“Ey iman gətirənlər! Şərab da (içki də), qumar
da, bütlər də, fal oxları da Şeytan əməlindən olan
murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə,
nicat tapasınız!” (əl – Maidə, 5/90).
“Qurani-Kərim” ciddi surətdə xəbərdarlıq edir: Bu
işdən uzaqlaşın! Bu işdən çəkinin! Əgər siz
doğurdanda Allahı sevirsinizsə və özünüzə xoşbəxtlik
313
arzulayırsınızsa, onda onun buyruqlarına əməl edin. Bu
anda “Qurani-Kərim”dən bir ayə də yada düşür. Ayədə
buyurulur:
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub
öldürən və öldürülən möminlərin canlarını və
mallarını Tövratda, ncildə və Quranda haqq
olaraq vəd edilmiş Cənnət müqabilində satın
almışdır. Allahdan daha çox əhdə vəfa edən
kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu böyük
qurtuluşdur (uğurdur)!” (ət-Tovbə, 9/111).
Bu o deməkdir ki, sizin xoşbəxtliyinizin ölçüsü
sizin Allaha sevginizin dərəcəsi ilə təyin olunur. Nə
üçün belədir? Ayənin digər hissəsində buyurulur:
“Allahdan daha çox ə hdə və fa edə n kimdir?”.
Deməli biz hərəkətlərimizin seçimini özümüz müəyyən
etməliyik. Ali – mran surəsində deyildiyi kimi: “Bu
sizin özünüzdədir”. Buna cavab yenə “Qurani-
Kərim”də verilir.
“Hə r kə s öz ə mə linin girovudur! ( Hə rə öz
ə
məlinin əvəzini alacaqdır!
).” (əl – Muddassir, 74/38).
nsan haqqında söylənilən bir söhbət çox düzgün
deyilib. “Qurani-Kərim”də insanın xarakteristikası
haqqında digər buyruq var.
“Hə qiqə tə n insan (sə rvə tə ) çox hə ris (tamahkar
və kə mhövsə lə )
yaradılmış dır!” (əl-Məaric, 70/19)
Bəs necə olmaq lazımdır? Dünyada görüldüyü
kimi müxtəlifliklər çoxdur. Qurani Kərimdə buyurulur.
“Biz yer üzündə olanları onun (sakinləri, yer
ə
hli)
üçün (və ya onun özünə mə xsus) bir zinə t
yaratdıq ki, onlardan hansının daha gözə l ə mə l
sahibi olduğ unu yoxlayıb ayırd edə k”. (əl-Kəhf,
18/7).
314
Deməli, “Qurani-Kərim” izah edir, bizi başa salır,
köməklik göstərir ki, biz həyatda atdığımız hər bir
addım üçün özümüz cavabdeh olaq. Ona görə də
“Qurani-Kərim”dən şərab haqqında deyilən bütün
buyruqlar insanı öz seçiminə buraxır. Əgər bizlərdən
kimsə şeytanın fitnəsinə davam gətirməyib şəraba
qurşanırsa, nə olacaq? Bu barədə “Qurani-Kərim”də
belə buyrulur:
“Hə r kə s üçün etdiyi ə mə llə rə görə də rə cə lə r
(müxtə lif mükafatlar və cə zalar)
vardır. Rəbbin
onların nə etdiklə rində n qafil deyildir!” (əl-Ənam,
6/132 ).
Lakin Peyğəmbərimizin (s.ə.v.) hədislərində şərəb
içilməsi haqqında daha kəskin və qəti qadağalar
qoyulmuşdur.
Şə
rab haqqında hədislər
Şə
rab haqqında Muhəmməd Peyğəmbərin (s.ə.v.)
və imamların bir çox hədisləri vardır.
bni Tariq Həzrəti Peyğəmbərdən (s.ə.v.) şərab
haqqında soruşdu:
Həzrəti Peyğəmbər (s.ə.v.) onu çəkindirdi.
O dedi: “Dərman üçün istehsal edirəm”.
Həzrəti Peyğəmbər (s.ə.v.) buyurdu: “Şərab
dərman deyil dərddir.”
Həzrəti Peyğəmbər – in (s.ə.v.) şərab haqqında
hədisləri.
“Allah Təala şərabı, onu istehsal edəni, hazırlaya-
nı, istehlak edəni, təklif edəni, satanı, alanı, qiymətin-
dən istifadə edəni, daşıyanı və yiyələnən şəxsi
lənətləndirmişdir.”
“Şərab içənin ürəyindən iman işığı məhv olub
315
gedər.”
“Şərabla iman bir yerə yığışmaz, şərab içənin
qəlbində iman olmaz.”
“Qəlbində Allahın bir kəlamı ya ayəsi olan şəxs
şə
rab içməklə onu bulandırsa, qiyamət günündə Quran
ona qarşı duracaqdır.”
“ nsan nə qədər ki, şərab içməyibdir dinin qapısı
onun üzünə açıq olar, şərab içəndən sonra Allah onun
örtüyünü yırtar, şeytan onun dostu, gözü və qulağı olar,
onu pisliklərə yönəldib yaxşılıqlardan çəkindirər.”
“Şərabxorun
sözünü
təsdiq
etməyin,
elçi
göndərdikdə ona qız verməyin, xəstələndikdə onu
yoluxmayın, öldükdə dəfnində iştirak etməyin, ona
ə
manət tapşırmayın, ona bir əmanət tapşırılan şey itib –
batsa, Allah onun əvəzini verməyəcəkdir, onu bir işə
qəbul etməyin. Çünki, Allah Quranda buyurmuşdur ki,
öz mallarınızı səfehlərə (kəmağıllara) tapşırmayın,
şə
rabxor isə daha səfehdir.”
“Allah şərabxora salam verən, onunla kef - əhval
edən və görüşən şəxsin 40 illik əməlini məhv edər.”
“Yəhudi və xristiana salam verin, lakin şərab
içənə salam verməyin və əgər o, sizə salam versə,
salamını almayın.”
“Yəhudi və xristianla qonşu olmaq şərabxorla
qonşu olmaqdan yaxşıdır. Şərabxorla dostluq etməyin,
onunla dostluq etmək peşmançılıq gətirər.”
“Namazı yüngül sayan şəxs mənimlə deyildir,
Allaha and olsun o, Kövsər bulağında mənə
qoşulmayacaqdır, həmçinin şərab içən şəxs də məndən
deyildir. And olsun Allaha ki, o da Kövsər bulağında
mənə qoşulmayacaqdır.”
“Allaha, qiyamət gününə inanan şəxs ortasında
316
şə
rab olan süfrənin başında oturmaz.”
“Bir azacıq (qaşıq) belə şərab içən şəxsə - ona 80
zərbə şallaq vurun.”
“Şərab içən şəxsə şallaq vurun, əgər bir daha etsə,
yenə şallaq vurun, əgər dördüncü dəfə olaraq içsə, onu
öldürün.”
“Şərabxor Allahın rəhmətindən uzaqdır. O
bütpərəstlər kimidir, qiyamət günündə Firon və
Hamunla məşhur olacaqdır (məhşərə gələcəkdir).”
“And olsun məni haqq olaraq göndərənə, şərabxor
susuz öləcək, qəbirdə də yanğın olacaq, qiyamət
günündə isə susuz qalxacaq və min ilə kimi su deyib
bağıracaq.”
“And olsun məni haqq olaraq göndərənə, şərabxor
qara üzlə, göyərmiş gözlə, əyri dodaqla qiyamətə
gələcəkdir. Ağzının suyu ayaqlarına axan bir halda
gələcək, onu görən napak biləcəkdir.”
“Şərabxor qəbirdən duranda alnında yazılmış
olacaqdır ki: “Allahın rəhmətindən uzaq düşmüşdür”.
“Mənim şəfaətim sərxoş şəxsə yetişməz. And
olsun
Allaha
o,
Kövsər
bulağında
mənə
qoşulmayacaq.”
“Allah qiyamət günü 4 dəstəyə baxmayacaq.
Valideynlərə ağ (nankor) olana, minnət vurana, qəza –
qədəri yalan hesab edənə və şərabxora.”
“Allah şərabxora 360 növ əzab verər.”
“Şərab bütün pisliklərin köküdür; şərab içənin
namazı 40 gün qəbul olunmaz. Şərab içmiş halda ölsə,
cahiliyyət dövrü ölüsü kimi hesab olar.”
“Sərxoş halda yatan şəxs, yatdığı gecə şeytanın
gəlini olacaqdır.”
“Dörd şeydən biri hər hansı bir evə daxil olsa, o ev
317
birtəhər xarab olar və bərəkətlə belə düzəlməz. O dörd
ş
ey bunlardan ibarətdir: xəyanət, oğurluq, içki içmək
və zina (pis işlə məşğul olmaq).”
“Allah şərab içən şəxsin namazını 40 gecə qəbul
etməz, əgər tövbə etsə, 3 dəfəyə kimi tövbəsini qəbul
edər, əgər 4 – cü dəfə içsə, Allah haqlıdır ki, onu xibal
arxından suvarsın. Soruşuldu ki, xibal necə bir arxdır?
Buyurdu: Cəhənnəm əhlinin irin – çirklərindən
ibarətdir.”
“Ey bni Məsud! Məni haqq olaraq göndərən
Allaha and olsun; bir zaman gələr ki, camaat şərabı
halal bilər və ona “nəbiz” deyərlər. Allahın, mələklərin
və insanların lənəti onlara olsun, mən onlara qarşı
nifrət edirəm, onlar məndən uzaqdırlar.”
“Şərab pisliklərin kökü və ən böyük günahdır.
Şə
rab içən şəxs ola bilər ki, anasına, bibisinə, xalasına
da belə təcavüz (cinsi yaxınlıq) etsin.”
“Şərabdan çəkinin ki, ondan başqa günahlar əmələ
gələr, necə ki, ağacdan ağac göyərər.”
“Şərab günahlara batmağa amil olan, pisliklərin
qaynağı və çirkin işlərin açarıdır.”
“Şərab içənlə oturub durmayın, onların xəstələrini
yoluxmayın, cənazələrini müşayiət etməyin, ölülərinə
namaz qılmayın, onlar cəhənnəmin itləridirlər. Necə ki,
Allah Qurani Kərim də buyurub: “Rədd olun, mənimlə
danışmayın”.”
Şə
rab haqqında imamların hədisləri.
Həzrət Əli (ə) buyurub:
“Şərabxor Allahla bütpərəst kimi görüşər. Hücrub-
nu Ədiy soruşdu: Ya Əmirəl – möminin şərabxor
kimdir? Həzrət buyurdu: Əlinə şərab keçdikdə şərab
içən şəxsə deyilir.
318
Həzrət Əlidən (ə) soruşuldu ki, şərab içmək, zina
etmək və oğurluqdan pisdirmi? Həzrət buyurdu: Bəli,
şə
rab içən həm zina edər və həm də oğurluq, həm
adam öldürər və həm də namazı tərk edər.
mam Riza (ə) buyurub:
“Allah hər bir peyğəmbəri məbus etdikdə
(göndərdikdə) şərabı haram etmiş və ona etiraf
etdirmişdir ki, Allah hər nə istəsə onu edər.”
Həzrət mam Sadiq (ə) buyurub:
“Şərabxorla bir yerdə oturmayın, ona görə ki,
Allahın lənəti gələndə orada olan bütün şəxsləri əhatə
edər.”
“Dörd dəstə cənnətə daxil olmayacaqlar: 1 –
Cadugarlıqla məşğul olan; 2 – Münafiqlər; 3 –
Şə
rabxor; 4 – Söz gəzdirən.”
Müfəzzəl deyir ki, Həzrəti mam Sadiqdən (ə)
soruşdum ki, nə üçün şərab haram olmuşdur: mam
Sadiq (ə) buyurdu:
“Allah Təala şərabı bir sıra pozğunluqlar və mənfi
təsirlərinə görə haram etmişdir, ona görə ki, şərab
içmək azğınlığa çəkər və insanlığı aradan aparar.
Comərdliyi yox edər, insanı günaha batmağa, qan
tökməyə və zina etməyə vadar edər. nsan sərxoş olan
vaxt ola bilər ki, bilməyərəkdən öz məhrəm adamlarına
təcavüz (cinsi yaxınlıq) etsin və nəhayət şərab adamı
bütün bədbəxtliklərə salar.”
Bir şəxs mam Sadiqdən (ə) soruşdu: “Şərab
içmək pisdirmi, yoxsa namaz qılmamaq?” mam Sadiq
(ə) Həzrətləri buyurdu:
“Şərab içən namaz qılmayandan daha pisdir,
bilirsən niyə? O şəxs dedi: Bilmirəm. mam buyurdu:
O şəxsdə elə vəziyyət irəli gəlir ki, nə böyük Allahı
319
tanıyır və nə də bilir ki, onu kim yaradıbdır.”
Həzrəti mam Sadiq (ə) buyurub:
“Allah Təala bütün pisliklərə qıfıl vurmuşdur.
Şə
rab isə bu qıfılların açarıdır.”
“Üç dəstə cənnətə daxil olmayacaqlar: 1 – Qan
tökən; 2 – Şərab içən; 3 – Söz gəzdirən.”
Həzrət mam Baqir (ə) buyurub:
“Allah şərab içənin namazını qırx gün qəbul
etməz. Bu qırx gündə namazını tərk etmiş olsa, namazı
tərk etdiyinə görə əzabı iki qat artar.”
320
SIQARETIN ZƏ RƏ RLƏ RI HAQQINDA
1. Siqaret tütün bitkisinin (Nicotina tabacum)
qurudulmuş olan yarpaqlarından hazırlanır. Tütün
müxtəlif vasitələrlə, yəni burunotu ilə, trubka ilə çəkilə
bilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə
də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın
siqarlardan istifadə olunsun, bütün bunlar nikotinin
insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını
ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı
çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən
zərərli olan şey, heç şübhəsiz ki, siqaret çəkmək
vərdişidir.
2. Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi
maddənin olduğu müəyyənləşdirilmişdir. Gördüyünüz
kimi, siqaretin tüstüsündəki 4000-ə qədər mövcud olan
maddənin heç birinin insan orqanizminə bir faydası
yoxdur və bunların hamısı zərərlidir. Bunlardan ən
zərərli olanları isə nikotin, qətran, karbon monoksid
(CO) və xərçəng yarada bilən (kanserogen)
maddələrdən ibarətdir.
Nikotindən tibbi məqsədlər üçün istifadə olunmur
və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək
dərəcədə təsirlidir. Əgər 100-120 mq miqdarında
nikotin hər hansı bir şəxsin damarına vurularsa, bu,
həmin şəxsin ölümünə səbəb ola bilər. Burada məsə-
lənin maraqlı cəhəti həmin həcmdə olan, yəni 100-120
mq miqdarındakı nikotinin iki qutu siqaretdə olmasıdır.
Məlumdur ki, gündə iki qutu siqaret çəkən
insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər? –
deyə soruşula bilər. Buna cavab olaraq onu göstərmək
321
lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş
zəhərlənir. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək
ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq
çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən,
siqaretdəki nikotin havaya yayılır və yalnız nikotinin
müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə
bir siqaret çəkən hər hansı bir şəxsin orqanizminə 1,2-2
mq miqdarında nikotin keçə bilir.
3. Nikotin böyrəküstü vəzilərdən adrenalin və
noradrenalin hormonlarının ifraz olunmasına səbəb
olur. Belə bir vəziyyət isə bir müddətdən sonra mədə
yarasının yaranmasına gətirib çıxardır. Bundan başqa,
siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və bunun
nəticəsində isə qan təzyiqi yüksəlir.
4. Davamlı olaraq siqaret çəkən adamlar bir
müddət siqaret çəkmədikdə, bu zaman əl və ayaqlarına
az qan gedir və həmin orqanlarda temperatur aşağı
düşür. Belə vaxtlarda yalnız siqaret çəkildikdən 15-20
dəqiqə sonra əl və ayaqlardakı temperatur normal
səviyyəsinə çatır.
5. Nikotinin mərkəzi sinir sisteminə təsiri
nəticəsində qusma, baş gicəllənməsi kimi hallar
meydana gələ bilir.
6. Əgər bir şəxsin damarına 2 mq nikotin
vurulursa (bu, təqribən yalnız bir siqaretin çəkilməsi
ilə orqanizmə qəbul olunan miqdardır), bu zaman ürək
bir dəqiqə ərzində 15 dəfə daha çox döyünür. Ürəkdən
vurulan qanın həcmi 10 litr olduğu halda, 12 litrə qədər
artır. Belə bir halda siqaret çəkən şəxsin ürəyi, yerində
sakit bir vəziyyətdə oturduğu və ya dayandığına
baxmayaraq, sanki şəxs ağır bir iş görürmüş kimi daha
çox işləyir. Buraya bir şeyi də əlavə etmək lazımdır ki,
322
ə
vvəllər infarkt keçirmiş şəxslərdə ürək ağrıları siqaret
çəkməklə yenidən başlaya bilir.
7. Göründüyü kimi, nikotin sakitləşdirici bir vasitə
deyil, əksinə orqanizmi yoran bir maddədir.
8. Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif
xəstəliklər özünü göstərə bilir. Belə xəstəliklərdən
aşağıda qısaca bəhs olunur.
Siqaretin həzm sistemi ilə əlaqədar zərərləri
1. Siqaret çəkmək iştahanı pozur.
2. Həzm prosesini çətinləşdirir.
3. Dişləri saraldır.
4. Mədə yarasına səbəb olur.
5. Dodaq, dil və yemək borusu xərçənglərinə
səbəb olur.
Siqaretin tənəffüs sistemi ilə əlaqədar zərərləri
1. Öskürdür və bəlğəm əmələ gətirir.
2. Xroniki bronxitə və emfizemaya səbəb olur.
3. Qırtlaq və ağciyər xərçəngləri siqaret çəkənlər
arasında daha çox müşahidə edilir.
4. Ağciyər və qırtlaq xərçəngi hadisələrinin əmələ
gəlməsinin 90%-nin səbəbi siqaretdir.
Siqaretin qan dövranı sistemi ilə əlaqədar zərərləri
1. Damar divarlarının elastikliyinin azalmasına
səbəb olur ( Ateroskleroz).
2. Qol və qıç damarlarında tıxanmalar əmələ
gətirir. Qanqren olur. Əl və ayaqların kəsilməsinə,
ş
ikəstliyə gətirib çıxardır.
323
3. Beyni qidalandıran damarlarda da elastikliyin
azalmasına səbəb olur. Iflicolma (insult) hadisələri
meydana gələ bilir.
4. Ürək xəstəliklərinin, xüsusilə də ürək əzələsi
infarktının əmələ gəlməsinə zəmin yaradır. Miokard
infarktı bu gün ölkəmizdə və bütün dünyada ölümə ən
çox səbəb olan xəstəliklərdən biridir. Siqaret çəkənlər
arasında çəkməyənlərlə müqayisədə həm infarkt, həm
də infarktdan ölüm hadisələri 10 dəfə çox müşahidə
edilir.
Siqaretin digər zərərləri
1. Hafizə zəifləyir. Ona görə ki, damarlarda
kirəclənmə ( arteriyoskleroz) baş verir.
2. Əhvali-ruhiyyə pozulur, yuxusuzluq əmələ
gəlir.
3. Dəridə qırışlar yaranır.
4. Hamilə qadınların hələ doğulmamış uşaqları
ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğumu,
hətta ölü doğum ehtimalı artır.
5. Uşağını əmizdirən analarda nikotin ana südü
vasitəsilə körpəyə keçir və bunun ona mənfi təsirləri
olur.
6. Siqaret çəkənlərin yanında oturanlar da
siqaretdən zərər çəkir. Evdə siqaret çəkən bir ata öz
uşaqlarını da zəhərləyir.
7. Siqaret çəkməyin zərərləri, şübhəsiz ki, burada
göstərilənlərdən daha çoxdur. Indiyə qədər siqaret
çəkməyin faydasını heç kim görməmişdir. Nəticə
olaraq da aşağıdakıları söyləmək istəyirik:
Siqaret çəkməyə vərdiş etməyənlər heç bir zaman
bu işə başlamasınlar, çəkənlər isə tərgitməyin yollarını
324
axtarsınlar.
Bir tək siqaret belə ürək ağrılarını sürətləndirmək
üçün kifayətdir. Siqaret çəkən şəxsin orqanizmi, heç
bir iş görmədən belə yorulur. Bununla birlikdə,
ə
vvəldən infarkt xəstəliyi keçirənlərin ürək ağrıları
siqaret çəkdikdən sonra yenidən başlaya bilir.
Siqaret çəkənin gücü, qüvvəti azalır
Siqaret çəkən bir şəxsin yaşa dolduqca müxtəlif
xəstəliklərə tutulması işin yalnız bir tərəfidir. Burada
məsələyə bir də başqa bir cəhətdən baxmaq lazımdır.
Məsələn, eyni yaşda olan iki şəxsi müqayisə edək.
Onlar hər ikisi istər fiziki, istərsə də digər potensial
imkanlarına görə eyni bir səviyyədə olsunlar. Bunlar-
dan siqaret çəkən şəxs siqaret çəkməyənlə müqayisədə
gücdə, qüvvətdə, müxtəlif atletik hərəkətlərdə, hər cür
iş görməkdə daima geri qalacaqdır. Ona görə ki,
siqaret orqanizmin hər cür məhsuldarlığını 20%
nisbətində aşağı salır.
Bir sözlə, insanın gücünü, qüvvətini azaldan bir
maddəyə gənclərin böyük həvəs göstərməsini heç cür
izah etmək mümkün deyildir.
Siqaret əleyhinə kompaniya
Siqaretin insan səhhətinə olan zərərli təsirləri başa
düşüldükdən sonra, başda ABŞ olmaqla, bir çox qərb
ölkələrində siqaret çəkməyin əleyhinə böyük bir
təbliğat kompaniyası başladılmışdır. Məsələn, 30 il
ə
vvəl Amerikada siqaret reklamları televiziya
verilişlərindən çıxarılmış və siqaret qutularının üstünə
«Siqaret çəkmək səhhətiniz üçün zərərlidir!» cümləsi
yazılmışdır. Bu cür təbliğat vasitələrinin təsiri zaman
325
keçdikcə özünü göstərmişdir. Bu gün Amerika xalqının
ə
ksəriyyətinin siqaret çəkmədiyi müəyyənləşdiril-
mişdir. Ölkəmizdə də siqaret əleyhinə, kifayət dərə-
cədə olmasa da, bəzi tədbirlər həyata keçirilməyə baş-
lanmışdır. Məsələn, siqaret çəkməyənlər üçün qatarda
ayrıca vaqon ayrılması, təyyarədə də onlara ayrıca bir
yer verilməsi bu baxımdan təqdirəlayiqdir. Bundan
başqa, siqaret qutularının üstündə «Səhiyyə Nazirliyi
xəbərdarlıq edir. Siqaret çəkmək səhhətiniz üçün
zərərlidir!» cümləsi yazılmışdır. Arzumuz bu cür
tədbirlərin daha da genişləndirilməsindən ibarətdir.
Gündə sadəcə bir qutumu siqaret çəkirsiniz? Bir il
müddətində həmin qutuların kiçik bir təpə əmələ
gətirdiyini heç ağlınıza gətirdinizmi? Yanıb kül olan
pullarınızı,
vaxtsız
itirilən
sağlamlığınızı
heç
düşündünüzmü?
Dostları ilə paylaş: |