Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc


“Sonra  sizin  üçün  onunla



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

“Sonra  sizin  üçün  onunla  (o  su  ilə)  xurma  və 

üzüm  bağları  yaratdıq.  Sizin  üçün  orada  bir  çox 

meyvələr  vardır  ki,  onlardan  yeyirsiniz.”  (əl-

Muminun, 23/19). 



 “Biz orada xurma və üzüm bağları əmələ gəti-

rir  bulaqlar  qaynadırıq  ki,  ...  Onların  meyvələrin-

dən və öz əlləri ilə becərdiklərində(yaxud becərmə-

diklərindən)

  yesinlər.  Hələ  də  şükür  etməzlər?” 

(Yasin, 36/34,35) 



“Orada  onlar  üçün  (hər  cür)  meyvə  və 

istədikləri həşey vardır” (Yasin, 36/57). 

Zeytun,  əncir,  xurma  və  üzüm  islamda  müqəddəs 

hesab edilir. 


 

190


“Həm  də  tumurcuqları  (salxım-salxım)  bir-

birinin  üstünə  düzülmüş,  hündür  xurma  ağacları 

(bitirdik)

.” (Qaf, 50/10). 



(Qurumuş)  xurma  ağacını  özünə  tərəf  silkələ

üstünə  təzə  yetişmiş  (xurma)  tökülsün!”  (Məryəm, 

19/25). 

Bu  ayələrlə  yanaşı,  “ət  –  Tin”  surəsinin  ilk  ayə-

sində  əncir  və  zeytuna  and  içilərək  insanların  diqqəti 

onların faydalarına yönəldilir. 



“And olsun əncirə və zeytuna.” (ət-Tin, 95/1). 

Bu həmin meyvələrin yüksək qədir – qiymətindən 

irəli gəlir. 

“...(O  cavan  xidmətçilər  Cənnətdə  olanların) 

bəyənib  seçdikləri  meyvələr”.  “Salxım  –  salxım 

sallanmış  möüz  (banan)  ağacları  altında;  Çəkilmə-

yən  (daimi)  kölgəliklərdə;  Axar  su  kənarlarında; 

Bol  meyvələr.  Tükənməz  və  qadağan  edilməyə

(meyvələr)

 içində ...” (əl-Vaqiə, 56/20, 29-33).  

Elə  ayələr  vardır  ki,  orada  dünya  meyvələrindən 

bəziləri cənnətin vəsfində istifadə olunmuşdur.  

“Orada  (o  iki  cənnətdə)  növbənöv  meyvələr, 

xurma və nar vardır.” (ər-Rəhman, 55/68). 

“Bu  sizin  (dünyada)  etdiyiniz  (yaxşı)  əməllə

müqabilində  varis  olduğunuz  Cənnətdir”.  “Orada 

sizin  üçün  bir  çox  meyvələr  vardır,  onlardan 

yeyəcəksiniz!”(əz-Zuxruf, 43/72-73). 

Meyvələr  və  ağaclar  arasında  ərəb  cəmiyyətində 

ə

sas tikinti materialı və ən başlıca qida məhsulu hesab 



olunan xurmaya daha çox yer verilir.  

“Yer  üzündə  bir  –  birinə  yaxın  (qonşu)  qitələ

(münbit,  qeyri-münbit,  şirin-şoran,  dağlıq-aran  yerlər, 

müxtəlif  iqlimli  torpaq  səhələri)

  eyni  su  ilə  sulanan 

 

191


üzüm  bağları,  əkinlər,  şaxəli  –  şaxəsiz  xurma  ağac-

ları vardır. Halbuki, Biz yemək baxımından onların 

birini digərindən üstün tuturuq.” (ər-Rəd, 13/4). 

“Xatırlayın  ki,  siz  (müəyyən  müddət  səhrada 

qalmalı olduğunuz zaman):

”  “Ya  Musa!  Biz  (hər gün 

yediyimiz)

 eyni təama (qüdrət halvasından və bildirçin 

ə

tindən olan yeməyə)



 heç vaxt dözməyəcəyik! Rəbbinə 

dua  et  ki,  bizim  üçün  torpağın  bitirdiyi  şeylərdən  – 

tərəvəzindən,  sarımsağından,  mərciməyindən  və 

soğanından yetirsin!” - dediniz. (əl – Bəqərə, 2/61). 

(Allah) onunla  (o su ilə)  sizin  üçün  əkin  (taxıl, 



bitki)

,  zeytun,  xurma,  üzüm  və  bütün  (başqa) 

meyvələrdən  yetişdirir.  Düşünüb  daşınanlar  üçün 

bunda  (Allahın  vəhdaniyyətini  sübut  edən)  dəlillə

vardır!” (ən – Nəhl, 16/11). 

 Ayrı  –  ayrı  meyvələr  haqqında  verilən 

məlumatlarla  bərabər  onlardan  istifadə  haqqında  da 

ayələr mövcuddur. 



“Yer üzünə sərilmiş  və  sərilməmiş bağ – bağatı 

(bostanları  və  bağları)

,  dadları  müxtəlif  xurmanı  və 

taxılı,  bir  –  birinə  bənzəyən,  həm  də  bənzəməyə

zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar 

verdiyi  zaman  barından  yeyin,  yığım  günü  haqqını 

(zəkatını  və  sədəqəsini)

  ödəyin,  lakin  israf  etməyin. 

Allah israf edənləri sevməz!” (əl – Ənam, 6/141).  

Buradan görünür ki, meyvəsi bol olan şəxslər üçün 

Allah  Təbarəkə  Təala  onun  zəkatının  da  verilməsini 

insanlara göstərir. 

Digər  mövzular  kimi  meyvələrin  növ  və  əhəmiy-

yətindən  söz  açmaqda  məqsəd  Allahın  qüdrət  və  əzə-

mətini  bəyan  etmək,  onun  tükənməyən  nemətləri 

müqabilində  şükrü  yerinə  yetirmək,  onlardan  səmərəli 



 

192


istifadə  etmək,  hər  birinin  quruluş,  dad  və 

faydalarından ibrət almaqdır. Diqqət yetirmək lazımdır 

ki,  “Qurani  Kərim”də  xurmanın  meyvə  və  ağacından 

istifadə olunması haqqında daha çox söz açılır. 



“Daha sonra insanların bol yağış (bərəkət) görə-

cəyi bir il gələcək. Onda da adamlar  (zeytun, üzüm, 

xurma və s. meyvələrin)

 şirəsini sıxacaqlar (onlardan 

bol-bol istifadə edib bəhrələnəcəklər)

”. (Yusuf, 12/49). 

“Siz  xurma  ağaclarının  meyvəsindən  və 

üzümlərdəşərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş

mövüc,  bəhməz,  quru  xurma  və  s.)

  düzəldirsiniz. 

Ş

übhəsiz  ki,  bunda  da  ağılla  düşünənlər  üçün  bir 



ibrət vardır.” (ən – Nəhl, 16/67).  

Göründüyü  kimi  bu  ayələrdə  meyvələrdən  alınan 

qidalı məhsullarla yanaşı, şərabdan da söhbət gedir. Bir 

daha qeyd olunmalıdır ki, təfsirlərdə bu ayənin içki ha-

ram edilməzdən əvvəl Məkkədə nazil olduğu göstərilir. 

Peyğəmbərimiz  (s.ə.v.)  insanların  qidalanmasında 

meyvə  və  tərəvəzə  xüsusi  yer  vermişdir.  Bu  xüsusda 

Peyğəmbərimiz  (s.ə.v.)  belə  buyurmuşdur:  “Süfrənizi 



yaşıl  meyvə  –  tərəvəzlə  doldurun”,  “Üzərində 

yaşıllıq olmayan süfrə ağılsız şey kimidir.” 

Qaynaqlarda  göstərilir  ki,  Peyğəmbərimiz  (s.ə.v.) 



“Mərciməklə  qabağı  birlikdə  bişirib  yeməyi  sevər-

di”,  “Qarpızı  təzə  xurma  ilə  yeyərdi”,  “Üzümlə 

qarpızı sevərdi.” 

Rəvayətə görə Peyğəmbərimiz (s.ə.v.) belə buyur-

muşdu: Əgər cənnətdən gələn bir meyvə olduğunu 

söyləsə  idim,  bunun  əncir  olduğunu  söylərdim. 

Çünki  cənnət  meyvələrinin  çəyirdəyi  olmaz”. 

“Üzüm  yeyin  yorğunluğu  çıxarır.  Sinirləri  qüvvət-

ləndirir. Bir kimsə gündə 21 ədəd quru üzüm yeyər-


 

193


sə vücudunda xoşlanmayan bir şeyə rastlaşmaz.” 

Alma yemək mədəni ətirli edər. 

Heyva  zərif  ürəyə  qüvvət  verər,  mədəni  ətirlən-

dirər, huşu iti edər və övladı gözəlləşdirər. Hamilə qa-

dınlara heyva verin ki, övladlarınız gözəl olsun. 

 

Cənnət meyvəsi - xurma 

 

“Qurani-Kərim”də  və  hədislərdə  ən  çox  adı 



çəkilən meyvələrdən biri də xurmadır. Xurma “Qurani-

Kərim”in 26 surəsinin bir çox ayələrində vəsf olunur. 



“Göydən  su  (yağış)  endirən  Odur.  Biz  onunla 

hər  bitkini  yetişdirdik,  yaşıl  fidanlar  göyərtdik, 

onlardan  bir-birinə  sarmaşş  (sünbül  olmuş)  də-

nələr çıxartdıq. Biz xurma ağacından, onun tumur-

cuğundan  bir-birinə  sarmaşıq  salxımlar  yetiş-

dirdik… “. (əl-Ənam, 6/99). 

Mütəxəssislərin  fikrincə,  xurma  Fars  körfəzindən 

gətirilmişdir.  Hələ  eramızdan  əvvəl  Nil  və  Dəclə 

çayları  arasında  yetişdirilmiş  və  insanlar  tərəfindən 

geniş istifadə olunmuşdur. Tarixi mənbələrin yazdığına 

görə, hətta Daş dövründə Hindistanın şimalında xurma 

ağacının  bir  neçə  növü  mövcud  olub.  Ərəbistanın 

qərbində  isə  xurmanın  yetişməsi  ilk  dəfə  eramızdan 

4000  il  əvvələ  aid  olunur.  Bədəvi  həyat  tərzi  sürən 

ə

hali  xurmaya  xüsusi  əhəmiyyət  verər  və  onu 



yeməklərinin  əsas  hissəsi  sayardılar.  Sonralar  calaq 

vasitəsilə  xurmanın  müxtəlif  növləri  alınır  və  ərəblər 

Ispaniyanı fəth etdikdən  sonra onu özləri ilə  aparırlar. 

Indinin özündə xurmanın 300 növünə rast gəlmək olur. 

 

 

 



 

194


Xurmanın yetişmə mərhələləri 

 

Xurmanın meyvəsi dörd mərhələ keçdikdən sonra 



yeməli olur.  

Birinci  mərhələdə  xurma  yaşıl,  bərk  və  acı  olur. 

Bu  mərhələdə  xurma  tərkibində  qlükoza  və  fruktoza 

toplanır.  

Ikinci  mərhələ  6  həftə  davam  edir.  Bu  mərhələdə 

də hələ meyvə bərk olur. Rəngi sarıdan narıncıya, daha 

sonra  qırmızıya  dəyişir.  Və  bu  müddət  ərzində 

xurmanın  tərkibində  qlükoza  və  fruktozadan  saxaroza 

sintez olunur.  

Üçüncü mərhələ 4 həftə çəkir. Bu müddət ərzində 

meyvəsi yarıkal və qəhvəyi rəngdə olur.  

Sonuncu – dördüncü mərhələ isə 2 həftə çəkir. Bu 

mərhələdə meyvəsi  artıq tam  yetişir və  yığılır. Xurma 

təzə və qurudulmuş halda istehlak edilir. 

 

Xurmanın kimyəvi tərkibi 

 

Xurmanın  tərkibində  75%  karbohidrat  (əsasən 



şə

kərlər),  20%  su,  2,2%  protein,  2,4%  vitaminlər 

vardır.  100  qram  xurmada  72  mq  fosfor,  65  mq  kal-

sium, 65 mq maqnezium və 5 mq dəmir var. Aparılan 

araşdırmalardan  belə  məlum  olur  ki,  gün  ərzində  7 

ə

dəd  (100  q)  xurma  yeməklə  orqanizmin  gündəlik 



bütün  tələblərini  ödəmək  olar.  Xurma  həm  də  həzm 

prosesini  yaxşılaşdırır.  Xurmanın  toz  halına  salınmış 

tumu  böyrək  daşlarının  tökülməsinə  müsbət  təsir  gös-

tərir. Eyni zamanda baş gicəllənməsinin, iştah pozğun-

luğunun,  astma  xəstəliyinin,  öskürəyin  və  mədə 

xəstəliklərinin  aradan  qaldırılmasına  kömək  edir. 

Xurma ağacı səhralıq kimi qeyri-münbit yerdə inkişaf  


 

195


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

196


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

197


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

198


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

199


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

200


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

201


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

202


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

203


edir. Adətən hündürlüyü 30 m olan xurma ağacı nadir 

hallarda  75  m-ə  qədər  uzana  və  60  il  bar  verə  bilir. 

Dünyanın  ən  qədim  bitkilərindən  hesab  olunur 

(eramızdan  5000  il  əvvəl),  Iran,  Iraq,  Səudiyyə 

Ə

rəbistanı yarımadası və bir çox ölkələrdə yetişdirilir. 



 

Xurma ağacından çoxməqsədli istifadə 

 

Ə



rəblər  arasında  belə  bir  atalar  misalı  var:  «Xur-

manın faydası ilin günlərinin faydası qədərdir». Bədəvi 

ə

rəblər  indinin  özündə  də  yaşıl  xurmanın  yarpaq  və 



qabıqlarından səbət və həsirlər toxuyurlar. Tumunu un 

halına  salaraq  una  qatıb  çörək  bişirir,  ədviyyə  qataraq 

qəhvə  kimi  istifadə  edir,  qalığını  dəvələrinə  yedirdir, 

meyvəsindən isə şirə çəkirlər. Xurmadan müalicəvi və 

pəhriz  əhəmiyyəti  olan  doşab  da  (bəhməz)  hazılanır. 

Səhrada  yeganə  bitki  olan  xurma,  demək  olar  ki, 

bədəvi  ərəblərin  bütün  ehtiyaclarını  aradan  qaldırır. 

Qədim  ərəblər  xurmanın  günəşdən  enerji  aldığını 

hesab edər, elə bu səbəbdən də güc tapmaq məqsədilə 

ondan  çox  istifadə  edərdilər.  Ərəblər  cinsi  zəifliyin 

aradan  qaldırılması  üçün  kal  xurmadan  da  istifadə 

edərdilər.  Kal  xurmanın  tumundan  isə  müalicəvi 

məhsul 

hazırlayaraq, 



cinsiyyət 

orqanlarının 

müalicəsində  istifadə  edirlər.  Xurma  tumundan 

hazırlanan müalicəvi dərmanlardan həm də kirpiklərin 

tökülməsinin qarşısını almaq məqsədilə istifadə olunur. 

Ə

rəblər  hələ  qədim  zamanlar  xurmanın  meyvəsi  və 



tumu  ilə  yanaşı,  gülündən  də  bir  çox  xəstəliklərin 

müalicəsində  istifadə  edərdilər.  Daim  fiziki  işlərlə 

məşğul olan və cinsi yaxınlığa meyl göstərməyən şəxs-

lər  gündəlik  xurmadan  istifadə  etməklə  çətinliklərini 



 

204


birdəfəlik  aradan  qaldıra  bilərlər.  Xurma  ağacına  xas 

olan  xüsusiyyətlərdən  biri  də  təklikdə  inkişaf  edə 

bilməməsi  və  əks  cinsdən  olan xurma  ağacına  ehtiyac 

duymasıdır.  Başqa  ağaclardan  fərqli  olaraq,  xurma 

ağacı başdan kəsildikdə bir daha bar verə bilmir. Xurma 

ağacına  xas  olan  xüsusiyyətlərdən  biri  də  onun 

sayılması  ilə  əlaqədardır.  Sən  demə,  ərəblər  xurma 

ağaclarını  saydıqları  zaman  dənə  əvəzinə  insana  xas 

olan «nəfər» kəlməsindən istifadə edirlər. Məsələn, 100 

xurma ağacı əvəzinə 100 nəfər xurma ağacı deyirlər. 

 

Məryəmin (ə) xurması 

 

Quran  ayələrindən  bizə  belə  məlum  olur  ki, 



Həzrəti  Məryəmin  doğuşu  yaxınlaşdıqda  şəhərdən 

çıxaraq  çöllüyə  üz  tutur  və  orada  qurumuş  xurma 

ağacının  altında  oturur.  Bu  barədə  “Qurani-Kərim”in 

Məryəm surəsində bir neçə ayə var. 



“…Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım 

və  ya  tamamilə  unudulub  getmiş  olaydım!”

(Məryəm, 19/23).  

Allahdan ona belə bir vəhy gəlir:  

“…Kədərlənmə,  Rəbbin  sənin  üçün  (ayağının) 

altından  bir  irmaq  axıtdı  (və  ya  bətnindəki  uşağı 

hörmət sahibi etdi)

. (Məryəm, 19/24).  

Haşiyə. Yeni il şənliklərində bəzədiləşam (yolka) 

ağacının  üstündəki  müxtəlif  formalı  və  bəzəkli  şarlar 

simvolik  mənada  meyvə  gətirən  xurma  ağacını, 

yolkanın  altına  qoyulan bir  qab  su  isə  Allah-Təalanın 

xurma  ağacının  altından  irmaq  axıtmasına  (su  arxı 

şə

klində) işarədir.

  

 

Bu  an  Ilahi  möcüzə  baş  verir,  Allahın  əmrilə 



 

205


qurumuş  xurma  ağacı  bar  verir  və  Məryəmə  ağacı 

silkələmək əmri verilir.  



(Qurumuş)  xurma  ağacını  özünə  tərəf  silkələ

üstünə  təzə  yetişmiş  (xurma)  tökülsün!”.  (Məryəm, 

19/25). 

Məryəm ana Isa (ə) peyğəmbəri dünyaya gətirdikdən 

sonra aclıq və susuzluğunu yatırmaq məqsədilə yetişmiş 

xurmalardan yeyir, ağacın altından axan sudan içir. 

 

Peyğəmbərin (s.ə.v.) xurma möcüzəsi 

 

Günlərin  biri  Həzrəti  Muhəmməd  (s.ə.v.)  Məkkə 



ə

trafında  yaşayan  qəbilələri  Islama  dəvət  edərkən 

qəbilə  başçıları  belə  şərt  irəli  sürürlər.  Sənə  yalnız 

möcüzə  göstərəcəyin  təqdirdə  iman  gətirəcəyik. 

Peyğəmbər  (s.ə.v.)  onlardan  nə  möcüzə  görmələrini 

soruşduqda  deyirlər:  “Sənə  yalnız  o  zaman  iman 

gətirəcəyik  ki,  bağdakı  xurma  ağaclarından  birini 

yerindən  çıxarıb  gəzməsini  və  yenidən  yerinə  qayıt-

masını  əmr  edəsən”.  Peyğəmbər  (s.ə.v.)  onların  bu 

təklifini qəbul edib, Allahdan onların istəklərini yerinə 

yetirməkdə  ona  izn  verməsini  istəyir.  Allahın  izni  ilə 

bir xurma ağacı yerindən çıxaraq onlara tərəf irəliləyir. 

Lakin  müşriklər  bunu  sehr  adlandırıb  yenə  də  iman 

gətirməkdən  imtina  edirlər.  Burada  “Hər  şey  bir  olan 

Allahın izni ilə baş verir” kəlamı öz təsdiqini tapır. 

 


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin