Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

 

 

 

127


BALIQ ƏT  YEY LMƏS NIN ISLAMI ŞƏRTLƏRI 

 

 

Balıq və balıq məhsullarının insanların qidalanma-



sında  böyük  əhəmiyyəti  vardır.  Balığın  tərkibində 

zülal,  yağ,  mineral  maddələr  (xüsusən  fosfor  və  yod), 

vitaminlər və digər bioloji fəal maddələr vardır. Fizio-

loji  normaya  əsasən  orta  yaşlı  insan  ildə  azı  18,2  kq 

balıq istehlak etməlidir. Balığın tərkibində olan zülallar 

orqanizmdə çox asan mənimsənilir.  

Balıq  əti  vitaminlər  və  mineral  maddələrlə 

zəngindır.  Balıq  ətinin  enerji  dəyəri  onun  tərkibində 

olan yağın miqdarı ilə müəyyən olunur.  

Balıq  əti  yel  və  ürək  xəstəlikləri  üçün  əhəmiy-

yətlidir.  Gündə  azı  30  qram  balıq  əti  yeyən  insanda 

ürək xəstəlikləri azalmışdır. Dörd həftə mütəmadi balıq 

ə

ti  yeyənlərdə  qanın  tərkibindəki  yağ  nisbəti  optimal-



laşır. Balıq əti ilə daha çox qidalananlarda ateroskleroz 

riski  azalmışdır.  Balıq  əti  və  yağı  A  vitamini  ilə 

zəngindir. 

Balığın  kimyəvi  tərkibi  və  insan  orqanizmi  üçün 

ə

həmiyyəti barədə çox danışmaq olar, lakin balığın əsl 



biokimyəvi  tərkibi,  onun  qidalılıq  dəyəri  və  pəhrizi-

müalicəvi  əhəmiyyəti  ancaq  onu  yaradan  tək  Allaha 

məlumdur. 

Allahın  yaratdığı  saysız  nemətlər  sırasında  balıq 

mühüm yerlərdən birini tutur. 

Balıq  əti  dadlı  və  şirəli  olmaqla  bərabər,  insan 

orqanizmi  tərəfindən  tez  həzm  olur.  Hələlik  bizə 

məlum  olan  məlumatlara  əsasən,  balıqda  olan  zülali 

maddələrin  əsas  yeyinti  dəyəri  ondan  ibarətdir  ki, 

onların tərkibində insan orqanizminə lazım olan bütün 



 

128


aminturşuları vardır. Bunlardan izoleysin, leysin, lizin, 

metionin,  fenilalanin,  treonin,  triptofan  və  valini 

göstərmək  olar.  Qidada  aminturşularının  olmaması  və 

ya az olması müxtəlif xəstəliklər törədir. 

Balıq  ətində  qeyri-zülali  (ekstraktiv)  azotlu 

maddələrin  olması  qidanın  həzm  edilməsində  mühüm 

rol  oynayır  ki,  bu  da  onların  mədə  şirəsi  ayırması  və 

iştahaçıcı qabiliyyəti ilə bağlıdır. 

Balıqda tez həzm olan yağlar vardır. Balıq yağının 

20-30%-i  doymuş  və  70-80%-i  doymamış  yağ 

turşularından  ibarətdir.  Onların  bərk  yağlara  (inək  və 

qoyun piyinə) nisbətən qida dəyəri xeyli yüksəkdir. 

Doymamış  yağ  turşularından  linol,  linolen  və 

araxidon  xüsusilə  böyük  bioloji  və  müalicəvi  əhəmiy-

yətə  malikdir.  Göstərilən  turşular  insan  orqanizmi 

tərəfindən sintez olunmur. Onları yalnız qida ilə qəbul 

etmək lazımdır. Lakin qeyd etmək lazımdır ki, yeyinti 

məhsullarının  çoxunda  adları  çəkilən  (xüsusən 

araxidon)  miqdarı  kifayət  qədər  deyildir.  Bu  cəhətdən 

balığın qaraciyəri əvəzedilməz məhsuldur. 

Zülal  maddələrinin  və  yağın  enerji  yaratma  qa-

biliyyəti böyükdür. Balıq zülallarının və yağının 96%-i 

insan orqanizmi tərəfindən mənimsənilir. 

Balıqda  60-a  yaxın  kimyəvi  element  vardır.  Bun-

lardan  kalium,  natrium,  kalsium,  maqnezium,  fosfor, 

xlor, yod, brom, dəmir, mis, kobalt, manqan, sink və s. 

göstərmək olar. 

Balıqda  heyvan  və  quşlara  nisbətən  mineral  mad-

dələrin  miqdarı  çoxdur.  Dəniz  balıqları  xüsusən  mi-

neral maddələrlə zəngindir. 

Mineral  maddələrin  insan  orqanizmində  böyük 

ə

həmiyyəti  vardır.  Onlar  insan  sümüyünün,  beyninin, 



 

129


sinir  və  örtük  toxumalarının  qurulmasında  mühüm  rol 

oynayırlar.  Bundan  əlavə,  onlar  qanın  və  hüceyrə 

mayesinin  tərkibinə  daxil  olaraq  həyati  proseslərin 

normal keçməsini təmin edirlər. 

Mineral  maddələr  orqanizmdə  lazımi  turş  və 

qələvi  mühitin  yaranmasında  iştirak  edirlər.  Balıq  əti 

və  daxili  üzvləri  vitamin  mənbəyidir.  Onlarda  olan 

vitaminlər:  A,  B

1

,  B


2

,  B


6

,  B


9

,  B


12

,  B


t

,  D,  E,  PP,  C, 

pantoten  turşusu  və  inozitdir.  Insan  orqanizmində 

vitaminlərin rolu danılmazdır. 

Balığın əsl biokimyəvi tərkibi, onun yeyinti dəyəri 

və  müalicə  əhəmiyyəti  ancaq  onu  yaradan  tək  Allaha 

məlumdur. 

Yuxarıda qeyd edilən müxtəsər məlumatdan aydın 

olur ki, Allah- Təala insanlar üçün necə gözəl nemətlər 

yaradıb. Ona şükr eləmək hər müsəlmanın borcudur. 

Müqəddəs kitabımız “Qurani-Kərim”də buyurulur: 

“Iki  dəniz  eyni  deyildir.  Birinin  suyu  çox  şirin, 

dadlı  və  içməyə  rahat (boğazdan rahat keçən),  digə-

rininki  isə  həddindən  artıq  şor  və  acıdır.  Onların 

hər birindən təzə ə(balıq) yeyir, taxdığınız (inci və 

mərcan  kimi)

  bəzəklər  çıxardırsınız.  Onun  (Allahın) 



lütfündən  (nemətindən)  ruzi  diləyib  axtarmağınız 

(ticarət  etməyiniz)

  üçün  gəmilərin  də  orada  (suyu) 



yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə)

bəlkə, (Allaha) şükr edəsiniz” (Fatir, 35/12). 

“Təzə  ət  (balıq  əti)  yeməyiniz,  taxdığınız  bəzə

ş

eylərini  (inci,  sədəf,  mərcan)  çıxartmağınız  üçün 



dənizi  də  sizə  ram  edən  Odur.  (Ey  insan!  Allahın) 

nemətindən  ruzi  axtarmağınız  üçün  sən  gəmilərin 

onu  yara-yara  üzüb  getdiyini  görürsən.  Bəlkə

(bundan  sonra  Allahın  nemətlərinə)  şükr  edəsiniz!” 

 

130


(ən- Nəhl, 16/14). 

Balıq  haqqında  “Qurani-Kərim”in  əl-Maidə-5/96, 

ə

n-Nəhl-16/4, əl-Kəhf-18/61-63 surələrində buyuruqlar 



vardır. 

Bu  ayələrdə  balıqçılığın  bütün  sahələri  üçün 

apaydın  istiqamətlər  göstərilib.  Onlardan  bəzilərinin 

izahını vermək burada yerinə düşür. 



 

Balıq dəyərli qidadır 

 

“Dəniz ovu və onu yemək sizə də, səfərdə olan-

lara da faydalı olsun deyə halal edildi…” (əl-Maidə, 

5/96). 

Ürək  xəstəliyindən  əziyyət  çəkən  və  buna  görə 

dünyadan  köçən  adamların  orta  yaş  həddinin  getdikcə 

aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müa-

sir  təbabətdə  ürək  xəstəliklərinin  müalicəsi  məsələ-

sində  irəliləyiş  və  inkişaf  olsa  da,  mütəxəssislərin 

ə

sasən  tövsiyə  etdiyi  məsələ  bu  xəstəliyə  məruz 



qalmazdan  əvvəl  görülən  tədbirləri  dəqiqliklə  yerinə 

yetirməkdir. Mütəxəssislər ürəyin sağlam fəaliyyətinin 

təmin edilməsində və xəstəliyin qarşısının alınmasında 

vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır. 

Balığın  çox  vacib  bir  qida  olmasının  səbəbi  onun 

özündə  həm  insan  bədəni  üçün  zəruri  olan  maddələri 

ehtiva  etməsi,  həm  də  bədəni  müxtəlif xəstəlik  risklə-

rindən  mümkün  qədər  uzaqlaşdıracaq  xüsusiyyətə 

malik olmasıdır. Məsələn, məlum olub ki, balıq ətinin 

tərkibindəki omeqa-3 turşusu bədənin sağlamlığı üçün 

sanki  bir  qalxan  vəzifəsini  yerinə  yetirir.  O  da  bəlli 

olub ki, davamlı olaraq balıq yeyəndə ürək xəstəlikləri 

riski azalır və immunitet sistemi güclənir. 

Elmi yolla təzəcə sübut edilən balığın faydaları və 



 

131


onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il 

ə

vvəl  göndərilən  Quranda  da  bildirilir.  Uca  Allah 



Quranda dəniz məhsullarını “Təzə ət yeməyiniz üçün 

dənizi  də  sizə  ram  edən  Odur…» (Ən-Nəhl, 16/14). 

«Dəniz  ovu  və  onu  yemək  sizə  də,  səfərdə  olanlara 

da  faydalı  olsun  deyə  halal  edildi…”  (əl-Maidə, 

5/96)  ayələri  ilə  xəbər  verir.  Bundan  əlavə,  “Kəhf»” 

surəsində  də  balığa  xüsusi  diqqət  çəkilir.  Bu  surədə 

Hz.  Musanın  və  onun  gənc  köməkçilərinin  uzun  bir 

səfərə  çıxdığı  və  özləri  ilə  də  qida  kimi  balıq  götür-

düyü bildirilir:  

“Onlar  iki  dənizin  qovuşduğu  yerə  gəlib  çat-

dıqda  balığı  unutdular.  Balıq  isə  dənizdə  bir 

yarğana tərəf üz tutmuşdu. Onlar (çatmalı olduqları 

yerdən)

 keçib getdikləri zaman (Musa) gənc dostuna 

dedi:  “Nahar  yeməyimizi  gətir.  Bu  səfərimiz  bizi 

lap  əldən  saldı!”.  O  isə:  “Görürsənmi,  biz  qayanın 

yanında 

gizləndiyimiz 

zaman 

mə

balığı 

unutdum…” (əl-Kəhf, 18/61-63). 

“Kəhf”  surəsində  uzun  bir  səfər  zamanı  yorulan-

dan  sonra  yemək  üçün  xüsusilə  balığın  seçilməsi  çox 

maraqlıdır. Dolayısı ilə bu hissədəki hikmətlərdən biri 

kimi  balığın  faydalarına,  onun  qidalandırıcı  xüsusiy-

yətinə işarə edilə bilər (ən doğrusunu Allah bilir). 

Həmçinin  balığın  qida  kimi  xüsusiyyətlərini  araş-

dıranda  diqqətəlayiq  məlumatlarla  üzləşirik.  Rəbbimi-

zin  bizə  böyük  bir  neməti  olan  balığın  əti  xüsusilə 

protein,  D  vitamini  və  əksər  elementlər  (bədəndə  çox 

az miqdarda mövcud olan, lakin bədən üçün çox vacib 

olan  bəzi  elementlər)  baxımından  mükəmməl  qida 

mənbəyidir.  Onun  tərkibində  olan  fosfor,  kükürd, 

vanadium  kimi  minerallar  sayəsində  böyümə  və 



 

132


toxumaların  yaxşılaşması  təmin  edilir.  Balıq  ətindəki 

bu  maddələr  sağlam  diş  ətinin  və  diş  quruluşunun 

yaranmasına kömək edir, dərinin rəngini gözəlləşdirir, 

saçların  daha  sağlam  olmasını  təmin  edir,  bakterioloji 

infeksiyalarla  mübarizəyə  dəstək  verir.  Bundan  əlavə, 

həmin maddələr qandakı xolesterol balansının tənzim-

ləyici  təsirləri  ilə  infarktın  qarşısının  alınmasında  mü-

hüm  rol  oynayırlar.  Bu  maddələr  nişasta  və  piyin 

parçalanaraq  onların  orqanizm  tərəfindən  mənimsənil-

məsinə  yardımçı  olur,  beləliklə,  daha  enerjili  və  daha 

güclü  qalmağı  təmin  edirlər.  Digər  tərəfdən,  balıq 

ə

tində  olan  maddələr  zehni  fəaliyyətin  nizamlı  olma-



sına  müsbət  təsir  göstərir.  Onun  tərkibindəki  D  vita-

mini və başqa minerallar kifayət miqdarda qəbul  edil-

məyəndə  isə  raxitlik,  sümük  boşluğu,  diş  əti  xəstəlik-

ləri, zob, hipertiroit kimi problemlər ortaya çıxa bilər. 

Bunlardan əlavə, müasir tibbi biliklər balığın tərki-

bində  omeqa-3  yağ  turşularının  sağlamlıq  baxımından 

çox  əhəmiyyətli  olduğunu  sübut  edir.  Hətta  bu  yağlar 

zəruri  yağ  turşuları  (EFA:  essential  fatty  asit)  kimi 

müəyyənləşdirilir. 

 

Balıq yağındakı Omeqa-3 turşusunun faydası 



 

Balıq  yağında  sağlamlığımız  üçün  xüsusilə  çox 

ə

həmiyyətli olan iki fərqli doymamış yağ turşusu növü 



var: EPT (eykozapentien turşusu) və DHT (dekozahek-

saen turşusu). EPT və DHT polidoymamış yağlar kimi 

tanınır və özündə vacib omeqa-3 yağ turşularını ehtiva 

edir. Insan bədəni omeqa-3 və omeqa-6 yağ turşularını 

yarada  bilməz,  yəni  onlar  kənardan  qidalarla  qəbul 

edilməlidir. 

Balıq  yağı  özündə  omeqa-3  yağ  turşularını  ehtiva 


 

133


etdiyi üçün onun sağlamlığa faydası haqqında daha çox 

dəlil var. Omeqa-3 bitki yağlarında olsa da, sağlamlığı 

qorumaqda  daha  az  təsirə  malikdir.  Bunun  əksinə 

olaraq dəniz planktonları omeqa-3 yağ turşusunun EPT 

və  DHT-na  çevrilməsində  çox  böyük  təsirə  malikdir. 

Balıqlar  bu  planktonları  yeyəndə  EPT  və  DHT  baxı-

mından zənginləşirlər. Buna görə də balıq insan bədəni 

üçün  çox  əhəmiyyət  kəsb  edən  bu  yağ  turşularının 

olması baxımından ən zəngin qidalardan hesab edilir. 

 

Balıqdakı yağ turşularının həyati  

ə

həmiyyətli faydası 

 

Balıqdakı yağ turşularının əsas xüsusiyyəti isə bə-

dənin enerji istehsalına təsir göstərməsidir. Bu yağ tur-

ş

uları bədəndə oksigenə bağlanaraq elektron transferini 



həyata  keçirir  və  bədəndəki  bəzi  kimyəvi  reaksiyaları 

enerji  ilə  təmin  edir.  Buna  görə  də  balıq  yağı  baxı-

mından  zəngin  qidaların  yorğunluğun  aradan  qaldır-

masına,  qavrayış  gücünü  və  hərəkət  qabiliyyətini 

artırdığına dair dəlillər də var. Omeqa-3 insanın diqqət 

qabiliyyətini  də  onun  enerji  səviyyəsi  qədər  artırır. 

Balığın «zəka qidası» adlandırılmasının elmi əsası var, 

çünki  beyindəki  yağın  əsas  tərkibi  özündə  omeqa-3 

yağ turşularını ehtiva edən DHT-dır. 

 

Ürək-damar sisteminin sağlamlığında  



balığın əhəmiyyəti 

 

Balığın  tərkibində  olan  omeqa-3  yağ  turşusu 

qandakı  xolesterolu,  triqliseridi  və  qan  təzyiqini  aşağı 

salır. Bu turşu ürəyin sağlam fəaliyyətini təmin etməsi 

ilə  məşhurdur.  Triqliserid  yağın  bir  növüdür, 

tərkibindəki bol yağ və az protein baxımından LDL-yə 



 

134


(pis  xolesterola)  oxşayır.  Triqliseridin  səviyyəsinin 

artması  xüsusilə  xolesterolun  səviyyəsi  yüksələndə 

ürək xəstəliyi riskini çoxaldır. Balıq yağları infarktdan 

sonra  anormal  ürək  döyüntülərini,  həyatı  təhdid  edən 

riskləri də azaldır. 

ABŞ-ın  Tibb  Birliyinin  apardığı  bir  araşdırma 

göstərib  ki,  həftədə  5  dəfə  balıq  yeyən  qadınlarda 

infarkt  keçirmə  nisbəti  30%-ə  qədər  azalır.  Bunun 

balıq  yağında  olan  omeqa-3  yağ  turşularının  qanın 

daha  az  laxtalanmasına  səbəb  olmasından  qaynaqlan-

dığı  güman  edilir.  Qanın  damarlarımızda  adi  sürəti 

saatda  60  km-dir  və  qanın  kifayət  qədər  duruluğu, 

onun axınının, miqdarının, sürətinin normal səviyyədə 

olması  həyati  əhəmiyyət  kəsb  edir.  Qanımız  üçün  ən 

böyük təhlükə – qanaxma kimi zəruri vəziyyətlər istis-

na  olmaqla  –  laxtalanaraq  duruluğunun  azalmasıdır. 

Balıq  yağları  qandakı  trombositlərin  (bədəndə  qanax-

ma  olanda  qanı  intensivləşdirən  qan  plakcıqları)  bir-

birinə  yapışmasına  mane  olaraq  qanın  laxtalanmasını 

azaltmaqda  da  təsirlidir.  Əks  halda  qanın  qatılaşması 

damarların  daralmasına  səbəb  olur.  Bu  vəziyyət  də 

başda  ürək,  beyin,  göz  və  böyrək  olmaqla  bədəndəki 

bir çox orqanların qanla kifayət qədər yaxşı qidalanma-

masına,  ləng  çalışmasına  və  tədricən  fəaliyyətini  itir-

məsinə  gətirib  çıxarır.  Məsələn,  aorta  qan  damarının 

laxtalanması  nəticəsində  damarların  tıxanması  infarkt, 

iflic  və  ya  başqa  xəstəliklərin  yaranmasına  gətirib 

çıxara bilər. 

Omeqa-3  yağ  turşuları  eritrositlərin  (qırmızı  qan 

hüceyrələri)  daxilində  oksigen  daşıyan  hemoqlobin 

molekulunun  istehsalında  və  hüceyrə  zərindən  keçən 

qidalara nəzarət edilməsində də mühüm rol oynayır və 



 

135


bədən  üçün  ziyanlı  yağların  zərərinin  qarşısını  alır. 

Araşdırmalar  balıqdakı  omeqa-3  yağ  turşularının  in-

farkt riskini azaltdığını sübut edib. 

 

Balığın yeni doğulan uşaqların inkişafında rolu 



 

Omeqa-3  yağ  turşuları  insan  beyninin  və  retina-

sının əhəmiyyətli bir tərkibi olduğu üçün, xüsusilə təzə 

doğulan  uşaqların  ehtiyacı  ilə  bağlı  olan  10  ildə 

mühüm tədqiqatların mövzusu olub. Omeqa-3 xüsusilə 

hamiləlik  dövrü  boyunca  və  uşaqlıq  dövrünün  başlan-

ğ

ıcında beyin və sinirlərin uyğun şəkildə inkişafı baxı-



mından  çox  əhəmiyyətlidir.  Ana  südü  də  təbii  və  mü-

kəmməl bir omeqa-3 anbarı olduğuna görə alimlər ana 

südünün vacibliyini xüsusi vurğulayırlar. 

 

Oynaqların sağlamlığına faydası 



 

Revmatizm  artrit  xəstəliyində  (revmatizmlə  bağlı 

oynaq  iltihabı  -  enflamasionu)  ən  əhəmiyyətli  risk 

oynaqlarda yaranan aşınmanın qarşısıalınmaz bir təxri-

bata  səbəb  olmasıdır.  Omeqa-3  yağ  turşusu  baxımın-

dan zəngin bir qidalanmanın artritin yaranmasına mane 

olduğu,  şişən  və  həssas  oynaqlarda  narahatlığın  da 

yüngülləşdiyi sübut olunmuşdur. 

 

Beyinin və sinir sisteminin sağlam  

fəaliyyəti üçün faydası 

 

Omeqa-3 yağ turşusunun beyin və sinir sisteminin 

sağlam  şəkildə  çalışmasında  təsirləri  bir  çox 

tədqiqatlar  nəticəsində  təsdiq  edilib.  Həmçinin  sübut 

edilib  ki,  balıq  yağının  qəbul  edilməsi  depressiya  və 

ş

izofreniya  əlamətlərini  yüngülləşdirir,  Altsheymer 



 

136


xəstəliyinin  (yaddaşın  zəifləməsinə  səbəb  olan,  gün-

dəlik yaşayış aktivliyinə mane olan bir beyin xəstəliyi) 

qarşısını alır. Məsələn, depressiyaya məruz qalan və 12 

həftə  ərzində  1  q  omeqa-3  yağ  turşusu  qəbul  edən 

adamlarda  gərginlik,  narahatlıq,  kədər  və  yuxu 

problemləri kimi əlamətlərin azaldığı sübut olunub. 

 

Infeksiya narahatçılığına faydası, immunitet 

sistemini gücləndirməsi 

 

Omeqa-3  yağ  turşuları  həmçinin  anti-enflamatuar 

(enflamasion  –  şişmə,  qızartı  və  ağrı  vəziyyəti)  kimi 

fəaliyyət  göstərir.  Buna  görə  də  o  revmatizmalı  artrit 

(revmatizmaya  bağlı  oynaq  enflamasionu),  osteoartrit 

(vaxt  ötdükcə  oynaqların  fəaliyyətini  pozan  xəstəlik), 

kolit  (bağırsaq  infeksiyası  ilə  bağlı  xoralar)  və  lupus 

(dəridə  yaranın  meydana  gəlməsinə  səbəb  olan  dəri 

xəstəliyi)  xəstələrinin  hamısında  istifadə  edilə  bilər. 

Bundan başqa, onun miyelini (sinir hüceyrələrini örtən 

zər) qorumaq xüsusiyyəti var. Buna görə də o qloxoma 

(gözdaxili  təzyiqin  artması  ilə  korluğa  səbəb  olan 

xəstəlik),  multipl  skleroz  (beyin  və  onurğa  beynində 

toxuma  bərkiməsi  nəticəsində  yaranan  ölümcül  xəs-

təlik),  osteoporoz  (sümük  toxumasının  strukturunun 

zəifləməsinə səbəb olan xəstəlik) və şəkər xəstələrinin 

müalicəsində istifadə edilir. 

Bütün  bunlarla  yanaşı,  onun  miqren  xəstələrində, 

anoreksiyada  (ölümcül  ola  bilən  yemək  pozuntusu), 

yanığın  müalicəsində  və  dəri  sağlamlığı  ilə  bağlı 

problemlərin müalicəsində də kömək etdiyi bildirilir. 

Yüksək  səviyyədə  omeqa-3  yağ  turşusuna  malik 

balıqla  qidalanan  Qrenlandiya  eskimoslarının  və 

yaponların ürək-damar, astma və psoriaz xəstəliklərinə 



 

137


daha az məruz qaldığını göstərən çox əhatəli məlumat-

lar vardır. Buna görə də balıq müalicəvi bir qida kimi 

də tövsiyə edilir. Omeqa-3 yağ turşuları ürək xəstəliyi 

üçün sübut edilmiş faydaları ilə müasir dövrümüzdə də 

qidalanma  üzrə  mütəxəssislərin  tövsiyə  etdiyi  əsas 

maddələrdən biri kimi hesab edilir. 

Balığın  ümumi  şəkildə  göstərdiyimiz  faydalı 

cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın 

faydalarını  ortaya  çıxarmaq  alimlərin  inkişaf  etmiş 

texnoloji  imkanlarla  təchiz  olunmuş  tədqiqat  mərkəz-

lərindən  istifadə  etməsi  ilə  mümkün  olub.  Bu  cür 

dəyərli  qida  mənbəyinə  Quranda  işarə  edilməsi  və 

«Kəhf» surəsində  yorğunluğu aradan qaldıran bir qida 

kimi  təqdim  olunması  da,  əlbəttə,  çox  hikmətlidir. 

Balıqdan  əldə  edilən  bütün  faydalar  Rəbbimizin  bizə 

verdiyi böyük nemətdir. Bütün qidalarda olduğu kimi, 

balıqdakı  üstün  quruluşu  da  bizim  üçün  yaradan 

aləmlərin Rəbbi olan Allahdır. 

 

Təptəzə balıq 

 

Nə  üçün  təptəzə  balıq?  Olmaz  ki  soyudulmuş, 



dondurulmuş, duzlu və başqa üsullarla konservləşdiril-

miş balıq olsun? Bunların arasında olan əsl fərqi ancaq 

Allah bilir. Biz Allahın icazəsi ilə bu suala cavabın cü-

zi dərəcədə anlaşılmasına səy göstərmək arzusundayıq. 

Balıq  sudan  çıxdıqdan  sonra  tez  bir  vaxtda  orqa-

nizmə  oksigenin  az  daxil  olmasından  boğulur  (asfik-

siya), əsəb sistemi iflic olur və ölür. Oksigenin çatma-

masından  balığın  qanında  və  bədənində  həddən  artıq 

süd turşusu və maddələr mübadiləsində oksidləşməmiş 

başqa maddələrin yığılması nəticəsində balıq ölür. 

Balıq  öləndən  sonra  onun  bədənində  mühüm 


 

138


fiziki-kimyəvi  və  biokimyəvi  dəyişikliklər  gedir.  Ilk 

növbədə,  balığın  səthində  həddən  artıq  selikli  maddə 

yığılır,  sonradan  balığın  bədəni  quruyur,  əti  yumşalır 

və nəhayət, balıq çürüyərək xarab olur. 

Selikli  maddənin  əhəmiyyəti  böyükdür.  Ilk  növ-

bədə,  selikli  maddə  balığın  bədəninə  bakteriya,  göbə-

ləklər və parazitlərin daxil olmasının qarşısını alır; ba-

lığın dərisinin zədələnmiş sahəsində qanın laxtalanma-

sında iştirak edir; balığın dərisindən suyun, duzların və 

başqa  maddələrin  keçməsinin  osmotənzimləmə  prose-

sində iştirak edir; balığın bədənindən maddələr  müba-

diləsi  sonunda  alınan  müxtəlif  metobolitlərin  xaric 

olunmasında  iştirak  edir;  selikli  maddə  balığın  suda 

sürtünmə  müqavimətini  azaldır  və  hərəkətini  sürət-

ləndirir. 

Balıq  sudan  çıxdıqdan  və  öləndən  sonra  bir  müd-

dət selik ayrılması davam edir və həmin maddə balığın 

səthində  yığılır.  Ayrılmış  seliyin  miqdarı  balığın  nö-

vündən  və  saxlama  şəraitindən  (temperatur,  müddət, 

yığılmış  balıqların  hündürlüyü  və  s.)  asılı  olaraq 

müxtəlifdir. 

Onun  miqdarı  Azərbaycan  sularında  ovlanan 

pulcuqlu  balıqlar  üçün  orta  hesabla  2%-dən  çoxdur. 

Pulcuqsuz  balıqlarda  (naqqa,  ilanbalığı)  selikli  maddə 

daha çox ayrılır. Selikli maddənin 85-90%-ni su və 10-

15%-ni  quru  maddələr  təşkil  edir.  Quru  maddələrin 

tərkibinin  60-75%-ni  kükürd  və  fosfor  tərkibli 

nukleoproteidlər,  15-25%-ni  xolesterin,  lipofosfatidlər 

və 10-15%-ni mineral duzlar təşkil edir. 

Göründüyü  kimi,  selikli  maddə  mikroblar  üçün 

yaxşı qida mühitidir. Ümumiyyətlə, balığın səthində 40 

formadan  çox  aerob  mikrobların  olması  qeydə 



 

139


alınmışdır. 

Ə

lverişli  şəraitdə  selikli  maddədə  intensiv  bakte-



rioloji  əməliyyat  keçir.  Nəticədə  selikli  maddə  çürük 

iyə malik olur. Özü-özlüyündə balığın səthində selikli 

maddənin yığılması balığın keyfiyyətsizliyinə sübut ol-

masa da, bu lazımsız əməliyyatdır. Çünki selikli mad-

dədə  külli  miqdarda  toplanmış  mikroblar  balığın  anus 

dəliyindən və qəlsəmələrindən onun daxilinə keçirlər. 



Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin