Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

müxtəlif rəngli (ağ, sarı , qırmızı) bal çıxar. Şübhəsiz 

ki,  bunda  da  düşünüb  dərk  edənlər  üçün  bir  ibrə

vardır!” (ən-Nəhl, 16/68- 69). 

Bu  barədə  nə  demək  olar?  Allah  Təala  arını  elə 

proqramlaşdırmışdır  ki,  o  müxtəlif  çiçəkləri  tapıb 

onlardakı nektarı toplayır və onu bala çevirir. 

Arılar instinktlə hərəkət edib öz fəaliyyətlərini son 

məqsədə  qədər  davam  etdirirlər.  nsanlar  da  bəzən 

instinktlə hərəkət edir. Lakin insana daha çox imkanlar 

verilib.  Arılar  haqqında  olan  bu  buyuruqlar  maddi 

aləmdən bir misaldır, örnəkdir. Arı Allah Təala tərəfin-

dən ona təlqin edilmiş qaydada müxtəlif çiçəklərdən və 

meyvələrdən  topladığı  ən  dəyərli  nektardan  məhsul  – 

bal  hasil  edir.  Həmin  balı  lazımi  miqdarda  qəbul 

etdikdə insanların qidası və şəfa tapması üçün vacib bir 

məlhəmdir. Bir diqqət yetirin, bal müxtəlif rənglərdə – 

tünd  qəhvəyidən  açıq  sarı  rəngə  qədər  olur.  Balın 


 

231


müxtəlif  növlərinin  dadı  və  ətri  də  dəyişir.  Bu  nədən 

irəli gəlir? Bu əsasən bal şirəsinin (nektarın) toplandığı 

çiçəklərin, meyvələrin tərkibindən və müxtəlifliyindən 

asılıdır.  

Allahın  yaratdığı  insanlar  da  “Qurani-Kərim”in 

buyuruqlarına əməl etsələr, onları əhatə edən aləmdən 

yaxşıların  yaxşısını  seçib  istifadə  edə  bilərlər.  Arılar 

kimi  insanlar  da  “rənginə”,  “dadına”  və  “ətrinə”  görə 

yaxşı işlər görüb, hətta acıqlı və pis insanları xeyirliyə 

təhrik  edə  bilərlər.  Necə  ki,  arı  balı  bir  dərman  kimi 

xəstə  insanları  sağaldır.  Bu  zaman  Allah  Təalaya  tam 

sədaqətlə  inanmaq  və  onun  “Qurani-Kərim”dəki 

buyuruqlarına  riayət  etmək  lazımdır.  Sual  oluna  bilər. 

Allah  Təalaya  inanmadan  şəfa  tapmaq  olmaz?  Əgər 

söhbət  mənəvi  şəfadan  gedirsə,  əlbəttə  ki,  Allah  Təa-

laya  təvəkkül  (ümid)  etmədən  olmaz.  Adi  xəstəliklər-

dən  isə  həkimə  inanmadan  şəfa  tapmaq  şübhəlidir 

(mübahisəlidir), həm həkim və həm də müalicə olunan 

biri  –  birinə  inanmalıdır,  əgər  bu  yoxdursa,  tam  şəfa 

tapıb sağalmaqdan söhbət gedə bilməz. 

Belə rəvayət olunur ki, bir gün Allahın Rəsulunun 

(s.ə.v.) yanına bir kişi gəlib deyir: “Mənim qardaşımda 

ishal var.” 

Peyğəmbər  (s.ə.v.)  ona  bal  verməyi  məsləhət 

görür. Kişi qardaşına bal verir və yenidən Peyğəmbərin 

(s.ə.v.) yanına gəlib deyir: “Mən ona bal verdim, lakin 

ishal bir qədər də kəskinləşdi”.  

Peyğəmbər (s.ə.v.) təkrar dedi: “Get ona bal ver”. 

Kişi  yenə  qayıdıb  deyir:  “Qardaşımın  halı  daha  da 

pisləşdi.”  Onda  Peyğəmbər  (s.ə.v.)  cavabında  dedi: 

“Allah düzünü deyir, sənin qardaşının qarnı isə yalan. 

Get ona yenə bal ver.” 



 

232


Kişi yenidən qardaşına üçüncü dəfə bal verir və o, 

şə

fa  tapır.  Bu  hekayət  bir  daha  Allahın  Rəsulunun 



(s.ə.v.)  “Qurani  Kərim”də  buyurulanlara  tam  əmin-

liyinin  təsdiqini  göstərir.  Çünki  “Qurani  Kərim”də 

balın  insanlar  üçün  şəfaverici  olması  buyurulmuşdur. 

Bir daha surənin həmin yerini təkrarən oxuyaq:  



(O  arıların)  qarınlarından  insanlar  üçün  şəfa 

olan  müxtəlif  rəngli  (ağ,  sarı  ,  qırmızı)  bal  çıxar. 

Ş

übhəsiz  ki,  bunda  da  düşünüb  dərk  edənlər  üçün 



bir ibrət vardır!” 

Bal  tərkibcə  çox  zəngin  qida  olub  orqanizm  üçün 

faydalıdır.  Həzrət  Əli  (ə)  buyurmuşdur:  “Peyğəmbəri-

miz balı çox sevərdi.” Hədislərdə deyilir: “Şəfa üç şeyə 

münasibdir. Bunlardan birincisi bal şərbəti içməkdir.” 

Peyğəmbər  (s.ə.v.)  “Qurani  Kərim”in  ayələrinə 

işarə  edərək  buyurub  ki,  hər  kəs  gündə  bir  dəfə  bal 

yesə, 77 xəstəlikdən asudə olar.  

Peyğəmbər  (s.ə.v.)  yenə  buyurub:  “Kim  öz 

hafizəsini qüvvətləndirmək istəyirsə, bal yesin.”  

“Nə  yaxşı  içməli  şeydir  bal!  Ürəyi  qoruyur  və 

sinədə olan soyuqluğu aparır.” 

“ ki şəfa verən şeyi sizə tövsiyə edirəm: bal, bir də 

Qurani Kərim.” 

Bal  bütün  dərdlər  üçün  dərmandır.  Allah  Təala 

“Qurani  Kərim”də  buyurur:  “Onda  insanlar  üçün 

şə

fa vardır.” 

Həzrəti  Əli  (ə)  buyurub:  “Üç  şey  var  ki,  hafizəni 

artırar  və  bəlğəmi  aparar:  onların  biri  Quran  oxumaq, 

biri bal, biri də süddür.”  

Həzrəti  Əli  (ə)  Cənablarından  rəvayət  olunur  ki, 

Rəsuli – Əkrəm (s.ə.s.) buyurdu: 

“Beş şey var ki, unutqanlığı aparar, hafizəni artırar 


 

233


və  bəlğəmi  yox  edər.  Onlar  bu  şeylərdir;  1)  misvak 

etmək  (yəni  dişləri  təmizləmək);  2)  oruc  tutmaq;  3) 

Quran oxumaq; 4) bal yemək; 5) süd içmək. 

 

Dişi bal arısı 



 

Hər bir arının çoxlu vəzifəsinin olduğu arı pətəklə-

rindəki  yeganə  istisna  erkək  arılarla  bağlıdır.  Erkək 

arılar  nə  pətəyin  müdafiəsinə  və  təmizliyinə,  nə  qida 

toplamağa,  nə  də  pətək  və  bal  hazırlamağa  kömək 

etmirlər.  Erkək  arıların  pətəkdə  yeganə  işi  şahzadə 

arını mayalandırmaqdan ibarətdir. 

Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək 

arılar  digər  arılardakı  xüsusiyyətlərin,  demək  olar  ki, 

heç  birinə  sahib  deyillər  və  elə  buna  görə  də  onların 

ş

ahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi 



də praktiki olaraq mümkün deyil. 

Pətəyin  bütün  yükünü  öz  üzərinə  götürən  işçi 

arılar  şahzadə  arılar  kimi  dişi  olsalar  da,  onların 

yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar. 

Işçi  arıların  pətəyi  təmiz  saxlamaq,  arı  puplarına  və 

körpə  arılara  qulluq  etmək,  şahzadə  arını  və  erkək 

arıları  qidalandırmaq,  bal  hazırlamaq,  pətək  qurmaq, 

təmir  işlərini  yerinə  yetirmək,  pətəyin  havasını 

müntəzəm  şəkildə  dəyişmək,  pətəyin  təhlükəsizliyini 

təmin  etmək,  nektar,  çiçək  tozu,  su,  qətran  kimi 

maddələri tədarük etmək və onları ehtiyata («anbara») 

yığmaq kimi mühüm vəzifələri var. 

Ə

rəb dilində feilin iki növ işlədilməsi mövcuddur 



və  feillərin  bu  cür  istifadə  edilməsindən  icraçının 

erkək,  yoxsa  dişi  olması  məlum  olur.  Həmçinin 

yuxarıdakı  ayələrdə  arı  üçün  işlədilən  feillər  (altı 

cızılmış  kəlmələr)  feilin  dişi  üçün  olan  şəklində  qeyd 



 

234


edilmişdir.  Beləliklə,  Quranda  bal  hazırlayan  arıların 

dişi olmasına işarə edilir. 

Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqi-

qətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. 

Ancaq  Allah  diqqəti  bu  həqiqətə  çəkərək  Quranın  bir 

möcüzəsini də göstərmişdir. 

 

Baldakı şəfa 

 

Bal  yuxarıdakı ayələrdə  vurğulandığı kimi, insan-

lar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir 

addım öndə gedən ölkələr balın insan səhhəti baxımın-

dan əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq 

və  arı  məhsulları  artıq  ayrıca  bir  tədqiqat  sahəsi  ol-

muşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə 

almaqla onu belə sıralamaq olar: 



Asanlıqla həzm  edilir. Içindəki şəkərin bir başqa 

növ şəkərə (fruktozanın qlükozaya) çevriləbilmə xüsu-

siyyəti  sayəsində  bal  özündə  yüksək  miqdarda  turşu 

(asit)  ehtiva  etsə  də  o,  ən  həssas  mədə  tərəfindən  də 

asanlıqla  həzm  edilir.  Eyni  zamanda  bağırsaqların  və 

böyrəklərin daha yaxşı işləməsinə kömək edir. 



Sürətlə qana qarışır, sürətli enerji  mənbəyidir

Bal  ilıq  su  ilə  qarışdırılanda  7  dəqiqə  ərzində  qana 

qarışır.  Özündə  ehtiva  etdiyi  sərbəst  şəkərlərə  görə, 

beynin  asan  işləməsini  təmin  edir.  Bal  fruktoza  və 

qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. 

Aparılan  son  elmi-tədqiqat  işlərinin  nəticələrinə  görə, 

şə

kərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifli-



yin,  yorğunluğun  aradan  qaldırılmasında  ən  təsirli 

üsuldur.  Bal  bu  baxımdan  adamı  gümrah  edir,  onun 

atletizmini və enerjisini artırır. 

Qan yaranmasına kömək edir. Bal qan hazırlan-


 

235


ması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm 

bir  hissəsini  təmin  edir.  Bundan  başqa,  qanın  təmiz-

lənməsinə  də  yardım  edir.  Qan  dövranını  nizamlamaq 

və asanlaşdırmaq baxımından da təsiri var.  Bal damar 

sərtliyinə,  yəni damarların kirəcləşərək öz elastikliyini 

itirməsinə qarşı mühüm bir qoruyucudur. 



Balın  antimikrob  təsir  xüsusiyyətləri  də  var. 

Onun  antimikrob  xüsusiyyəti  orqanizmdə  müəyyən 

bakteriyaların  və  kifin  böyüməsinə  mane  olur.  Balın 

bakteriyanın  sığınacaq  tapmasına  imkan  verməyən 

xüsusiyyəti  «inhibinə  təsir»  adlandırılır.  Balın  anti-

mikrob  olmasını  təmin  edən  çoxlu  səbəblər  var.  Bun-

lardan  mikroorqanizmlərin  böyüməsi  zəruri  olan  su 

miqdarını  nizamlayan  yüksək  şəkərə  malik  olması, 

yüksək  turşu  nisbəti  (aşağı  pH),  bakteriyaların  böyü-

məsi  üçün  əlverişli  şərait  yaradan  azotun  olmaması 

bakteriyaların inkişafına mane olur. Balda hidogen-pe-

roksidin olması və balın özündə ehtiva etdiyi antioksi-

dantlar da bakteriyaların çoxalmasına mane olur. 

Bal antioksidantdır. Sağlam həyat tərzi keçirmək 

və  sağlam  yaşamaq  istəyən  hər  bir  kəsin  antioksidant 

istehlak  etməsi  xüsusilə  vacibdir.  Antioksidantlar  hü-

ceyrələrdə maddələr mübadiləsində əmələ gələn zərərli 

ə

traf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida 



pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı 

kimyəvi  təsirləri  azalda  bilən  elementlərdir.  Mütəxəs-

sislər  antioksidant  baxımından  zəngin  olan  qidaların 

ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını 

alacağına inanırlar. Balın tərkibində də güclü antioksi-

dantlar var: pinosembrin, pinobaksin, krisin və qaloqin. 

Bunlardan  pinosembrin  ancaq  balda  mövcud  olan 

antioksidantdır. 



 

236


Haşiyə.  Aparılan  kliniki  müşahidə  və  təcrübələ

nəticəsində  balın  antibakterial  və  antienflamatuar 

xüsusiyyətlərə  malik  olduğu  ortaya  çıxmışdır.  Balın 

yaralardakı  infeksiyanın  və  buradakı  ölü  hüceyrə-

lərin ağrısız olaraq təmizlənməsində və yeni toxuma-

ların əmələ gəlməsində çox böyük təsiri vardır. Balın 

dərman  olaraq  istifadə  edilməsi  ən  qədim  tarixi 

kitabələrdə  də  bəhs  edilir.  Günümüzdə  də  alimlər  və 

həkimlər  balın  yaraların  müalicəsində  təsirini  yeni-

dən kəşf etmişlər. 20 ildir balı araşdırmaq məsələsinə 

rəhbərlik  edən  və  Yeni  Zellandiyadakı  Vaykato 

(Waikato)  Universitetində  biokimya  professoru  olan 

dr.  Peter  Molan  balın  antimikrob  xüsusiyyətləri  ilə 

bağlı bir mütəxəssis olaraq deyir: “Təsadüfi təcrübə-

lərlə  müəyyən  olunub  ki,  bal  yanıq  yaralarındakı 

infeksiyanı öz nəzarəti altında saxlayır, xəstəxanalar-

da  əksər  hallarda  antibakteriya  dərmanı  olaraq 

istifadə  edilən  gümüş  sulfudiazindən  daha  təsirlidir 

və yeni toxumaların inkişafını hərəkətə gətirir”. 

Bal  vitamin  və  mineral  “anbarı”-dır. Balın tər-

kibində  fruktoza  və  qlükoza  kimi  şəkərlərlə  yanaşı 

maqnezium,  kalium,  kalsium,  natrium,  xlor,  kükürd, 

dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək 

tozu  öz  qaynaqlarının  xüsusiyyətlərinə  görə  dəyişdiyi 

üçün  balda  B

1

,  B


2

,  C,  B


6

,  B


5

  və  B


3

  vitaminləri  var. 

Bunlardan başqa balda az miqdarda mis, yod, dəmir və 

sink də olur. 



Baldan  yaraların  müalicəsində  istifadə  edilir. 

Yaraların müalicəsində istifadə edilən balın tərkibində 

havadan  nəm  çəkə  bilmək  xüsusiyyəti  olduğu  üçün 

sağalma  prosesini  sürətləndirərək  yaranın  izinin 

qalmasının qaşısını alır. Çünki bal yaranın üstünü örtən 


 

237


təzə  dərini  təşkil  edəcək  epitel  hüceyrələrin  bölünmə-

sini  sürətləndirir.  Beləliklə,  böyük  yaraların  müalicə-

sində  istifadə  edilən  bal  toxumaların  köçürülməsinə 

ehtiyacı aradan qaldırır. 

-  Bal sağalma mərhələsinə daxil olan toxumaları 

yenidən  böyümələri  üçün  hazırlayır.  Yeni  kapilyar 

damarların  əmələ  gəlməsini  sürətləndirərək  dərinin 

daha  dərindəki  toxuma  bağlarının  yerini  alan 

fibroplastların  böyüməsini  təşviq  edir  və  sağalmağın 

gücünü çoxaldan liflərin əmələ gəlməsini sürətləndirir. 

-  Balın yaranın ətrafındakı şişi azaldan antienfla-

matuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə, 

sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır. 

-  Bal  yaranın  altındakı  toxumalara  yapışmır  və 

buna görə də toxumaların cırılması və ağrı baş vermir. 

-  Bal  radiasiya  müalicəsi  tətbiq  edilən  xərçəngli 

xəstələrin  bədənlərində  meydana  gələn  yaranın  və 

mədə  xəstəliklərinin  müalicəsində  müvəffəqiyyətlə 

istifadə edilir. 

-  Bundan  başqa,  balın,  əvvəl  də  qeyd  etdiyimiz 

kimi,  antimikrob  təsiri  var.  Bal  infeksiyanın  əmələ 

gəlməsinin  qarşısını  alır,  mövcud  infeksiyanı  isə 

sürətlə  təmizləyir.  Bal  bakteriyaların  antibiotik  müqa-

vimət  xüsusiyyətlərinə  qarşı  da  təsirlidir.  Antiseptik-

lərin  və  antibiotiklərin  əksinə  olaraq,  bal  yaradakı 

toxumaların üzərində mənfi təsirlər saxlamır. 

Bu məlumatlardan da aydın olur ki, bal şəfaverici 

təsirə  malik  olan  çox  güclü  olan  bir  qidadır.  Şübhəsiz 

ki, bu da sonsuz qüdrət sahibi olan Allahın göndərdiyi 

Quranın möcüzələrindən biridir. 



Haşiyə.  2000-ci  il  sentyabr  ayının  10-13-də 

Avstraliyanın  Melburn  şəhərində  keçirilən  “Birinci 

 

238


Dünya yara müalicəsi metodologiyası konfransı”-nda 

infeksiyalı  yaraların  müalicəsində  baldan  istifadə 

edilməsindən  söhbət  açıldı.  Konfrans  bunları  izah 

edirdi:  “Infeksiyaya  yoluxmaq  yaraların  müalicə-

sində  əksər  bakteriyalar  antibiotiklərə  müqavimə

göstərirlər.  Bu  vəziyyət  çox  ciddi  tibbi  problem 

yaradır.  Həmçinin  çoxlu  tibbi  maddə  də  yaraların 

müalicəsində  təsirli  deyil.  Ancaq  bal  çox  fərqlidir. 

Balın  yaralı  toxumaların  müalicəsində  istifadə 

təcrübəsi 4 min illik bir keçmişə malikdir. Balda çox 

güclü antibakterial xüsusiyyətlər var, dolayısı ilə, bal 

yaralardakı 

infeksiyanın 

təmizlənməsində 

və 

yaraların 

infeksiyalardan 

qorunmasında 

çox 

təsirlidir”. 

 

Balın kimyəvi tərkibi və müalicəvi əhəmiyyəti 



 

Bal toplandığı çiçək nektarın müxtəlifliyinə görə 2 

qrupa bölünür. 

1.  Monofloralı  bal,  yəni  yalnız  bir  çiçəyin 

nektarından hasil edilmiş bal; 

2.  Polifloralı bal, yəni bir neçə çiçəkdən toplanmış 

nektardan hasil edilmiş bal. 

Monofloralı  ballardan  ən  çox  yayılmışları  cökə, 

xaşa,  akasiya,  xardal,  xəşənbül,  şabalıd,  yonca, 

ağcaqayın,  moruq,  günəbaxan,  tütün,  pambıq  və  s. 

göstərmək olar.  

Polifloralı ballar yığılma mənbələrinə görə bağ, çə-

mən, meşə, dağ, səhra balları müxtəlifliklərinə ayrılır. 

Emal  edilməsi  üsullarına  görə  bal  aşağıdakı  kimi 

qruplaşdırılır: 

  - шанлы бал (сотовый, сексионный); 

  - сентрафуга балы (центробежный); 


 

239


  - преслянмиш бал (прессованный); 

  - юзбашына сцзцлмцш бал (самотечный); 

  - яридилмиш бал (топленый); 

  - парча балы (кусковой). 

Belə  qruplaşdırma  bal  toplandıqdan  sonra  onun 

müxtəlif üsullarla emal edilməsindən asılıdır. 

Bal  tərkibcə  yüksək  qidalılığa  malik  olan  məh-

suldur.  Balın  kimyəvi  tərkibi  çiçək  nektarından  əmələ 

gəlir.  Yığılma  mənbəyindən,  emalından  asılı  olaraq 

kimyəvi  tərkibi  də  dəyişir.  Balın  tərkibində  əsasən 

şə

kər,  dekstrin,  azotlu  maddələr,  turşular,  minerallı 



maddələr,  fermentlər,  vitaminlər,  rəngləyici  və  ətirli 

maddələr vardır. Bunlardan əlavə balın tərkibində onun 

müalicəvi və antibakterioloji xassələrini əmələ  gətirən 

müxtəlif bioloji fəal maddələr də vardır. 

Yetişmiş  balın  rütubəti  22%-dən  yuxarı  olmama-

lıdır.  Əgər  rütubət  çox  olarsa,  balın  davamlılığı  aşağı 

düşür. Quru maddələrin miqdarı 80-82%-ə çata bilir. 

Balın  tərkibində  0,14%,  şirə  balında  isə  1,6%-ə 

qədər minerallı maddələr vardır. Bunlardan K, Na, Ca, 

Mg,  Fe,  P,  S,  Cl,  J  və  s.  göstərmək  olar.  Balın 

tərkibində  həmçinin  mikroelementlər  də  vardır. 

Bunlardan Cu, Ni, Cr, Bi, Be, V, Ag, Co, Au, Sn, Al, 

Pb və s. göstərmək olar. 

Balın  tərkibində  quru  maddəyə  görə  orta  hesabla 

75%  monoşəkərlər  –  qlükoza  və  fruktoza  vardır. 

Bunlardan  başqa  balda  saxaroza,  maltoza,  melisitoza, 

kamed və dekstrinlər vardır. Bal nümunələrinin tədqiqi 

göstərmişdir  ki,  bütün  bal  nümunələrində  qlükozanın 

miqdarı  fruktozadan  azdır.  Ona  görə  də  fruktozanın 

qlükozaya  nisbəti  (F:Q)  balın  kristallaşmasında 

mühüm  rol  oynayır.  Bu  nisbət  nə  qədər  çox  olarsa, 


 

240


balın  kristallaşması  ehtimalı  bir  o  qədər  azdır.  Balın 

alınma  mənbələrindən  asılı  olaraq  bu  nisbət  1,07-dən 

(cökə balı), 1,44-ə (qarabaşaq balı) qədərdir. 

Balın tərkibində zülali və zülalsız azotlu maddələr 

vardır.  Onlar  bala  nektarla  birlikdə  və  arıların 

orqanizmindən düşür. Zülali maddələrin miqdarı çiçək 

balında  0,29-0,04;  şirə  balında  isə  0,17-0,08%-dir. 

Zülali maddələrlə qarabaşaq (0,3%-ə qədər) və süpürgə 

kolu balı (1,86%) daha zəngindir. 

Zülalların  əsas  kütləsini  balın  fermentləri  təşkil 

edir. 

Fermentlərdən  balda  ən  çox  invertaza,  diastaza, 



katalaza,  lipaza  rast  gəlir.  Bunlardan  başqa  amilaza, 

oksidaza,  peroksidaza  və  proteoletik  fermentlərə  də 

rast  gəlir.  Qızdırıldıqda  balın  fermentativ  aktivliyi 

azalır.  Ona  görə  də  balın  keyfiyyəti  yoxlandıqda 

diastaza  rəqəmi  (diastazanın  fəallığı)  təyin  olunur. 

Diastaza çox da qiymətli ferment deyildir, çünki insan 

orqanizmində  onun  miqdarı  lazımi  qədərdir.  Buna 

baxmayaraq diastaza rəqəmi hətta eksporta göndərilən 

bal üçün də keyfiyyət göstəricisi kimi təyin olunur. 

Vitaminlərdən  balın  tərkibində  B

1

,  B


2

,  B


6

 

(pridoksin), pantoten turşusu, PP (nikotin turşusu) və C 



vitamini (askorbin turşusu) vardır. 100 qram balda 2,1-

9,1 mkq B

1

, 35-145 mkq B



2

, 227-400 mkq B

6

, 47-192 



mkq B

3

 (pantoten turşusu), 0,04-0,94 mq PP, 0,52-6,5 



mq  C  vitamini  vardır.  Balın  tərkibində  vitaminlər 

kifayət qədər yaxşı saxlanılır. 

Balın  tərkibində  ətirli  maddələr  vardır  ki,  bunlar 

ə

sasən güllərin nektarından keçir. Balın tərkibində qaz-



maye xromatoqrafiyasının köməyi ilə 50-dən çox ətirli 

maddələr  aşkara  çıxarılmışdır.  Onların  içərisində  sadə 



 

241


alfatik  spirtlər,  o  cümlədən  propanal,  3-metil-butanol, 

2-metil-butanol  və  başqaları  vardır.  Balın  tərkibində 

həmçinin  metilasetat,  metilbutirat,  α-diketon,  formal-

dehid, asetaldehid, izoyağ aldehidi, diasetil vardır. 

Bal  yüksək  qidalı  məhsuldur.  100  qram  bal  315-

335 kkal (və ya 1321-1381 kCoul) enerji verir. 

Arı balı xalq təbabətinin mühüm müalicə vasitələ-

rindən biri olmuşdur. Bal bir çox xəstəliklərin müalicə 

vasitəsi  kimi  hələ  çoxdan  tətbiq  edilirdi.  Bal  xalq 

tərəfindən  isitmə,  mədə  və  bağırsaq  yolunun,  tənəffüs 

orqanlarının, ürək-qan-damar sisteminin, sinir sistemi-

nin  və  dəri  xəstəliklərinin  müalicəsində  bu  gün  də 

tətbiq  olunmaqdadır.  Hal-hazırda  balı  mədə-bağırsaq 

xəstəliklərində,  ürək  xəstəliklərində,  sinir  sisteminin 

müalicəsində,  ağciyər  xəstəliklərində,  yaraların  müali-

cə edilməsində, dəri və göz xəstəliklərində, yuxarı nə-

fəs yollarının iltihabında, qaraciyər və böyrək xəstəlik-

lərində tətbiq edirlər. Balın tərkibində orqanizmdə asan 

mənimsənilən  qlükoza  olduğu  üçün  ürək-damar 

sisteminin yaxşı işləməsinə kömək edir. 

Balın  digər  şəkərlərlə  müqayisədə  üstünlükləri 

aşağıdakılardır.  

1.  Bal həzm sisteminin selikli qişasını qıcıqlandır-

mır; 


2.  Insan orqanizmində asan və tez mənimsənilir; 

3.  Insanın  sərf  etdiyi  enerjini  tez  bir  zamanda 

bərpa edir; 

4.  Idmançılara  və  fiziki  əməklə  məşğul  olanlara 

sərf etdikləri enerjini və gücü tez bərpa etməyə imkan 

verir; 


5.  Digər  şəkərlərə  nisbətən  böyrəklərdən  yaxşı 

süzülür; 



 

242


6.  Mədə-bağırsaq  sisteminə  təbii  və  zəif 

yumşaldıcı təsir göstərir; 

7.  Insan orqanizminə sakitləşdirici təsir göstərir; 

8.  Hər insan üçün lazımlı və çox da baha olmayan 

məhsuldur. 

 Təbii  balın  insan  orqanizmi  üçün  müalicəvi  və 

profilaktiki  əhəmiyyəti  böyükdür.  Süni  baldan  isə 

ə

sasən qənnadı məmulatı istehsalında istifadə olunur. 



Təbii  baldan  səmərəli  istifadə  olunması  insan  or-

qanizmi üçün fizioloji cəhətdən əhəmiyyətlidir. Baldan 

qida  maddəsi  kimi  istifadə  etmək  üçün  vahid  resept 

təyin etmək çətindir. Lakin bir şeyi unutmaq olmaz ki, 

balı natural halda ona heç bir şey qarışdırmadan yemək 

yaramaz.  Çünki  bu  zaman  o  tezliklə  həzm  sisteminə 

daxil olur və orqanizm onu tam mənimsəyə bilmir. 

Balın orqanizmdə yaxşı mənimsənilməsi üçün onu 

çörəklə, sıyıqla, su ilə, südlə, qaymaqla, yağla və s. ilə 

yemək  lazımdır.  Burada  mədə  yarası  olan  xəstələr 

müstəsna  edilirlər.  Çünki  onların  çox  miqdar  (səhər 

200 qr, günorta və axşam isə hər dəfədə 150 qr) təmiz 

halda  (duruldulmadan)  bal  yeməsi  məsləhət  görülür. 

Belə  müalicənin  məqsədi  balın  təkcə  orqanizm 

tərəfindən  tam  mənimsənilməsi  deyil,  habelə  onun 

mədə-bağırsaq  traktına  yaxılıb  mədə  və  onikibarmaq 

bağırsağı mexaniki və kimyəvi təsirlərdən qorumaqdır. 

Başqa  xəstəliklərdə  (orqanizmin  zəif  düşməsi, 

ürək  xəstəlikləri)  balı  çörəklə,  sıyıqla,  yaxud  spirtsiz 

içki ilə yemək lazımdır. 

Sarılıq  zamanı  ballı  çay,  su  və  südlə  qəbul  etmək 

çox faydalıdır. Bu zaman o qaraciyərin «yuyulmasına» 

və  ödün  ayrılmasına  yaxşı  təsir  göstərir.  Sağlam 

adamlara  yaxmac:  çörək,  kərə  yağı  və  üstündən  bal 



 

243


yaxıb yemək məsləhətdir. 

Yarası olan xəstələr istisna olmaqla yaşlı adamların 

gündə 100-150 qramdan artıq bal yeməsi faydasızdır. 

Uşaqlar  üçün  norma  bir  qədər  az  olmalıdır.  Süd-

ə

mər uşağa çay qaşığının ½ hissəsi qədərdən başlayıb 



tədricən 1 çay qaşığına qədər balı ½ stəkan südə qarış-

dırıb  gündə  2-3  dəfə  vermək  yaxşıdır.  Mədəsi  pozul-

muş  uşağa  yaxşı  olar  ki,  balla  bir  az  şirinləşdirilmiş 

çay içirdilsin. 

Yaşlı adamların yuxusuzluğu zamanı yatmağa ya-

rım  saat  qalmış  2-3  çay  qaşığı  balı  yarım  stəkan  isti 

suya qarışdırıb içməsi məsləhətdir. 

Südə,  qəhvəyə  və  sıyığa  bal  şəkər  kimi  hər  kəsin 

öz  zövqünə  uyğun  qarışdırılır.  Bir  cəhəti  də  nəzərə 

almaq  lazımdır  ki,  bal  adi  şəkərdən  onun  tərkibində 

olan  “canlı  təbiət”  maddələri  –  fermentlər,  vitaminlər 

və s. olması ilə fərqlənir. Hamıya məlumdur ki, yüksək 

temperaturda  bütün  canlılar  məhv  olur.  Buna  görə  də 

balı  qəhvəyə  və  südə,  sıyığa  bir  qədər  soyuduqdan 

sonra qatmaq lazımdır. 

Bəzi adamlar balı duru, şərbət halında yeməyi xoş-

layırlar. Buna görə də əgər bal xarlayıbsa (bərkiyibsə) 

onu  qızdırmaqla  durultmaq  olar.  Ancaq  balı  açıq 

alovda  və  60

0

C-dən  yuxarı  qızdırmaq  yaramaz.  Çünki 



bu  zaman  balın  ətri  uçur,  şirniyyata  çevrilir  və 

müalicəvi əhəmiyyətini itirir. 

Sağlam  olmaq  istəyirsinizsə  bal  yeyin  və 

yuxarıdakı məsləhətləri nəzərə alın. 

Aşağıdakı  1  saylı  cədvəldə  100  q  balın  qidalılıq 

baxımdan əsas tərkib hissələri göstərilir. 



 

244


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin