127
BALIQ Ə T YEY LMƏ S NIN ISLAMI ŞƏ RTLƏ RI
Balıq və balıq məhsullarının insanların qidalanma-
sında böyük əhəmiyyəti vardır. Balığın tərkibində
zülal, yağ, mineral maddələr (xüsusən fosfor və yod),
vitaminlər və digər bioloji fəal maddələr vardır. Fizio-
loji normaya əsasən orta yaşlı insan ildə azı 18,2 kq
balıq istehlak etməlidir. Balığın tərkibində olan zülallar
orqanizmdə çox asan mənimsənilir.
Balıq əti vitaminlər və mineral maddələrlə
zəngindır. Balıq ətinin enerji dəyəri onun tərkibində
olan yağın miqdarı ilə müəyyən olunur.
Balıq əti yel və ürək xəstəlikləri üçün əhəmiy-
yətlidir. Gündə azı 30 qram balıq əti yeyən insanda
ürək xəstəlikləri azalmışdır. Dörd həftə mütəmadi balıq
ə
ti yeyənlərdə qanın tərkibindəki yağ nisbəti optimal-
laşır. Balıq əti ilə daha çox qidalananlarda ateroskleroz
riski azalmışdır. Balıq əti və yağı A vitamini ilə
zəngindir.
Balığın kimyəvi tərkibi və insan orqanizmi üçün
ə
həmiyyəti barədə çox danışmaq olar, lakin balığın əsl
biokimyəvi tərkibi, onun qidalılıq dəyəri və pəhrizi-
müalicəvi əhəmiyyəti ancaq onu yaradan tək Allaha
məlumdur.
Allahın yaratdığı saysız nemətlər sırasında balıq
mühüm yerlərdən birini tutur.
Balıq əti dadlı və şirəli olmaqla bərabər, insan
orqanizmi tərəfindən tez həzm olur. Hələlik bizə
məlum olan məlumatlara əsasən, balıqda olan zülali
maddələrin əsas yeyinti dəyəri ondan ibarətdir ki,
onların tərkibində insan orqanizminə lazım olan bütün
128
aminturşuları vardır. Bunlardan izoleysin, leysin, lizin,
metionin, fenilalanin, treonin, triptofan və valini
göstərmək olar. Qidada aminturşularının olmaması və
ya az olması müxtəlif xəstəliklər törədir.
Balıq ətində qeyri-zülali (ekstraktiv) azotlu
maddələrin olması qidanın həzm edilməsində mühüm
rol oynayır ki, bu da onların mədə şirəsi ayırması və
iştahaçıcı qabiliyyəti ilə bağlıdır.
Balıqda tez həzm olan yağlar vardır. Balıq yağının
20-30%-i doymuş və 70-80%-i doymamış yağ
turşularından ibarətdir. Onların bərk yağlara (inək və
qoyun piyinə) nisbətən qida dəyəri xeyli yüksəkdir.
Doymamış yağ turşularından linol, linolen və
araxidon xüsusilə böyük bioloji və müalicəvi əhəmiy-
yətə malikdir. Göstərilən turşular insan orqanizmi
tərəfindən sintez olunmur. Onları yalnız qida ilə qəbul
etmək lazımdır. Lakin qeyd etmək lazımdır ki, yeyinti
məhsullarının çoxunda adları çəkilən (xüsusən
araxidon) miqdarı kifayət qədər deyildir. Bu cəhətdən
balığın qaraciyəri əvəzedilməz məhsuldur.
Zülal maddələrinin və yağın enerji yaratma qa-
biliyyəti böyükdür. Balıq zülallarının və yağının 96%-i
insan orqanizmi tərəfindən mənimsənilir.
Balıqda 60-a yaxın kimyəvi element vardır. Bun-
lardan kalium, natrium, kalsium, maqnezium, fosfor,
xlor, yod, brom, dəmir, mis, kobalt, manqan, sink və s.
göstərmək olar.
Balıqda heyvan və quşlara nisbətən mineral mad-
dələrin miqdarı çoxdur. Dəniz balıqları xüsusən mi-
neral maddələrlə zəngindir.
Mineral maddələrin insan orqanizmində böyük
ə
həmiyyəti vardır. Onlar insan sümüyünün, beyninin,
129
sinir və örtük toxumalarının qurulmasında mühüm rol
oynayırlar. Bundan əlavə, onlar qanın və hüceyrə
mayesinin tərkibinə daxil olaraq həyati proseslərin
normal keçməsini təmin edirlər.
Mineral maddələr orqanizmdə lazımi turş və
qələvi mühitin yaranmasında iştirak edirlər. Balıq əti
və daxili üzvləri vitamin mənbəyidir. Onlarda olan
vitaminlər: A, B
1
, B
2
, B
6
, B
9
, B
12
, B
t
, D, E, PP, C,
pantoten turşusu və inozitdir. Insan orqanizmində
vitaminlərin rolu danılmazdır.
Balığın əsl biokimyəvi tərkibi, onun yeyinti dəyəri
və müalicə əhəmiyyəti ancaq onu yaradan tək Allaha
məlumdur.
Yuxarıda qeyd edilən müxtəsər məlumatdan aydın
olur ki, Allah- Təala insanlar üçün necə gözəl nemətlər
yaradıb. Ona şükr eləmək hər müsəlmanın borcudur.
Müqəddəs kitabımız “Qurani-Kərim”də buyurulur:
“Iki dəniz eyni deyildir. Birinin suyu çox şirin,
dadlı və içməyə rahat (boğazdan rahat keçən), digə-
rininki isə həddindən artıq şor və acıdır. Onların
hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və
mərcan kimi)
bəzəklər çıxardırsınız. Onun (Allahın)
lütfündə n (nemə tində n) ruzi dilə yib axtarmağ ınız
(ticarə t etmə yiniz)
üçün gəmilərin də orada (suyu)
yara-yara üzdüyünü görürsə n. (Bütün bunlara görə ),
bə lkə , (Allaha) ş ükr edə siniz” (Fatir, 35/12).
“Tə zə ə t (balıq ə ti) yemə yiniz, taxdığ ınız bə zə k
ş
eylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün
də nizi də sizə ram edə n Odur. (Ey insan! Allahın)
nemə tində n ruzi axtarmağ ınız üçün sə n gə milə rin
onu yara-yara üzüb getdiyini görürsə n. Bə lkə ,
(bundan sonra Allahın nemə tlə rinə ) ş ükr edə siniz!”
130
(ən- Nəhl, 16/14).
Balıq haqqında “Qurani-Kərim”in əl-Maidə-5/96,
ə
n-Nəhl-16/4, əl-Kəhf-18/61-63 surələrində buyuruqlar
vardır.
Bu ayələrdə balıqçılığın bütün sahələri üçün
apaydın istiqamətlər göstərilib. Onlardan bəzilərinin
izahını vermək burada yerinə düşür.
Balıq də yə rli qidadır
“Də niz ovu və onu yemə k sizə də , sə fə rdə olan-
lara da faydalı olsun deyə halal edildi…” (əl-Maidə,
5/96).
Ürək xəstəliyindən əziyyət çəkən və buna görə
dünyadan köçən adamların orta yaş həddinin getdikcə
aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müa-
sir təbabətdə ürək xəstəliklərinin müalicəsi məsələ-
sində irəliləyiş və inkişaf olsa da, mütəxəssislərin
ə
sasən tövsiyə etdiyi məsələ bu xəstəliyə məruz
qalmazdan əvvəl görülən tədbirləri dəqiqliklə yerinə
yetirməkdir. Mütəxəssislər ürəyin sağlam fəaliyyətinin
təmin edilməsində və xəstəliyin qarşısının alınmasında
vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır.
Balığın çox vacib bir qida olmasının səbəbi onun
özündə həm insan bədəni üçün zəruri olan maddələri
ehtiva etməsi, həm də bədəni müxtəlif xəstəlik risklə-
rindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə
malik olmasıdır. Məsələn, məlum olub ki, balıq ətinin
tərkibindəki omeqa-3 turşusu bədənin sağlamlığı üçün
sanki bir qalxan vəzifəsini yerinə yetirir. O da bəlli
olub ki, davamlı olaraq balıq yeyəndə ürək xəstəlikləri
riski azalır və immunitet sistemi güclənir.
Elmi yolla təzəcə sübut edilən balığın faydaları və
131
onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il
ə
vvəl göndərilən Quranda da bildirilir. Uca Allah
Quranda dəniz məhsullarını “Tə zə ə t yemə yiniz üçün
də nizi də sizə ram edə n Odur…» (Ən-Nəhl, 16/14).
«Də niz ovu və onu yemə k sizə də , sə fə rdə olanlara
da faydalı olsun deyə halal edildi…” (əl-Maidə,
5/96) ayələri ilə xəbər verir. Bundan əlavə, “Kəhf»”
surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədə
Hz. Musanın və onun gənc köməkçilərinin uzun bir
səfərə çıxdığı və özləri ilə də qida kimi balıq götür-
düyü bildirilir:
“Onlar iki dənizin qovuşduğu yerə gəlib çat-
dıqda balığı unutdular. Balıq isə dənizdə bir
yarğana tərəf üz tutmuşdu. Onlar (çatmalı olduqları
yerdən)
keçib getdikləri zaman (Musa) gənc dostuna
dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi
lap əldən saldı!”. O isə: “Görürsənmi, biz qayanın
yanında
gizləndiyimiz
zaman
mən
balığı
unutdum…” (əl-Kəhf, 18/61-63).
“Kəhf” surəsində uzun bir səfər zamanı yorulan-
dan sonra yemək üçün xüsusilə balığın seçilməsi çox
maraqlıdır. Dolayısı ilə bu hissədəki hikmətlərdən biri
kimi balığın faydalarına, onun qidalandırıcı xüsusiy-
yətinə işarə edilə bilər (ən doğrusunu Allah bilir).
Həmçinin balığın qida kimi xüsusiyyətlərini araş-
dıranda diqqətəlayiq məlumatlarla üzləşirik. Rəbbimi-
zin bizə böyük bir neməti olan balığın əti xüsusilə
protein, D vitamini və əksər elementlər (bədəndə çox
az miqdarda mövcud olan, lakin bədən üçün çox vacib
olan bəzi elementlər) baxımından mükəmməl qida
mənbəyidir. Onun tərkibində olan fosfor, kükürd,
vanadium kimi minerallar sayəsində böyümə və
132
toxumaların yaxşılaşması təmin edilir. Balıq ətindəki
bu maddələr sağlam diş ətinin və diş quruluşunun
yaranmasına kömək edir, dərinin rəngini gözəlləşdirir,
saçların daha sağlam olmasını təmin edir, bakterioloji
infeksiyalarla mübarizəyə dəstək verir. Bundan əlavə,
həmin maddələr qandakı xolesterol balansının tənzim-
ləyici təsirləri ilə infarktın qarşısının alınmasında mü-
hüm rol oynayırlar. Bu maddələr nişasta və piyin
parçalanaraq onların orqanizm tərəfindən mənimsənil-
məsinə yardımçı olur, beləliklə, daha enerjili və daha
güclü qalmağı təmin edirlər. Digər tərəfdən, balıq
ə
tində olan maddələr zehni fəaliyyətin nizamlı olma-
sına müsbət təsir göstərir. Onun tərkibindəki D vita-
mini və başqa minerallar kifayət miqdarda qəbul edil-
məyəndə isə raxitlik, sümük boşluğu, diş əti xəstəlik-
ləri, zob, hipertiroit kimi problemlər ortaya çıxa bilər.
Bunlardan əlavə, müasir tibbi biliklər balığın tərki-
bində omeqa-3 yağ turşularının sağlamlıq baxımından
çox əhəmiyyətli olduğunu sübut edir. Hətta bu yağlar
zəruri yağ turşuları (EFA: essential fatty asit) kimi
müəyyənləşdirilir.
Balıq yağındakı Omeqa-3 turşusunun faydası
Balıq yağında sağlamlığımız üçün xüsusilə çox
ə
həmiyyətli olan iki fərqli doymamış yağ turşusu növü
var: EPT (eykozapentien turşusu) və DHT (dekozahek-
saen turşusu). EPT və DHT polidoymamış yağlar kimi
tanınır və özündə vacib omeqa-3 yağ turşularını ehtiva
edir. Insan bədəni omeqa-3 və omeqa-6 yağ turşularını
yarada bilməz, yəni onlar kənardan qidalarla qəbul
edilməlidir.
Balıq yağı özündə omeqa-3 yağ turşularını ehtiva
133
etdiyi üçün onun sağlamlığa faydası haqqında daha çox
dəlil var. Omeqa-3 bitki yağlarında olsa da, sağlamlığı
qorumaqda daha az təsirə malikdir. Bunun əksinə
olaraq dəniz planktonları omeqa-3 yağ turşusunun EPT
və DHT-na çevrilməsində çox böyük təsirə malikdir.
Balıqlar bu planktonları yeyəndə EPT və DHT baxı-
mından zənginləşirlər. Buna görə də balıq insan bədəni
üçün çox əhəmiyyət kəsb edən bu yağ turşularının
olması baxımından ən zəngin qidalardan hesab edilir.
Balıqdakı yağ turşularının həyati
ə
həmiyyətli faydası
Balıqdakı yağ turşularının əsas xüsusiyyəti isə bə-
dənin enerji istehsalına təsir göstərməsidir. Bu yağ tur-
ş
uları bədəndə oksigenə bağlanaraq elektron transferini
həyata keçirir və bədəndəki bəzi kimyəvi reaksiyaları
enerji ilə təmin edir. Buna görə də balıq yağı baxı-
mından zəngin qidaların yorğunluğun aradan qaldır-
masına, qavrayış gücünü və hərəkət qabiliyyətini
artırdığına dair dəlillər də var. Omeqa-3 insanın diqqət
qabiliyyətini də onun enerji səviyyəsi qədər artırır.
Balığın «zəka qidası» adlandırılmasının elmi əsası var,
çünki beyindəki yağın əsas tərkibi özündə omeqa-3
yağ turşularını ehtiva edən DHT-dır.
Ürək-damar sisteminin sağlamlığında
balığ ın ə hə miyyə ti
Balığın tərkibində olan omeqa-3 yağ turşusu
qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı
salır. Bu turşu ürəyin sağlam fəaliyyətini təmin etməsi
ilə məşhurdur. Triqliserid yağın bir növüdür,
tərkibindəki bol yağ və az protein baxımından LDL-yə
134
(pis xolesterola) oxşayır. Triqliseridin səviyyəsinin
artması xüsusilə xolesterolun səviyyəsi yüksələndə
ürək xəstəliyi riskini çoxaldır. Balıq yağları infarktdan
sonra anormal ürək döyüntülərini, həyatı təhdid edən
riskləri də azaldır.
ABŞ-ın Tibb Birliyinin apardığı bir araşdırma
göstərib ki, həftədə 5 dəfə balıq yeyən qadınlarda
infarkt keçirmə nisbəti 30%-ə qədər azalır. Bunun
balıq yağında olan omeqa-3 yağ turşularının qanın
daha az laxtalanmasına səbəb olmasından qaynaqlan-
dığı güman edilir. Qanın damarlarımızda adi sürəti
saatda 60 km-dir və qanın kifayət qədər duruluğu,
onun axınının, miqdarının, sürətinin normal səviyyədə
olması həyati əhəmiyyət kəsb edir. Qanımız üçün ən
böyük təhlükə – qanaxma kimi zəruri vəziyyətlər istis-
na olmaqla – laxtalanaraq duruluğunun azalmasıdır.
Balıq yağları qandakı trombositlərin (bədəndə qanax-
ma olanda qanı intensivləşdirən qan plakcıqları) bir-
birinə yapışmasına mane olaraq qanın laxtalanmasını
azaltmaqda da təsirlidir. Əks halda qanın qatılaşması
damarların daralmasına səbəb olur. Bu vəziyyət də
başda ürək, beyin, göz və böyrək olmaqla bədəndəki
bir çox orqanların qanla kifayət qədər yaxşı qidalanma-
masına, ləng çalışmasına və tədricən fəaliyyətini itir-
məsinə gətirib çıxarır. Məsələn, aorta qan damarının
laxtalanması nəticəsində damarların tıxanması infarkt,
iflic və ya başqa xəstəliklərin yaranmasına gətirib
çıxara bilər.
Omeqa-3 yağ turşuları eritrositlərin (qırmızı qan
hüceyrələri) daxilində oksigen daşıyan hemoqlobin
molekulunun istehsalında və hüceyrə zərindən keçən
qidalara nəzarət edilməsində də mühüm rol oynayır və
135
bədən üçün ziyanlı yağların zərərinin qarşısını alır.
Araşdırmalar balıqdakı omeqa-3 yağ turşularının in-
farkt riskini azaltdığını sübut edib.
Balığın yeni doğulan uşaqların inkişafında rolu
Omeqa-3 yağ turşuları insan beyninin və retina-
sının əhəmiyyətli bir tərkibi olduğu üçün, xüsusilə təzə
doğulan uşaqların ehtiyacı ilə bağlı olan 10 ildə
mühüm tədqiqatların mövzusu olub. Omeqa-3 xüsusilə
hamiləlik dövrü boyunca və uşaqlıq dövrünün başlan-
ğ
ıcında beyin və sinirlərin uyğun şəkildə inkişafı baxı-
mından çox əhəmiyyətlidir. Ana südü də təbii və mü-
kəmməl bir omeqa-3 anbarı olduğuna görə alimlər ana
südünün vacibliyini xüsusi vurğulayırlar.
Oynaqların sağlamlığına faydası
Revmatizm artrit xəstəliyində (revmatizmlə bağlı
oynaq iltihabı - enflamasionu) ən əhəmiyyətli risk
oynaqlarda yaranan aşınmanın qarşısıalınmaz bir təxri-
bata səbəb olmasıdır. Omeqa-3 yağ turşusu baxımın-
dan zəngin bir qidalanmanın artritin yaranmasına mane
olduğu, şişən və həssas oynaqlarda narahatlığın da
yüngülləşdiyi sübut olunmuşdur.
Beyinin və sinir sisteminin sağlam
fəaliyyəti üçün faydası
Omeqa-3 yağ turşusunun beyin və sinir sisteminin
sağlam şəkildə çalışmasında təsirləri bir çox
tədqiqatlar nəticəsində təsdiq edilib. Həmçinin sübut
edilib ki, balıq yağının qəbul edilməsi depressiya və
ş
izofreniya əlamətlərini yüngülləşdirir, Altsheymer
136
xəstəliyinin (yaddaşın zəifləməsinə səbəb olan, gün-
dəlik yaşayış aktivliyinə mane olan bir beyin xəstəliyi)
qarşısını alır. Məsələn, depressiyaya məruz qalan və 12
həftə ərzində 1 q omeqa-3 yağ turşusu qəbul edən
adamlarda gərginlik, narahatlıq, kədər və yuxu
problemləri kimi əlamətlərin azaldığı sübut olunub.
Infeksiya narahatçılığına faydası, immunitet
sistemini gücləndirməsi
Omeqa-3 yağ turşuları həmçinin anti-enflamatuar
(enflamasion – şişmə, qızartı və ağrı vəziyyəti) kimi
fəaliyyət göstərir. Buna görə də o revmatizmalı artrit
(revmatizmaya bağlı oynaq enflamasionu), osteoartrit
(vaxt ötdükcə oynaqların fəaliyyətini pozan xəstəlik),
kolit (bağırsaq infeksiyası ilə bağlı xoralar) və lupus
(dəridə yaranın meydana gəlməsinə səbəb olan dəri
xəstəliyi) xəstələrinin hamısında istifadə edilə bilər.
Bundan başqa, onun miyelini (sinir hüceyrələrini örtən
zər) qorumaq xüsusiyyəti var. Buna görə də o qloxoma
(gözdaxili təzyiqin artması ilə korluğa səbəb olan
xəstəlik), multipl skleroz (beyin və onurğa beynində
toxuma bərkiməsi nəticəsində yaranan ölümcül xəs-
təlik), osteoporoz (sümük toxumasının strukturunun
zəifləməsinə səbəb olan xəstəlik) və şəkər xəstələrinin
müalicəsində istifadə edilir.
Bütün bunlarla yanaşı, onun miqren xəstələrində,
anoreksiyada (ölümcül ola bilən yemək pozuntusu),
yanığın müalicəsində və dəri sağlamlığı ilə bağlı
problemlərin müalicəsində də kömək etdiyi bildirilir.
Yüksək səviyyədə omeqa-3 yağ turşusuna malik
balıqla qidalanan Qrenlandiya eskimoslarının və
yaponların ürək-damar, astma və psoriaz xəstəliklərinə
137
daha az məruz qaldığını göstərən çox əhatəli məlumat-
lar vardır. Buna görə də balıq müalicəvi bir qida kimi
də tövsiyə edilir. Omeqa-3 yağ turşuları ürək xəstəliyi
üçün sübut edilmiş faydaları ilə müasir dövrümüzdə də
qidalanma üzrə mütəxəssislərin tövsiyə etdiyi əsas
maddələrdən biri kimi hesab edilir.
Balığın ümumi şəkildə göstərdiyimiz faydalı
cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın
faydalarını ortaya çıxarmaq alimlərin inkişaf etmiş
texnoloji imkanlarla təchiz olunmuş tədqiqat mərkəz-
lərindən istifadə etməsi ilə mümkün olub. Bu cür
dəyərli qida mənbəyinə Quranda işarə edilməsi və
«Kəhf» surəsində yorğunluğu aradan qaldıran bir qida
kimi təqdim olunması da, əlbəttə, çox hikmətlidir.
Balıqdan əldə edilən bütün faydalar Rəbbimizin bizə
verdiyi böyük nemətdir. Bütün qidalarda olduğu kimi,
balıqdakı üstün quruluşu da bizim üçün yaradan
aləmlərin Rəbbi olan Allahdır.
Təptəzə balıq
Nə üçün təptəzə balıq? Olmaz ki soyudulmuş,
dondurulmuş, duzlu və başqa üsullarla konservləşdiril-
miş balıq olsun? Bunların arasında olan əsl fərqi ancaq
Allah bilir. Biz Allahın icazəsi ilə bu suala cavabın cü-
zi dərəcədə anlaşılmasına səy göstərmək arzusundayıq.
Balıq sudan çıxdıqdan sonra tez bir vaxtda orqa-
nizmə oksigenin az daxil olmasından boğulur (asfik-
siya), əsəb sistemi iflic olur və ölür. Oksigenin çatma-
masından balığın qanında və bədənində həddən artıq
süd turşusu və maddələr mübadiləsində oksidləşməmiş
başqa maddələrin yığılması nəticəsində balıq ölür.
Balıq öləndən sonra onun bədənində mühüm
138
fiziki-kimyəvi və biokimyəvi dəyişikliklər gedir. Ilk
növbədə, balığın səthində həddən artıq selikli maddə
yığılır, sonradan balığın bədəni quruyur, əti yumşalır
və nəhayət, balıq çürüyərək xarab olur.
Selikli maddənin əhəmiyyəti böyükdür. Ilk növ-
bədə, selikli maddə balığın bədəninə bakteriya, göbə-
ləklər və parazitlərin daxil olmasının qarşısını alır; ba-
lığın dərisinin zədələnmiş sahəsində qanın laxtalanma-
sında iştirak edir; balığın dərisindən suyun, duzların və
başqa maddələrin keçməsinin osmotənzimləmə prose-
sində iştirak edir; balığın bədənindən maddələr müba-
diləsi sonunda alınan müxtəlif metobolitlərin xaric
olunmasında iştirak edir; selikli maddə balığın suda
sürtünmə müqavimətini azaldır və hərəkətini sürət-
ləndirir.
Balıq sudan çıxdıqdan və öləndən sonra bir müd-
dət selik ayrılması davam edir və həmin maddə balığın
səthində yığılır. Ayrılmış seliyin miqdarı balığın nö-
vündən və saxlama şəraitindən (temperatur, müddət,
yığılmış balıqların hündürlüyü və s.) asılı olaraq
müxtəlifdir.
Onun miqdarı Azərbaycan sularında ovlanan
pulcuqlu balıqlar üçün orta hesabla 2%-dən çoxdur.
Pulcuqsuz balıqlarda (naqqa, ilanbalığı) selikli maddə
daha çox ayrılır. Selikli maddənin 85-90%-ni su və 10-
15%-ni quru maddələr təşkil edir. Quru maddələrin
tərkibinin 60-75%-ni kükürd və fosfor tərkibli
nukleoproteidlər, 15-25%-ni xolesterin, lipofosfatidlər
və 10-15%-ni mineral duzlar təşkil edir.
Göründüyü kimi, selikli maddə mikroblar üçün
yaxşı qida mühitidir. Ümumiyyətlə, balığın səthində 40
formadan çox aerob mikrobların olması qeydə
139
alınmışdır.
Ə
lverişli şəraitdə selikli maddədə intensiv bakte-
rioloji əməliyyat keçir. Nəticədə selikli maddə çürük
iyə malik olur. Özü-özlüyündə balığın səthində selikli
maddənin yığılması balığın keyfiyyətsizliyinə sübut ol-
masa da, bu lazımsız əməliyyatdır. Çünki selikli mad-
dədə külli miqdarda toplanmış mikroblar balığın anus
dəliyindən və qəlsəmələrindən onun daxilinə keçirlər.
Dostları ilə paylaş: |