Siqaret və qadın
Dünyada işləyən qadınlar və tələbələr arasında
siqaret çəkmək vərdişinin getdikcə yayılmaqda olduğu
özünü göstərir. Halbuki, bu vərdiş qadınlar üçün baha
başa gəlir. Beləliklə, siqaret çəkməyin qadınlara gös-
tərdiyi mənfi təsirləri aşağıdakı kimi yekunlaşdırmaq
mümkündür.
1. Qadın orqanizmi siqaretin mənfi təsirlərinə
kişilərinkindən daha həssasdır. Eyni vəziyyət içki
düşgünlərində də özünü göstərir. Kişilər arasındakı içki
düşgünlərinin qaraciyər serrozuna tutulma riski hər
gün 132 q təmiz alkoqol qəbul edildikdə baş verir.
Qadınlarda isə eyni risk gündə yalnız 52 q alkoqol
qəbul etməklə də meydana gələ bilir. Eyni bir şəkildə
içki içən və siqaret çəkən qadınların kişilərlə
326
müqayisədə xərçəng xəstəliyinə tutulma ehtimalı daha
böyükdür.
2. Siqaret çəkən qadın öz səhhətinə zərər verdiyi
kimi, hamilə olduğu zaman hələ anadan olmamış
uşağının da zəhərli bir təsirə məruz qalmasına səbəb
olur.
17000 uşaq üzərində aparılan tədqiqatlar siqaret
çəkən bir ananın uşağının müxtəlif mənfi təsirlərə
məruz qaldığını göstərmişdir. Ortaya çıxan nəticə
həqiqətən qorxuducudur.
Hamiləliyin dördüncü ayından etibarən hər gün 10
ə
dəd siqaret çəkən anaların uşaqlarında doğum zamanı
ölüm nisbətinin 30%-lik bir rəqəm miqdarında artdığı
müşahidə edilmişdir. Bundan başqa, siqaret çəkən
anaların dünyaya gətirdikləri uşaqların normaldan daha
az bir çəkidə olduğu, belə analarda düşük və ölü uşaq
doğma ehtimalının da daha böyük olduğu qəbul edilir.
Bütün bunlarla birlikdə, ananın siqaret- çəkmə vərdişi
uşağının şikəst və fiziki cəhətdən qüsurlu olaraq
doğulma ehtimalını da artırır.
3. Sadəcə siqaret çəkən deyil, siqaret çəkilən
otaqda olan bir qadın da olduğu yerdə tüstülü havanı
tənəffüs etməklə özünə zərər verir. Bir sözlə, siqaret
çəkən bir qadının doğum əsnasında da bir çox başqa
problemləri ola bilir.
4. Evdə siqaret çəkən bir qadın evində ağır bir
havanın əmələ gəlməsinə səbəb olur. Əgər körpə
uşaqlar belə bir evdə qalırlarsa, tənəffüs yolları
xəstəliklərinə daha tez tutulurlar. Şübhəsiz ki, eyni bir
vəziyyətin ortaya çıxmasında siqaret çəkən kişinin də
təqsiri vardır.
5. Siqaret çəkən bir qadın uşağına yalnız hamilə
327
olduğu
zaman
deyil,
doğumdan
sonra
onu
ə
mizdirdikdə də ziyan verir. Ona görə ki, siqaretdəki
zərərli bir maddə olan nikotin ana südü vasitəsilə
uşağın orqanizminə daxil olur.
Siqaret haqqında dini hökm
Din alimlərimiz siqaret çəkmək barəsində açıq və
qəti hökmlər olmadığına görə, içki kimi bu pis vərdiş
haqqında müəyyən bir söz söyləyə bilməmişdirlər.
Buna baxmayaraq, müqəddəs dinimizin siqaret
çəkməyə də yaxşı gözlə baxmadığı aydındır.
Məlumdur ki, insan bədəni Yaradan tərəfindən ona
bir nemət olaraq verilmişdir. Hər bir kəs bu gözəl
nemətdən necə istifadə edəcəyi barədə hesabat
verəcəyini yaxşı bilməlidir. Nikotin də insan orqanizmi
üçün zərərli olan maddələrdən biri olduğuna görə, hər
hansı bir siqaret çəkənin bu baxımdan məsuliyyət
daşıdığı aydındır. Bundan başqa, məsələnin bir də
maddi tərəfi vardır. Hər şeydən əvvəl, siqaret olduqca
yüksək bir qiymətə satılır. Bu hesab hər ay müəyyən
bir məbləğdə olur ki, həmin pul da zəruri ehtiyaclardan
kəsilərək siqaretə verilir. Bu da, şübhəsiz ki, Quran
ayələrindən birində deyilən “…Yeyiniz, içiniz, israf
etmə yiniz. Çünki (Allah) israf edə nlə ri sevmə z!” (əl-
Ə
raf, 7/31) fikri ilə ziddiyyət təşkil edir.
Bundan əlavə, Peyğəmbərimiz (s.ə.v.) müxtəlif
hədisi-şəriflərində insan səhhətinin qiyməti üzərində də
dayanmışdır. Məsələn:
1. “Insanların çoxunun başa düşmədiyi və
qiymətini düzgün təqdir etmədiyi iki nemət vardır:
bədənin sağlamlığı və boş vaxt”.
2. “Iman müstəsna olmaqla, heç bir kimsəyə
328
sağlamlıqdan daha xeyirli bir nemət verilməmişdir”.
3. “Alahın qulu qiyamət günündə, dörd şeydən
hesabat vermədikcə, Hüzuru-Rəbbil-Aləmindən ayrıla
bilməz: bunlardan birincisi, öz ömrü barədə hesaba-
tıdır. Yəni ömrünü nəyə həsr etdiyini göstərməlidir.
Ikincisi, elmindən və elmi ilə nə iş gördüyündən hesa-
bat verməlidir. Üçüncüsü, malını nəyə sərf etdiyini,
dördüncüsü isə canına necə baxdığını söyləməlidir”.
4. “Sağlamlıq qaydalarına riayət edərək qüvvətli
olan mömin həmin qaydalara əməl etmədiyi üçün
gücsüz və zəif düşmüş mömindən Allah qarşısında
daha xeyirli və daha sevimlidir”.
Hədisi-şəriflərdən də göründüyü kimi, hər bir
insan öz səhhətini qorumalıdır. Daha doğrusu, hər bir
şə
xs orqanizmi zəhərləndirən və ona pis təsir edən hər
ş
eydən çəkinmək məcburiyyətindədir. Siqaret və
papiros da, şübhəsiz ki, bu hökmün xaricində deyildir.
Peyğəmbərimiz (s.ə.v.) başqa bir hədisi-şərifində
də buyurmuşdur: “Müsəlman əlindən və dilindən digər
müsəlmanların incimədiyi bir insandır”. Belə ki,
şə
hərlərarası avtobuslarda və yaxud ümumi bir yığın-
caqda siqaret çəkən bir şəxs digər siqaret çəkməyənləri
də müəyyən bir dərəcədə zəhərləyir. Bu, onun siqaret
çəkməyən digər mömin qardaş və bacılarına əziyyət
verməsi deyil, bəs nədir? Qul haqqının axirətdə
hesabını verməyin ən çətin bir iş olduğu isə hamımıza
yaxşı məlumdur.
Burada Türkiyə Diyanət Işləri Başqanlığı Din
Işləri Yüksək Kurulunun bir qərarını verərək mövzunu
bitirmək istəyirik: “Siqaret və ya papiros çəkməyin
qırtlaq, eləcə də ağciyər xərçəngi başda olmaq üzrə bir
çox digər xəstəliklərə səbəb olduğu mütəxəssislər
329
tərəfindən müəyyənləşdirilmişdir. Bundan başqa,
dinimiz də hər hansı bir şəxsin özünə və başqa birisinə
zərər, yaxud əziyyət verməsini, eləcə də israfçılığı
haram etmişdir. Bəzi din alimləri siqaret və ya papiros
çəkməyin istər çəkənə, istərsə də ətrafdakılara olan
zərərini, əziyyətini, eləcə də israfçılığı nəzərə alaraq,
onun haram olduğunu söyləmişdirlər. Siqaret çəkmək
haqqında dinimizdə qəti bir hökm olmadığından, bəzi
alimlər onu «məkruh» hesab etmişlər. Buna görə də
siqaret çəkməyin ən azından məkruh olduğuna heç
ş
übhə yoxdur. Istifadə edilməsi haram və ya məkruh
olan bir şeyin satışı da eyni dərəcəyə aid olur”.
Unutmayın ki, yalnız özünüzü deyil, ailənizi,
birlikdə çalışdığınız iş yoldaşlarınızı və hətta eyni bir
avtobusda sizinlə birlikdə yol gedən vətəndaşları belə
siqaretin tüstüsü ilə zəhərləyirsiniz. Bir sözlə, başqala-
rının haqqını əlindən alırsınız. Siz heç siqareti
tərgitməyi düşündünüzmü?
“Qurani Kərim” ticarət haqqında
Kitabda qida məhsullarının əsas qrupları və geniş
çeşidi, onların halal və haram olması, keyfiyyəti və
qidalanmada rolu haqqında söhbət açılır. Lakin
unutmamalıyıq ki, bütün qida məhsulları müxtəlif
insanlar tərəfindən hazırlanır və mübadilə yolu ilə bir-
birinə ötürülür. Bu mübadilə hələ qədimdən mövcud
olan alver, başqa sözlə ticarət yolu ilə həyata keçirilir.
Məhz buna görə Islamda, “Qurani-Kərim”in ayələrində
və Peyğəmbərimizin (s.ə.v.) hədislərində insanlar
təkidlə ticarət fəaliyyəti ilə məşğul olmağa çağırılır.
Məhəmməd Peyğəmbərin (s.ə.v.) həyatı haqqında
330
oxuduqlarımızdan məlumdur ki, Rəsulullah (s.ə.v.) ilk
dəfə əmək fəaliyyətinə başlayarkən Xədicə anamızın
tacirləri ilə birlikdə dəvə karvanlarında ticarət etməyə
yollanmışdır. Rəvayətə görə Peyğəmbərimiz (s.ə.v.) bu
işə ilk dəfə başladığından, başqa məmləkətlərə aparılan
mallar daha tez və nisbətən baha qiymətə satılmaqla
yüksək qazanc əldə edilmişdir.
Bu məqsədlə Islamda səfər və səyahətlər etmək,
eləcə də ticarətlə məşğul olmaq tövsiyə edilir. Bununla
da “Allahın mərhəmətini axtarmağa” insanları dəvət
edir. Böyük yaradan səyahət edən tacirləri Onun
yolunda savaşanlarla müqayisə edir.
“Qurani-Kərim”-də buyurulur:
“…Qurandan sizə müyəssər olanı oxuyun.
(Allah)
bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri
Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət
məqsədilə)
yer üzünü gəzib dolaşacaq, digərləri isə
Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir)…”
(əl-Muzəmmil, 73/20).
Allah Təbarəkə-Təala “Qurani-Kərim”də insanları
daxili və xarici ticarətə təşbiq edərkən, onlara dəniz
yollarından istifadə etməyi məsləhət görür və buyurur:
“…Onun (Allahın) lütfündən (nemətindən) ruzi
diləyib axtarmağınız (ticarət etməyiniz) üçün
gəmilərin də orada (suyu) yara-yara üzdüyünü
görürsən. (Bütün bunlara görə), bəlkə (Allaha) şükr
edəsiniz” (Fatir, 35/12).
Daha sonra “Qurani-Kərim”də buyurulur:
“Hə qiqə tə n, göylə rin və yerin yaradılmasında,
gecə ilə gündüzün bir-birini ə və z etmə sində ,
içə risində insanlar üçün mə nfəə tli ş eylə r olan
gə milə rin də nizlə rdə üzmə sində , quruyan yer
331
üzünü Allahın göydə n yağ mur yağ dıraraq yenidə n
diriltmə sində , cins-cins heyvanları onun hə r
tə rə finə yaymasında, külə yin bir sə mtdə n baş qa
sə mtə ə smə sində , göylə yer arasında (Allahın hikmə t
və qüdrə tinə də lalə t edə n)
ə lamə tlə r vardır” (əl-
Bəqərə, 2/164).
Islamın meydana gəldiyi ilk dövrdən bu günə kimi
tacirlər həcc ziyarəti zamanı ticarət etməyin, onların
ziyarətinin səmimiliyinə və dualarının təmizliyinə,
xətər gətirəcəyinə şübhə edir, qorxudurlar və qorxurlar.
Bu barədə “Qurani-Kərim”də buyurulur:
“(Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə)
ruzi dilə mə niz sizin üçün günah deyildir. Ə rə fatdan
qayıdarkə n Məşə rülhə ramda Allahı xatırlayın. Sizi
doğ ru yola yönə ltdiyi üçün Onu yada salın (Ona dua
edin),
çünki siz bundan ə vvə l (doğ ru yolu)
azanlardan idiniz! (əl-Bəqərə, 2/198).
Lakin bu zaman (yəni Həcc ziyarəti zamanı)
Allahı unutmamalı, Onun ehkamlarını, yerinə yetirmək
vacibdir. Bu barədə “Qurani-Kərim”də buyurulur:
“O kə slə r ki, nə ticarə t, nə alış -veriş onları
Allahı zikr etmə kdə n, namaz qılmaqdan və zə kat
vermə kdə n yayındırmaz. Onlar qə lblə rin və
gözlə rin haldan-hala düşə cə yi (də hşə tdə n ürə klə rin
duymaqdan, gözlə rin görmə kdə n qalacağ ı)
bir gündə n
(qiyamə t günündə n)
qorxarlar” (ən-Nur, 24/37).
Başqa ayələrdə buyurulur:
“Ey iman gə tirə nlə r! Qarş ılıqlı razılıqla edilə n
alış -veriş müstə sna olmaqla, bir-birinizin mallarını
haqsız bə hanə lə rlə (haqsız yerə ) yemə yin və
özünüzü öldürmə yin! Hə qiqə tə n, Allah sizə qarş ı
mə rhə mə tlidir” (ən-Nisa, 4/29).
332
“…Artıq sizə Rə bbinizdə n aş kar bir də lil
(möcüzə )
gə ldi. Ölçüdə və tə rə zidə düz olun.
Adamların mallarının də yə rini (və ya onların
haqqını)
azaltmayın…” (əl-Əraf, 7/85).
“Ölçə ndə ölçüdə düz olun, (çə kə ndə ) düzgün
tə rə zi ilə çə kin. Bu (sizin üçün) daha xeyirli və nə ticə
etibarılə daha yaxş ıdır!” (əl-Isra, 17/35).
Bu ayəti - kərimələrdən məlum olur ki, Rəbbimiz
insanlara ölçüdə və tərəzidə düz olmağı buyurmaqla
yanaşı, malların dəyərini və alıcıların haqqını
azaltmamağı da göstərir.
Belə rəvayət olunur ki, ulu Peyğəmbərimiz (s.ə.v)
bir gün bazarda dolaşarkən taxıl (buğda, arpa) satan
birinə rast gəlir. Taxıl xoşuna gəlir. Əlini taxıl kisəsi-
nin içinə soxub baxdıqda alt hissənin yaş odduğunu
hiss edir. “…Bu nə hal” deyə soruşur. Adam: Üzərinə
yağış yağdığından yaş olmuşdur. Bunun üzərinə
Həzrəti Peyğəmbər (s.ə.v.): “O yaş hissəni üstə qoy ki,
hər kəs görsün. Bizi aldadan bizdən deyildir”, buyurur.
Bu mənada 14 əsr öncə çox deyilib. Satıcılar
satdıqları malın həqiqi durumunu (keyfiyyətini)
alıcılara doğru-düzgün bəyan etməlidirlər.
Ulu Peyğəmbərimiz (s.ə.v.) bu xüsusda demişdir:
“Satıcılar doğru olub və satdıqları malın durumunu
olduğu kimi bəyan edərlərsə, satdıqlarının bərəkətini
görərlər. Doğruluqdan uzaq olarlarsa və malın
qüsurunu söyləməzlərsə, bir qazanc əldə etsələr belə,
satdıqlarından xeyir və bərəkət görməzlər”.
“Qurani-Kərim”in ər-Rəhman surəsində buyurulan
Allah kəlamları həm dünyanın ədalət tərəzisindən və
həm də ticarətlə məşğul olanlara bir tövsiyə, göstəriş
verilməklə insafı əldən verməmək məsləhət görülür.
333
Ayələrdə buyurulur:
“Göyü O ucaltdı, tə rə zini (ə dalə t tə rə zisini) O
qoydu!”.
“Ona görə ki, çə kidə hə ddi aş mayasınız (insafı
ə
ldən verməyəsiniz)”.
“Tə rə zini düz tutun, çə kini ə ksiltmə yin! (Çə kidə
insaflı olun, tə rə zini korlamayın!)
” (ər-Rəhman, 55/7-9).
Ayələrdən məlum olduğu kimi, Allah-Təbarəkə-
Təala insanları hər sahədə ədalət tərəzisinə uyğun
hərəkət etməyi buyurmuşdur.
Peyğəmbərimizin
(s.ə.v.)
tacirlər
barədə
hədislərində deyilir: “Vicdanlı, doğru, düz və etibar
qazanmış tacirlər qiyamət günündə Allah yolunda
canını vermiş şəhidlərlə bir yerdə olacaqlar. Onlar
peyğəmbərlərlə, müqəddəs şəxslərlə birgə olacaqlar”.
Biz Ulu Peyğəmbərimizdən onun əshabələrinin bu
barədə söylədikləri hədislərə də nəzər salmaq istərdik.
Cabirdər (A.o.r.): Biz Peyğəmbər (s.ə.v.) ilə
namaz qılarkən, bir də baxıb gördük ki, Şamdan buğda
ilə yüklənmiş karvan gəldi. O saat qaçıb ona tərəf
getdilər. Peyğəmbərlə (s.ə.v.) on iki nəfərdən başqa
heç kim qalmadı. Bununla əlaqədar: “Bir ticarət və ya
bir əyləncə görən kimi o saat hər tərəfdən tökülüşüb
oraya yığışmayın!” - mənasını verən ayə nazil oldu.
Ə
bu Hureyrədən (A.o.r.): Peyğəmbər (s.ə.v.)
buyurmuşdur: “Bəşəriyyətin elə bir zamanı gələcək ki,
insan aldığının halal və ya haram (olduğuna)
baxmayacaq”.
Doğrudan da bu günümüzdə marketlərdə satılan
çoxçeşidli ərzaq məhsullarının mənşəyinə, harada və
necə istehsal edildiyinə, halal və haram olduğuna
varmadan insanlar öz tələbatlarını ödəmək üçün malın
334
zahiri görünüşünə və keyfiyyətinə görə istənilən
məhsulları alıb istehlak edirlər. Insan hansı malı
(ərzağı) aldığını, nə vaxt, necə və nə yediyini bilməli
və daim buna özü nəzarət etməlidir.
Ticarət və alver haqqında kəlamlar
1. Ticarət ilahi sözdür, onu sevməmək və ya ona
pis münasibət Allaha qarşı üsyan deməkdir. Düz ticarət
etməyənlər dünya malında boğulan, axirətdə isə
Cəhənnəm odunda yananlardır. Cəhənnəm isə ağır və
ə
zablı bir yer.
2. Ən gözəl alış-veriş Allah yolunda olanıdır.
3. Alverin ziyanını hesabla, gəliri onsuz da
sənindir.
4. Hər bir satıcı bilməlidir ki, Allah onun ruzisini
alıcı ilə göndərir.
5. Məcburi alver xalqı mənəviyyatdan, dövləti isə
xalqdan ayırar.
6. Məcburi alver xalqın məhvinə və dövlətin
dağılmasına səbəb olar.
7. Məcburi alverin səbəbi dövlətin xalqa xidmət
edə bilməməsidir.
8. Məcburi alver insanı həm zəhmətdən, həm də
insanlıqdan məhrum edər.
9. Məcburi alver cəmiyyəti əvvəl çobansız bir
sürüyə və sonra isə idarə olunmaz ilxıya çevirər.
10. Xalqı məcburi alverə vadar etmək onu kölə
şə
klinə salmaq və ya məhv etməkdir.
11. Ruzimiz bizdən qabaq yaradılıb.
12. Ruzini verən Allahdır, itirən bəndə.
13. Ruzisini
tərəzi
gözündə
axtaranlar
imansızlardır
335
Ə
RZAQ MƏ HSULLARININ QIDALILIQ
DƏ YƏ RI VƏ BALANSLAŞ DIRILMIŞ
QIDA NORMALARI
Ə
rzaq mallarının qidalılıq dəyəri onların kimyəvi
tərkibi, enerjivermə qabiliyyəti və enerji verən maddə-
lərin həzmi ilə xarakterizə olunur. Məhsulda maddələr
mübadiləsi üçün bioloji cəhətdən vacib sayılan mad-
dələr (zülallar, yağlar, karbohidratlar, vitaminlər, mi-
neral maddələr və s.) nə qədər çox olursa, onun
qidalılıq dəyəri də bir o qədər yüksək hesab olunur.
Ayrı-ayrı ərzaq mallarının qidalılıq dəyəri eyni
deyildir. Bir çox məhsulların tərkibində bioloji cəhət-
dən vacib hesab olunan kompleks maddələr vardır.
Belə məhsullara yumurta, balıq kürüsü, ət, balıq, süd
və başqaları misal ola bilər. Şəkər, nişasta və patka
kimi məhsullar tərkibcə əsasən karbohidratlardan təşkil
olunduğundan, orqanizm üçün ancaq enerji dəyərinə
malikdirlər.
Toxumaların əmələ gəlməsində, sintezində və
maddələr mübadiləsində iştirak edən maddələr qidanın
bioloji dəyərini xarakterizə edir. Bir çox məhsullar
(ədviyyələr, tamlı qatmalar) isə enerji vermirlər. Ancaq
qida məhsuluna əlavə edilməklə onun dadını yaxşı-
laşdırır və asan mənimsənilməsinə səbəb olur.
Ə
rzaq məhsulları orqanizm üçün zərərsiz olmalıdır.
Onlarda ağır metal duzlarının, alkoloidlərin, bəzi
qlükozidlərin (insan səhhətinə zərərli dozada), zülalların
parçalanmasından əmələ gələn zəhərli maddələrin,
həmçinin ziyanlı mikroorqanizmlərin və ya onların
həyat fəaliyyəti məhsullarının olmasına icazə verilmir.
336
Insan öz yaşayışı prosesində enerji sərf edir və
bunun miqdarı insanın yaşından, orqanizmin fizioloji
vəziyyətindən, əməyinin xarakterindən, yaşadığı yerin
iqlim şəraitindən və s. asılı olur. Enerji isə karbohid-
ratların, yağların, zülalların və müəyyən miqdarda
turşuların oksidləşməsi nəticəsində əmələ gəlir. Ona
görə də insan orqanizminin sutkada sərf etdiyi enerji
məlum olmalıdır ki, vaxtında onun ehtiyatını bərpa
etmək mümkün olsun.
Enerji almaq məqsədilə insan orqanizminə lazım
olan maddələr qida vasitəsilə qəbul olunur. Eyni
zamanda qida maddələri orqanizmdə toxumaların və
orqanların tərkib maddələrinin yeniləşməsi, boy inki-
ş
afı və bədənin kütləsinin artması üçün də lazımdır. Bu
baxımdan qida insanın yaşayışı və onun iş qabiliyyəti
üçün lazım olan optimal şəraiti təmin etməlidir.
Müasir şəraitdə kifayət miqdarda yüksək keyfiy-
yətli ərzaq mallarının olması, balanslaşdırılmış qida-
lanmanı təşkil etməyə imkan verir. Balanslaşdırılmış
qidalanma dedikdə, orqanizmdə toxumaların yeniləş-
məsi, enerji sərfinin təmin olunması üçün tərkibində
bütün maddələri, o cümlədən çoxlu miqdarda mübadilə
prosesində nizamlayıcı kimi iştirak edən maddələri
olan məhsullarla vaxtlı-vaxtında təmin olunması başa
düşülür. Bu zaman qida maddələri biri digəri ilə
normal nisbətdə olmalıdır. Ümumiyyətlə, balanslaşdı-
rılmış qidalanma zamanı 56 addan artıq əvəzolunmaz
komponentlərin olması vacibdir.
Balanslaşdırılmış
qidalanma
eyni
zamanda
müəyyən rejim (gün ərzində qida qəbulunun bölgüsü,
qida məhsulunun lazım olan temperaturda olması və s.)
tələb edir.
337
Balanslaşdırılmış qidalanma zamanı orqanizmə
lazım olan zülal, yağ və karbohidratların miqdarı 1:1:4
nisbətində olmalıdır. Ağır əməklə məşğul olanlar üçün
bu 1:1:5 nisbətində ola bilər. Balanslaşdırılmış qida-
lanma zamanı müxtəlif peşə adamları üçün lazım olan
zülalın, yağın və karbohidratların miqdarı müxtəlifdir.
Qidalanma zamanı zülalın, yağın və karbohidrat-
ların təbiəti vacib əhəmiyyətə malikdir. Orqanizmə
lazım olan gündəlik enerjinin 15%-i zülalların, 30%-i
yağların və 50%-dən çoxu isə karbohidratların payına
düşməlidir. Eyni zamanda zülallar üzrə enerjinin 50%-i
heyvanat zülallarının, yağların verəcəyi enerjinin isə
60%-i bitki yağlarının hesabına yaranmalıdır. Karbo-
hidratlar üzrə lazım olan enerjinin 75%-i nişastanın,
20%-i şəkərlərin, 3%-i pektinli maddələrin və 2%-i isə
sellülozanın payına düşməlidir.
Ə
mək fəaliyyəti prosesində enerji sərfi, bilavasitə
insanın məşğul olduğu işin xarakterindən asılıdır.
Rusiya TEA-nın Qidalanma Institutunun məluma-
tına görə müxtəlif əməklə məşğul olan adamların gün-
dəlik enerji sərfi təxminən 1 saylı cədvəldəki kimidir.
Cədvəl 1. Əməyin xarakterindən asılı olaraq
gündəlik enerji sərfi
(kkal/kCoul)
1. Fiziki əməklə əlaqəsi olmayan peşə
sahibləri üçün
3000-3200/12570-
13468
2. Mexanikləşdirilmiş əməklə məşğul
olan peşə sahibləri üçün
3500/14668
3. Mexanikləşdirilməmiş və ya qismən
mexanikləşdirilmiş əməklə məşğul
olan peşə sahibləri üçün
4000/16760
4. Mexanikləşdirilməmiş ağır əməklə
məşğul olan peşə sahibləri üçün
4500-5000/18855-
20950
338
Ə
rzaq mallarının enerji dəyəri kkal və ya kCoulla
(1 kkal 4,184 kCoula müvafiqdir) ifadə olunur.
Ə
vvəllər
belə
hesab
edilirdi
ki,
insan
orqanizmində zülalın və həzm olan karbohidratların 1
q-nın oksidləşməsindən 4,1 kkal (17,2 kCoul), 1 q
yağın oksidləşməsindən isə 9,3 kkal (38,9 kCoul)
enerji ayrılır. Müasir dövrdə müəyyən edilmişdir ki,
karbohidratların enerji dəyəri zülalların enerji
dəyərindən azdır. Ayrı-ayrı maddələrin oksidləşməsi
zamanı ayrılan enerjinin miqdarı müxtəlifdir.
1 q zülal 4,0 kkal (16,7 kCoul), 1 q karbohidrat
3,75 kkal (15,7 kCoul) və 1 q yağ 9,0 kkal (37,7
kCoul), 1 q üzvi turşu orta hesabla 3,0 kkal (12,54
kCoul) enerji verir. Ərzaq mallarının tərkibi məlum
olarsa, onun verəcəyi enerjinin miqdarını asanlıqla
hesablamaq olar. Belə ki, pasterizə olunmuş südün
tərkibində 2,8% zülal, 3,2% yağ və 4,7% şəkər vardır.
Onda 100 q südün enerjivermə qabiliyyəti belə
hesablanır: 2,8 x 4,0 kkal = 11,1 kkal və ya 2,8 x 16,7
kCoul = 45,9 kCoul + 3,2x9,0 kkal = 28,8 kkal və ya
3,2 x 37,7 kCoul = 120,6 kCoul + 4,7 x 3,75 kkal =
17,6 kkal və ya 4,7 x 15,7 kCoul = 73,7 kCoul.
Deməli, 100 q süd orqanizmə 57,5 (11,1+28,8+17,6)
kkal və ya 240,2 (45,9+120,6+73,7) kCoul enerji verir.
Ə
gər sutkalıq qida rasionunda 80,0 q zülal, 500,0
q karbohidrat və 80,0 q yağ olarsa, onda belə rasionun
ümumi enerji dəyəri belə olar: 80,0 x 4,0 kkal = 320,0
kkal və ya 320,0 x 4,184=1338,9 kCoul + 80,0 x 9,0
kkal = 720 kkal və ya 720 x 4,184 =3012,5 kCoul +
500 x 3,75 kkal = 1875 kkal və ya 1875 x
4,184=7845,0 kCoul. Deməli, sutkalıq qida rasionu
orqanizmə 2915 (320+720+1875) kkal və ya 12196,4
339
(1338,9 + 3012,5 + 7845,0) kCoul enerji verir.
Ə
rzaq mallarının bu qayda üzrə hesablanan enerji
dəyəri nəzəri enerji adlanır. Bu zaman enerji verən
bütün maddələrin orqanizmdə tam həzmə getməsi nə-
zərdə tutulmuşdur. Ancaq qidanın ayrı-ayrı kompo-
nentləri orqanizmdə tam həzm olmur. Belə ki, hey-
vanat mənşəli zülallar 81-93%, bitki mənşəli zülallar
isə 60-80% həzm olur. Südün və ətin yağı orqanizmdə
95% həzm olur. Bitki mənşəli karbohidratlar 85-99%,
südün karbohidratları isə 98% həzmə gedir. Ərzaq
malının verəcəyi real kaloriliyi (enerjini) hesablamaq
üçün müxtəlif ərzaqlarda olan enerji verən ayrı-ayrı
maddələrin faktiki həzmi nəzərə alınmalıdır. Bunun
üçün enerji verən ayrı-ayrı maddələrin nəzəri enerji
dəyərini onların həzm faizinə vurub 100-ə bölürlər.
Başqa sözlə enerji verən maddələrin nəzəri kaloriliyini
həzm əmsalına vurmaq lazımdır. Əgər zülalın orqa-
nizmdə mənimsənilməsi 95 faizdirsə, onda hesab-
lanmış nəzəri kaloriliyin miqdarını (95 :100)=0,95
ə
msalına vurmaq lazımdır. Nəticədə qidanın real
kaloriliyi müəyyən olunur.
Məs. Nəzərə alsaq ki südün tərkibində olan zülal-
lar orqanizmdə orta hesabla 90%, yağlar 95%, karbo-
hidratlar isə 98 faiz mənimsənilir, onda yuxarıdakı
qayda üzrə nəzəri kaloriliyi müəyyən edilmiş 100 q
südün real kaloriliyi aşağıdakı kimi hesablanır.
Zülalın real kaloriliyi: 11,1 kkal x 0,90 = 9,99 kkal
və ya,45,9 kCoul x 0,90 = 41,31 kCoul. Yağın real
kaloriliyi: 28,8 kkal x 0,95 = 27,36 kkal və ya, 120,6
kCoul x 0,95 = 114,57 kCoul. Karbohidratların real
kaloriliyi: 17,6 kkal x 0,98 = 17,25 kCoul və ya, 73,7
kcoul x 0,98 = 72,23 kCoul. Deməli, 100 q süd
340
orqanizmə 54,6 (9,99+27,36+17,25) kkal və ya 228,1
(41,31+114,57+72,23) kCoul real enerji verir. Real
kalorilik nəzəri kalorilikdən həmişə azdır.
Ə
rzaq mallarının həzmi, onların fiziki xassələ-
rindən və kimyəvi tərkibindən, dadından və iyindən,
boya və ətir verən maddələrin olmasından asılıdır.
Bunlardan başqa qidanın həzminə onun görünüşü,
insan zövqünə oxşarlığı da təsir göstərir.
Insana lazım olan gündəlik enerjini və orqanizmdə
gedən bütün proseslərin normallığını təmin etmək üçün
hər gün müəyyən miqdar qida maddələri qəbul olun-
ması vacibdir. Orqanizmə lazım olan maddələrin qida
rasionunda çatışmaması insanın sağlamlığına mənfi
təsir göstərir. Odur ki, əsas qida maddələrinin fizioloji
norması, onların kəmiyyət və keyfiyyətcə tərkibi,
səmərəli qidalanmanın prinsipləri müasir elmi tələblər
səviyyəsində izah edilir. 2 saylı cədvəldə orta yaşlı
insanın əsas qida maddələrinə gündəlik tələbatı
haqqında təsdiq olunmuş qida normaları verilmişdir.
Bu qida maddələri normalarını təmin etmək üçün
insan gün ərzində müxtəlif miqdarda ərzaq məhsulu
qəbul etməlidir. Ərzaq məhsullarının gündəlik (və ya
illik) norması milli xüsusiyyətlərdən, insanın yaşından,
həyat tərzindən və digər amillərdən asılıdır. Azərbay-
can üzrə ayrı-ayrı ərzaq məhsullarının istehlakı nor-
madan fərqlənir. Milli ənənələrdən asılı olaraq res-
publika əhalisi çörək məhsullarını fizioloji normadan
artıq istehlak edirlər. Ət, süd və balıq məhsullarının
istehlakı isə fizioloji normadan bir qədər azdır. Rusiya
Səhiyyə Nazirliyinin müəyyən etdiyi qida məhsulla-
rının gündəlik istehlak norması orta yaşlı insanın
gündəlik sərf etdiyi 2800-2950 kkal enerjini təmin
341
edir. Gün ərzində 80-90 q zülal, 100-105 q yağ və 380-
385 q karbohidrat istehlakını təmin etmək üçün hər
gün 3 saylı cədvəldə göstərilən miqdarda müxtəlif
ə
rzaq məhsulları istehlak edilməlidir.
Dostları ilə paylaş: |