104
Ə
T YEYILMƏ SININ ISLAMI ŞƏ RTLƏ RI
Insan orqanizminin bütün funksiyalarının normal
getməsi, canlıların artması və bədənin cansağlığı zülal-
larla bağlıdır. Zülalların tərkibində karbon, hidrogen və
oksigenlə yanaşı azot da vardır. Zülalların əsasını
aminturşuları təşkil edir. Bunların bir qismi yalnız ətdə
olur (əvəzedilməz aminturşuları) və ət yeməyi ilə insan
orqanizminə keçir. Canlı orqanizmdə gedən bütün pro-
seslərdə, hüceyrənin metabolik funksiyalarını tənzim-
ləyən fermentlər də zülallardan təşkil olunmuşdur.
Insan bədəninin bütün hüceyrələrinin böyük bir qismi
zülallardan ibarətdir və bu hüceyrələr sürətlə dəyişib
yeniləşməkdədir. Bu cəhətdən hər gün qida ilə zülal
qəbul etmək zərurəti vardır. Zülal çatışmadıqda insan
böyümədən qalır, halsızlıq, qansızlıq hiss olunur.
Yaraların sağalması gecikir, zərərli mikroblara qarşı
müqavimət azalır. Qaraciyər yağlanır. Bədən üçün
lazım olan zülalların əsas mənbəyi isə ətdir.
“Qurani-Kərim”də halal və haram barədəki
göstərişlərdə ət yeməkləri xüsusi olaraq qeyd olunur.
“Qurani-Kərim”də insan orqanizmi üçün mühüm qida
maddəsi olan ət haqqında bir çox ayələr vardır.
“Qurani-Kərim”in 14 surəsinin 25 ayəsində ət və
ə
t məhsulları haqqında Allah kəlamları buyrulmuşdur.
Bu ayələrdə hansı heyvanların ətinin halal və ya
haram olması, onların kəsilməsi qaydası, ətin saxlanıl-
ması, təmizliyi, kəsilən heyvanların digər bədən orqan-
larının və qanın istifadə olunması və digər məsələlər
müsəlmanlara təlqin olunmuşdur.
105
“Qurani-Kə rim”də ə t haqqında ayə lə r
Sıra
sayı
Surə nin
nömrə si
Surə nin adı
Ayə lə rin nömrə si
1
2
ə
l- Bəqərə
168,172,173,259
2
5
ə
l-Maidə
3, 96
3
6
ə
l-Ənam
118,119,121,145
4
11
Hud
69
5
16
ə
n- Nəhl
5,14,115
6
22
ə
l- Həcc
5,37
7
23
ə
l-Muminun
14
8
35
Fatir
12
9
36
Yasin
72
10
40
ə
l-Mumin
79
11
49
ə
l-Hucurat
12
12
51
ə
z-Zariyat
24,27
13
52
ə
t-Tur
22
14
56
ə
l-Vaqiə
21
“Bunları (bu davarları) onların ixtiyarına ver-
dik. Onlardan mindiklə ri də var, ə tini yediklə ri də ”
(Yasin, 36/72).
(Ya Rəsulum!) De ki: “Mənə gələn vəhylər
içərisində murdar olduqları üçün ölü heyvan, axar
qan, donuz əti və ya Allahdan başqasının adı ilə
(bismillah deyilmədən)
kəsilmiş heyvanlar istisna
olmaqla, hər hansı bir kəsin yediyi yeməklər
içərisində haram buyurulan bir şey görmürəm. Bu-
nunla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa,
həddi aşmadan zəruri ehtiyacını ödəyəcək qədər
(bunlardan yesə, Allah ona cəza verməz)
. Çünki sənin
Rəbbin, həqiqətən bağışlayan və rəhm edəndir”.
(Əl-Ənam, 6/145).
Peyğəmbərimiz (s.ə.v.) – «Ət dünya və axirətin ən
106
üstün yeməyidir» ifadəsini bildirmişdir. Çünki kimyəvi
tərkibinə və qidalılığına görə ətin üstün olması müasir
elmi tədqiqatlarla sübuta yetirilmişdir. Peyğəmbəri-
mizin (s.ə.v.) qoyun, toyuq, dəvə, keçi, kəklik, balıq əti
yediyini qaynaqlardan oxuyuruq.
Həzrəti Əli (ə) isə – “Ət yeyiniz. Çünki o ət bitirir.
Gözə də qüvvət verir” buyuraraq ətin orqanizmə
xeyirli olduğunu söyləmişdir. Həzrəti Əli (ə) demişdir:
“Ət yemək bədənin rəngini saflaşdırır və insanı
gözəlləşdirir”. Müasir elm ətin qanazlığının qarşısını
alan bir dəmir və vitamin mənbəyi olduğunu sübut
etmişdir. Imam Şafi də “ət yemək ağlı ziyadə edər” de-
mişdir. Zülal və aminturşu (əvəzolunmaz amintur-
ş
uları) mənbəyi olan ətin zəka üzərindəki müsbət rolu
müasir dövrdə elmi əsaslarla sübuta yetirilmişdir.
Lakin qaynaqlarda heyvani piyin zərərli olması
haqqında məlumatlar vardır. Gerçəkdən də heyvani
yağı çox yedikdə insanda bəzi xəstəliklər, o cümlədən
qan-damar xəstəlikləri, qan təzyiqi və ateroskleroz baş
verir. Həzrəti Əlinin (ə) «Iç yağı xəstəlikdir» deməsi
bərk heyvanat yağlarının insan orqanizminə zərərini
göstərir. Müasir elmi biliklər də bərk heyvanat yağının
qida üçün istifadə olunmasını münasib saymır.
Ə
tdən sonra islamda ən dəyərli qida sayılan kə-
silən ev heyvanlarının qaraciyəridir. Çünki qaraciyərin
tərkibində vitamin və dəmir çoxdur. Əbubəkir Razinin
qaraciyərlə bağlı söylədiyi fikirlər belə ifadə olunur:
“Qidası yaxşıdır. Ciyərdən meydana gələn qan sağlam
və sağlıqlı bir qandır”. Bugünkü tibb elmində də qanı
az olanlara və görmə qabiliyyəti zəifləyənlərə qara-
ciyər yemək tövsiyə olunur.
Islamda ətin insan üçün əhəmiyyətini nəzərə
107
alaraq kasıbların ondan istifadə etmələri də nəzərə
alınmışdır. Varlılar Qurban bayramında kasıblara
qurban əti göndərir, onların ət yemələrinə köməklik
göstərirlər.
Haş iyə: Qurban bayramında qoyun kə silmə si,
kə silmiş qoyunun ə tinin üçdə n iki hissə sinin
kasıblara və qonş ulara verilmə si, üçdə n bir hissə sinin
isə qurban kə silə n evdə saxlanılması adə ti qə dimdə n
mövcuddur. Qurban ə tində n biş irilə n xörə klə r (xam-
bozbaş , kabab, cızbız və s.) el arasında müqə ddə s
sayılır və hə min xörə klə rin yeyilmə si savab hesab edi-
lir. Bə zi şə rab içə n kiş ilə r, hə tta qurban ə tində n bişə n
xörə klə rin yeyilmə sində n imtina edirlə r. Onlar belə
hesab edirlə r ki, artıq şə rab içdiklə ri üçün bir də fə
günah qazanıblar, qurbanlıq ə tin xörə yini yemə klə
ikinci də fə günaha batmaq istə mirlə r. (Yaxş ı olardı
ki, ümumiyyə tlə , şə rab da içmə sinlə r. Ə -C.Ə .).
“Böyük Türkiyə tarixi” əsərində türklərin qədim-
dən basdırma, qovurma və sucuq şəklində əti aylarla
saxladıqlarını, digər millətlərin qurudulmuş ət hazırla-
mağı türklərdən öyrəndiyini oxuyuruq. Gündə 320 q ət
yeyilməsi (balıq əti də buraya daxildir) Islamda normal
hesab edilir. Ət haqqında türklərin məşhur bir atalar
sözü var: “Ət girən yerə dərd girməz”. Yəni kim
gündəlik qidasında ətdən istifadə edirsə, orqanizmi
xəstəliklərə qarşı müqavimətli olur.
Tarixi qaynaqlarda ətin insanların qidalanmasında
xüsusi yeri olduğu qeyd edilməklə, onun hansı forma-
da insan orqanizminə zərərli olduğu da göstərilmişdir.
“Qurani Kərim”- də buyururlar:
“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, do-
nuz ə tini və Allahdan baş qasının adı ilə (bütlə rin və
108
s.adı ilə )
kə silə nlə ri (yemə yi) qə ti haram etmiş dir…”
(Bəqərə, 2/173 ).
Bildiyimiz kimi, canlı varlıq öldüyü zaman orqa-
nizmdə mikroblar, bakteriyalar qaynaşmağa başlayır.
Bu zaman çürüdücü və parçalayıcı bakteriyalar cəm-
dəyə yayılır. Bakterioloji tədqiqatların aparılmasından
çox-çox əvvəllər “Qurani-Kərim” bizə ölü əti yeməyi
haram buyurmuşdur.
Dalaq haramdır. Axan qan haramdır. Donuzdan
insana keçən xəstəlik trixinellozdur. Donuz əti, ağ ayı
və sığır əti yeyənlərin 78%-də trixin xəstəliyi müşahidə
edilmişdir. Donuz əti ilə trixinozdan daha təhlükəli
xəstəliklər törənə bilir. Amerikada hər il 3300 uşaq ana
bətnində T.rongun almış, bunların yüzdə altısının qısa
bir müddətdə öldüyü məlum olmuşdur.
Araşdırmalar göstərir ki, hər üç donuzdan birində
T.gondi
paraziti var. Donuzda çox önəmli toksik
amildən biri də qrip virusudur. London Virus Araşdır-
maları Institutunun professoru Shopca görə viruslar
donuzun ağciyərində yaşayır və bu yolla donuz ətindən
hazırlanan məhsullara keçir. Donuz əti yeməklə insana
daha bir çox xəstəlik keçməsi məlumdur. Ikinci Dünya
müharibəsi dövründə Quzey Afrika hərəkatında iştirak
edən alman əsgərlərinin ayaqlarında yara halında
görünən bir xəstəlik təsbit edilmişdir. Buna tropik
ülseq deyilirdi. Bu xəstəlik əsgərlərə müharibədə
iştirak etməyə mane olur, uzun müddət xəstəxanada
qalmaq məcburiyyətində qalır, hətta bu xəstəliyin qida
ilə yoluxması güman edildi. Çünki belə rahatsızlığa
yerli əhalidə rast gəlinmirdi. Sonradan yerli müsəlman
ə
halisinin qidalandığı məhsulların yeyilməsi ilə
ə
sgərlərdə həmin xəstəlik tənzim edildi. Nəticədə
109
tropik ülseq dərdi tamamən ortadan qalxdı.
Yer üzündəki heyvanlar içində ən çox ürük asid
daşıyan donuzdur. Fəqət, donuzdan başqa heyvanlar bu
maddəni idrar yoluyla davamlı kənara atırlar. Insan
vücudu bu maddənin 90%-ni böyrəklərin köməyi ilə
kənara çıxarır (ifraz edirlər). Fəqət, donuz üçün ürük
asidin 2%-dən çoxunu çıxarmaq mümkün deyildir.
Geriyə qalan miqdar da qanın bir parçası olaraq
varlığını davam etdirir. Bu üzdən donuz daima bu
xəstəliklərə məruz qalır. Ətini yeyənlərdə diz ağrıları,
revmatizm kimi şikayətlər tez-tez müşahidə edilə bilir.
Donuz əti yalnız yumşaq kolbasa emalı üçün
ə
lverişlidir. Buna səbəb amino-şəkər, heksozamin isə
kükürdün birləşməsi əmələ gələn sulfid turşusu və
mikoitin sulfit turşusu kimi maddələridir.
Donuzun ən önəmli zərəri onun daxili orqan-
larında çoxlu yağın olmasından irəli gəlir. Başqa hey-
vanlara nisbətən donuz ətində yağın və xolesterinin
miqdarı daha çoxdur. Təfsirlərdə bu yağın daha təhlü-
kəli olduğuna dair fikirlər vardır. Xolesterolun pan-
kreatin, yoğun bağırsaq və mədə xərçəngi riskini
artıran səbəbi var.
Müsəlmanın həyatında halal və haram ət
məhsulları
Qədim zamanlardan Allah Təbarəkə Təala insanlara,
xalqlara yeməklərin halal və ya haram olması barədə
göstərişlər vermişdir, xüsusilə də ət yeməkləri haqqında.
Ə
t və balığın yeyilməsi qaydaları müxtəlif xalqlar-
da, icmalarda, dinlərdə bir-birindən fərqlənir.
Yeyilməsinə icazə verilmiş ət məhsullarına quruda
və suda yaşayan heyvanların əti aid edilir.
110
Quruda yaşayan heyvanlardan “Qurani-Kərim”
yalnız donuz ətini, ölmüş heyvan ətini və Allahın adına
kəsilməmiş heyvanın ətini və qanını qadağan edir.
Müqəddəs Quran Muhəmməd Peyğəmbər(s.ə.v.)
vasitəsilə bizi xəbərdar edir: “… (O peyğəmbər) onla-
ra yaxşı iş görməyi buyurar, pis işləri qadağan
edər, təmiz (pak) nemətləri halal, murdar (napak)
ş
eyləri haram edər…”. (Əl-Əraf, 7/157).
Murdar, natəmiz, pak olmayan insanlarda ikrah
hissi yaradan şeydir.
Mömin xəlifələr deyirlər ki, «cəsədində vəhşi hey-
vanın dişlərinin və ya vəhşi quşun caynağının izi olan
heyvanın ətini yeməyi Allah qadağan etmişdir. Başqa
heyvanın bədənini parçalaya bilən yırtıcılara şir, pə-
ləng, canavar və s. heyvanlar aid oluna bilər. Yırtıcı
quşlara qartal, şahin, qırğı və digər bu qəbildən olan
quşlar aiddir.
Ölü heyvan ətinin qadağan olunması onun qida ki-
mi qəbul edilməsinin qadağanı deməkdir. Onun dərisi,
buynuzu, sümükləri, tükü çox lazımdır və insana xeyir
verə bilər.
Bir dəfə Ibn Əbbas Möminə xatına zəkat olaraq
qoyun verir. Qəflətən qoyun ölür. Peyğəmbər (s.ə.v.)
onlara yaxınlaşıb deyir: “Heyvanın dərisini soyun, tə-
mizləyin, aşılayın və istifadə edin”. Onlar Rəsulüllaha
belə deyirlər: “Bu ki, ölü heyvandır!”. Peyğəmbər
(s.ə.v.) cavab verir ki, bu qoyunun yalnız ətini yemək
olmaz. O, Ibn Əbbasa və Möminəyə qoyunun dərisinin
soyulması və aşılanması qaydasını göstərir. “Əgər dəri
aşılanıbsa, o, pak hesab olunur” - deyə mömin xəlifələr
təsdiq edirlər. Bu, bütün dərilərə aiddir, istər it dərisi,
istərsə də hətta donuz dərisi olsun.
111
Nə cib yemə klə rə izn verilir
“Ey insanlar! Yer üzündəki şeylərin təmiz,
halal olanlarını yeyin. Ş eytanın izi ilə getmə yin! Hə -
qiqə tə n, o (Ş eytan) sizinlə açıq-açığ ına düş mə ndir”.
(əl-Bəqərə, 2/168).
Xudavəndi-aləm insanları onlar üçün yer üzündə
yaratdığı nemətlərdən istifadə etməyə və şeytana qulaq
asmayıb, Onun qadağan etdiklərini yeməməyə dəvət
edir.
Allah möminlərə bu sözlərlə müraciət edir: “Ey
iman gə tirə nlə r! Sizə verdiyimiz ruzilə rin (tə miz və )
halalından yeyin! Allaha ibadə t edirsinizsə , (bu
nemə tlə rə görə )
Ona ş ükr edin”. (əl-Bəqərə, 2/172).
“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, do-
nuz ə tini və Allahdan baş qasının adı ilə (bütlə rin və
s. adı ilə )
kə silə nlə ri (yemə yi) qə ti haram etmiş dir.
Lakin naə lac qaldıqda (baş qasının malını) zorla mə -
nimsə mə də n və hə ddini aş madan (zə ruri ehtiyacı
ödə yə nə qə də r)
bunlardan yemə yə mə cbur olan kim-
sə nin heç bir günahı yoxdur. Allah bağ ış layandır,
mə rhə mə tlidir!” (əl-Bəqərə, 2/173).
Yemək üçün qadağan olunan şeylər haqqında “əl-
Maidə” surəsinin 3-cü ayəsində buyurulur:
“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan,
qan, donuz əti, Allahdan başqasının adı ilə (bis-
millah demədən)
kəsilmiş, boğulmuş (küt alət və ya
silahla)
vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş,
(başqa bir heyvanın buynuzu ilə)
vurulub gəbərmiş,
vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş –
canı çıxmamış heyvanlar müstəsnadır – dikinə
qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı
112
bütpə rə st qurbangahlar)
üzə rində kə silmiş heyvanlar
və fal oxları ilə pay bölmə k sizə haram edildi.
Bunlar günahdır... Kim aclıq üzündə n naçar
qalarsa, (çə tinliyə düşə rsə ) , günaha meyl etmə k
niyyə tində olmayaraq (zə ruri ehtiyacını ödə yə cə k
qə də r bu haram ə tlə rdə n yeyə bilə r).
Hə qiqə tə n, Allah
bağ ış layandır, rə hm edə ndir! “. (əl-Maidə, 5/3 )
Habelə “əl-Ənam” surəsinin 145-ci ayəsində
deyilir: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içəri-
sində murdar olduqları üçün ölü heyvan, axar qan,
donuz əti və ya Allahdan başqasının adı ilə (bismil-
lah deyilmədən)
günah olaraq kəsilmiş heyvanlar
istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər
içərisində haram buyurulan bir şey görmürəm.
Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında
qalsa, həddini aşmadan, zəruri ehtiyacını ödəyəcək
qədər (bunlardan yesə, Allah ona cəza verməz). Çünki
sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm
edəndir!”. ( əl-Ənam, 6/145).
Islam ölmüş heyvan ətini, qanı, donuz ətini, Allah-
dan başqasının adı ilə kəsilmiş heyvan ətini qadağan
edir.
Ölü heyvan ə ti nə üçün haramdır?
Quran ayələrində müsəlmanın qidalanması məsə-
lələrində birinci olaraq ölü heyvan ətinin qadağan
olunması göstərilir, yəni əgər heyvan və ya quş öz
ölümü ilə ölübsə (insan tərəfindən kəsilməyibsə,
ovlanmayıbsa və s.) bu heyvanın əti murdardır. Bəs
bunun mənası nədədir?
Islam bu qadağanı nə ilə izah edir?
Birincisi – şüur, heyvan cəsədinə ikrahla yanaşır,
113
onu murdar və napak hesab edir. Ağıllı adamlar ölü
heyvan əti yeməyi insan ləyaqətinə zidd hərəkət kimi
qiymətləndirirlər. Buna görə də insanlar Allahın adı ilə
qurban kəsilən heyvanın ətini yeyirlər.
Ikincisi – müsəlmanın bütün əməllərində müəyyən
niyyət olur. Əgər müəyyən niyyəti, məqsədi, hədəfi
olmasa, müsəlman heç bir şeyə nail ola bilməz. Hey-
vanın qurban kəsilməsinin mənası, yəni insanın onu
öldürməyinin məqsədi, heyvanın «canını alıb», ətini
qida üçün istifadə etməkdən ibrətdir. Allah Təbarəkə
Təala insana əvvəldən qurbanlıq kimi kəsilməsini,
ovlanmasını, yaxud heç olmazsa, qida kimi istifadə
edilməsini nəzərdə tutmadığı heyvanın ətini haram
buyurub.
Üçüncüsü – öz əcəli ilə ölmüş heyvan, çox ehtimal
ki, təsadüfən və ya zəhərli bir şey yediyindən və s.
səbəblərdən tələf olur. Buna görə də belə heyvanın əti
insana zərər gətirə bilər. Əgər heyvan ölübsə, deməli, o
ya zəif, ya da xəstə olub.
Dördüncü – Allah Təbarəkə Təala insan övladına
ölü heyvan ətini qadağan edib, lakin heyvanı kəsib
yeməyə izn verib. Şükr olsun Onun kəramətinə!
Beş cür ölü heyvan əti var:
- boğulmuş heyvan;
- başından zərbə vurulması nəticəsində ölmüş
heyvan;
- ağac və ya başqa ağır əşya ilə vurulub
öldürülmüş heyvan;
- hündürlükdən yıxılaraq ölmüş heyvan;
- yırtıcı heyvan tərəfindən parçalanıb öldürülmüş
heyvan.
|