəyə verilməsi
də bir qrup insanın mənzilə olan ehtiyacını ödədi. Hər cür şərait yaradılmış, mebellə,
soyuducu və qaz sobası ilə, eləcə də digər zəruri ləvazimatlarla təmin olunmuş mənzillər
ailələrə paylandı. Növbəti illərdə belə tikintilərin rayonda artacağı şəksizdir.
Dostları ilə paylaş: