Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   2   3   4   5   6   7   8   9   ...   32

Təmiz içməli suyun üstün cəhətləri 

 

Təbiətdə  saf  suyu  tapmaq,  demək  olar  ki,  qeyri-



mümkündür. Saf su qoxusuz, dadsız və rəngsizdir, la-

kin  havadakı  karbon  qazı  suyun  içində  həll  olunmağa 

başladığı andan etibarən dadı pozulur. Təbiətdəki sula-

rın tərkibində yad maddə, ərimiş duzlar, qazlar, kimyə-

vi maddələr, xəstəlik yaradan və ya yaratmayan mikro-

orqanizmlər, torpaq, gil və s. mövcuddur. Bunların bir 

qismi  gözlə,  bir  qismi  də  dad  və  qoxu  ilə  müəyyən 

edilir. 


Orqanoleptik  xüsusiyyətləri.  Su  saxlanıldığı 

mühitdən  asılı  olaraq  bərk,  maye  və  qaz  halında  ola 

bilir.  Sıxlığı  əsasən  temperatura  bağlıdır.  Suyun  orqa-

noleptik  xüsusiyyətlərindən  temperaturu,  bulanıqlığı, 

şə

ffaflığı,  rəngi,  dadı,  qoxusu  olduqca  önəmlidir.  Iç-



məli  su  şəffaf,  rəngsiz,  qoxusuz  və  yaxşı  dada  malik 

olmalıdır. 



Suyun  temperaturu.  Suyun  özünəməxsus  dadı 

temperaturdan  asılıdır.  Konkret  istilik  dərəcəsi  söylən-

məsə də, ümumi olaraq içməli suyun temperaturu stan-


 

50

dartlara  (Azərbaycan  Respublikasında  içməli  suyun 



keyfiyyət  göstəriciləri  QOST  2874-82-nin  tələblərinə 

uyğun  təmin  edilir)  görə  7-11

0

C  arasında  olmalıdır. 



Daha isti sular dadsız ola bilir və temperaturu 20

0

C-dən 



artıq  olduqda  ürək  bulandırır.  Soyuq  sular  isə  mədə-

bağırsağın  selikli  qişasının  iltihablaşmasına  zəmin 

yaradır və bağırsaqda qidanın hərəkət etməsini məhdud-

laşdıraraq sancıya səbəb olur.  



Suyun  rəngi  haqqında  qərar  verə  bilmək  üçün 

suya  ancaq  süzüldükdən  sonra  baxılmalıdır.  Suyun 

rəngi  əsasən  orada  asılı  halda  mövcud  olan  üzvi  və 

qeyri-üzvi  maddələrdən,  eləcə  də  istehsalat  sularında 

həll  olmuş  kimyəvi  boyaların  olmasından  irəli  gəlir. 

Az  miqdarda  su  rəngsizdir,  qalın  təbəqə  halında  isə 

təbii  olaraq  rəngi  mavi  çalarlıdır.  Içməli  su  rəngsiz, 

qoxusuz və dadsız olmalıdır.  



Suyun  qoxusu.  Yaxşı  xüsusiyyətlərə  sahib  olan 

içməli su qoxusuzdur. Suyun qoxulu olmasına bir çox 

amillər  səbəb  olur.  Suya  qoxu  verən  amillər  mikroor-

qanizmlərin  fəaliyyəti,  ishal  və  sidik  qarışması,  üzvi 

maddələrin  ayrılması,  istehsalat  və  bu  kimi  müxtəlif 

tullantıların  qarışması  ola  bilər.  Eyni  zamanda,  dərin 

yeraltı  sularda  sulfatların  ayrılması  ilə  əmələ  gələn 

kükürdlü  hidrogen,  suların  içində  yaşayan  yosunlar, 

müxtəlif  mikroorqanizmlər  və  bəzən  də  suların  nəql 

edilmələrində  istifadə  olunan  boru  və  qablar  da  sudan 

qoxu  gəlməsinə  səbəb  olur.  Suların  dezinfeksiyasında 

istifadə olunan xlor və yod da suya özünəməxsus qoxu 

verir.  QOST  2874-82-yə  görə,  qoxu  5  ballı  sistemlə 

ölçülür  və  içməli  suyun  qoxusu  2  baldan  çox  olma-

malıdır. 

Suyun  dadı. Suyun dadı suda həll olmuş oksigen 


 

51

(O



2

)  və  karbon  (CO

2

)  qazının  tərkibindəki  digər  kim-



yəvi maddələrə və suyun istiliyinə, ya da soyuqluğuna 

görə dəyişir. Suyun turş, acı, duzlu ya da dadsız olma-

ması  arzu  edilir.  Su  dadını  dəyişdirməməli,  içildiyi 

zaman boğazda quruluq, qıcıqlanma və mədəyə ağırlıq 

verməməlidir.  Içməli  suyun  keyfiyyəti  və  dadı 

tərkibindəki  həll  olmuş  oksigen  və  karbon  qazının 

miqdarından  asılıdır.  Belə  ki,  1  litr  suda  20-50  mq 

qədər  qaz  ola  bilir.  Bunun  yarısı  CO

2

,  digər  yarısının 



üçdə biri oksigen və üçdə ikisi də azotdur.  

pH  dərəcəsi.  pH  suyun  turşuluğunu  və  ya  qələvi 

mühitini göstərən bir ölçüdür. Məhlulda olan [H]

+

 ionu 


konsentrasiyasını  ifadə  edir.  Saf  suda  [H]

+

  və  [H]



-

 

ionlarının miqdarı tarazlıqdadır və pH=7 olur. 



pH<7  şəraitində  mühit  turşu,  pH>7  şəraitində  isə 

mühit qələvidir. 

çməli  sularda  pH  göstəricisinin  6,5-8,5  olması 

tövsiyə edilir.  



Suyun  codluğu  onun  tərkibində  olan  kalsiumun 

miqdarından  asılıdır.  Buna  baxmayaraq,  codluq 

dərəcəsi  sudakı  kalsium  və  maqnezium  duzlarından 

irəli gəlir. Su bunları torpaqdan alır. Həll olmuş halda 

olan  kalsium  və  maqnezium  suyun  tərkibində  hidro-

karbonat,  sulfat  və  xlor duzları  və  ayrıca  az  miqdarda 

nitrat  duzları  halında  olur.  Xüsusilə  kalsium  hidrokar-

bonat və kalsium-sulfat suyun codluğunda əhəmiyyətli 

rol  oynayır.  Suyun  tərkibində  ən  çox  kalsium, 

maqnezium, sulfat və xlor duzlarına rast gəlinir. 

 

Canlı su 

 

Hamımız  suyun  canlıların  həyatında  ciddi  rol 



oynadığını,  əhəmiyyətini  və  su  itkisinin  nələrə  səbəb 

 

52

ola biləcəyini bilirik. Əslində həyatımız üçün bu qədər 



dəyərli  olan  sudan  maksimum  faydalanmaq  istərik. 

Amma  bunun  müqabilində  canlılar  üçün  ən  faydalı 

suyun hansı olduğunu bilmirik. 

Canlılar üçün ən faydalı su «canlı su» adlandırılan 

təbiətin  bizə  bəxş  etdiyi  təbii  qaynaq  suyudur.  Dağ-

lardan gələn ərimiş qar və  ya buzlaq suları, torpaqdan 

fısqıran  qaynaqlar,  kilometrlərcə  uzunluqda  təbii 

yataqlarda axan dəniz və çay suları  ən böyük canlı su 

mənbələridir. 

Canlı  su  sadəcə  susuzluğu  yatırtmaq  üçün  deyil, 

eyni zamanda canlılıq və şəfa verən sudur. 

 

Canlı suyun istifadə olunmasi şərtləri 

 

Suyun  orqanizmə  yararlı  olması  üçün  bəzi 



xüsusiyyətlərə malik olması vacibdir: 

-  təmiz olmalıdır; 

-  enerjili olmalıdır; 

-  oksigenlə (O

2

) zəngin olmalıdır; 



-  mineralla zəngin olmalıdır; 

-  pH  səviyyəsi  orqanizmdə  baş  verən  prosesləri 

tənzimləməlidir; 

-  molekulyar  quruluşu  kiçik  və  altıbucaqlı 

olmalıdır. 

Bu  gün  xalq  arasında  işlənən  “Su  qədər  ömrün 

olsun” ifadəsi təmiz, sağlam və nurlu ömrə işarədir. 

-  Suyu  içmək  üçün  ən  yaxşı  vaxt  yatmazdan 

ə

vvəl, yuxudan oyananda, yemək yeməzdən yarım saat 



ə

vvəl və ya bir saat sonra. 

-  Əgər  özünüzü  pis  hiss  edirsinizsə,  dərhal  su 

için. Su hamı üçün şəfaverici eliksirdir. Çox az şey ola 

bilər ki, insanın ruhuna qısa zamanda su qədər müsbət 


 

53

təsir etmiş olsun. 



- Günə bir stəkan su içərək başlayın. Bu böyrəkləri 

boşaltmağa və orqanizmin toksinlərdən azad olmasına 

yardım edəcək. 

- Gündə ən  azı səkkiz fincan (200x8=1600 ml) su 

için. 

- Ac deyilsinizsə,  yemək  yeməyin, onun  yerinə su 



için. 

- Özünüzü yaxşı hiss etmirsinizsə, dərman içməyə 

tələsməyin, əvvəlcə bir fincan su için. 

- Yemək zamanı su içməyin, yeməkdən yarım saat 

ə

vvəl və ya bir saat sonra için. 



- Yediyiniz  yeməklərlə  su  qəbul  edirsiniz,  çünki 

onların tərkibində də su vardır. 

- Stresli və narahat olduğunuz zaman bir fincan su 

için.  Su  sizin  bədəninizdəki  mayeni  və  duzu 

tənzimləyərək sakitləşmənizə yardım edəcək. 

- Düzgün qidalanmağa səy göstərin. 

- Çox çay, qəhvə və alkoqollu içkilər içməyin. Bu 

içkilər  sidikqovucu  olduqlarından  bədəndəki  suyun 

itkisinə səbəb olurlar. 

Hər  bir  insanın  gündəlik  su  ehtiyacları  müxtəlif 

amillərlə bağlıdır. 

1.  Çəki artdıqca insanın suya ehtiyacı artır. 

2.  Qidalanma  –  meyvə-tərəvəzlə  daha  çox 

qidalanan  insanların  suya  tələbi  quru  qidalarla 

qidalananlara nisbətən azdır. 

3.  Iqlim. 

4.  Fiziki aktivlik. 

5.  Xəstəliklər  –  məsələn,  yüksək  hərarət,  ishal  və 

qusma zamanı suya ehtiyac artır. 

6.  Səyahət zamanı su həyati əhəmiyyət kəsb edir. 



 

54

Su  itkisi  zamanı  qəbul  olunan  su  ilə  yanaşı 



mineralları da nəzərə almaq vacibdir. 

Orqanizmə lazım olan suyun miqdarının hesablan-

masında iki üsuldan istifadə olunur: 

1) Insan  bədəninin  kütləsinin  hər  kq-ı  32  qrama 

vurulur. Məsələn, 70x32=2240 ml. 

2) Gündəlik qəbul etdiyiniz hər kalori üçün 1 ml. 

Ə

gər  2500-3000  kalori  qəbul  edirsinizsə,  onda  2,5-3 



litr su içməniz vacibdir. 

Ə

gər çörək, kreker kimi quru qidalar yeyirsinizsə, 



isti  iqlimdə  yaşayırsınızsa,  müntəzəm  idman  edir  və 

sauna,  ya  da  buxar  vannası  qəbul  edirsinizsə,  həddən 

artıq su içməlisiniz. 

Gündə 8-10 dəfə sidiyə çıxmaq optimal miqdarda 

su içdiyinizin göstəricisidir. Hamilə qadınlar daha çox 

su  içməlidirlər.  Normada  qadın  hamiləlik  dövrü  öz 

çəkisini 12,5 kq artırır. Bunun 6-8 kq-ı sudan ibarətdir. 

Çox  zülal  və  duz  qəbul  etmə,  ishal,  tərləmə, 

hərarətli xəstəliklər, isti ərazidə yaşamaq və işləmək su 

tələbatını artırır. 

Su  çatışmamazlığından  ən  çox  əziyyət  çəkən 

orqanizmin aşağıdakı hissələridir: 

- immun sistemi; 

- ürək və qan dövranı sistemi; 

- həzm sistemi. 

Suyu necə içməli? 

1.  Yuxudan duran kimi iki fincan su içmək daxili 

orqanları fəallaşdırır. 

2.  Yeməkdən 30 dəqiqə əvvəl bir fincan su içmək 

həzmə yardım edir. 

3.  Hamama  girməzdən  əvvəl  bir  fincan  su  içmək 

qan təzyiqini normallaşdırır. 



 

55

4.  Yatmazdan  əvvəl  bir  fincan  su  içmək  infarktın 



və insultun qarşısını alır. 

 

Su və inanclar 

 

Türkiyənin Mardin vilayətində aprel ayında yağan 



yağış suyunun şəfalı olduğuna inanılır. Buna bənzər bir 

inanc  Vanda  da  mövcuddur.  Cənubi  Azərbaycanın 

Şə

büstər mahalında da aprel ayında yağan yağışın suyu 



müqəddəs  sayılır.  Hətta  suyun  müqəddəsliyi  ilə  bağlı 

hədislər də var. Deyilənə görə Muhəmməd Peyğəmbər 

(s.ə.v.)  yağış  yağanda  başını  açar  və  “sən  məndən 

sonra gəldin, ya mübarək” - deyərmiş. Burada əski və 

yeni inanclarda Göy-su və müqəddəslik birləşir. Bu za-

man Göy Tənqri müqəddəs Yer-subun sahibsiz qalma-

ması üçün xaqanı (hökmdarı) göndərməsi yada düşür. 

Ağacları, qayaları, suları müqəddəs saymaq islam-

da Tanrıya şərik olaraq qəbul edilmiş və dinə zidd ol-

duğu  üçün  də  qadağan  olunmuşdur.  Bu  cür  inanclara 

islam  ölkələrində,  demək  olar  ki,  rast  gəlinmir,  ancaq 

Altayda,  Tuvada,  Xakasyada,  Yunanıstanda  bu  inanc-

lar özünü daha çox göstərir. 

Araşdırılmağa  ehtiyac  duyan  məsələ  bəlkə  də 

«pir»  anlayışının  mənbəyi  və  ona  aid  edilən  xüsusiy-

yətlərdir,  məsələn,  Türkiyədəki  Üryan  baba  bir  pirdir. 

Türbəyə  sahiblik  edən  Üryan  babadır.  Üryan  baba 

türbəsinin  dilək  bağlanan  barmaqlıqları  kimi  ətrafın-

dakı çır-çırpı və ağaclar da onun malı sayılır. Bəzi tür-

bələrdə olduğu kimi, Üryan babanın da bir çeşməsi, ya 

da su quyusu ola bilərdi. Üryan baba ağaclara və ya su-

ya  mənəvi  güc  verən  biri  kimi  xalq  arasında  da  məş-

hurdur.  Bu  ağacların  quru  yarpaqları,  ya  da  suyun  bir 

neçə qurtumu inanca görə hikmətlidir. 



 

56

Türkmənistanda  türbələrə  “qala”  deyilir,  məsələn, 



Çoban baba qalası, Çoban babanın məzarı və ona yaxın 

olan  əraziləri  əhatə  edir.  Bunun  sahiblik  sferası, 

mənəvi  mülkiyyəti  Çoban  babaya  aiddir.  Məzar  isə 

Babanın stalaqmitidir. Gön dəri və üzərindəki diləklər 

onun bayrağıdır. Ona dilək bağlayanlar, ya da uşağının 

olması  üçün  nəzir  edənlər  ona  nəzirləyərlər,  digər 

pirlərdə oduğu kimi onun qoruması altına girirlər. 

Pirlərə  aid  müqəddəs  hesab  edilən  sular  olduğu 

kimi, pir olaraq bilinən sular da var. Bir çox müqəddəs 

çayın və su hövzəsinin yanında ayrıca bir məzar, ya da 

türbə  yoxdur.  Bu,  “ocaq”  olaraq  bilinən  ailələrə  aid 

şə

fa  verən,  problemləri  həll  edə  bilən  su  mənbəyi 



olaraq bilinir. Burada müqəddəsliyinə inanılan suya bu 

keyfiyyəti  verən  hər  hansı  pirin,  yiyənin  olduğunu 

görürük.  Türk  xalqlarının  inanclarında  and  içilən, 

yardım  istənilən  və  sığınacaq  yeri  olan  suyun  pir 

olaraq təriflənməsinə tez-tez rast gəlinir. 

Su mədəniyyətinin bir təzahürü olaraq suyun mü-

qəddəs  olduğu  yerlərdə  çirkabların  su  ilə  paklanma-

dığına, suyun çirkaba qarışmasının onun müqəddəsliyi 

ilə  düzgün  gəlmədiyinə  inanılır.  Müqəddəs  yerlərin 

balıqlarını  da  suyun  müqəddəsliyinə  hörmət  əlaməti 

olaraq ovlamırlar. 

Sudan şəfa və rahatlıq ala bilmək üçün onun çirk-

ləndirilməməsi  vacib  sayılmışdır.  Naxçıvanda,  Təb-

rizdə,  Salmasda,  Qarsda,  Ağrı  dağında,  Daşlıçayda 

baharda  yuyunmaq  üçün  çaya  girəndə  bütün  ilin 

sağlam  və  hüzurlu  keçməsi  üçün  üç  dəfə  “ağırlığım-

uğurluğum, kəlliyim-keçəlliyim bu suya” - deyilir. 

Su ilə bağlı bir sıra dualar da var: “Ağzı dualının 

qarşısına  pak  su  çıxsın”,  “Allah  suyunu  bol  eyləsin”, 


 

57

“Allah  axar  suyunu  bulandırmasın”,  “Allah  səni  sel-



suların qada-bəlasından iraq eyləsin”. 

Su  yiyəsinə  xeyir,  bərəkət  və  sağlamlıq  gətirə-

cəyinə  və  ya  əksinə  bulanıq  suyun  da  uğursuzluq  və 

zərər gətirə biləcəyinə inanılır. Suyun şəfaflığı ağ əyə, 

selə dönmüş halı isə torpaq əyə ilə eyniləşdirilmişdir. 

Görkəmli folklorşünas Mürsəl Həkimovun araşdır-

malarında  su  ilə  bağlı  bir  çox  diləyə  –  məsələ  rast 

gəlirik:  “Balan  bəxt-iqbal  suyundan  əl-üzünü  yusun”, 

“Suyun sulara qarışsın”, “Suyun Ayşə-Fatması balala-

rının  pənahı  olsun”,  “Su  ilahəsinə  qurban  olum”  və  s. 

M.Həkimovun  tədqiqat  işlərindən  seçilmiş  bu  misal-

larla məzmun etibarilə Anadoludan toplanmış məsəllər 

arasında çox az fərq var. Anadoluda “Su kimi əziz ol”, 

“Su kimi aydın ol”, “Su kimi ömrün uzun olsun”, “Su 

verənin  çox  olsun”,  “Verdiyin  su  ölənlərinin  canına-

ruhuna  dəysin”  (bu  məsəl  Azərbaycanın  bəzi  bölgə-

lərində  “Verdiyin  su  ölənlərinin  ehsanı  olsun”  kimi 

işlənir),  “Yol  böyüyün,  su  kiçiyin”  kimi  bir  çox 

məsəllər vardır. 

Su ilə bağlı qarğışlar da az deyil: “Ağırlığını-uğur-

luğunu yumağa evində bir ovuc su tapmayasan”, “Ağ-

zundan  qara  su  gəlsin”,  “Ağlın  qar  suyuna  dönsün” 

(qar  suyunun  şəffaf  olmadığına  işarə  edilir),  “Allah 

axar  suyunu  qurutsun”,  “Allah  suyunu  bulandırsın”, 

“Allah  uğuruna  su  çıxarmasın”,  “Allah  yurduna  su 

bağlasın”, “Atanın cənazəsini yumağa su tapmayasan”, 

“Balan bulaq başında boynu bükük qalsın”, “Bulaqdan 

yeni  ildə  su  götürməyə  qalmayasan”,  “Var-dövlətin 

sellərə-sulara qərq olsun”, “Ilin ilk çərşəmbəsində fala 

baxmağa  təmiz  su  tapmayasan”,  “Su  ilahəsi  sənə 

qənim  olsun”  və  “Suyun  Ayşə-Fatması  dərdinə  dəva 


 

58

etməsin”. 



Suyun  təmizliyi  bəzən  hz.Ayişə  və  hz.Fatimə  ilə 

eyniləşdirilir.  Demək  olar  ki,  dua  və  qarğışlar  da 

onların adı ilə bağlıdır. 

Göründüyü  kimi,  folklor  mətnlərində  suyun 

ruhaniliyinin və ilahi gücünün olduğuna inanılır. Suya 

olan inamların izahı da burada axtarılmalıdır. 

Islamda su niyyətdir, bərəkətdir, həyat qaynağıdır. 

Onu  bəşəriyyətə  bəxş  edən  böyük  qüvvə  hər  şeyin 

iradəsini  əlində  tutan  Allahdır.  Su  bir  vasitədir.  Onu 

vasitəyə  çevirən  də  Allahdır.  Suda  bir  qüvvə  aramaq 

Allaha  şərik  qoşmaqdır  və  bu  da  bağışlanılmaz 

günahdır. 

 

Islam dinində suya dua etməyin fəziləti 

 

Islamiyyət  təkallahlı  səmavi  din  olaraq  dünyada 

geniş  yayılmış  dindir.  Islam  peyğəmbəri  hz.  Muhəm-

məd (s.ə.v) vasitəsilə VII əsrdə yayılmağa başlamışdır. 

Islam  dinində  su  içməyin  vacibliyi  aşağıdakı 

kimidir: 

-  bəsmələ çəkilməsi; 

-  suyun stəkandan içilməsi; 

-  suyun oturaraq içilməsi; 

-  stəkanın sağ əllə tutulması; 

-  stəkanın içinə nəfəs verilməməsi; 

-  suyun  üç  qurtuma  içilməsi  və  sonda  «əlhəm-

dülillah» deyilməsi. 

Çəkilən  kristall  fotoşəklində  suyun  verdiyi  mesaj 

çox  aydındır:  sevgi  və  minnətdarlıq  kimi  duyğular 

yaradılışdan  qəbul  buyrulmuşdur,  yəni  sevgi  və 

minnətdarlıq  yaradılışın  özüdür.  Su  nə  qədər  sevgi, 

duyğu  və  ahəng  dolu  söz  və  musiqi  ilə  müqayisə 



 

59

olunaraq izah edilirsə,  altıguşəli kristall quruluşu da o 



qədər  gözəl  və  düzgündür.  Çəkilən  fotoşəkillərin 

birində  suyun  yanında  “şeytan”  sözü  deyiləndə 

kristallar  qarışıq  şəkil  alır.  Amma  gözəl  sözlərlə  dua 

edildiyi  zaman  suda  şəfaf  və  estetik  quruluşlu 

mükəmməl  altıguşəli  forma  ortaya  çıxır.  Yapon 

tədqiqatçısı  Masaru  Emoto  bu  araşdırmaları  ilə 

görünməyən ruh aləminin varlığını üzə çıxardı. 

 

Su haqqında kəlamlar 



 

1.  Su  paklıq  rəmzidir,  paklıq  olan  yerdə  ruzi, 

bərəkət var. 

2.  Bulaq  suyu  yüngüllük,  çay  suyu  bədbinlik 

gətirər. 

3.  Su hər bir canlının tərkibində olub, onu yaşadar 

və canlı məhv olanda onu tərk edər. 

4.  Suyun  tarixi  qədimdir.  O  həm  gözəl  keçirici, 

həm  informasiya  mənbəyi  və  həyati  mühit  olub  daim 

hərəkətdədir. 

5.  Od  su  ilə  cilovlanar.  Ən  böyük  od  isə  suyun 

özüdür. 


6.  Hava sudan  ayrılmış bir kütlədir, donarsa suya 

çevrilər. 



 

 

60

« Q U R A NI - K Ə R I M» D Ə     S U  H AQ Q I ND A  



 

“Qurani- Kərim”in 35 surəsinin 66 ayəsində su 

haqqında Allah kəlamı buyrulmuşdur. 

 

“Qurani-Kərim”də su haqqında ayələ



 

 Sıra  

sayı 

Surənin 

Nömrəsi 

Surənin adı 

Ayələrin 

nömrəsi 

2  


ə

l- Bəqərə 

74, 284 

10 


Yunus 

24 


13 


ə

r- Rəd 


4, 17, 35 

14 


brahim 

32, 16 


15 


ə

l- Hicr 


22 

16 


ə

n- Nəhl 


4, 10, 14, 65 

18 


ə

l- Kəhf 


45, 29 

20 


Taha 

53 


22 


ə

l- Həcc 




10 

24 


ə

n- Nur 


43 - 45 

11 

25 


ə

l- Furqan 

48, 49, 53, 54 

12 

27 


ə

n- Nəml 


61,64 

13 

29 


ə

l- Ənkəbut 

63 

14 

30 


ə

r- Rum 


24, 48 

15 

31 


Loğman 

10, 31 – 34 



16 

32 


ə

s- Səcdə 

8, 27 

17 

35 


Fatir 

27 


18 

36 


Yasin 

77 


19 

37 


ə

s- Saffat 

67 

20 

38 


Sad 

57 


21 

39 


ə

z- Zumər 

21 

22 

40 


ə

l- Mumin 

72 

23 

41 


Fussilət 

39 


24 

42 


əş

- Şura 


14 

25 

43 


ə

z- Zuxruf 

11 

26 

45 


ə

l- Casiyə 



27 

50 


Qaf 



 

61

28 

54 

ə

l- Qəmər 



11, 12 

29 

55 


ə

r- Rəhman 

19, 20, 46 - 50 

30 

56 


ə

l- Vaqiə 

68 – 70 

31 

75 


ə

l- Qiyamə 

37 

32 

76 


ə

l-  nsan 



33 

80 


Ə

bəsə 


18, 19 

34 

85 


ə

l- Buruc 

11 

35 

98 


ə

l- Bəyyinə 



 

Su  haqqında  “Qurani-  Kərim”də  buyurulan  Allah 

kəlamlarını aşağıdakı kimi qruplaşdırmaq olar. 

1.  “Allahın  yer  üzünü  su  ilə  diriltməsi”  anla-

mında buyurulan ayələr aşağıdakılardır. 

“Onun qüdrət nişanələrindən biri də budur ki, 

sən  yer  üzünü  qupquru  görürsən.  Biz  ona  yağış 

yağdıran  kimi  hərəkətə  gəlib  qabarar  (cana  gələr). 

Onu  dirildən,  şübhəsiz  ki,  ölüləri  də  dirildəcəkdir. 

Həqiqətən  O,  (Allah)  hər  şeyə  qadirdir!”  (Fussilət, 


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin