AVROPA XALQIARI Avropanın yer üzünün ayrıca bir hissəsi kimi qəbul
edilməsi ilk növbədə orada yaşayan xalqların dünya tarixinin
bəzi dövrlərində böyük rolu ilə əlaqədardır. Etimoloji cəhətdən
Avropa adı yalnız coğrafi məna daşıyır: yunan sözü “Europa”
(“Ereb” Assuriya sözündən) “Qərb ölkəsi” adlanır; o, konkret
halda Avrasiyanın qərbi deməkdir. Ərazidə avropoid irqinə
mənsub olan insanlar daha çox yayılmışdır. Qitədə avropoid
irqi öz xüsusiyyətlərinə görə şimali avropoid və cənubi
avropoid irqlərinə də ayrılır. Şimali avropoid irqinə daha çox
Skandinaviya ölkələrinin əhalisi aiddir. Cənubi avropoid irqinə
mənsub insanlar daha çox Cənubi İtaliyadа yayılmışlar.
Avropada Hind-Avropa dil ailəsinə məxsus 4 böyük qrup
yayılmışdır: Slavyan; Alman; Roman; Kelt dil qrupları. Bu dul
qrupları ilə yanaşı kiçik qruplar da vardır: Yunan, erməni və
alban dilləri ayrıca dil qrupları kimi çıxış edirlər. Avropada
Ural, Altay və Semit-Hamit dil ailəsinə məxsus dil qruplarının
insanları da məskunlaşmışdır.