Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

QƏSAVƏT VƏ DAŞÜRƏKLILIK 

 

1. Gözün quru qalması (yəni ağlamalı şey söyləni-



lərkən  ağlamamaq),  daşürəklilik,  dünya  həyatına  çox 

həris  olmaq  və  ardıcıl  günah  etmək  bədbəxtliyin 

ə

lamətlərindəndir (Qəlbs-səlim). 



2.  Allahdan  ən  uzaq  olan  şəxs  daşürəkli  olandır 

(Müstədrək). 

3. Allah-Təalanın yer üzündə qabı vardır və Allah 

çox istəyir ki, bu qab saf və təmiz qalsın. Bu qab insan 

ürəyidir (Qəlbs-səlim). 

 

XILAL 

 

Yeməkdən sonra dişləri qurdalayıb, onların arasını 



təmizləmək,  müstəhəb  əməllərin  biridir.  Ona  xilal  de-

yirlər. Bizim zamanımızda fırça ilə əmələ gətirdiyimiz 

bu işi qədim zamanlarda çöp ilə və misvak  ağacından 


 

272


kəsilmiş  nazik  çubuğun  lifli  ucu  ilə  edirdilər.  Rəsuli-

Ə

krəm  (s.ə.v.)  xilal  etməyə  çox  təkid  qılardı,  özü  də 



xilal  və  misvak  edərdi.  Buyurardı  ki,  ağızın  təmizliyi 

üçün  bu  iş  çox  lazımdır.  Hətta  xəbərlərdə  deyilir  ki, 

qonağın həqqidir ki, təamdan sonra ona xilal üçün çöp 

də verilsin. 

Imam  Cəfər  Sadiq  (ə)  buyurub  ki,  dişlərin 

arasından  dil  ilə  çıxarlmış  təam  qırıntılarını  udun, 

amma  xilal  etməklə  çıxan  şeyləri  atın.  Diqqət  edilsə, 

məlum  olar  ki,  bu  da  səhhətin  qorunması  üçün  bir 

tədbirdir.  Axı  xilal  üçün  işlənən  çöp  özü  ilə  ağıza  və 

mədəyə xəstəlik sala bilər. 

Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, xilal ilə ağzınız 

üçün  nəfəqə  (zəkat)  verin.  Çünki  ağız  insanın 

ə

məllərini  yazan  katib  mələklərin  məskənidir.  Onların 



mürəkkəbi  ağızın  suyu,  qələmi  insanın  dilidir.  Ağızda 

qalan  təam  qırıntılarından  o  mələklər  çox  əziyyət 

çəkirlər. 

Imam  Rza  (ə)  buyurub  ki,  nar  ağacı  və  reyhan 

çöplərilə  xilal  etməyin  ki,  onlar  cüzam  damarını 

hərəkətə gətirirlər. 

Həzrəti  Əli  (ə)  buyurub  ki,  xilal  edəndən  sonra 

ağzınızı üç dəfə yaxalamamış su içməyin. 

Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, xurma ağacının 

yarpağı, qarğu və ya qamış ilə xilal etməyin ki, dişlərin 

ə

ti zədələnə bilər. 



Bütün  bunlar  insanların  səhhəti  üçün  olan  tədbir 

və  sərəncamlardır  ki,  onlara  riayət  olunarsa,  insan  bir 

çox bədbəxtliklərdən xilas ola bilər. 

 

 



 

 

273


ORUC  HAQQINDA 

 

Ramazanın mənası 

 

Lüğət  alimləri  ramazan  kəlməsi  barədə  iki  məna 



qeyd etmişlər: 

1.  Ramazan  yay  fəslinin  sonunda,  payız  fəslinin 

ə

vvəllərində  yağaraq,  yer  üzünün  tozunu  təmizləyən 



yağış  mənasını  ifadə  edən  «ramza»  sözündən  götürül-

müşdür. Yəni, payızın əvvəlində yağan  yağış  yer üzü-

nün tozunu təmizlədiyi  kimi, Ramazan ayında da mö-

minlərin günahları oruc tutmaqla yuyularaq təmizlənər. 

2.  Başqa  bir  açıqlamaya  görə,  Ramazan  günəşin 

hərarətindən  yandırıcı  həddə  qızan  daş  mənasını  ifadə 

edən  «ramat»  sözündən  götürülmüşdür.  Yəni,  insan 

qızmar  daşlar  üzərində  rahatlıqla  yol  gedə  bilməyib, 

ayaqlarını  yandırdığı  kimi,  Ramazan  ayının  aclıq  və 

susuzluğuna  tab  gətirməklə  sanki  Allah-Təala  onun 

günahlarını  yandırıb  məhv  etmiş  olur.  Malik  ibn 

Ə

nəsin  Peyğəmbərdən  (s.ə.v.)  nəql  etdiyi  hədisdə 



deyilir:  “Bu  aya  günahlar  yandığı  (bağışlandığı)  üçün 

Ramazan adı verilmişdir”.  

Saf  niyyətlə  oruc  tutan  əməli  saleh  möminlər 

Ramazan  qurtardıqdan  sonra  təzə  doğulan  uşaqlara 

bənzərlər.  

Ramazan  qılıncın  ülgücünü  və  yaxud  ucundakı 

dəmiri iki daşın arasına qoyub döymək mənasını ifadə 

edən  «rəmd»  kəlməsindən  götürülmüşdür.  Ramazan 

ayına  belə  bir  ad  ərəblər  silahlarını  bu  ayda  hazırlıqlı 

vəziyyətə gətirdikləri üçün verilmişdir.  

Nəql olunan hədislərin birində Ramazanın Allahın 

adlarından biri olduğu göstərilir.  



 

274


Allahın mömin bəndələri ilə fəxr etdiyi ay 

 

Xeyir-bərəkəti  olan  Ramazan  ayı  günahların 



bağışlandığı,  insanların  Allahın  rəhmət  və  mərhəmə-

tinə  qovuşduğu  aydır.  Bu  ayda  günahlar  bağışlanar, 

dualar  qəbul  olunar,  möminlərin  xeyirxah  işlərinə 

verilən  savablar  qat-qat  artırılar.  Peyğəmbər  (s.ə.v.) 

Ramazan ayının əhəmiyyəti barədə buyurur:  

“Sizlərə bərəkət ayı Ramazan gəldi. Bu ayda Allah 

sizi  öz  rəhməti  ilə  əhatə  edər.  Günahlarınızı  bağışlar, 

dualarınızı  qəbul  edər.  Allah  bu  ayda  xeyirxah  işlər 

görmənizə  baxar  və  sizinlə  fəxr  edər.  Allaha  xeyirli 

işlər təqdim edin, bu ayda ən  günahkar bəndə Allahın 

rəhmətindən məhrum olan kimsələrdir”. 

Bu ayda cənnətin qapıları açılar, şeytanlar zəncir-

lənərlər.  Oruc  tutan  şəxs  yemək-içməkdən  imtina  et-

məklə yanaşı, gözünü, qulağını, dilini, əlini və ayaqla-

rını  da  haram  işlərdən  qorumalıdır.  Ramazan  ayı  gi-

rincə Allahın Rəsulu (s.ə.v.) Həzrət Cəbrayılla görüşər 

və ona Quran oxuyardı. 

Peyğəmbərdən  (s.ə.v.)  buyurulur:  “Ramazan 

ayında  ümmətimə  məndən  əvvəlki  peyğəmbərlərə 

verilməyən beş şey verilmişdir”. 

1.  Ramazan  ayının  ilk  gecəsi  olunca  Allah-Təala 

ümmətinə (rəhmət baxışı ilə) baxar. Allah kimə rəhmət 

baxışı ilə baxarsa, ona heç vaxt əzab verməz.  

2.  Axşamlar  iftar  açdıqları  zaman  ağızlarının  iyi 

Allah dərgahında müşkdən daha gözəl iy saçar. 

3.  Mələklər  hər  gecə-gündüz  oruc  tutanların 

Allahdan bağışlanmalarını istərlər. 

4.  Allah-Təala  Cənnətinə  əmr  edər:  “Bəndələrim 

üçün hazırlanıb bəzən, onların dünya məşəqqətlərindən 


 

275


qurtulub  Mənim  yurduma  və  ehsanıma  istirahət 

etmələri üçün gəlmələri yaxınlaşdı”. 

5.  Gecənin  sonunda  Allah-Təala  onların  hamısını 

bağışlayar.  

Ramazanda daha çox əhəmiyyət verilən məsələlər 

aşağıdakılardır: 

1.  Orucu bütün şərt və qaydaları ilə yalnız Allaha 

xatir tutmaq. 

2.  Mümkün  qədər  çox  Quran  oxuyub,  mənaları 

ə

trafında düşünmək. 



3.  Başqa  vaxtlarda  edilən  günahlara  yol  vermə-

mək  və  olunan  günahlar  üçün  Allahdan  bağışlanma 

diləmək. 

4.  Ehtiyacı  olanlara  sədəqə  və  ehsanlar  vermək. 

Iftar  məclisləri  qurub  oraya  ehtiyacı  olan  insanları 

dəvət etmək. 

Peyğəmbər  (s.ə.v.)  buyurur:  “Sədəqələrin  ən 

yaxşısı Ramazanda verilən sədəqələrdir”. 

5.  Imkan  daxilində  bütün  vacib  gündəlik 

namazları camaatla birgə qılmaq. 

6.  Allaha  daha  çox  zikr  edib  Peyğəmbər  (s.ə.v.) 

və  məsum  Imamlara  Salavat  göndərmək.  Peyğəmbər 

(s.ə.v.)  buyurur:  “Ramazanda  Allaha  zikr  edən  bağış-

lanar və Allahdan istəyənin hacətləri geri qaytarılmaz”. 

7.  Ramazan ayında digər aylardan daha çox ibadət 

etmək. Aişədən (A.o.r.) bu barədə deyilir: “Peyğəmbər 

(s.ə.v.)  Ramazan  ayında  digər  aylardan  daha  çox 

namaz qılar, ibadətlə məşğul olardı”. 

Allahın bütün göstərişlərinin dərin hikməti olduğu 

kimi, Ramazan ayının orucluğunun da dərin və məntiqi 

hikməti  vardır.  Insan  özünü  bir  ay  maddi  və  mənəvi 

ləzzətlərdən məhrum etməklə, müvəqqəti olsa da, onu 



 

276


ə

hatə  edən  yoxsul  təbəqənin  keçirdiyi  hissləri  keçir-

mək  imkanı  əldə  edir.  Səhərdən  axşamadək  ac  qal-

maqla  onların  il  boyu  keçirdikləri  bu  ağır  hissi  süni 

olsa  da,  hiss  edir.  Varlılar  yemək-içməklərinə  qənaət 

etməklə, yoxsullara maddi yardım imkanı əldə edirlər. 

Ac qalmaqla cinsi yaxınlığa meyl etmir və bununla da 

bir  çox  ictimai  pozğunluqların  qarşısını  almış  olurlar. 

Rəsmi  statistik  məlumatlara  əsasən,  Ramazan  ayında 

baş verən cinayətlərin sayı minimum həddə (əlbəttə ki, 

müsəlman  ölkələrində  -  Ə.C.Ə.)  çatır.  Qida 

məhsullarından minimum istifadə bir çox xəstəliklərin 

qarşısını  alır.  Insan  özünü  maddi  və  mənəvi  ləzzət-

lərdən  məhrum  etməklə,  mənəvi  təkamülə  daha  çox 

diqqət  yetirir  və  Allaha  yaxınlığı  və  Onun  razılığını 

ə

ldə etməyi hər şeydən öndə qərar verir. Oruc varlı və 



kasıb  arasında  bərabərliyin  bərqərar  olması  və 

varlıların  aclığın  dadını  dadaraq  kasıblara  yardım 

etmələri üçün vacib edilmişdir. 

 

 



Orucun müalicəvi xüsusiyyətləri 

 

Müasir tibbdə ən uğurlu müalicə üsullarından biri 



də  oruc  tutmaq,  yəni  günün  böyük  bir  hissəsini  ac 

qalmaqdır.  Çoxçeşidli  qida  məhsullarından  həddindən 

artıq  istifadə  olunması,  qanda  şəkərin  və  xolesterinin 

çoxalmasına,  bir  sıra  xəstəliklərin  meydana  gəlməsinə 

səbəb  olur.  Oruc  tutmaqla  insan  özünü  bir  çox 

xəstəliklərdən  sığortaladığı  kimi,  ilin  bütün  günlərini 

dayanmadan  işləyən  mədəsinin  istirahətinə  şərait 

yaratmış  olur.  Islam  dinində  tövsiyə  olunan  orucluq 

dəri,  göz  və  böyrək,  şəkər,  revmatizm,  hətta  xərçəng, 

vəba  və  taun  kimi  ağır  xəstəliklərin  müalicəsinə 

müsbət  təsir  göstərir.  Peyğəmbər  (s.ə.v.)  bu  barədə 


 

277


nəql olunan hədisdə buyurur:  

“Mədə bütün xəstəliklərin evi, imsak isə bütün 

dərdlərin dərmanıdır”.  

“Oruc tutun ki, sağlam olasınız”.  

Oruc  vücudun  xəstəliklərə  qarşı  müqavimətini 

artırır. Bu önəmli tibbi həqiqətin Islam dinində orucun 

fərz  olmasını  əsaslandırır.  Bugünkü  müasir  tibb  elmi 

orucluğu  xəstəliklərə  qarşı  bir  müalicəvi  vasitə 

olduğunu  göstərir.  Oruc  olan  şəxsin  mədəsinin 

istirahəti  ilə  yanaşı,  qaraciyərin  də  qan  təmizləmədə 

daha  rahat  işləməsinə  kömək  edir.  Çünki  yeyilmiş 

qidadan  hasil  olan  qan  qaraciyər  vasitəsilə  təmizlənir. 

Oruc  insan  bədəni  üçün  bir  rejimdən  ibarətdir.  Əsas 

məqsədi  də  bəşər  övladının  sağlam  olmasına  imkan 

yaradır. Insan bir ay oruc tutandan sonra elə bil anadan 

təzə doğulan uşaq kimi sağlam olmaqla, xolesterindən, 

artıq  yağ  toxumalarından  və  ürək-damar  təzyiqindən 

xəbəri  yoxmuş  kimi  həyat  sürməyə  başlayır.    bir 

müsbət  cəhəti  də  ondan  ibarətdir  ki,  günün  müəyyən 

vaxtlarında  (sahurda  və  iftarda)  yeyilən  qida  daha 

yaxşı  həzm  olunaraq  təmiz  qan  yaradır.  Ağ  qan 

xəstəliyinə tutulmuşların oruc tutduqları zaman onların 

bədənində  daha  yaxşı  qan  əmələ  gəlməsi  müşahidə 

edilmişdir. “Qurani Kərim”də buyurulduğu kimi: “Bil-

səniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir”. 

Bəzən  insanlar  Ramazan  ayında  oruc  tutarkən 

sahurda və iftarda daha çox qidalı, yağlı və şirin yemək 

fikrinə  düşürlər.  Lakin  bu,  düzgün  deyil.  Həzrəti 

Peğəmbərin  (s.ə.v.)  hədislərində  buyurulduğu  kimi: 

“Insan  oğlu  həmişə  az  yeyib,  az  içməlidir”  kəlamı 

Ramazan  ayına  da  çox  aid  edilə  bilər.  Çünki  insan 

bütün  günü  ac  qaldıqdan  sonra  çox  yeməsi  mədənin 


 

278


iztirabına səbəb ola bilir. Bu isə oruc tutan müsəlmanı 

bir  müddət  ağırlaşdırır.  Hətta  baş  ağrısı,  təzyiqin 

kəskin  artması  da  müşahidə  edilir.  Ona  görə  də,  həm 

sahurda,  həm  də  iftarda  doyunca  yemək  lazım  deyil. 

Burada  ulu  Peyğəmbərimizin  (s.ə.v.)  bir  hədisi  də 

yerinə düşür: “Acmamış süfrəyə oturmayın, doyma-



ş  süfrədən  çəkilin”.  Orucluq  haqqında  Islam  dini-

nin  bizə  verdiyi  bilgilərə,  “Qurani  Kərim”dəki  Allah-

Təalanın  buyuruqlarına,  Peyğəmbərimizin  (s.ə.v.)  hə-

dislərinə,  Imamlarımızın  (ə)  və  din  alimlərinin 

kəlamlarına riayət etməklə tutulan oruc insan səhhətinə 

xeyirdən başqa heç bir zərər yetirməz. 

Allah  dərgahında  həqiqi  oruc  tutanlar  o  kəslərdir 

ki,  Allaha  xatir  orucun  bütün  şərtlərinə  əməl  etsin. 

Orucluq  adı  ilə  –  çəki  salan,  selülitini  əridən,  pəhriz 

saxlayan  və  s.  adamların  orucu  çox  vaxt  qəbul  olun-

mur. (Amma bəlkə də qəbul olunur. Allah bilər…). 

 

Orucun tarixi 

 

Tarixi  mənbələr,  demək  olar  ki,  bütün  millətlərin 



oruc  tutduqları  barədə  xəbər  verir.  Belə  ki,  hələ 

eramızdan  çox-çox  əvvəl  qədim  Misirdə,  Çində, 

Yunanıstan  və  Hindistanda  yerli  əhalinin  müxtəlif 

inanclara  sahib  olmalarına  baxmayaraq,  ilin  müəyyən 

gün  və  ya  həftələrini  oruc  tutmuş  və  bunu  nələrləsə 

ə

laqələndirmişlər. 



Bəzi 

millətlər 

yalnız 

ə



məhsullarından  imtina  etmiş,  bəziləri  yalnız  balıqla 

qidalanmış və digər yeməklərdən imtina etmiş, bəziləri 

isə bir guşəyə qapanaraq göz və ya dil orucu tutmuşlar. 

Yəni  öz  inanclarına  əsasən,  hər  hansı  bir  hadisənin 

qarşısını almaq məqsədilə müəyyən günlər insanlardan 

ayrılaraq  bir  guşəyə  çəkilərək  kiminləsə  nə  danışmış, 



 

279


nə  də  üzlərini  görmüşlər.  Dini  mənbələrə  nəzər 

saldıqda da belə məlum olur ki, hələ “Qurani-Kərim”-

dən  çox-çox  əvvəl  nazil  olan  səmavi  kitablarda,  yəni 

Tövrat  və  Incildə  yəhudi  və  nəsranilərin  də  oruc 

tutduqları  məlum  olur.  Məsələn,  Tövratda  deyilir: 

Musa  (ə)  deyir:  “Ey  qövmüm,  sizlərə  göndərilən 

lövhələri qəbul etmək üçün dağa gəldiyim zaman qırx 

gecə-gündüz  orada  qalıb  bir  şey  yeyib-içmədən  oruc 

tutdum”. 

Dini  mənbələrdən  belə  məlum  olur  ki,  yəhudi 

milləti günahlarının bağışlanması üçün tövbə etmədən 

oruc  tutardılar.  Yəhudilər  ildə  bir  gün  günahlarının 

bağışlanması üçün müəyyən olunmuş gündə oruc tutar, 

ilin  digər  günlərində  isə  müvəqqəti,  yəni  vaxtı 

müəyyən  olunmayan  oruc  tutardılar.  Bu  oruclarla 

yanaşı,  onlar  Yerusəlimin  dağıldığı  günün  xatirəsini 

yad etmək məqsədilə ayrıca oruc tutardılar. Incildən də 

Həzrət  Isanın  (ə)  qırx  gün  oruc  tutduğu  məlum  olur. 

Orada  deyilir:  “O  zaman  Isa  Məsih  (ə)  ruhən 

gücləndikdən  sonra  Iblis  onu  sınağa  çəksin  deyə, 

səhraya  aparıldı.  Qırx  gecə-gündüz  oruc  tutdu  və 

bundan sonra özündə aclıq hiss etdi”. Lukanın Incilin-

dən belə məlum olur ki, Isa Peyğəmbərin(ə) həvariləri 

də (ona iman gətirən şəxslər, tələbələri) oruc tutmuşlar. 

Orucun  keçmiş  ümmətlərdə  də  vacib  olduğu  Quran 

ayələrindən məlum olur. 



“Ey  iman  gətirənlər!  Oruc  tutmaq  sizdə

ə

vvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib 



edildi  ki,  (bunun  vasitəsilə)  siz  pis  əməllərdə

çəkinəsiniz!” (əl-Bəqərə, 2/183). 

Ayədən  açıq-aşkar  belə  məlum  olur  ki,  oruc 

Islamdan əvvəlki ümmətlərə də vacib edilmişdir. 


 

280


Yəqubi  özünün  tarix  kitabında  yazır:  “Qiblənin 

Beytül-Müqəddəsdən Kəbəyə tərəf dəyişilməsindən on 

üç gün sonra Ramazan ayının oruc hökmü nazil oldu”. 

“Insanlara  doğru  yolu  göstərən,  bu  yolu  açıq 

dəlilləri  ilə  aydınlaşdıran  və  (haqqı batildən) ayıran 

(Quran)

  Ramazan  ayında  nazil  edilmişdir.  Aya 

(Ramazan  ayına) 

yetişən  şəxslər  (bu  ayı)  oruc 

tutmalıdırlar;  xəstə  və  ya  səfərdə  olanlar  isə 

tutmadıqları  günlərin  sayı  qədər  başqa  günlərdə 

tutsunlar.  Allah sizin üçün  ağırlıq deyil,  yüngüllük 

istə

ki, 

fövtə 

gedə

günlərin 

orucunu 

tamamlayasınız  və  sizi  düz  yola  yönəltməsinə  görə 

ona  (“Allahu  əkbər”  deməklə)  təzim  və  şükr 

edəsiniz”. (əl-Bəqərə, 2/185). 

 Məclisi  bu  barədə  yazır:  “Hicrətin  ikinci  ilində 

Ş

aban  ayının  15-də  qiblənin  dəyişilmə  hökmü  verildi. 



Ş

aban  ayının  iyirmi  səkkizində  isə  Ramazan  ayının 

orucluq  hökmü  verildi”.  Koleyni  Imam  Baqirdən  (ə) 

nəql  etdiyi  rəvayətdə  deyir:  “Şaban  ayının  axırına  üç 

gün  qalmış  Peyğəmbər  (s.ə.v.)  camaatı  bir  yerə 

toplayaraq onlara qarşıdan gələn Ramazan ayının vacib 

orucunu elan etdi”. 

 

Ramazan ayında baş verən mühüm hadisələ

 

1.  Hicridən  üç  il  əvvəl  Peyğəmbərin  (s.ə.v.) 



sevimli  zövcəsi  Həzrət  Xədicə  Ramazan  ayında  65 

yaşında  vəfat  edir.  Bu  hadisədən  üç  gün  sonra  Imam 

Ə

linin  (ə)  atası  Əbu  Talib  86  yaşında  (başqa  bir 



rəvayətdə 90 yaşında) vəfat edir. 

2.  Hicrətin  ikinci  ilində  Peyğəmbər  (s.ə.v.) 

Məkkədən  Mədinəyə  hicrət  etdikdən  18  ay  sonra 

Ramazan  ayının  on  yeddisində  cümə  günü  cihad 



 

281


hökmü  verildi  və  müsəlmanlarla  Məkkə  müşrikləri 

arasında ilk müharibə baş verdi.  

3.  Hicrətin  8-ci  ilində  Ramazan  ayının  ikinci 

gecəsi  (başqa  bir  rəvayətə  görə  onuncu  gecəsi)  Pey-

ğə

mbər (s.ə.v.) Məkkəni fəth etmək, yəni müşriklərdən 



azad etmək məqsədilə Mədinədən xaric olur. Bu hadisə 

baş verdiyi zaman orucluq hökmü verildiyi üçün Islam 

qoşunu  oruc  idi.  Lakin  Peyğəmbər  (s.ə.v.)  onlara  iftar 

etmələri, yəni oruclarını sındırmalarını əmr edir. 

4.  Imam  Həsənin  (ə)  mövludu.  Hicrətin  3-cü  ili 

Ramazan  ayının  15-də  Imam  Əlinin  (ə)  böyük  oğlu 

Imam Həsən (ə) dünyaya gəlir. 

5.  Möminlərin  əmiri  Imam  Əlinin  (ə)  şəhadəti. 

Islam  tarixində  Ramazan  ayında  baş  verən  mühüm 

tarixi  hadisələrdən  biri  də  hicrətin  40-cı  ilində 

Ramazan  ayının  19-u  günü  Imam  Əlinin  (ə)  Kufə 

məscidində  Əbdül-Rəhman  ibn  Mülsəm  tərəfindən 

zərbələnməsi (yaralanması) olur. Imam Əli (ə) iki gün 

sonra, yəni Ramazan ayının 21-i şəhadətə qovuşur.  

 

Oruc tutmağın vacibliyi 

 

Öz bəndələrinə son dərəcə mərhəmətli olan Allah 



onları ilin ən isti günlərində ziyafətə dəvət edir, onlara 

aclıq  və  susuzluqla  qonaqlıq  verir.  Qonaqlığa  dəvət 

olunanların özləri ilə Allaha gətirdikləri sovqat səbir və 

imanlarıdır.  Orucluğa  hamı  dəvət  olunsa  da,  dəvəti 

qonaqlığa  layiq  olanlar  qəbul  edir.  Allah  öz  sevimli 

bəndələrinə “Ey iman gətirənlər!” xitabı ilə müraciət 

edir.  Sanki  onların  könlünü  alır  və  orucluğun  çətin 

anlarını  unutdurur.  Onlar  qorxuya  düşməsinlər  deyə, 

orucun  onlardan  əvvəlki  ümmətlərinə  vacib  olduqla-

rına  toxunur.  Bu  barədə  “Qurani  Kərim”in  əl-Bəqərə 



 

282


surəsinin  183,  184  və  185-ci  ayələrini  oxumaq 

lazımdır. 



“Ey  iman  gətirənlər!  Oruc  tutmaq  sizdə

ə

vvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib 



edildi  ki,  (bunun  vasitəsilə)  siz  pis  əməllərdə

çəkinəsiniz!”. (əl-Bəqərə, 2/183). 

(Oruc  tutmaq)  sayı  müəyyən  olunan  (bir  ay) 

günlərdir.  (Bu  günlərdə)  sizdən  xəstə  və  ya  səfərdə 

olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc 

tutmalıdırlar.  Oruc  tutmağa  taqəti  olmayanlar  isə 

(hər  günün  əvəzində)

  bir  yoxsulu  doyuracaq  qədə

fidyə  verməlidirlər.  Hər  kəs  könüllü  xeyir  iş 

görərsə,  (həm  oruc  tutub,  həm  də  fidyə  verərsə),  bu 

onun  üçün  daha  yaxşı  olar.  Bilsəniz  oruc  tutmaq 

sizin üçün nə qədər xeyirlidir!”. (əl-Bəqərə, 2/184). 

“Insanlara  doğru  yolu  göstərən,  bu  yolu  açıq 

dəlilləri  ilə  aydınlaşdıran  və  (haqqı batildən) ayıran 

(Quran)

 Ramazan ayında nazil edilmişdir. Aya (Ra-

mazan  ayına) 

yetişən  şəxslər  (bu  ayı)  oruc  tutma-

lıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadıqları 

günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah 

sizin  üçün  ağırlıq  deyil,  yüngüllük  istər  ki,  fövtə 

Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin