Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc


çıxarmasanız  da  Allah  ona  müvafiq  sizinl



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   2   3   4   5   6   7   8   9   10   ...   32

çıxarmasanız  da  Allah  ona  müvafiq  sizinlə  haqq-

hesab çəkər...” mənasını ifadə edir (əl-Bəqərə, 2/284). 

Dəstəmaz alarkən dua oxumaq düşüncəni və diləyi 

beyin  dalğaları  şəklində  suya  yönləndirərək  su 

kristalını şəkilləndirir və o suyu osmos yolu ilə bədənə 

daxil  edir.  Insan  bədəninin  təxminən  70-80%-nin 

sudan ibarət olduğu üçün sudan istifadə edildiyi zaman 

müsbət,  ya  da  mənfi  düşüncə  dalğalarının  təsirinə 

məruz qalır. 

 

Su haqqında hədislə

 

Həzrəti Əli (ə) buyurub:  

1. “Asimandan gələn suyu için, çünki o bədəni pak 

edir, dərdləri dəf edir”. 

2.  “Qaynanmış  su  hər  şeyə  faydalıdır  və  heç  bir 

ş

eyə zərər verməz”. 



 

72

3. “Hamama daxil olanda üç ovuc isti su için ki, o, 



üzün nurunu artırar və bədəndən dərdləri aparar”. 

Imam Cəfər Sadiq (ə) buyurub:  

1.”Behişt əhlinin içdiyi şeylərin ağası sudur”. 

 2. “Zəm-zəm suyu bütün xəstəliklərə şəfadır”. 

 3.  “Məbadə  çox  su  içəsən,  çünki  bu  iş  bütün 

naxoşluqların mayasıdır”. 

4.  “Əgər  insanlar  suyu  az  içsələr,  bədənləri 

istiqamət tapar, möhkəmlənər”. 

Ə

bu Teyfur təbib rəvayət edir ki, mən Imam Musa 



Kazıma  (ə)  su  içməyi  məsləhət  görmədim,  lakin  o 

Cənab  (ə)  buyurdu  ki,  bunun  heç  bir  qorxusu  yoxdur. 

Su,  mədədə  təamı  əridib  həzm  edir,  səfranı  aparır, 

qəzəbi sakit edir, dərrakəni artırır, hərarəti söndürür. 

 

Firudin Batmanqılıncın su ilə bağlı düşüncələri 

 

Firudin  Batmanqılınc  həyatının  20  ilini  suya  və 

bəşəriyyətə  xidmət  etməyə  sərf  etmişdir.  Onun  «Xəstə 

deyilsiniz, susuzsunuz» və «Bədəniniz sizdən su istəyir» 

adlı  əsərlərindəki  su  ilə  bağlı  düşüncələri  diqqətə-

layiqdir. 

əllifin  fikrincə,  bədənimiz  45  əsas  səbəbə  görə 

suya ehtiyac duyur: 

1.

  Heç bir canlı susuz yaşaya bilmir. 

2.

  Nisbi  su  çatışmazlığı  bədənin  bəzi  funksiyala-

rını əvvəl basdırır, sonra öldürür. 

3.

  Əsas enerji mənbəyidir. 

4.

  Bədənin hər hüceyrəsində elektrik və maqnetik 

enerji istehsal edərək bizə yaşamaq üçün güc verir. 

5. Hüceyrənin quruluşundakı maddələri bir-birinə 

bağlayan bir yapışqandır. 

6.

  DNT  zədələnməsinin  qarşısını  alır  və  bərpa 


 

73

mexanizmlərinin  daha  yaxşı  işləməsinə  yardım  edir. 



Beləliklə, istehsal olunan anormal DNT sayı azalır. 

7.

  Immunitet  sisteminin  (bütün  mexanizmlərin) 

mərkəzi olan sümük iliyinin, xəəng də daxil olmaqla 

müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. 

8.

  Qidalara  enerji  verir  və  parçalanan  qidalar 

həzm  prosesində  bu  enerjini  bədənə  ötürür.  Susuz 

yeyilən  yeməyin  bədən  üçün  heç  bir  enerji  dəyəri 

yoxdur. 

9.

  Qidaların  lazımlı  maddələrinin  orqanizmdə 

qəbul edilməsini artırır. 

10.

  Onurğanı  təşkil  edən  fəqərələrarası  mayenin 

ə

mələ gəlməsində rol oynayır. 



11.

  Ürək  və  beyin  damarlarında  laxtalanmanın 

qarşısını alır. 

12.

  Orqanizmin  soyuma  (tərləmə)  və  isinmə 

(elektrik) sistemləri üçün əvəzolunmazdır. 

13.

  Düşünmək  prosesi  də  daxil  olmaqla,  beynin 

bütün funksiyaları üçün bizə güc və enerji verir. 

14.

  Serotonin  (şən  əhval  ruhiyyə  yaradan 

hormon)  və  digər  «nevro-transmitter»lərin  (sinir 

ötürücülərinin) yaradılması üçün əvəzolunmazdır. 

15.

  Bağırsaqların 

işləməsini 

yaxşılaşdıran 

yağlayıcı maddədir, qəbizliyin qarşısını alır. 

16.

  Infarkt və iflicə qarşı qoruyucudur. 

17.

  Uşaqlarda  və  yeniyetmələrdə  diqqətin  az 

olması probleminin həllinə yardım edir. 

18.

  Iş görmək qabiliyyətini və diqqəti artırır. 

19.

  Dünyadakı  bütün  içkilərdən  daha  asan  əldə 

edilir  və  sağlam  orqanizm  üçün  heç  bir  zərərli  təsiri 

yoxdur. 

20.

  Melatonin də daxil olmaqla, beyində istehsal 

 

74

olunan bütün hormonların yaranması üçün gərəklidir.  



QEYD:  Melatonin  adamdan  adama  dəyişsə  də

təxminən  saat  23.00  ilə  05.00  arasında  ifraz  olunan 

bir  hormondur.  Hormonun  əsas  işi  bədənin  bioloji 

strukturunu qoruyaraq ritmini müəyyənləşdirməkdir. 

Bu hormon digər antioksidant təsirləri də gücləndirir, 

xəəng  hüceyrələrinin  inkişafının  qarşısını  alır, 

törəmə sistemindəki problemlərin həllinə yardım edir. 

Hormon  çatışmayanda  yorğunluq,  həvəssizlik  kimi 

hallar ortaya çıxır. Bu gün də qocalmağı gecikdirmə 

təsirinə  görə  bu  hormonun  üzərində  çox  ciddi 

şahidələr  aparılır.  Əhəmiyyətli  xüsusiyyətlərdə

biri  də  hormonun  uşaqlar  üzərindəki  təsiridir. 

Avropada  qan  xəəngi  və  ümumiyyətlə,  xəəngli 

uşaqların  sayını  tamamilə  qaranlıq  bir  otaqda  sax-

lamaları  tələb  edilmişdir.  Çünki  qaranlıqda  sürətlə 

yaranan  melatoninin  xəəngdən  qoruyucu  gücü 

olduğu  bilinir.  Bu  hormon  işığa  həssasdır.  Sınaq-

larda yatan adamın orqanizminin hormon istehsalını 

izləyərkən işıq yananda hormonun azaldığını, qaran-

lıqda  isə  kifayət  qədər  çox  istehsal  olunduğ

əyyənləşdirilmişdir. 

21.

  Bütün qidaların, vitamin və mineralların əsa-

sını təşkil edir. Bədəndəki qidaları kiçik parçalara ayı-

rır, həzmə və son metabolik mərhələyə xidmət göstərir. 

22.

  Stress, gərginlik və depressiyanın azalmasına 

yardım edir. 

23.

  Yuxunu tənzimləyir. 

24.

  Yorğunluğun  çıxarılmasına  yardım  edir  və 

gənclik enerjisi verir. 

25.

  Dərini  yumşaldır  və  qocalıq  əlamətlərinin 

azalmasına yardım edir. 

 

75

26.



  Gözlərə canlılıq və parlaqlıq gətirir. 

27.

  Göz təzyiqini sabit saxlamağa yardım edir. 

28.

  Sümük  iliyində  qan  yaradan  sistemləri 

tənzimləyir, 

qan 

və 

limfa 

vəzi 

xəənginin 

yaranmasının qarşısını alır. 

29.

  Bədəndə  yoluxucu  və  xəəng  hüceyrələrinin 

inkişaf 

etdiyi 

bölgələrdə 

immunitet 

sistemini 

gücləndirmək üçün çox gərəklidir. 

30.

  Qanı  duruldur  və  laxtalanmanın  qarşısını 

alır. 

31.

  Qadınlarda 

menstruasiya 

aktını 

və 

qızdırmanı yüngülləşdirir. 

32.

  Ürək  döyüntüləri  ilə  birlikdə  qanı  duruldur, 

dövretmə zamanı qatı maddələrin çökməsinin qarşısını 

alır. 

33.

  Insanın  bədənində  dehidratasiya  (bədənin 

həddindən  çox  maye  itirməsi)  zamanı  istifadə  edə 

biləcəyi  su  anbarı  yoxdur.  Buna  görə  də  gün  ərzində 

müntəzəm su içməyimiz vacibdir. 

34.

  Dehidratasiya  cinsi  hormonun  yaranmasına 

mane  olur.  Bu,  halsızlıq  və  cinsi  həvəsin  olmamasını 

yaradan əsas səbəblərdən biridir. 

35.

  Qida  elementlərinin  bədənə  daşınmasına 

yardım edir. 

36.

  Ağciyərlərdə  oksigen  toplayan  qırmızı  qan 

hüceyrələrinin  işçi  qüvvəsini  artırır,  hüceyrəyə  çatan 

su  ona  oksigen  verir  və  tullantı  qazların  bədəndə

xaric edilməsi üçün ağciyərlərə daşıyır. 

37.

  Bədənin  müxtəlif  bölgələrindən  zəhərli 

tullantıları  toplayır  və  atılması  üçün  qaraciyər,  ya  da 

böyrəklərə daşıyır. 

38.

  Oynaq  boşluqlarındakı  əsas  yağlayıcı 

 

76

maddədir, artrit və bel ağrılarının yaranmasına mane 



olur. 

39.

  Susuzluq  və  aclıq  hisslərini  ayırd  etməyə 

yardım edir. 

40.

  Çəkini azaltmağın ən yaxşı yolu su içməkdir. 

Müntəzəm  su  içmək  ciddi  rejim  saxlamadan  arıqla-

mağa  yardım  edir.  Ac  olanda  həddən  çox  qida  qəbul 

etmək  olmaz,  amma  susuzluq  zamanı  bol  su  içmə

vacibdir. 

41.

  Dehidratasiyanın  toxuma  boşluqlarında,  oy-

naqlarda, böyrəklərdə, qaraciyərdə, beyində və dəridə 

toplanmasına  səbəb  olduğu  zəhərli  çöküntüləri 

tənzimləyir. 

42.

  Hamiləlikdə  sübh  çağı  ürək  bulanmalarını 

azaldır. 

43.

  Zehin  və  bədən  funksiyalarını  çulğalaşdırır, 

qərarvermə  və  hədəfi  müəyyənetmə  qabiliyyətini 

artırır. 

44.

  Qocalıqda  yaddaş  itkisinin  qarşısının  alın-

masına  yardım  edir.  Altsheymer,  dağınıq  skleroz  və 

parkinson xəstəliyinə tutulma riskini azaldır. 

45.

  Kofein, alkoqol və bəzi dərmanlara olan ası-

lılığın azalmasına yardım edir. 

 

Qeyd: 

“Susuz  həyat  yoxdur”  başlığı  altcnda  verilən 

məlumatlar  Əli  Poladın  “Bir  damla  su”  (Taksim,  stanbul. 

2011)  adlı  kitabından  istifadə  etməklə  və  müəllifin  öz 

tədqiqatları əsasında yazılmışdır. 



 

 

 

 

 

77

 



SÜD  HAQQINDA   SLAM   DƏYƏRLƏ

 

Ə

t və balıqdan sonra qidalılıq cəhətdən insan orqa-



nizmi  üçün  ən  əhəmiyyətli  olan  qida  məhsulu  süddür. 

nsanın  anadan  olduğu  andan  südlə  qidalanmasını 

nəzərə alsaq, süd ən vacib həyat məlhəmidir. Dahilərin 

dediyi kimi süd təbiətin insanlara bəxş etdiyi əvəzedil-

məz qida məhsuludur.  

Süd  haqqında  “Qurani  Kərim”in  əl  –  Bəqərə  - 



2/233,  ən  –  Nəhl  –  16/66,  əl  –  Muminun  –  23/21, 

Loğman – 31/14, Yasin -36/73 surələrində ayələr var-

dır.  “Qurani  Kərim”də  buyurulan  mənəvi  qida  dünya 

aləmin  möcüzəli  bəhrəsi  misalında  yada  salınır.  Allah 

Təbarəkə  Təalanın  buyuruqlarının  hikmətlərindən  biri 

də  təbii  aləmdə  müşahidə  olunan  möcüzəli  dəyişik-

liklərdir.  

Südün  qidalanmada  çox  böyük  fizioloji  əhəmiy-

yəti  vardır.  Lakin  heyvanın  sağlam  olması  vacibdir. 

Ə

bu Bəkr Razinin südlə bağlı söylədiklərini bu gün də 



qəbul etmək olar: “Təzə südün qidası çoxdur. Ancaq 

süd lazımınca qaynadılmalıdır.” 

mam  Həsən  (ə)  buyurub  ki,  Rəsuli  –  Əkrəm 

(s.ə.v.)  cənabları  südü  çox  xoşlayırdı  və  həmişə  süd 

içəndə  buyurardı:  “Ey  mənim  Allahım,  onu  bizə 



mübarək  qıl  və  onu  bizə  artır.”  Peyğəmbərimiz 

(s.ə.v.)  təmr  (qurudulmuş  xurma)  ilə  südü  –  “iki  ə



pak  və  xoş  şey”  adlandırmışdır.  O  Həzrət  süd  içəndə 

ə

vvəlcə məzməzə edib (tamsınıb), sonra içərdi və əlavə 



edərdi: “Onda yağ var.” 

Bir kişi  mam Cəfər Sadiqə (ə) ərz edir ki, ya Əba 

Ə

bdəllah, mən süd içirəm, mənə zərər verir. O  Cənab 



 

78

(ə) buyurur ki, süd əsla zərər verməz, amma sən onunla 



birlikdə  başqa  şey  yeyirsən;  sənə  zərər  verən  də  o 

ş

eydir;  amma  sən  güman  edirsən  ki,  süd  sənə  zərər 



edir. 

Həzrət Əli (ə) buyurur ki, “inək südü dərmandır.” 

O  Cənabdan  (ə)  inəyin  sidiyi  barəsində  xəbər 

aldılar və dedilər ki, bəzi adamlar onu içir. Buyurdu ki, 

ə

gər  dərman  kimi  ona  ehtiyac  olsa,  onu  içməyin  eybi 



yoxdur. 

Məlumdur  ki,  ərəblər  dəvənin  sidiyini  içirlər.  Bu 

barədə  mam  Rza  (ə)  buyurub:  “Dəvənin  sidiyi 

südündən  yaxşıdır,  lakin  Allah  Təala  şəfanı  onun 

südündə qərar veribdir.”  

Süd və süd məhsulları azərbaycanlıların qidasında 

qədimdən  istifadə  olunur.  Müxtəlif  süd  məhsullarının, 

o  cümlədən  nəhərə  kərəsi,  qatıq,  qaymaq,  ayran, 

süzmə,  şor,  motal  pendiri,  qurut,  müxtəlif  pendirlərin 

hazırlanması  heyvandarlıqla  məşğul  olan  azərbaycan-

lıların  gündəlik  süfrə  təamları  olmuşdur.  Bizim 

şə

nliklərimizdə, bayramlarda, qonaq qəbulu zamanı və 



eləcə  də  bəzi  dini  mərasimlərdə  içilən  şərbətlər 

içərisində süd şərbəti öz layiqli yerini tutur. 



Haşiyə:

 

Müsəlman 

xalqları 

arasında 

Peyğəmbərimizin (s.ə.v.) anadan olduğu gün (Rəbiül-

ə

vvəl  ayının  17-si)  dini  mərasim  kimi  icra  edilə



mövlud  oxunması  el  arasında  sərin  südlü-ədviyyəli 

şə

rbətin  yayılmasına  səbəb  olmuşdur.  Mövlud 



oxunması mərasimində plovdan sonra hamıya şərbə

verilir.  Həmin  şərbətə  gülab,  reyhan,  keşniş  toxumu 

və  hil  qatılır.  Bədii  formada  yazılmış  mövludun 

avazla  oxunmasından  məlum  olur  ki,  Muhəmmə

Peyğəmbər  (s.ə.v.)  anadan  olandan  sonra  anası 

 

79

Ə



minəxatunun  ürəyi  yanarkən  ona  qar  kimi  ağ,  buz 

kimi  sərin,  bal  kimi  şirin  və  ətirli  süd  şərbəti 

veriblərmiş.  Həmin  mərasimin  icra  edilməsidir  ki, 

Azərbaycan  şərbətləri  içərisində  südlü  şərbət  xüsusi 

yer tutur. 

 

Qan dövranı və südün təşəkkülü 



 

Bədənin  qidalanmasını  təmin  edən  əsas  maddələr 

həzm  sistemindəki  kimyəvi  reaksiyalar  nəticəsində 

ə

mələ  gəlir.  Həzm  olunan  bu  qida  maddələri  daha 



sonra  bağırsaq  divarından  sorularaq  qan  dövranı 

sisteminə  keçir.  Beləliklə,  bu  qida  maddələri  qan 

dövranı nəticəsində müvafiq orqanlara ötürülür. 

Bədənin  başqa  toxumaları  kimi  süd  vəziləri  də 

onlara  qan  dövranı  yolu  ilə  gətirilən  həzm  olunmuş 

qida  maddələri  ilə  qidalanır.  Buna  görə  də  qan 

qidaların  yığılıb  ötürülməsində  çox  mühüm  rol 

oynayır.  Süd  də  bütün  bu  mərhələlərdən  sonra  süd 

vəziləri tərəfindən ifraz edilir və həzm edilmiş qidanın 

qan  dövranı  ilə  ötürülməsi  nəticəsində  əmələ  gəldiyi 

üçün onun qidalılığı və dəyəri çox yüksəkdir. Bununla 

da  insanların  birbaşa  istehlak  edə  bilməyəcəyi  qandan 

və  yarımçıq  həzm  olunmuş  qidadan  qidalandırıcı  süd 

ə

mələ gəlir. 



Südü  əmələ  gətirən  ünsürlərin  heyvan  vücudunda 

meydana  gəldiyi  məqam  haqqında  “Qurani-Kərim”-

dəki buyuruqlar müasir dövrdə elmin çatdığı nəticələrə 

eyniylə uyğundur. 

Mövzu ilə əlaqəli “Qurani Kərim”də süd haqqında 

belə buyurulmuşdur: 



Şübhəsiz  ki,  davarda  (sağmal  heyvanlarda)  da 

sizin  üçün  bir  ibrət  vardır.  Biz  onların  qarınla-

 

80

rındakı qanla ifrazat arasında olan təmiz südü sizə 



Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin