Balıq suda ölsə, onu yemək haramdır
Balıq suda bir neçə halda ölür:
1. Balıq ov alətində müxtəlif səbəbdən uzun
müddət qalır. Külək və başqa təbii səbəblərdən balıq
ov alətindən vaxtında çıxardılmır. Balıq ov alətindən
qaçmağa cəhd göstərir və güclü hərəkətlər edir. Digər
tərəfdən, külək və fırtına balığı həddən artıq yırğalayır
və ona mexaniki zərbələr vurur. Bunun nəticəsində
154
orqanizmdə maddələr mübadiləsi kəskin dərəcədə
pozulur. Orqanizmdə normadan artıq oksidləşməmiş
maddələr yığılır və balıq ölür.
2. Ov alətində balıq çox toplanılır. Məsələn, Xudat
Siyənək Ovlama vətəgələrində bir nevoda (tordan dü-
zəldilmiş üzən böyük ov aləti) bəzən 50 tona qədər
siyənək düşür. Siyənəklər nevodun matnasında (torun
kisə şəklində orta hissəsi) yığılır. Nevod sahilə çə-
kildikdə balıqlar matnada yığılır və nəhayət bir-bir-
lərini möhkəm sıxırlar. Orta qatlarda qalan balıqların
tənəffüs alması çətinləşir və balıq suda ikən ölür.
Bəzən küləyin güclənməsindən ov alətində ölmüş
siyənəklər 5-6 saat və daha çox qalır.
3. Suda oksigenin çatışmaması üzündən balıq ölür.
Məlum olduğu kimi, balıq oksigensiz yaşaya bilməz.
Balıqlar növlərindən asılı olaraq oksigenə müxtəlif
tələbat hiss edirlər. Orta hesabla suda oksigenin
miqdarı 4,5 mq/l-lən az olmamalıdır ki, balıqlar məhv
olmasın. Su hövzələrində oksigenin az olması balıqlar
üçün fəlakətdir. Ümumiyyətlə, oksigen normadan az
olanda balıq nə hərəkət edir və nə də qidalanır (yuxuya
dalır). Suda oksigenin miqdarı azaldıqca balıq
«boğulur» və tələf olur.
Su hövzələrində oksigen bir çox səbəblərə görə
azalır. Oksigenin azalması suyun olduqca isti olması
və yaxud qış zamanı donması, suda çürük bitkilərin və
ölü heyvanların olması, suyun dibinin lilləşməsi, su
hövzələrinə məişət, zavod və fabriklərin çirkli sularının
tökülməsi, neft və başqa yanacaqların qarışması ilə
ə
laqədardır.
Ilk növbədə, suda ölmüş balıqda botulizm törədi-
ciləri kəskin dərəcədə inkişaf edir və çoxalırlar. Müəy-
155
yən olunmuşdur ki, 12-16
0
C temperaturda bir neçə
saatdan sonra botulizm törədiciləri balığın mədəsindən
ə
tinə və qanına keçir. Botulizm zəhəri 24 saatdan sonra
balığın qanında və 48 saatdan sonra ətində müşahidə
olunur.
Suda ölmüş balıq, quruda ölmüşə nisbətən
fermentlərin və mikrobların təsirinə daha tez düçar
olurlar. Bu da suda ölmüş balığın ətinin olduqca tez
yumşalması və onun toxumalarının müqavimətinin
azalması ilə izah olunur.
Suda ölmüş balığın tərkibində dərin biokimyəvi və
mikrobioloji proseslər gedir. Nəticədə balıq yeyinti
üçün yararsız hala düşür.
Ə
gər balıq sudan kənara düşsə, ya ləpə onu kənara
atsa, ya su çəkilib balıq quruda qalsa, belə ki, ölümün-
dən əvvəl onu tutsalar, can verəndən sonra onu yemək
halaldır. Bu məsələnin izahı yuxarıda verilmişdir. Tək-
rarən qeyd etmək istəyirəm ki, ölümü məlum olmayan
balığı yemək təhlükəlidir.
Qeyd: Balıq haqqında yuxarıda verilən məlumat-
lar Əliheydər Mahmudovun “Quran və şəriətdə ba-
lıq” (Bakı, 1994) kitabından istifadə olunmaqla
yazılmışdır.
Balıq haqqında hədislər
Peyğəmbər (s.ə.v.):
1. (Daim) balıq əti yemək bədəni korlayır.
2. Daim təzə balıq əti yemək insanın ətini
korlayır.
Imam Əli (ə):
1. (Daim) təzə balıq əti yemək insanın ətini əridir.
2. Daim balıq əti yeməyin, o bədəni korlayır.
156
3. Balıq əti az yeyin ki, o bədəni zəiflədir,
bəlğəmi artırır və nəfəs almağı çətinləşdirir.
4. (Daim) balıq əti yeməyin ki, o bədəni vərəmə
giriftar edər.
5. Balıq əti az yeyin ki, onun əti bədəni zəiflədir,
bəlğəmi artırır və nəfəs almağı çətinləşdirir.
Imam Baqir (ə): Bu balıq əti gözün pərdəsi üçün
pisdir.
Imam Sadiq (ə):
1. Üç şey kökəldir və üç şey arıqladır. Arıqladan-
lar: yumurta, balıq və təzə xurma yeməyə adət etmək.
2. (Daim) balıq əti yemək bədəni əridir.
3. Allahın Rəsulu (s.ə.v.) balıq əti yeyəndə deyər-
di: “Allahım! Bunu bizim üçün bərəkətli et, bizə bun-
dan da faydalı qidalar nəsib et”.
Imam Kazim (ə):
1. Balıq yeyin. Əgər onu çörəksiz yesəniz,
doyuzdurar, çörəklə yesəniz, həzm etdirər.
2. (Daim) təzə balıq əti yemək bədəni xarablayır.
3. (Daim) təzə balıq əti yemək gözlərin piyini
xarablayır.
Diqqət: Daim balıq əti yeməyi qadağan edən hə-
dislərin sənədlərinin zəif olmasına baxmayaraq, on-
ların sayının çoxluğu tədqiqatçılarda həmin hədislərin
sadirliyinə bir növ güman yaradır. Hərçənd ki, qəti
fikir bildirmək üçün elmi və təcrübi tədqiqatın apa-
rılması zəruridir.
Imam Rza (ə): Gərək…eyni vaxtda balıqla yumur-
tanı yeməyəsən. Onlar bir yerdə olanda qulunc, babasil
yeli və diş ağrısı yaradırlar.
“Kafi” - Səid ibn Imam Sadiqin (ə) yaxın adamla-
rının birindən: Imam (ə) xurma gətizdirib yedi və dedi:
157
“Xurma yeməyə meylim yox idi, sadəcə, balıq əti
yemişdim”.
Sonra dedi: “Hər kəs axşam balıq əti yesə və onun
arxasınca bir neçə xurma və ya bal yemədən yatsa,
səhərə kimi iflicin əlamətləri özünü büruzə verəcək”.
Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Balıq əti çox yemək vərəm xəstəliyinə səbəb
olar”.
2. “Təzə balıq əti yemək bədəni əridər”.
158
ŞƏ
FA MƏ NBƏ YI ZEYTUN
“Qurani-Kərim”də
diqqətimizi
cəlb
edən
qidalardan biri də zeytundur. Son dövrlərdə aparılan
araşdırmalar zeytunun təkcə ləzzətli bir qida deyil,
həm də mühüm bir sağlamlıq mənbəyi olduğunu
göstərib. Zeytun və zeytun yağı haqqında “Qurani-
Kərim”in 7 surısinin 9 ayəsində zeytun və zeytun yağı
haqqında Allah kəlamı buyrulmuşdur.
“Qurani-Kərim”də zeytun və zeytun yağı
haqqında ayə lə r
Sıra
Sayı
Surə nin
nömrə si
Surə nin adı
Ayə lə rin nömrə si
1
6
ə
l-Ənam
99, 141
2
12
Yusif
49
3
16
ə
n-Nəhl
11
4
23
ə
l-Muminun
20
5
24
ə
n-Nur
25, 35
6
80
Ə
bəsə
29
7
95
ə
t-Tin
1
“Allah göylərin və yerin nurudur. (Kainatı ya-
radıb ona nur verə n, yer və göy ə hlinə haqq yolu gös-
tə rə n xaliqdir).
Onun (Peyğə mbə rimizin və möminlə -
rin qə lbində olan)
nuru, içində çıraq olan bir tax-
çaya bə nzə r; taxçadakı o çıraq bir qə ndilin için-
də dir, o qə ndil isə , sanki parlaq bir ulduzdur. O
çıraq nə şə rqdə , nə də qə rbdə (alə min ortasında)
olan mübarə k bir zeytun ağ acından yandırılır...”.
(ən-Nur, 24/35).
Yuxarıdakı ayənin əslində «mubarəkətin zeytunə-
159
tin» ifadəsi ilə zeytun “bərəkətli, müqəddəs, faydalı,
saysız xeyir verən” mənalarına gələn mübarək sifəti ilə
qeyd edilmişdir. “Zeytuha” ifadəsi ilə bildirilən zeytun
yağı başqa qatı yağların əksinə olaraq bütün mütəxəs-
sislər tərəfindən başda ürək və qan-damar sağlamlığı
olmaqla ən çox tövsiyə edilən yağ növü kimi tanınır.
Zeytun yağının sağlamlıq baxımından faydalarını bu
cür qeyd edə bilərik.
Ürək və qan-damar sağlamlığına faydası
Zeytun və zeytun yağındakı yağ turşularının ək-
səriyyəti doymamış yağ turşularıdır. Belə yağlarda
xolesterin olmur. Buna görə də zeytun yağı qandakı
xolesterin səviyyəsini qaldırmır, əksinə, onu nəzarətdə
saxlayır. Bundan başqa, zeytun yağının tərkibində
bədən üçün zəruri olan (EFA: essential fatty asit)
omeqa-6 yağ turşusu (linolen turşu) var. Buna görə də
səhiyyə təşkilatları (Dünya Səhiyyə Təşkilatı WHO)
damar kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu
cəmiyyətlərdə
istifadə
edilən
yağlardakı
yağ
turşusunun ən az 30%-nin omeqa-6 yağ turşusu
olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini yüksək
səviyyədə artırır.
Bu sahədə aparılan tədqiqatlar 1 həftə boyunca hər
gün 25 ml – təxminən 2 xörək qaşığı – təbii zeytun
yağı qəbul edən insanların daha az LDL (pis xoles-
terin) və daha yuxarı antioksidant səviyyələri göstər-
diyini təsdiqləyib. Antioksidantlar bədənimizdəki “sər-
bəst radikallar” adlı zərərli maddələrin zərərsizləşdiril-
məsi və hüceyrəyə zərər verilməsinin qarşısının alın-
ması baxımından çox zəruridir. Zeytun yağından isti-
fadənin xolesterinin səviyyəsini aşağı salması və ürək
160
xəstəliklərinin qarşısını alması bir çox araşdırmalarla
da təsdiq edilib.
Zeytun yağı qanda dövr edən LDL adlı zərərli
xolesterinin səviyyəsini aşağı saldığı, HDL adlı
xolesterin səviyyəsini isə yüksəltdiyi üçün ürək və qan-
damar xəstələrinə dərman kimi tövsiyə edilir. Ürək-
damar xəstəliklərinə çox rast gəlinən ölkələrdə əksərən
yüksək xolesterin səviyyəsinə malik doymuş yağlar iş-
lədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki omeqa-
6 turşusunun omeqa-3 yağ turşusuna nisbətini də
pozur. Omeqa-3 və omeqa-6 yağ turşularının müəyyən
səviyyədə qəbul edilməsi çox vacibdir. Çünki bu
nisbətin pozulması immunitet və ürək xəstəlikləri, o
cümlədən xərçəng xəstəliyi kimi bir çox xəstəliklərin
inkişafına gətirib çıxarır. Məhz buna görə də bir çox
insanlar zeytun yağı ilə şəfa tapırlar. Amerika Ürək
Cəmiyyəti ürək xəstəlikləri riskini azaltmaq üçün
doymamış turşulu yağ pəhrizinin 30%-ni az yağlı
pəhrizə alternativ ola biləcəyini bildirir.
“(Allah) Onunla (o su ilə) sizin üçün əkin (taxıl,
bitki)
, zeytun, xurma, üzüm və bütün (başqa) mey-
vələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bun-
da (Allahın vəhdaniyyətini sübut edən) dəlillər var-
dır!” (Ən-Nəhl 16/11).
Xərçəng xəstəliyinin qarşısının alınması
“The Archives of Internal Medicine” jurnalında
dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə
doymamış yağ istifadə edən qadınların döş xərçənginə
düçar olması riskinin az olduğunu göstərmişdir.
Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının
apardığı başqa bir çalışmada isə bitki yağlarından biri
161
kimi zeytun yağının B-sitosterolun prostat xərçəng
hüceyrələrinin yaranmasının qarşısını almaqda kömək
etdiyi bildirilir. Tədqiqatçılar B-sitosterolun hüceyrələ-
rin bölünməməsi əmrini verən hüceyrədaxili xəbərləş-
mə sistemini gücləndirdiyi, bununla da hüceyrə böyü-
məsi nəzarətdən çıxmadan xərçəngin qarşısının alına
biləcəyi nəticəsinə gəliblər.
Oksford Universitetinin həkimləri tərəfindən aparı-
lan sonuncu araşdırmada da zeytun yağının bağırsaq
xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu
aşkar edilib. Həkimlər zeytun yağının bağırsaq xərçən-
ginin başlamasının qarşısını almaq üçün mədədəki turşu
ilə reaksiyaya girdiyini kəşf ediblər. Oksford tədqi-
qatçıları zeytun yağının öd turşusu miqdarını azaldaraq
və DAO (diamin oksidaz adlı ferment) səviyyəsini
yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı
qoruyucu olduğunu da üzə çıxarıblar.
Artritin (oynaq iltihabı) qarşısının alınması
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda
zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaq-
larındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablanma-
ya) səbəb olan revmatizmal artrit keçirmək riski azalır.
Sümüyün inkişafına kömək etməsi
Zeytun yağının tərkibindəki E, A, D və K vita-
minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişa-
fına kömək etməsi, kalsium miqdarını sabitləşdirərək
sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu
yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm
olunması asandır və minerallarla bədəndə istifadəsinə
162
kömək edir. Həmçinin sümük mineralizasiyasını (mi-
neralların sümüklərdə çökməsi) hərəkətə keçirərək,
kalsium itkisinə əngəl olur. Sümüklər orqanizmin
mineral quruluşunun anbarını yaradır və sümüklərdə
mineral yığımı olmayanda sümük yumşalması kimi
ciddi problem əmələ gəlir. Bu baxımdan zeytun
yağının skelet quruluşuna çox müsbət təsiri var.
Qocalmağın qarşısını alır
Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri
təzələmək xüsusiyyətinə malik olduğu üçün ondan
qocalığın qarşısının alınmasında da istifadə edilir,
çünki zeytun yağı dərini qidalandırır və qoruyur.
Qidalar bədənimizdə enerjiyə çevrilərək oksidant adlı
bəzi maddələr ortaya çıxır. Zeytun yağı özündə ehtiva
etdiyi çoxsaylı antioksidant maddələrlə bədənin zərərli
maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələri-
mizi təzələyir, toxuma və orqanlarımızın yağlanmasını
ləngidir. Zeytun yağı bədənimizdəki hüceyrələrə zərər
verən, onları qocaldan «sərbəst radikallara» təzyiq
edən E vitamini baxımından da zəngindir.
Uşaqların inkişafına müsbət təsiri
Zeytun və zeytun yağı tərkibində olan linolen
turşusuna (omeqa-6 yağ turşusu) görə təzə doğulmuş
körpələr, inkişaf mərhələsində olan uşaqlar üçün çox
faydalı bir qidadır. Linolen turşusunun az olması
uşağın inkişafının ləngiməsinə və bəzi dəri
problemlərinin yaranmasına səbəb ola bilər. Zeytun
yağında bədənimizdə olan zərərli maddələrin təsirinin
qarşısını alan antioksidant elementlər və insan üçün
böyük əhəmiyyət kəsb edən yağ turşuları var. Bunlar
163
da hormonlara dəstək olur və hüceyrə zərinin əmələ
gəlməsinə kömək edir. Zeytun yağı ana südündəki yağ
turşusu nisbətinə oxşayır, bununla bərabər bir çox
doymamış tərkiblərə də malikdir.
Zeytun yağı insan bədəni tərəfindən əldə edilə
bilməyən, həmçinin bədənin zəruri ehtiyac duyduğu
ə
sas yağlı turşular baxımından kifayət edəcək bir
mənbədir. Bu amillər zeytun yağını təzə doğulan
körpələr üçün çox faydalı maddəyə çevirir. Doğuşdan
ə
vvəl və sonra körpə beyninin və sinir sisteminin təbii
inkişafına müsbət təsiri olduğuna görə, mütəxəssislər
tərəfindən analara məsləhət görülən yeganə yağ yenə
zeytun yağıdır. Bu yağ ana südündəkinə yaxın
miqdarda linolen turşusu ehtiva edir. Bununla yanaşı,
yağsız inək südünə zeytun yağı əlavə ediləndə, o ana
südü qədər təbii bir qida xüsusiyyəti qazanır.
Təzyiqi aşağı salması
“The Archives of Internal Medicine” jurnalının
2000-ci il 27 mart tarixli sayında dərc olunan bir
araşdırma zeytun yağının yuxarı qan təzyiqinə müsbət
təsirini bir daha vurğulamışdır. Bundan başqa, zeytun
yağının yarpağından təzyiqi aşağı salan dərmanlar
hazırlanır.
Daxili orqanlara faydası
Isti və ya soyuq halda qəbul edilməsindən asılı
olmayaraq zeytun yağı mədə turşusunu azaldaraq
mədəni qastrit və xora kimi xəstəliklərdən qoruyur.
Bununla yanaşı, öd ifrazatını sürətləndirərək onun ən
mükəmməl hala gəlməsini təmin edir. Öd kisəsinin bo-
164
ş
alma fəaliyyətini nizamlayır və öd daşı riskini azaldır.
Tərkibindəki xlor sayəsində də qaraciyərin çalışmasına
kömək edir. Bununla da bədənin tullantılardan xilas
olmasını asanlaşdırır. Bunlardan başqa, beyin, aorta
damarlarının da sağlamlığına müsbət təsir göstərir.
Zeytun yağı bütün bu xüsusiyyətlərinə görə son
dövrlərdə mütəxəssislərin diqqətini cəlb edir.
Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq.
Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxs-
lərdən biri sayılan, “Qida əczaxanası” (“The Food
Pharmacy”) və “Qidalar – möcüzəli dərmanlarımız”
(“Food – Your Miracle Medicine”) kitablarının müəlli-
fi, SNN telekanalının mükafatlı müxbiri, beynəlxalq
köşə yazarı olan Jan Karper:
“Italiyada aparılan yeni tədqiqatlar nəticəsində
zeytun yağının özündə LDL xolesterinin arteriya
damarlarına tıxac yaratmaq xüsusiyyəti də daxil
olmaqla bəzi xəstəlik mərhələləri ilə döyüşən … anti-
oksidantlar ehtiva etdiyini aşkarlayıb”.
Pəhriz və qidalanma mütəxəssisi Pet Beird:
“Zeytun yağının hərtərəfliliyi…onun bədənin sağ-
lamlığına olan faydası haqqında öyrənəcəyimiz daha
çox şey var”.
Harvard Universitetinin xalq sağlamlığı məktəbi
epidemiologiya bölümü başqanı dr. Dimitrios Triçopu-
los:
“Amerikalı qadınlar doymuş yağların əvəzinə daha
çox zeytun yağı istifadə etsəydilər, döş xərçəngi
riskində 50% qədər azalma baş verə bilərdi… Zeytun
yağı bəzi bədxassəli şiş növlərinə – prostat, döş,
onurğa, pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı
qoruyucu təsirə malikdir”.
165
Mayami Universitetinin (ABŞ) tibb fakültəsindən
D.Pek:
“Zeytun
yağının
siçovullardakı
immunitet
sistemini gücləndirdiyi sübut olunmuşdur…”.
Milan Universiteti əczaçılıq fakültəsindən Bruno
Berra:
“Təbii yolla süzülmüş zeytun yağının tərkibində
olan LDL oksidasiona olan müqavimətini aydın
şə
kildə artırır”.
II Federiko Universitetinin daxili və metabolizma
xəstəlikləri kafedrasından A.A.Rivelles, G.Rikardi,
M.Mançini:
“Zeytun yağı insulin müqavimətinin qarşısını alır
və qandakı qlükozanın daha yaxşı nəzarətini təmin
edir”.
Neapolitan Universiteti tibb və kimya fakültə-
sindən Patrisia Qaletti:
“Zeytun yağı polifenollarının qida kimi qəbul
edilməsi reaktiv oksigen metabolitlərlə bağlı xəstəlik
riskini azalda bilər – mədə-bağırsaqla bağlı bəzi
xəstəliklər və damarların tıxanması kimi. Zeytun yağı
insan eritrositlərini oksidativ təhlükədən qoruyur”.
Harvard Universitetinin xalq səhiyyəsi kafedrasın-
dan Frank Saks:
“Zeytun yağından ibarət olan zəngin qida rasionlu
pəhriz ifrat kökəlməyi nəzarətdə saxlamaqda və
müalicə etməkdə az yağlı qida rasionundan ibarət
pəhrizdən daha təsirlidir. O uzunmüddətli artıq çəki
itkisinə də səbəb olur, bu halda çəkini qorumaq daha
asandır…”.
Göründüyü kimi, bu gün bir çox alimlər zeytun
yağını əsas qəbul edən qidalanma modelinin ən ideal
166
forma olduğunu düşünür. Bu xüsusiyyətlərinə görə
gündəlik qida rasionunda olması zəruri olan ən əsas
qidaların zeytun və zeytun yağı olduğu bildirilir.
Allahın bir çox ayədə diqqətimizə çatdırdığı zeytun
bitkisinin faydası tibbi bilgilərin artması ilə paralel
olaraq kəşf edilmişdir.
Dostları ilə paylaş: |