Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə73/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   69   70   71   72   73   74   75   76   ...   80
Qaraağac ziyarəti isə Mıxlıqovaq kəndindədir. Bu kənd rayonun digər yerlərindən elə 
bu amilinə görə  fərqlənir.  Əvvəla hər məhəllədə bir qəbiristanlıq var, halbuki bir-birinə 
yaxın olan məzarıstanlar sadəcə ölülərin dəfn olunması üçün yox, həm də övliyalar kimi 
yad edilir... 
Qaraağac baba adı ilə tanınan ziyarət kənddə inanılan ocaqdır. Kənd başında yaşayan 
əhalinin qəbiristanlığı olan bu yer müqəddəs sayıldığından sitayiş edilir. Hazırda 
övliyanın içərisində keçmişin yadigarı olan Cümə  məscidinin uçulmuş divarları qalır. 
İnşasında yumurta sarısından istifadə olunmuş Şərq üslubunda tikilən bu məscid   qeyri-
adi görünüşü ilə o ərazidə xüsusilə seçilirmiş. Ramazan ayında, kənd  əhalisi evlərində 
hazırladıqları yeməkləri bura gətirər və  ağsaqqalların köməyi ilə  ən yoxsul ailələrə 
paylanardı. Burada yığılan fitrə də ehtiyacı olanlara verilərdi.  
Sovet hakimiyyəti illərində  bu bina da qara siyahıya düşərək, xalqın etiqad yeri olan 
dini abidə  təzyiqlərə  məruz qalır.  Böyük Vətən müharibəsi illərində  məsciddən anbar 
kimi istifadə edilib, sonradan tamamilə dağıdılıb...  
Həmin ziyarət olan həyətdə böyümüşəm. Uşaqlığım düz qəbiristanlığın yanında keçib. 
Arada 50 metr məsafə var. Bağımızın ortasındakı övliyada  bu nəslin nümayəndələri   və 
kənd başında rəhmətə gedənlər dəfn olunur...   
Bu həyətdə yaddaşımı silkələyən minlərlə xatirə var. Halbuki uşaqlıq dünyasının 
hafizəsində ancaq bir neçə yadda qalan məqamlara yer ayrıla bilər. Yalnız özünü dərk 
edib, mənlik  şüuru yaranandan sonra nəsə xatırlayıb, yaddaşı çözələmək mümkündür. 
Ancaq mənim həyatımdakı rənglər işıqlı aləmlə qaranlıq dünyanın vəhdəti  və bu iki bir-
birinə əks olan qüvvələrin real mübarizəsi qavramaq iqtidarında olmadığım dünyanın əzəli 
ilə sonu arasında dayanan aləmdən ibarət idi...  
Atamızı vaxtından əvvəl itirdiyimiz üçün həmin məzarıstanın yanında anam bizi, beş 
körpəsini çətinliklə boya-başa çatdırdı. Nə  qədər desə ki, “buradakı ziyarət bizim 


babamızdır, heç ondan qorxarıqmı?”- yalan idi. Baxışlarından bilirdik ki, məzarların xofu, 
gecələr vahiməli bayquş səsləri, həyətimizdəki sarı ilanlar, qaranlıq dünyanın gerçəklikləri 
nə  qədər acı olsa da, taleyi bu həyətə yazılmış qadın müqəddəs yalanlar uydurmağa 
məcbur qalmışdı. Qismətinə düşən qədərlə barışmalı idi. Evimizin böyüyü  idim, ikinci 
sinifdə oxuyurdum, balacamız, sonbeşiyimiz isə iki aylıq körpə idi. Qəfil ölüm atamızı 
əlimizdən alıb son bildiyim o məkana apardı. Elə gözümüzün qabağındaca torpağa 
qoyuldu. Sonra get-gedə bu ölüm də adiləşən hadisələrdən birinə çevrildi. 
Bəzən mənə elə  gəlirdi ki, elə atam kimi biz də vaxtsız qırılacaq bu yolun düz 
yaxınlığındayıq. Ucuz bilinən ölümün hər an yaxınlaşacağını düşünəndə özümə balaca 
məzar yeri də cızmışdım. Amma sən demə insan bu barədə nə düşünə bilər, nə də ömür 
dünyasına özü əlvida demək gücündədir. Hər  şeyi nizamlayan, elə tale yolunun da 
hüdudlarını çəkən tanrı imiş. Onun istədiyi vaxt gerçəkləşən sonsuzluq da son deyilmiş, 
torpaqdan yaranan insanın torpağa dönüşüymüş. Ziyarətimizdəki müqəddəslərin kimliyi 
barəsində  dəqiq məlumatımız yoxdur. Ucqar kənd olduğundan bu daş abidələrin hamısı 
oxunmayıb. Bir neçə  şəkli hörmətli alimimiz Məşədixanım Nemət bu mövzuda yazdığı 
elmi topluya daxil edib... 
Öz dövründə Əfəndi hesab edilən bu insanların müqəddəs ruhları həmişə yad olunur. 
Ailəmizin dördüncü övladı doğulanda adını  İsmayıl qoyduq və  nədənsə adını uluların 
adıyla Əfəndi deyə çağırmağa başladıq. Elə o vaxtdan da bu ləqəb üstündə qaldı. Bakıda 
yaşayan  əmim bizə köməklik üçün iki qardaşımı  şəhərə apardı. Uşaqlar da məktəbli 
olarkən əmimin dünyadan köçməsi  hər ikisinin həyatına acı təsirini göstərdi. Bu uşaqlar 
da allahın onlara cızdığı yetimlik taleyini yenə yaşamalı oldular. Həmin Əfəndi dediyimiz 
qardaşım beşinci sinifdə oxuyanda doqquz mərtəbəli binanın üstünə qalxıb,  göyərçin 
tutmaq istəyir və üzü aşağı  yıxılır. Televizor  antennasına ilişərək yeddinci mərtəbənin 
eyvanına düşür. Bu hadisə möcüzə idi, necə ola bilərdi ki, qəfil bir sim  sayəsində qurtuluş 
mümkün olmuşdu... Və sonralar onun yaşadığı hadisələrə baxanda bir daha əmin olduq ki, 
Allahın nəzərində olanlar Allah istəmədiyincə ölə bilməzmiş. Çünki Əfəndi qardaşımın 
başına gələn hekayətlər ölümü yetişməyən bir gəncin həyat gerçəklikləridir ki, onları dəf 
etmək cəsarəti də ilahidən gəlirmiş. Yəni hələ Allahdan ipi üzülməyibmiş. Bəlkə  də 
müqəddəsliyinə inandığımız insanın ləqəbini daşıdığı üçün də onu taleyin fəlakətlərindən 
qoruyan ruhlara hörmət əlaməti olaraq tanrı əmanətindəyimiş.... 
 
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin