Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc


MƏRKƏZİ ASİYA, QAZAXISTAN VƏ QAFQAZ



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə42/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   76
qn eve

MƏRKƏZİ ASİYA, QAZAXISTAN VƏ QAFQAZ 
XALQLARI 
 
MƏRKƏZİ ASİYA VƏ QAZAXISTAN XALQLARI: 
Uzun sürən etnik inkişaf prosesində  Mərkəzi Asiya və 
Qazaxıstanda yaşayan bir çox etnoslar artıq XX əsrin 
əvvəllərində burjua milləti  şəklində formalaşmışdır. Mərkəzi 
Asiya və Qazaxıstanda yaşayan  əhalinin  3/5 hissəsini türk 
dillərində  danışan  əhali təşkil edir. Bunlara misal olaraq 
özbəkləri, qazaxları, qırğızları, türkmənləri, qaraqalpaqları, 
tatarları, uyğurları və azərbaycanlıları göstərmək olar. Türkdilli 
xalqlar arasında  əhalisinin sayına görə özbəklər birinci yerdə 
dururlar. Hind-Avropa dil ailəsinin  İran qrupuna aid olan 
xalqlar ümumi əhalinin 7%-ni (50 milyon) təşkil edir. Bunlar 
taciklər, farslar, bəluclar və kürdlərdir. Slavyan mənşəli xalqlar 
27% təşkil edir. Dunqanların dili Çin-Tibet dil ailəsinə daxil 
olan Çin dilidir.  
Hal-hazırda Mərkəzi Asiya və Qazaxıstanda 5 müstəqil 


_______________Milli Kitabxana______________ 
 57
dövlət: Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və 
Qazaxıstan, habelə, Özbəkistanın tərkibinə daxil olan 
Qaraqalpaq Respublikası yerləşir. 
Özbəkistan Respublikası  əhalisinin 77,5 %-ni özbəklər 
təşkil edir. Burada ruslar, tatarlar, qazaxlar, taciklər, 
koreyalılar, qaraqalpaqlar, ukraynаlılаr, qırğızlar, yəhudilər, 
türkmənlər və azərbaycanlılar da yaşayırlar.  
Qazaxıstan  əhalisinin 40 %-ni qazaxlar təşkil edir. 
Qazaxlardan sonra ruslar üstünlük təşkil edirlər. Qazaxıstanda 
ukraynаlılаr, almanlar, tatarlar, özbəklər, belaruslar, uyğurlar, 
koreyalılar, azərbaycanlılar və dunqanlar da yaşayırlar.  
Tacikistanda,  əsasən, taciklər üstünlük təşkil etməklə 
yanaşı burada özbəklər, ruslar, tatarlar, qırğızlar, ukraynаlılаr 
dа yaşayırlar. 
Qırğızıstan Respublikasının  əhalisinin 56 %-ni qırğızlar 
təşkil edir. Burada, həmçinin, ruslar (1,1 milyon), özbəklər, 
ukraynаlılаr, tatarlar, uyğurlar, almanlar, qaraqalpaqlar, 
dunqanlar və qazaxlar yaşayır. Rusların çoxluğu ilə  əlaqədar 
olaraq Qırğızıstan Respublikasının dövlət dilləri qırğız və rus 
dilləridir. 
Türkmənistanda əhalinin 80,5 %-ni türkmənlət təşkil edir. 
Türkmənistanda ruslar, qazaxlar, azərbaycanlılar, ermənilər, 
ukrainlər, bəluclar da yaşayırlar. 
Mərkəzi Asiya və Qazaxıstanın maddi-mədəniyyəti etnik 
mənsubiyyətdən daha çox təsərrüfat və regional xüsusiyyətləri 
özündə əks etdirir. Şəhər yaşayış məntəqələrindən fərqli olaraq 
aul və  qışlaq kimi məskənlər etnik xüsusiyyətlərə malikdir. 
Mərkəzi Asiya və Qazaxıstanda Alma-ata, Astana, Daşkənd, 
Səmərqənd, Bişkek kimi iri şəhərlər vardır. Regionda ən böyük 
şəhər Daşkənddir. Mərkəzi Asiyada yaşayış evləri 2 tipdir: 
Oturaq  əkinçilərə  məxsus bir mərtəbəli evlər və Köçəri 
maldarlara məxsus mövsümi xarakterli evlər. Mərkəzi Asiya 
xalqlarının ənənəvi geyimləri bir çox ümumi spesifik cəhətlərə 
malikdir. Kişi geyimlərinin  əsasını tuniki formalı biçim 


_______________Milli Kitabxana______________ 
 58
üsulunda hazırlanan köynəklər və enli şalvarlar təşkil edir. Üst 
paltarı kimi hər yerdə yaxası başdan ayağa qədər açıq, uzun 
qolları  aşağıya doğru nazikləşən xalatlar geyirlər. Xalatın 
biçimi və onun rəngi milli mənsubiyyəti ayırd etməkdən daha 
çox onlar ayrı-ayrı vilayətlər üzrə fərqlənirdi. Məsələn, xarəzm 
özbəkləri, türkmən və qaraqalpaqlar qırmızı  rəngli, Fərqanə 
özbəkləri və taciklər isə yaşıl-göy rəngli xalatlar geyirlər. 
Ənənəvi qadın geyimləri XX əsrin  əvvəllərinədək öz 
milli xüsusiyyətlərini daha çox mühafizə etmişdir. Onlar tuniki 
biçimli uzun köynək və  şalvar geyirdilər. Paltarlar açıq rəngli 
parçalardan tikilirdi. Üst paltarları kişi geyimlərindən o qədər 
də fərqlənməyən xalatlardan ibarət idi. Mərkəzi Asiya ənənəvi 
qadın geyimlərinin əsasını xalat örtük təşkil edir. Qadınlar onu 
başlarına salırlar. 
Mərkəzi Asiya və Qazaxıstan xalqlarının  əksəriyyəti 
müsəlmandır. Qazaxıstanın  şimalında xristianlar da yaşayırlar 
ki, bu da ərazidə rusların çoxluq təşkil etməsi ilə əlaqədardır.  

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin