Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

aldığını isit və yaxşı-yaxşı çeynə. Yeməyi ölçü ilə ye, 

zira insan hər vaxt az yeyib az içməlidir”.  

Ə

rzurumlu  brahim  Haqqı  demişdir:  “Səhhətini 



qorumaq  istəyən  kiçik  loxmalar  almalı  və  yaxşı 

çeynəməlidir”.  “Yeməkdən  sonra  ciddi  hərəkə

etmək olmaz, yeməkdən dərhal sonra hamam qəbul 

edilməməlidir”. 

“Yeməkdən  sonra  çox  hərəkət  də  etməyiniz, 

bunun  zərərini  çəkərsiniz”  deyərək  Peyğəmbərimiz 

(s.ə.v) yeməkdən sonra ciddi hərəkətlərin insana zərərli 

olduğunu  vurğulamışdır.  O,  Həzrət  yeməkdən  sonra 


 

179


dərhal  yatmamağı  məsləhət  görmüşdür.  Çünki  bu 

zaman  qidanın  həzmi  çətinləşir.  Yeməyi  ayaq  üstə  və 

uzanan yerdə  yeməyi də Peyğəmbərimiz (s.ə.v) günah 

sayırdı.  Çünki  belə  halda  qida  borusunun  insan 

orqanizmində anatomik yerləşməsi qidanın həzminə və 

hərəkətinə mənfi təsir göstərir. 



 

Çörək haqqında qısa oçerk 

 

Insanlar  hələ  15  min  il  bundan  əvvəl  –  Mezolit 

dövründə  yabanı  dənli  bitkilərdən  qida  kimi  istifadə 

etmişlər. Sonralar dəni daş ilə narın hala salaraq su ilə 

qarışdırmaqla  duru  unlu-dənli  sıyıq  hazırlamışdılar. 

Daş  dövründə  yaşamış  insan  daha  sonra  müəyyən  et-

mişdir  ki,  yabanı  dənlər  qovrularkən  daha  asanlıqla 

yarma  halına  salınır  və  ondan  hazırlanmış  sıyıq  daha 

dadlı olur. 

Bir neçə minilliklər ötmüş, əkinçilik inkişaf etmiş-

dir.  Qədim  insan  bir  dəfə  öz  buğdasını  əkib  becərdiyi 

yerdə  öz  vətənini  tapmış  və  oturaq  həyat  tərzi  keçirə-

rək məskunlaşmışdır. Bu zaman müxtəlif əl dəyirman-

ları  ixtira  olunmuş,  təndir  meydana  çıxmışdır.  Qədim 

misirlilər,  assuriyalılar,  yəhudilər,  personlar  və  digər 

xalqlar  müxtəlif  üsullarla  çörək  bişirməyə  başlamış-

dılar.  Bizim  uzaq  əcdadlarımız  tərəfindən  bişirilmiş 

çörək  boz  rəngli  kökə  şəklində  olmuşdur.  Belə 

kökələrin  bişirilməsi  ilə  yer  üzərində  çörəkbişirilmə 

tarixinin başlanğıcı qoyulmuşdur. 

5-6  min  il  bundan  əvvəl  qədim  Misirdə  çörək 

mayaları  və  süd  turşusu  bakteriyalarından  istifadə 

olunmaqla  ilk  dəfə  məsaməli  çörək  bişirilmiş  və 

müasir çörəkbişirmə texnologiyasının əsası qoyulmuş-

dur.  K.K.Timiryazev  bu  barədə  yazmışdır:  “Yaxşı 


 

180


bişirilmiş  çörək  parçası  insan  ağlının  ən  böyük 

ixtirasından biri olmuşdur”. 

3 min il bundan əvvəl  yetişdirilmiş xəmirdən mə-

saməli çörəyin bişirilməsi Yunanıstanda da tətbiq olun-

mağa  başlamışdır.  Artıq  yeni  eranın  776-cı  illərində  I 

Olimpiya  oyunlarının  açılışı  zamanı  yarış  iştirakçıları 

və qonaqlara xüsusi delikotes -  yaxşı məsaməli ağ çö-

rək bişirilmişdir. 

Qədim  Yunanıstanda  məsaməli  buğda  çörəyi  ən 

dadlı yemək (qida, çərəz) hesab olunurdu. Belə çörəyi 

yalnız aristokratlar yeyirdilər. 

Misir  çörəkbişirmə  texnologiyasını  tətbiq  edən 

romalı  ustalar  çörəklə  yanaşı  yaxşılaşdırılmış 

məmulatlar  bişirmiş,  kiçik  müəssisələrdə  duru  xəmir-

maya  hazırlamışlar  ki,  bununla  da  maya  sənayesinin 

təməli qoyulmuşdur. 

Hər  bir  xalqa  məxsus  milli  mətbəx  ocaqlarının 

inkişaf edib təşəkkül tapması ilə əlaqədar çörək məmu-

latlarının da çeşidi artmağa başlamışdır. Çörək hər bir 

xalqın gücü, qüdrəti sayılır. “El-oba çörəyi ilə tanınar” 

demişlər.  Çörəyə  hörmət  və  ehtiram  bütün  xalqlarda 

olduğu kimi biz azərbaycanlıların da müqəddəs sayılan 

adətlərindəndir.  Elimizdə  hər  bir  qonaq  duz-çörəklə 

qarşılanmış, dostluq naminə çörək kəsilmişdir. 

Çörəyin qədrini bilmək müqəddəs borcdur. Çörək 

bolluqdur,  baş  ucalığıdır,  onu  qorumaq  ümumxalq 

işidir. Çörəyə qayğı və qənaətçillik münasibəti bəslən-

məlidir,  bu  iqtisadi  qüdrətin  əsas  amillərindən  biridir. 

Çörəyi  bol  olan  ölkə  həmişə  özünü  yenilməz  sanmış-

dır.  “Çörək  bol  olarsa,  basılmaz  Vətən”,  “Çörəyin 

qədrini  bilməyən,  elin  də  qədrini  bilməz”,  “Taxıl 

anbarlarda – xoş güzəran evlərdə” - demişlər. 



 

181


El-oba torpağın, həyat mənbəyi və diriliyin neməti 

olan  çörəyin  qədrini  bilmiş,  onu  hər  şeydən  üstün 

tutmuşdur. Çörək dostluq, qardaşlıq, etibar rəmzi olub. 

Çörəklə  bağlı  atalar  sözləri  (“Duz  çörək-düz  çörək”, 

“Çörəyi  tapdalamazlar”,  “Kişi  ilə  çörək  kəsərlər, 

namərdlə  yox”,  “Çörək  qan  kəsər»”,  “Çörəyə  and 

olsun”,  “Çörəyi  ver  çörəkçiyə,  birini  də  üstəlik”)  və 

deyimləri həyatın özündən yaranmışdır. 

Çörək gündəlik qida rasionunda mühüm yer tutur. 

Hazırda respublikada gündəlik çörək tələbatı 3,5-4 min 

ton  təşkil  edir  ki,  bu  ayda  90-120  min  ton  və  bir  ildə 

1200-1400  min  ton  çörək  deməkdir.  Respublikada 

2009-cu ildə 3 milyon ton taxıl istehsal olunduğu nəzə-

rə  alınarsa,  deməli  respublika  əhalisinin  tələbatı  tam 

ödənilməkdədir. 

Çörəyə tələbatın artması, əhalinin yaşayış səviyyə-

sinin  aşağı  olması  ilə  izah  edilir.  Çünki  respublikada 

çörək istehlakı fizioloji normadan çoxdur. 

Çörək-kökə  məmulatının  keyfiyyətini  və  bioloji 

dəyərliliyinin  yüksəldilməsi  həmişə  çörək  istehsalçıla-

rının  diqqət  mərkəzində  olmuşdur.  Çünki  çörək  digər 

ə

rzaq  məmulatlarına  nisbətən  daha  çox  və  hər  gün 



istehlak olunan qida məhsuludur. 

Çörək gündəlik qida rasionunda mühüm yer tutur. 

Çörək  əsasən  buğda  və  çovdar,  bəzi  hallarda  isə  arpa 

və  qarğıdalı  unlarından  hazırlanır.  Çörək  bişirmək 

üçün undan başqa, su, xörək duzu, maya, yumurta, süd 

və  süd  məhsulları,  şəkər,  xaş-xaş,  ədviyyat,  meyvə-

tərəvəz  püreləri  və  başqa  dad  və  tamverici 

maddələrdən  istifadə  edilir.  Çörəyin  tərkibində  5-8% 

zülal,  40-45%  karbohidrat  (əsasən  nişasta),  vitaminlər 

(B

1



,  B

2

,  B



6

,  PP,  H,  E  və  s.),  minerallı  (fosfor, 



 

182


maqnezium,  kalium,  kalsium)  və  digər  maddələr  var. 

Tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  xəmi-

rin  yetişməsi  və  çörəyin  bişirilməsi  dövründə  onun 

tərkibində  200-dən  çox  üzvi  birləşmələr,  o  cümlədən 

70 karbonlu, 23 spirt və fenol, 32 üzvi turşu, 17 efir, 9 

kükürdlü  birləşmə  və  başqa  maddələr  əmələ  gəlir. 

Bunlar, şübhə yoxdur ki, çörəyin ətrinin, dadının, rən-

ginin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 

Hər  adam  gündə  450  q  çörək  və  çörək-kökə  mə-

mulatı yeməlidir. Fiziki işlə məşğul olanlar 700-800 q, 

zehni işlə məşğul olanlar isə 300-400 q çörək məmulatı 

yeməlidirlər.  Gündəlik  qidanın  tərkibində  ət,  balıq, 

yumurta  və  meyvə-tərəvəz  məhsullarının  xüsusi  çəki-

sini artırmaq hesabına çörəyi azaltmaq mümkündür. 

Orqanizmə  lazım  olan  gündəlik  enerji  dəyərinin 

üçdə  bir  hissəsi,  zülalın  30%-i,  fosforun,  dəmirin,  B

1

 

və  PP  vitaminlərinin  33-38%-i,  eləcə  də  kalsiumun, 



maqneziumun,  mikroelementlərin,  E,  H  və  B

6

  vita-



minlərinin  bir  hissəsi  çörək  və  çörək  məmulatının 

hesabına ödənilir. 

Çörəyin yüksək qidalılığı və mənimsənilməsi onun 

kimyəvi  tərkibindən,  içliyinin  quruluşundan,  maddə-

lərin vəziyyətindən, dadından və iyindən asılıdır. Çörə-

yin  kimyəvi  tərkibi  unun  tərkibindən,  əlavə  olunacaq 

tamlı maddələrdən, çörəyin istehsalı zamanı baş verən 

dəyişikliklərdən asılıdır. 

Unun  sortu  yüksəldikcə  çörəyin  nəmliyi  azalır, 

bununla əlaqədar olaraq  quru maddələr artır, sellüloza 

və  kül  elementlərinin  miqdarı  azalır,  həzm  olan 

karbohidratlar artır. Yaxşılaşdırılmış çörəklərdə yağ və 

şə

kər çox olur. 



Müxtəlif sortlu buğda unundan hazırlanmış çörək-

 

183


lərdə 7,6-8,3% zülal, 0,6-5,5% yağ, 42,0-52,6% karbo-

hidrat  (əsasən  nişasta),  0,1-1,2%  sellüloza,  1,3-2,5% 

minerallı maddə, 0,3-0,7% üzvi turşu, 18-37 mq% Ca, 

14-65 mq% Mg, 65-218 mq% P, 0,8-2,8 mq% Fe, 0,1-

0,21  mq%  B

1

,  0,06-0,12  mq%  B



2

  və  0,67-2,81  mq% 

PP vitaminləri vardır. 

Un və çörəklərdə əvəzedilməz aminturşularından – 

valin, lizin, leysin, izoleysin, metionin, treonin, tripto-

fan və s. vardır. 

Çörəkdə  minerallı  maddələrdən  fosfor,  kalium, 

maqnezium,  kükürd,  kalsium,  natrium,  xlor,  dəmir, 

kobalt, manqan və digər elementlər vardır. 

Çörəyin  bioloji  dəyərliliyinin  ikinci  göstəricisi  tər-

kibində olan kalsium, maqnezium, fosfor, dəmir və mik-

roelementlər, eləcə də B

1

, B


2

, PP və s. vitaminlərdir. 

Vitaminlərin və kül elementlərinin miqdarına görə 

kəpəkli  un  daha  dəyərli  sayılır.  Kəpəkli  undan  hazır-

lanmış çörək əhalinin vitaminə, makro-, mikroelement-

lərə olan tələbatını ödəyir. Yüksək sortlu undan çörək 

istehsalı vitaminlilik dəyərini aşağı salır. Odur ki, belə 

unu  vitaminləşdirmək  lazımdır.  Çörəyin  ən  xarakterik 

xüsusiyyətlərindən  biri  də  onun  gündəlik  istifadəsi 

zamanı  həzm  olmasının  aşağı  düşməməsidir.  Bununla 

çörək başqa ərzaq məhsullarından fərqlənir. 

Çörəyin  qidalılıq  dəyərinin  artırılması  problemi 

müasir  dövrdə  qarşıda  duran  məsələlərdən  biridir.  Bu 

məsələ  yüksək  sortlu  çörəklərin  istehsalı  artdıqda  (ta-

mamilə vitaminsiz çörəkdə zülal və bəzi əvəzolunmaz 

aminturşuları  –  lizin,  metionin  –  çatışmadıqda)  irəli 

sürülmüşdür.  Çörəyin  müxtəlif  zülali  maddələrlə  zən-

ginləşdirilməsi süddən ayrılmış zərdab, quru yağsızlaş-

dırılmış süd, soya və balıq unu hesabına başa çatdırılır. 


 

184


Ə

gər  qidada  çörəklə  birlikdə  süd,  kəsmik,  ət,  balıq, 

yumurta  istifadə  edilərsə,  çörəyi  zülalla  zənginləş-

dirmək lazım deyil. 

Çörək-kökə məmulatının vitaminliyini və mineral-

lı maddələrlə zənginliyini təmin etmək məqsədi ilə bir 

çox zənginləşdirici xammallardan istifadə olunur. Belə 

xammallara və yarımfabrikatlara süd zərdabı, buğda və 

çovdar səmənisi, meyvə-giləmeyvə xammalı, o cümlə-

dən meyvə və tərəvəz püreləri, şirə istehsalının tullan-

tıları (cecə), povidlo, pasta, şirələr, meyvə tozu (poro-

ş

oku),  qurudulmuş  giləmeyvə  (məs.  kişmiş),  polisol 



(cücərmiş və 1:1:1 nisbətində buğda, vələmir və qağı-

dalıdan alınan ekstrakt), balqabaq püresi və s. aiddir.  

Milli  çörək  məmulatına  qədim  dövrlərdən  əhali 

tərəfindən bişirilən lavaş və çörək aiddir. Azərbaycanın 

müxtəlif  bölgələrində  qədimdən,  eləcə  də  indinin 

özündə  hazırlanan  milli  çörəklərin  çeşidi  çoxdur.  Hə-

min çörəklər sadə və yaxşılaşdırılmış qruplarına ayrılır. 

Sadə çörəklər mayasız və ya mayalı xəmirdən (un, su, 

maya  və  duz)  hazırlanır.  Yaxşılaşdırılmış  milli  çörək 

məmulatları bir qayda olaraq mayalı xəmirə şəkər, süd, 

yumurta,  yağ,  qatıq,  bal,  meyvə  püresi,  qabaq  püresi, 

ə

dviyyat və digər məhsullar əlavə edilməklə hazırlanır. 



Sadə  milli  çörək

  məmulatına  Abşeron  çörəyi, 

Azərbaycan  çörəyi,  Ağdam  təndir  çörəyi,  acıtmalı, 

bəzzamac,  bozlamac,  dağlı  çörəyi,  duzlu  nazik,  ev 

çörəyi,  yuxa,  közləmə,  kökə,  kömbə,  külava,  küllü 

kömbə,  külləmə,  külfə  əppək,  Gəncə  çörəyi,  lavaş, 

Ordubad təndir çörəyi, sacəppəyi, səmənili çörək, sən-

gək,  sığırdili,  Sumqayıt  çörəyi,  təndir  çörəyi,  xamralı, 

cad, cardalı, cirəli çörək, Şəki kürə çörəyi və s. aiddir. 

Yaxşılaşdırılmış  milli  çörək

  məmulatına  bəyim 



 

185


çörəyi,  fəsəli,  qabaqlı  çörək,  qabaqlı  kökə,  qatlama, 

qoğal, qozlu kökə, zəfəranlı nazik, pşi, südçörəyi, fətir, 

fındıqlı  qoğal,  çayçörəyi,  Şəki  külçəsi,  Şəki  ovması, 

ş

irin nazik, şorqoğal, yelapardı və s. aiddir.  



Yaxşılaşdırılmış  milli  çörək-kökə  məmulatı  çörə-

yin  əvəzedicisi  kimi  qədimdən  səhərlər  çay  süfrəsinə 

verilir. 

 

Çörək haqqında hədislə

 

Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurdu:  “Ay  Allah,  çörəyi 



bizə  mübarək  elə,  onu  bizdən  ayırma.  Əgər  çörək 

olmasa,  namaz  qılmarıq,  oruc  tutmarıq,  Allahın  vacib 

etdiyi əməlləri yerinə yetirə bilmərik”. 

Rəsuli-Əkrəm (s.ə.v.) cənabları həmişə arpa çörəyi 

yeyərdi.  O  Cənab  (s.ə.v.)  mübarək  əli  ilə  çörəyi  tutub 

kəsərdı,  bıçaqla  kəsməzdi.  Sonra  yenə  əli  ilə  xırda 

tikələrə  doğrayıb,  üç  barmağı  ilə  öz  mübarək  ağzına 

qoyardı  və  yaxşı-yaxşı  çeynəyərdi.  O  Həzrət  (s.ə.v.) 

heç  vaxt  çörəyi  dişləməzdi,  çünki  bu  iş  ədəbli  şəxsə 

yaraşmaz. 

Həzrəti  Əli  (ə)  buyurub:  “Çörəyə  hörmət  edin. 

Allah-təala  onu  asimanın  bərəkətlərindən  bizə  nazil 

edib, yerin bərəkətlərindən göyərdib”. 

Soruşdular  ki,  ona  necə  hörmət  edək?  Buyurdu: 

“Onu bıçaqla kəsməyin və ayaq altında tapdalamayın”. 

Imam Cəfər Sadiq (ə) buyurub:  

1. “Bədən çörək üzərində qurulub”. 

2.  “Əgər  arpadan  artıq  başqa  bir  şey  də  şəfa 

olsaydı, Allah-təala onu peyğəmbərlər üçün qida qərar 

verməzdi”. 

3.  “Rəsuli-Əkrəm  (s.ə.v.)  cənablarının  yediyi  – 

arpa  çörəyi,  şirnisi  –  təmr  (xurma),  çörək  qatığısı  – 



 

186


zeytun yağı idi”. 

Imam  Rza  (ə)  buyurub:  “Arpa  çörəyinin  buğda 

çörəyinə  nisbət  fəziləti,  biz  Əhli-Beytin  başqa  kəslərə 

nisbətən fəziləti kimidir”. 

Bütün  peyğəmbərlər  arpa  çörəyi  yeyiblər  və  onu 

bərəkətli  hesab  ediblər.  Odur  ki,  ona  “Qutül-ənbiya” 

deyirlər, yəni “Peyğəmbərlər qidası”. 

Həqiqətən, insanın əsas qidası çörəkdir və heç bir 

ş

ey  onu  əvəz  edə  bilmir.  Görünür,  bu  da  babamız 



Adəmin işi ilə əlaqədardır. 

Məlum olur ki, arpada həm qüvvət, həm də şəfa var. 



Səviq  (qovut).  Qovrulmuş  buğdanı  əzib  narın  un 

halına  salandan  sonra  onu  doşab  və  ya  bal  ilə  isladıb 

halvaya bənzər bir kütlə əmələ gətirirlər ki, ərəblər ona 

səviq  deyirlər.  Bizlərdə  keçmiş  vaxtlarda  ona  qovut 

deyirdilər. Indi isə bizim millətə xas olan bir çox şeylər 

kimi, bu da dəbdən düşübdür. 

Səviq  çox  qüvvətli  bir  təamdır.  Bir  nəfər  Imam 

Cəfər Sadiqin (ə) hüzuruna gəlib ərz edir ki, uşaq xəstə 

və  zəif  olduğu  üçün  gəzməyə  taqəti  yoxdur.  O  Cənab 

(ə)  buyurur  ki,  ona  səviq  verin.  Səviq  –  sümüyü 

bərkidir və ət bitirir. 

Həzrəti Əli (ə) buyurub:  

1. “Oruc tutan şəxsin obaşdanlığı üçün ən fəzilətli 

təam xurma ilə səviqdir”. 

 2. “Uşaqlarınıza kiçik  yaşlarında səviq içirdin ki, 

o, bədəndə ət bitirir və sümüyü bərkidir”. 

3.  “Hər  kəs  qırx  gün  səviq  içsə,  topuğu  qüvvətlə 

dolar”. 


Səviq  və  ya  qovut  bəzən  quru  halda,  bal  və  ya 

doşab qatılmadan, bəzən də duru xəşil halında uşaqlara 

içirtmək üçün hazırlanır 


 

187


Q URAN      ME YVƏƏ R  

 

Meyvə-tərəvəzlər insan qidası üçün qədimdən isti-



fadə olunan qidalı məhsullardır. Meyvə-tərəvəzlər mi-

nerallı maddələrin və vitaminlərin mənbəyidir. Meyvə-

tərəvəzlər mədə-bağırsaq sistemində qidanın hərəkətini 

nizamlayır,  qidanın  həzminə  və  mənimsənilməsinə 

müsbət təsir edir. 

Tərəvəzlərdə  5-15%,  meyvələrdə  isə  10-20% 

(Ərəbistan xurmasında 62%) karbohidrat vardır.  Mey-

və-tərəvəzlərdə, demək olar ki, bütün vitaminlər vardır. 

“Qurani  Kərim”də  bir  sıra  meyvə  –  tərəvəz  və 

bitki  adlarına  rast  gəlmək  olur.  Bəzi  ayələrdə  onların 

ilahi  möcüzə  olaraq  göndərildiyindən,  bəzilərində  isə 

ə

həmiyyətindən  söz  açılır.  Bəzi  alimlərin  meyvə  – 



tərəvəz  və  bitkilər  adı  çəkilən  ayələri  nəzərə  alaraq 

verdikləri  açıqlamalarda  yanlış  olaraq  məqsəd 

bağbanlıq sənətini insanlara aşılamağın vacib olduğunu 

qeyd  etmişlər,  amma  bu  da  “Qurani  Kərim”in  ali 

hədəflərinə tamamilə yaddır.  

“Qurani-Kərim”in 18 surəsinin 37 ayəsində meyvə 

və tərəvəz haqqında Allah kəlamları buyrulmuşdur. 

slam dini meyvə, tərəvəz, bitki mənşəli yeməklərə 

elə  bir  məhdudiyyət  qoymur.  Yalnız  araq  çəkilən  və 

şə

rab  hazırlanan  bitkilər  müstəsnalıq  təşkil  edir. 



Bunlara üzüm, xurma, arpa və qıcqırmaya məruz qalan 

digər bitkilər aiddir. 

“Qurani  Kərim”in  ayələrində  ən  çox  xurma, 

zeytun,  üzüm,  nar,  banan,  əncir,  sarımsaq,  soğan, 

mərcimək və xiyar haqqında buyuruqlar vardır. 

 

 



 

188


“Qurani-Kərim”də meyvə və tərəvəz haqqında 

ayələ

 

Sıra  



sayı 

Surənin 

nömrəsi 

Surənin adı 

Ayələrin nömrəsi 

2  


ə

l- Bəqərə 

61 

ə



l-Ənam 

95, 99, 141 



10 


Yunus  

24, 59 


12 


Yusif 

49 


13 


ə

r-Rəd 




16 


ə

n- Nəhl 


11, 67 

19 


Məryəm  

23, 24, 25, 26 



23 


ə

l-Muminun 

19 

24 


ə

n-Nur  


35 

10 

36 


Yasin 

34, 35,57 



11 

43 


ə

z- Zuxruf 

72, 73 

12 

50 


Qaf 

10 


13 

55 


ə

r-Rəhman 

68 

14 

56 


ə

l-Vaqiə 


20, 29, 32, 33 

15 

69 


ə

l-Haqqə 


23 

16 

78 


ə

n-Nəbə 


32 

17 

80 


Ə

bəsə  


24, 27-32 

18 

95 


ə

t-Tin 


 

“Qurani  Kərim”də  yağışın  enməsi  nəticəsində 



toxumun  torpaqdan  cücərməsi  və  müxtəlif  dənli 

bitkilərin,  meyvə  və  tərəvəzin  yetişməsi  haqqında 

ayələr vardır. 

Şübhəsiz  ki,  toxumu  da,  çərdəyi  də  cücərib 

çatladan,  ölüdən  diri,  diridən  də  ölü  çıxardan  (ölü 

yumurtadan  diri  toyuq,  diri  toyuqdan  ölü  yumurta 

yaradan)

  Allahdır.  Budur  Allah!  Axı  siz  Ondan  nə 

cür üz döndərirsiniz?” (əl-Ənam, 6/95). 

“Göydən  su  (yağış)  endirən  odur.  Biz  onunla 


 

189


hər  bir  bitkini  yetişdiririk,  yaşıl  fidanlar 

göyərdirik,  onlardan  bir-birinə  sarmaşş  (sünbül 

olmuş)

  dənələr  çıxartdıq.  Biz  xurma  ağacından, 

onun tumurcuğundan bir-birinə sarmaşş salxım-

lar yetişdiririk. (Biz həmçinin) üzüm bağları, bir-bi-

rinə  bənzəyən  və  bənzəməyən  zeytun  və  nar 

yetişdirdik.  (Onlardan  hər  birinin)  yetişdiyi  vaxt 

meyvəsinə  və  onun  yetişməsinə  baxın.  Şübhəsiz  ki, 

bunda  (Allahın  öz  qüdrəti  ilə  yaratdığı  bu  şeylərdə) 

iman  gətirən  bir  camaat  üçün  (Rəbbinizin  varlığını 

sübut edən)

 dəlillər vardır” (əl-Ənam, 6/ 99). 

“ nsan  hələ  bir  yeməyinə  baxsın!  (Görsün  ki, 

ona  necə  ruzi  veririk)

.  Həqiqətən,  Biz  yağışı  bol 

yağdırdıq.  Sonra  yeri  yardıq.  Belə  ki,  orada  də

(dənli bitkilər)

 göyərtdik; üzüm və yonca; zeytun və 

xurma  bağları;  (Ağacları  bir-birinə)  sarmaşan  bağ-

çalar;  (növbənöv)  meyvələr  və  ot  (ələf)  yetişdirdik. 

(bütün  bunlar)

  sizin  və  heyvanlarınızın  istifadəsi 

üçündür!” (Əbəsə, 80/24-32). 

Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin