Y e d d i n c i ş ə r t . Qəbul olunmuş qida
insanda doyma hissi yaratmalıdır. Bu qidanın zəngin
tərkibə malik olmasından asılıdır. Lakin bəzən insan
lazımi qədər qida qəbul etməsinə baxmayaraq doymaq
bilmir. Bu, əsasən zülal və yağla kasıb olan xörəklə
qidalandıqda, eləcə də tələsik yedikdə müşahidə
olunur. Ona görə qəbul edilən qida aramla yeyilməli,
yaxşı çeynənməlidir.
Qida qəbulu səhər yeməyində 30-35 dəq, nahar
yeməyində 45-50 dəq, şam yeməyində 35-40 dəq
müddətində başa çatmalıdır. Qəlyanaltı və quru (ikinci)
xörəklər yeyildikdə arabir mineral su, spirtsiz içki,
meyvə şirəsi və kəmşirin şərbət içilməlidir. Uzun
370
müddət süfrə arxasında oturmaq, 3-4 saat müddətində
aramsız qida qəbulu orqanizm üçün ziyandır.
Yapon
alimlərinin
apardıqları
tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, uzunömürlülüyün
və sağlamlığın əsas sirri aşağıdakılardan ibarətdir:
1. Gündəlik qidada daha çox təzə tərəvəzin olması
və onların çiy şəkildə qəbulu. Daha çox yerkökü, kahı
və göyərti tərəvəzləri yemək məsləhət görülür.
2. Yağlar orqanizm üçün lazımdır, lakin daha çox
günəbaxan, qarğıdalı və zeytun yağı yemək
məsləhətdir. Çünki həmin yağlarda polidoymamış yağ
turşuları daha çoxdur. Inək yağını (kərə yağını) isə
məhdud şəkildə, çox az yemək lazımdır. Ət və pendir
də çox az, minimum miqdarda yeyilməlidir.
3. Hər gün səhər gimnastikası ilə məşğul olmaq və
hər gün bir neçə saat şəhər kənarında, eləcə də ağac,
kol və ot çox olan parklarda gəzmək lazımdır.
4. Emosiyalara uymamaq, hər xırda şey üçün
hirslənməmək, həmişə gülərüz olmaqla, fərəh hissi ilə
yaşamaq lazımdır. Müəyyən edilmişdir ki, insan
kədərləndikdə, orqanizmin immun sistemi infeksion
xəstəliklərə qarşı müqavimət yaradan hüceyrələri
ə
mələ gətirmir.
5. Insan normal şəraitdə və müddətdə yatmalıdır.
Yuxu ürəyin ritmini nizamlayır, arterial təzyiqi azaldır,
hormonal ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırır.
Yaralar da yuxuda yaxşı sağalır.
6. Yaşadığınız evin havasını tez-tez dəyişin, hətta
bir az soyuqdan üşümək orqanizm üçün xeyirlidir.
7. Az yeyin. 100 ildən çox yaşayan insanlar
həmişə az yemişlər, doymamış süfrədən qalxırlar.
8. Gülmək vacibdir. Insan gülərkən nəinki üzün
371
ə
zələləri, hətta qarın, diafraqma və digər əzələlər də
hərəkətə gəlir, toxumalardakı oksigen ehtiyatı
təzələnir, ağciyər və bronxların fəaliyyəti yaxşılaşır,
nəfəs yolları təmizlənir.
Göründüyü kimi, yapon uzunömürlülüyündə heç
bir sirr və mürəkkəblik yoxdur. Bunu gündəlik həyatda
yerinə yetirmək hər adam üçün çox asandır. Lakin
nəzərə almaq lazımdır ki, insan orqanizmi çox mürək-
kəb bir sistemdir. Insan orqanizmində daima müxtəlif
proseslər gedir. Bu proseslər əsasən yeyilən qidanın
tərkibi, onun həzmi və mənimsənilməsi ilə bağlıdır.
Orqanizmdə qarşılıqlı asılılıq mövcuddur. Insan nə
qədər çox yeyirsə, bir o qədər də orqanizmdə toksiki
tullantılar toplanır və bədənin kütləsi artır. Bununla
bərabər müxtəlif xəstəliklərə tutulmaq ehtimalı da artır.
Nə yemək lazımdır ki, hər hansı xəstəliyin, o
cümlədən xərçəngin qarşısı alınsın:
1. Əsasən təzə meyvə-tərəvəz yemək lazımdır.
Sutkalıq qida rasionunda onların miqdarı bütün qidanın
70%-ə qədərini təşkil etməlidir.
2. Qidanı ağızda yaxşı çeynəmək lazımdır. 3 növ
həzm mövcuddur: ağızın tüpürcəyi ilə, mədədə və
bağırsaqda. Qida ağızda 30-36 dəfə, ət və balıq isə 46-
48 dəfə çeynənməlidir. Çeynənilən qida ağızda qatı
kisel vəziyyətində olmalıdır.
3. Qidanın tərkibində sellüloza lazımi qədər ol-
malıdır. Bu zaman qida mədə-bağırsaq sistemində yax-
ş
ı hərəkət edir. Insulin və xolesterinin əmələ gəlməsini
aşağı salır, şəkərin yağa çevrilməsinin qarşısını alır.
Qida ilə hər gün 2-5 q sellüloza, hemisellüloza və
pektin qəbul edilməlidir.
4. Qida təbii halda C, E və A (beta karotin)
372
vitaminləri və mikroelementlərlə – kalsium, kalium,
dəmir, mis, selen, sink, yod və s. ilə zəngin olmalıdır.
5. Qida insana fərəh və sevinc gətirməli, orqa-
nizmə xoş təsir göstərməli və insana ağırlıq vermə-
məlidir.
6. Bir dəfəyə yeyilən qida az və çox olmamalıdır.
Hər bir insanın yumruğu onun ürəyinin ölçüsüdür,
ə
llərinizin barmaqları ilə əmələ gətirdiyiniz çökək
forma isə sizin mədənizin ölçüsüdür, onu çox da dartıb
uzatmayın.
7. Yeməyi həmişə eyni vaxtda yemək lazımdır.
Ə
gər iştahanız olmasa bir vaxt yeməyi buraxa bilər,
ə
vəzində təmiz çiy su və ya C, E və A vitamini ilə
zəngin olan yarpaqların dəmlənməsindən alınan suyu
içmək lazımdır. Su da qida maddəsidir. Orqanizmin
səmərəli qidasını 9 əsas maddə təşkil edir: amintur-
ş
uları (zülal əmələ gətirmək üçün), yağ turşuları
(yağlar yox), üzvi karbohidratlar, vitaminlər, mineral
duzlar, sellüloza, su, üzvi turşular və fermentlər. Bütün
ə
rzaq malları içərisində yalnız meyvə və tərəvəzlərdə –
günəbaxanda, qozmeyvəlilərin ləpəsində, göyərtilərdə,
kökü yeyilən bitkilərdə və dərman bitkilərində həmin
doqquz əsas maddə vardır.
8. Yağın artıq miqdarı orqanizmdə yağ əmələ
gətirir. Lakin doymamış yağ turşuları orqanizm üçün
vacibdir. Bunlar isə bitki yağlarında, qoz və fındıqda,
günəbaxanda və bitki toxumlarında vardır.
9. Karbohidratlar əsas enerji mənbəyidir. Lakin
süni şəkər dişləri xarab edir, artıq miqdarı orqanizmdə
yağa çevrilir. Karbohidratların ən yaxşı mənbəyi şirin
meyvələr, göyərti və tərəvəzlərdir.
Ingiltərədə həkim-tədqiqatçı Burnet hesab edir ki,
373
süd vəzilərinin xərçəngi, skleroz və ürək infarktı artıq
miqdarda yağ, şəkər və şirniyyat yeməklə əlaqədardır.
Yapon alimi professor Katsudzo Nişi qeyd edir ki,
şə
kərin normadan artıq miqdarda qəbulu qanda şəkərlə
spirt arasındakı bərabərliyi pozur, bizim qlomusu
1
atroflaşdırır, dişləri, dayaq-hərəkətedici aparatı və
tükləri korlayır.
10. Vitaminlər, mineral duzlar, sellüloza hər gün
daima lazımdır. Vitaminlər enerji vermir və qurucu
material deyildir, lakin onlar orqanizmdə gedən bütün
həyati proseslərdə iştirak edirlər. Bu proses mineral
duzlara və sellülozaya da aiddir.
11. Əgər siz bişirilmiş, qızardılmış və pörtülmüş
qidanı çox sevirsinizsə, onda qidanı düzgün bişirmək
lazımdır. Qidanı yalnız buxarda və ya qızdırıcı şkafda
(elektriklə qızdırılan) bişirmək lazımdır. Lakin heç
vaxt yaddan çıxarmayın ki, meyvə təzə və çiy halda, ya
da təzə hazırlanmış şirə halında yeyilməlidir (qəbul
edilməlidir). Heç vaxt onları bişirməyin. Əgər
bişirilmiş bir qida məhsulu yeyirsinizsə, onu çiy
meyvə-tərəvəzlə qəbul edin. Nəzərə almaq lazımdır ki,
çiy qida bişmişdən 3 dəfə çox olmalıdır.
Tədqiqatlar göstərir ki, çox kasıblar və milyonerlər
pis qidalanır. Birincilərin gündəlik qidasında orqaniz-
min böyüməsi, bərpası, müalicəsi və bağırsaqların tə-
mizlənməsi üçün lazım komponentlər çatışmır. Milyo-
nerlərin qidasında isə yağ, zülal və karbohidratlar
çoxluq təşkil etdiyindən maddələr mübadiləsi pozulur.
Səmərəli qidalanma və tam dəyərli qida haqqında
1
Гломус – екстремал, стресс вя йа садяжя хястялик щалында
ганын щярякятини низама салан апаратдыр.
374
aşağıdakıları bilmək vacibdir:
1. Insan üçün yarayan ən əlverişli qida – «canlı»,
enerjili və təbii meyvə, tərəvəz, göyərti, qoz-fındıq,
günəbaxan, yeyilən köklərdir.
2. Daha az yarayan qida (çətin mənimsənilən,
insan fiziologiyasına uyğun olmayan) – bişirilmiş,
süni, yağlı və ətli qidadır.
3. Insan orqanizmi üçün həyat enerjisinin başlıca
mənbəyi zülal və yağ deyil, karbohidratdır. Bu
karbohidratın əsas mənbəyi isə meyvə, tərəvəz, quru
meyvə, bal, qoz-fındıq, günəbaxan, göyərti, yeyilən
köklərdir.
4. Canlı orqanizmdə hər şey qarşılıqlı çevrilir və
qarşılıqlı əvəz edilir: karbohidratlardan yağ və zülal
ə
mələ gəlir, yağlardan karbohidrat və s. əmələ gəlir.
Ona görə də bitki mənşəli qida qəbul etməklə insan öz
orqanizmini bütün lazımi maddələrlə təmin edə bilər.
5. Insan orqanizmində proteinlər (zülallar)
heyvanat zülallarından (ət, balıq, yumurta, pendir, süd)
deyil, aminturşularından formalaşır.
6. Aminturşuları yalnız bitkilərin tərkibində olur.
«Insan heyvanat mənşəli qidasız yaşaya bilməz» fikri
çox səhvdir. Ot yeyən heyvanlar (inək, keçi, qoyun,
dovşan, quşlar) bəs haradan zülal sintez edirlər.
7. Insanların qidasında həmişə bütün əvəzedilməz
aminturşuları ilə zəngin məhsul olmalıdır. Bunlara
kələm, yerkökü, xiyar, pomidor, badımcan, kartof,
bütün qozmeyvəlilər, günəbaxan və qabaq toxumu,
küncüt, yerfındığı, paxla (soya), paxlalılar (əsasən
sütül yetişkənlikdə) aiddir. Bütün bu məhsullar
orqanizmi tam dəyərli zülalla təmin edir. Lakin
bunlardan qozmeyvəlilər, günəbaxan, paxlalılar zülalla
375
yanaşı yağla da zəngindir. Baxmayaraq ki, bu məh-
sullardakı yağ doymamış yağ turşuları ilə zəngin yağ-
lardır, onlar qidanın həzmini, xüsusən zülalların
mənimsənilməsini ləngidir. Ona görə də bu
məhsullardan gündə 100 q-dan çox yeyilməməlidir və
ə
sasən tərkibi mikroelementlər və vitaminlərlə zəngin
olan göyərti, şalğam, yerkökü, kələm yarpağı, kahı ilə
birlikdə yeyilməlidir.
8. Heyvani zülalların (ət, balıq, quş, qaraciyər,
böyrək, süd, pendir, kəsmik) həzm olunması və
mənimsənilməsi orqanizmdə daha çox C vitamini
olmasını tələb edir. Odur ki, aşağıdakı qaydalara əməl
olunmalıdır.
8.1. Süd və kəsmik istisna olmaqla, heyvanat
məhsullarını həftədə 1-2 dəfə qəbul etmək lazımdır.
8.2. Əti tərkibi C vitamini ilə zəngin olan salatlarla
birlikdə yemək lazımdır.
8.3. Tərəvəzləri həmişə zülallı qidadan 3 dəfə çox
yemək lazımdır.
Yadda saxlayın ki, C vitamininə gündəlik tələbi
ödəmək üçün 2 ədəd portağal, 1 ədəd limon və 1
stəkan alma şirəsi içmək kifayətdir.
9. Turşudulmuş süd (qatıq, kefir) və kəsmik hər
gün qəbul edilməlidir. Onları ayrıca və ya azacıq bitki
yağı əlavə etməklə yemək olar. Turşudulmuş süd məh-
sullarının pəhrizi və müalicəvi əhəmiyyəti də vardır.
Bu məhsullardakı süd turşusu mədə-bağırsaqda olan
çürüdücü mikroorqanizmləri məhv edir.
10. Mikroelementlər və vitaminlər meyvə-tərə-
vəzin tərkibində, təbii halda daha yaxşı mənimsənilir.
11. Bişirilmiş, qızardılmış və pörtülmüş tərəvəzlər
də ət kimi orqanizmə ziyandır. Onlar turşuluğu artırır,
376
mədədə turşu-qələvi tarazlığını pozur və orqanizmdə
xəstəlik törədən mikroorqanizmlərin inkişaf etməsinə
kömək edən seliyin əmələ gəlməsinə səbəb olur.
Bişmiş məhsulların tərkibində vitaminlər və mikroele-
mentlər, fermentlər olmadığından insan orqanizmini
həyat enerjisi ilə təmin edə bilməz. Bütün süni
məhsullarda, tibbi preparatlarda fermentlər yoxdur.
Fermentsiz isə həyat ola bilməz.
12. Dərmanları, süni preparatları, sintetik qida
ə
lavələrini yalnız məcburi hallarda qida rasionuna
ə
lavə etmək olar.
Beləliklə, səmərəli qidalanmada son illərin elmi
nəaliyyətlərinə əsasən yuxarıda qeyd edilən şərtlərə
ə
məl olunarsa, insan özünü həmişə sağlam, gümrah
hiss edər və iş qabiliyyəti artar. Çünki sağlam və
səmərəli qidalanma həyatın əsas amilidir.
Azərbaycan uzun ömürlülər diyarıdır. Alimlər
bunu ilk növbədə əlverişli iqlim şəraiti, xalqın həyat
tərzi və hər şeydən əvvəl sağlam və zəngin tərkibli
qida məhsulları və səmərəli qidalanma ilə izah edirlər.
Bütün bunlar insanın həyat
fəaliyyətinə, iş
qabiliyyətinə müsbət təsir edən və ələlxüsus
uzunömürlülüyü müəyyən edən amillərdir.
377
SÖZ SONU
Kitabda qida məhsulları və qidalanma haqqında
islami dəyərlərdən, “Qurani-Kərim”də qida məhsulla-
rına aid buyurulan ayələrdən, Peyğəmbərimizin (s.ə.v.)
və imamların hədislərindən, bu sahədə dəyərli əsərlər
yazan müəlliflərin məlumatlarından geniş, səmərəli və
yaradıcılıqla istifadə olunmuşdur.
Kitabın yazılmasında “Qurani-Kərim”in 41
surəsinin 128 ayəsində mövzuya aid Allah kəlamlarına
istinad edilmiş və kitabın müvafiq bölmələrində yazılı
olaraq təfsir olunmuşdur.
Burada əsas qida məhsulları, qida maddələri
haqqında qısa məlumat verilməklə, müsəlmanın
qidasında istifadə olunan məhsulların halal və haram
olması Quran ayələri əsasında yazılmışdır. Müsəlman
gündəlik qidasında Allahın buyurduğu “Ey insanlar!
Yer üzündə ki ş eylə rin tə miz, halal olanlarını
yeyin…” ayəsini əsas tutmalıdır. Donuz əti, Allahdan
başqasının adına kəsilən heyvanlar, leş, ölü heyvan,
qan, spirtli içkilər (sərxoşluq verən hər şey), narkotik
maddələr və digər insan orqanizminə zərərli olan
məhsullar müsəlman üçün haram sayılır.
“Susuz həyat yoxdur” başlığı ilə yazılan
məlumatlardan göründüyü kimi, insan gün ərzində
bütün qidalarla 2800-3000 ml su qəbul etməlidir və
bunun 1000-1200 ml-ni su, çay və digər spirtsiz içkilər
təşkil etməlidir. Bu bölmədə canlı suyun istifadə
olunması, su və inanclar, “Qurani-Kərim”dəki su
haqqında buyurlan (35 surənin 65 ayəsi) ayələr, zəm-
zəm suyu haqqında geniş məlumat verilmişdir.
Insanın qidasında anadan olduğu ilk gündən vacib
378
həyat məlhəmi sayılan süd haqqında islami fikirlər hələ
14 əsr öncə “Qurani-Kərim”in ayələrində deyilmişdir.
Kitabda südün təkamülü, ana südünün möcüzəsi və
körpə uşaqların qidasında fizioloji, bioloji və müalicəvi
ə
həmiyyəti, süd və süd məhsullarının kimyəvi tərkibi
və qidalılıq dəyəri və pəhrizi əhəmiyyəti haqqında elmi
cəhətdən əsaslandırılmış məlumatlar vardır.
Ə
t və balıq insan qidasında ən əhəmiyyətli və
ə
vəzedilməz məhsuldur. Fizioloji normaya əsasən
insan gündə ən azı 190-200 q ət, 50-55 q balıq
yeməlidir. Kitabda ət və balıq yeyilməsinin islami
şə
rtləri geniş izah edilmişdir. Burada halal və haram ət
məhsulları, toyuq və digər quş ətləri, yumurta və
dəyərli qida mənbəyi olan balıq haqqında islami
dəyərlər ətraflı şərh edilir.
Insanların qidalanmasında bitki mənşəli məhsul-
ların, o cümlədən taxıl bitkiləri, çörək, meyvə-tərəvəz
və onların emalı məhsullarının fizioloji əhəmiyyəti
vardır. Çünki bitkiçilik məhsullarının tərkibində insan
orqanizmində asan həzm olunan şəkərlər, üzvi turşular,
mineral maddələr, vitaminlər və digər bioloji fəal
maddələr vardır. Bu baxımdan kitabda Quran mey-
vələri, o cümlədən zeytun, xurma, əncir haqqında ma-
raqlı məlumatlar verilmişdir. Ayrı-ayrı meyvə-tərə-
vəzlərin yeyilməsi haqqındakı hədislər də oxuculara
ə
həmiyyətli dərəcədə maraqlı olacaqdır.
Kitabda arı balı, onun əmələ gəlməsi, tərkibi,
müalicəvi əhəmiyyəti və balın insan orqanizminə
şə
fası təsnifat şəklində oxuculara çatdırılır.
Xörək duzu, şəkər və sirkə haqqındakı məlumatlar,
yemək-içməyin ədəbi və bunlar haqqında hədislər
oxucuda maraq yaradan dəlillərdir.
379
Islam dininin əsas ərkanlarından olan oruc haqqın-
dakı məlumatlar, o cümlədən Ramazanın mənası,
orucun tarixi, orucu pozan və pozmayan şeylər, imsak
və iftar yeməyi, Qədr gecəsi və bütün bunlara həsr olu-
nan hədislər maraqlı və tarixi məlumatlarla zəngindir.
Qida məhsulları ilə yanaşı müsəlmanın həyatında
haram hesab olunan şərabın günahları və şərab haqqında
hədislər, siqaretin zərəri haqqındakı məlumatlar da
maraqlı və gənclər üçün tərbiyəvi əhəmiyyət kəsb edir.
Qida məhsullarından, onların haram və halallı-
ğ
ından söhbət gedərkən “Qurani-Kərim”də ticarət haq-
qında olan ayələri də təfsir etmək, ticarət və alver haq-
qında olan kəlamları oxuculara çatdırmaq da
günümüzün vacib poblemlərindəndir.
Kitabın son bölmələrində ərzaq məhsullarının
qidalılıq dəyəri, balanslaşdırılmış qida normaları, qida
qəbulu mədəniyyəti, səmərəli qidalanmanın islami və
müasir prinsipləri geniş və dəqiq məlumatlar əsasında
oxucunun nəzərinə çatdırılmışdır.
Kitabdakı bütün yazıların əsas məzmununu və
elmi cəhətdən əhəmiyyətini qeyd edərkən yalnız bir və
ə
sas məqamı qeyd etmək lazımdır. Qida məhsulları və
qidalanma haqqında günümüzdə elmi cəhətdən bizə
məlum olan bütün məlumatlar haqqında 14 əsr öncə
“Qurani-Kərim”in
ayələrində
buyurulmuş
və
Peyğəmbərimizin (s.ə.v.) hədislərində deyilmişdir.
Kitabda oxuduğumuz bütün məlumatlar bizə
ə
sasən bir həqiqəti göstərir. Qida məhsulları və qida-
lanma haqqındakı “Qurani-Kərim”də qeyd edilən xə-
bərlərin hamısı günümüzdə elmi araşdırmalarla doğru
çıxmışdır. Bu məlumatların 14 əsr öncəki dövrün elmi
səviyyəsi və texnologiyası ilə izah edilməsi mümkün
380
olmamışdır. Əlbəttə, bu vəziyyət Quranın insan sözü
ola bilməməsinin çox aydın sübutudur.
Quran hər şeyi yoxdan yaradan və elmi bütün
varlıqları əhatə edən Uca Allahın sözüdür. Qida
məhsulları və qidalanma haqqındakı Quran ayələri bu
ilahi kitabın yeni möcüzələrini ortaya çıxarmaqdadır.
Insanın üzərinə düşən vəzifə isə Allahın göndərdiyi bu
ilahi kitaba sarılmaq və onu gündəlik həyatında, o
cümlədən düzgün qidalanmaqda özünə yolgöstərən
olaraq qəbul etməkdir.
Allah Təbarəkə Təala Quranda buyurur: “Bu nazil
etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe
olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm
edilsin!” (əl-Ənam, 6/155).
Mənim qida məhsulları və qidalanma haqqındakı
“Qurani Kərim”in ayələrindən, Peyğəmbərimizin
(s.ə.v.) və imamların hədislərindən, eləcə də bu sahədə
yazılmış bir çox kitablardan və dövrü mətbuatda nəşr
olunan yazılardan əldə etdiyim dəyərli və məzmunlu
məlumatlardan öyrəndiklərim və bildiklərim əsasında
oxuculara çatdırmaq istədiyim hələlik bu qədər.
Ə
sl həqiqət tək Allaha məlumdur.
Ə
gər özümdən asılı olmayaraq səhvə yol
vermişəmsə Allah Təbarəkə Təala öz cəlalı hörmətinə
məni hifs etsin, bağışlasın. Şübhəsiz ki, Allah hər şeyi
eşidəndir, biləndir, bağışlayandır, mərhəmətlidir və
rəhm edəndir.
Vəssalamu əleyküm və rəhmətullahi və bərəkətuh.
Mart 2013 / Rubiül – Axir 1434
381
“Kuranı Kerimde qıda ürünleri ve slam’da
beslenme” adlı kitabın
Ö Z E T
Ahmet-Cabir İsmail oğlu Ahmetov
Kitabın yazarı Azerbaycan Devlet
Ekonomi
Üniversitesi
‘’Qıda
ürünleri
sürümleme
ve
denetimi’’
bölümünde
Professördür. Azerbaycan yazarlar birliğ i’nin
doğ al ve emekli öğ retim üyesi olan yazar “Altın
Kalem” medya ödülü sahibidir. Yazarın kitabı
2015 yılında Caş ıoğ lu yayınevi/Bakü tarafından
yayınlanmış olup 294 sayfadır.
Kitapta gıda ürünleri ve beslenme
hakkında slami değerlerden, Kuranda gıda
ürünlerine
ait
buyurulan
ayetlerden,
Peygamberimiz
(s.a.v)
ve
imanların
hadislerinden, bu alanda değerli eserler yazan
yazarların bilgilerinden bilgilere ek olarak yazar
kendi görüşlerini de eklenmiştir.
Kitabın
yazılmasında
‘’Kur’anı
Kerim”in 41 suresinin 128 ayetinde Allah
sözlerine atıfta bulunulmuş ve kitabın ilgili
bölümlerinde yorumlamalara yer verilmiştir.
Kitapta öncelikle temel gıda maddeleri
hakkında kısa bilgi verilerek müslümanın
beslenmesinde kullanılan ürünlerin helal ve
haram olduğu ile ilgili kuran ayetleri verilmiştir.
Allah, müslümanlara günlük beslenmesinde ‘’Ey
Dostları ilə paylaş: |