Tüntül kəndi mərkəzdən 10 km. cənubda Alazan-Həftəran vadisindədir. Bu kəndin
camaatı da işgüzar, torpağa bağlı olduğundan hər məşğuliyyət növündən qazanc əldə edir.
Əhalisinin sayı 2500 nəfərdir. Meyvəçilik, taxılçılıq və heyvandarlıq inkişaf etdiyindən
burada yaşayan əksər sakinlərin dolanışığı yüksək səviyyədədir. Kənddə 240 şagirdlik yeni
orta məktəb binası tikilib, əhaliyə rabitə və poçt xidməti yaxşılaşdırılıb, 256 nömrə tutumlu
elektron ATS quraşdırılıb.
Kəndə asfalt yol çəkilib, fərdi yaşayış evlərinin sayı artıb. İçməli
su üçün iki artezian quyusu qazılıb.
Topbağ. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu
ziyarətlərdən adını götürüb. 3 ildir ki, yeni ərazi vahidi sayılır. 117 təsərrüfatdan və 532
nəfərdən ibarət olan kəndin 460 hektar yararlı torpağı var. Rayon mərkəzi ilə arası 30 km-
dir. Əhalinin çoxusu mərkəzdəki yeni iş yerlərində çalışırlar. Çox yaxşı güzəran qurublar,
dolanışıq əla səviyyədədir və camaat zəhmətkeş olduğundan heç bir narahatlıq hiss
olunmur. Fındıq bağları, əkin sahələri, heyvandarlıq əsas məşğuliyyət sahələridir.
Suvarmada ərazidən axan dağ çaylarından istifadə edilir. İki
artezian quyusu sakinləri
içməli su ilə təmin edir. Əhalinin yarıdan çoxu telefondan istifadə edir və müraciət
edənlərə qısa zamanda rabitə xətti çəkilir. 110 şagirdin oxuduğu məktəb kolektivinin ən
böyük arzusu bu təhsil ocağının genişləndirilməsi, yeni tədris korpusunun tikilməsidir...
Tövlə. Bu kənd uzun müddət Tola adlanıb. 1999-cu ildən bələdiyyələr yarananda
kəndin adı Tövlə kimi rəsmiləşib. Toponimika elminə görə hazırki adı düzdür
və söz
təhrif olunaraq xeyli vaxt əsas mahiyyətini itirmişdi. Yerli camaatın yozumuna görə
Qədim Qəbələnin paytaxt olduğu zaman bu ərazidən tədarük olunan kənd təsərrüfatı
malları və ərzaq ehtiyatı şəhərin tələbatını ödəyirmiş. Məhz adı da beləcə yaranıb. İndiki
Çuxur Qəbələ kəndi ilə qədim şəhərin arasındadır. Ərazidən tapılan kərpic bişirən
kürəxanalar hələ də araşdırılır və mühafizə olunan arxeoloji abidələr sırasına daxil edilib.
Əslində tola sözü kərpic anlamındadır. Arxeologiyada tədqiqat aparılan Qədim
Albaniyanın Çaqqallı sahəsi, tarixi məkandan 3-4 km cənub-şərqdə, Govurlu və Qoçalan
çayın arasında 50 hektaradək yer Tövlə kəndinin ərazisindədir.
Hazırda kəndin 738 nəfər əhalisi və 179 təsərrüfatı qeydə alınıb. Fındıq bağları,
iri və
xırda buynuzlu mal-qara artımı, tərəvəz sahələri gəlir mənbəyidir. Fərdi evlərin
tikintisində, əhalinin minik avtomobillərinin sayında irəliləyiş hiss edilir. İctimai iaşə
müəssisələri fəaliyyət göstərir. Regionların Sosial-İqtisadi İnkişafı ilə bağlı yeni Dövlət
Proqramına (2009-2013) əsasən növbəti illərdə burada Qoçalan çayı üzərində körpü
tikilməsi nəzərdə tutulub. Kənddə peyk rabitəsi quraşdırılıb, icra nümayəndəliyində,
bələdiyyə idarəsində, məktəbdə telefon rabitəsi var. 2008-ci ilin sonundan əhaliyə telefon
çəkilişinə başlanıb. Mavi yanacağın bərpası qərara alınıb...
Uludaş. “Ulu” və “daş” sözlərindən ibarət olan sözün açıqlamasını toponimiklər belə
yozur. Ulu “qədimlik, uca”, daş isə qədimdə “dağ” anlamındadır.
Kənd bu ərazidə
nisbətən uca dağların yaxınlığında yerləşdiyindən “Ulu daş”, yəni uca dağın ətəyində
yerləşən kənd mənasındadır. “Ulu” uca dağa yaxın olmasına işarədir....
Kəndin 1700 sakini var. Torpaqdan bol məhsul götürən əhali kənd həyatı üçün zəruri
olan bütün nemətlərə üstünlük verir. Taxıl əkir, tərəvəz yetişdirir, meyvə ağaclarına qulluq
edir. İri və xırda buynuzlu mal-qaranın artımına görə bu kənddə də son illər gözəl yaşayış
müşahidə olunur....
Sosial problemlər həll edildikcə uludaşlıların həyat səviyyəsində irəliləyişlər özünü
göstərir. Elektronlaşmış telefon xətti camaatın ixtiyarındadır. Elektrik enerjisi fasiləsiz
olaraq verilir. Ticarət müəssisələri fəaliyyət göstərir. Təhsilə xüsusi qayğı var və kəndin
orta məktəb şagirdləri savadlı müəllimlərdən dərs alırlar...
Vəndam sözünün tərkibindəki “vən” komponenti göyrüş ağacının ikinci adıdır. Yerli
məlumata görə, vəndam toponimi “vən” (göyrüş) ağacından tikilmiş “dam” mənasındadır.
12 km cənub-şərqdə Qəbələ-İsmayıllı şosse yolunun kənarında, Vəndam çayının sol
sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. ..
9000 nəfərə yaxın əhalisi olan qəsəbədə hər sahədə inkişaf gedir. Bol meyvə bağları
var. Taxıl sahələri əraziyə xüsusi gözəllik verir. Rayonun ən inkişaf etmiş yaşayış
yerlərindən biridir...
Turistlərin marağını çəkən cazibədar yerləri var. Elə rayondakı əksər
turizm obyektləri
də burada fəaliyyət göstərir. “Duyma” sağlamlıq və istirahət mərkəzi, “Semerana”, “7
gözəl pansionatı” və 7 şəlaləsi ilə məşhurdur. Şəffaf su üstündəki restoranlar müştərilərə
elə xidmət göstərir ki, bir anlıq başqa aləmdə olduğunu düşünür və buraların bənzərsizliyi
qənaətinə gəlirsən. Ancaq qəsəbənin içərilərinə irəlilədikcə, dağına, daşına
bələd olduqca
şahidi olduğun mənzərələr daha heyrətləndiricidir.
“Qalaüstü yeri” VI-IX əsrlərə aid olan arxeoloji abidə sübut edir ki, buranın qədim
tarixi var.
Bu qəsəbənin hər il orta məktəb məzunlarından 90 faizi ali təhsil ocaqlarına daxil olur.
20 nəfərdən artıq alimi və bir neçə elmlər doktoru ilə öyünən vəndamlılar ziyalılıq
səviyyəsi ilə öndə gedir...
Dostları ilə paylaş: