Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 

 

 

257


Sirkə haqqında 

 

Yeyinti turşularına sirkə, limon, süd, alma və digər 

turşular aiddir. 

Limon  turşusu  -  limon və  yabanı  nar  şirəsindən, 

eləcə  də  tənbəki  yarpaqlarından,  şəkər  məhlulunu 

xüsusi  göbələklərlə  (Asperiglies  niger)  qıcqırtmaqla 

alınır.  Pərakəndə  satış  üçün  limon  turşusu  10-20  qr 

kütlədə  karton  qutucuqlarda  və  sellofan  paketlərdə 

qablaşdırılır.  Yeyinti  sənayesində,  spirtsiz  içkilərin, 

ş

irniyyat  məmulatının,  kompotların  istehsalında  və 



kulinariyada istifadə olunur.  

Sirkə  turşusu  –  asetat  turşusunun  (CH

3

COOH) 



zəifləşdirilmiş  3-10%-li  məhlulundan  ibarətdir.  Sirkə 

turşusunu  qədimdən  tərkibində  şəkər  olan  meyvə  və 

giləmeyvə  şirələrinin  sirkə  turşusuna  qıcqırdılması 

(Mycaderma  aceti  bakteriyalarının  iştirakı  ilə  bioloji 

üsulla

 

) yolu ilə əldə ediblər. Lakin müasir dövrdə sirkə 

digər  üsullarla  da  (Ağacın  quru  distilləsi  və  sintetik 

üsulla  asetilendən)  alınır.  Yeyinti  məqsədləri  üçün 

ə

sasən bioloji üsulla alınmış sirkədən istifadə edilir. 



Hazırlandığı xammaldan asılı olaraq sirkə müxtəlif 

adlarda  –  üzüm  sirkəsi,  alma  sirkəsi,  tut  sirkəsi,  bal 

sirkəsi və s. adlarda satışa buraxılır. Sirkəni pərakəndə 

satış üçün 0,1; 0,25 və 0,5 litr tutumlu şüşə butulkalara, 

istehsalata  göndərmək  üçün  15;  25  və  60  litr  tutumlu 

balonlara doldururlar.  

Ağacın  quru  destilləsindən  sirkə  cövhərini  70-

80%-li  olmaqla  40;  60  və  100  ml  tutumlu  şüşələrdə 

satışa  verirlər.  Sirkəni  quru  və  sərin  yerdə  saxlamaq 

lazımdır. 

“Qurani –Kərim”-də buyurulur: 


 

258


 “Siz xurma ağaclarının meyvəsindən və üzüm-

lərdəşərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mö-

vüc,  bəhməz,  quru  xurma  və  s.)

  düzəldirsiniz.  Şüb-

həsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrə

vardır.” (ən – Nəhl, 16/67).  

Göründüyü  kimi  bu  ayədə  meyvələrdən  alınan 

qidalı məhsullarla yanaşı, sirkədən də söhbət gedir. 

 

Sirkə haqqında hədislə

 

Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  



1.  “Hər  kəs  sirkə  yesə,  onun  başı  üstündə  bir 

mələk  durar  və  o,  yeyib  qurtarana  qədər  onun  üçün 

istiğfar edər”. 

2.  “Nə  yaxşı  çörək  qatığıdır  sirkə?  Sirkə  olan  ev 

kasıb deyil”. 

3.  “Nə  yaxşı  çörək  qatığıdır  sirkə!  Ey  Allahım, 

sirkəni  bizə  mübarək  elə.  O  məndən  qabaqkı 

peyğəmbərlərin də çörək qatığı olub”. 

Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Sizə  tövsiyə 

edirəm sirkəni. O sizin daxilinizdə olan bütün canlıları 

(qurdları) qətlə yetirər”. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

259


YEMƏK  VƏ  IÇMƏK  QAYDALARI 

 

 

Məlumdur  ki,  insanın  həyatı  və  səhhəti  bilavasitə 



onun  təmiz  və  pak  olması  ilə  əlaqədardır.  Təsadüfi 

deyil ki, bütün şəriət kitabları təharət bəhsi ilə başlanır. 

Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Din  özü  paklıq 

üzərində qurulub”.  

Çünki o pak bir mənbədən, ilahi bir çeşmədən öz 

başlanğıcını götürüb. O çeşmə münəzzəh və pakizədir. 

Peyğəmbər  (s.ə.v.)  buyurub:  “Allah-təala  özü  pakdır, 

pak olmağı da xoşlayır”. Odur ki, insanın bədəni və əli 

nə qədər təmiz və pak olsa da,  yeməkdən qabaq əlləri 

yumaq  lazımdır,  bunun  böyük  fəziləti  vardır.  Rəsuli-

Ə

krəm (s.ə.v.) buyurub ki, hər kəs xeyir və bərəkətini 



artırmaq istəyirsə, yeməkdən qabaq əllərini yusun. 

Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Yeməkdən qabaq 

dəstəmaz  almaq  fəqirliyi  aparar,  yeməkdən  sonra 

dəstəmaz  almaq  qəm-qüssəni  aparar  və  gözə  sihhət 

verər

”. 


Imam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs təamdan 

qabaq əllərini yuyub dəsmal ilə silməsə, əlində rütubət 

qaldığı müddətdə o təamın bərəkəti getməz”. 

Böyük  din  rəhbərlərimizdən  bizə  yetişən  bu 

xəbərlərə müvafiq olaraq, bizim yerlərdə qabaqkı dövr-

lərdə  hər  məclisdə  “əl  suyu”  verilərdi.  Bundan  ötrü 

xüsusi  yaraşığı olan bədii zövqlə bürüncdən qayrılmış 

“aftafa-ləyən”  olardı,  süfrənin  əvvəlində  və  axırında 

məclisi  idarə  edən  “xəlifə”  həmin  “aftafa-ləyən”  ilə 

məclis əhlinin qabağına gəlib, onların əlinə su tökərdi, 

sonra  qolu  üstə  gəzdirdiyi  dəsmalı  onlara  təqdim 

edərdi.  Bu  “əlyuma”  mərasimi  məclisə  xüsusi  bir 



 

260


rövnəq  verərdi.  Təəssüf  ki,  bu  gözəl  adət  sonralar 

aramızdan  götürüldü.  Müasir  cavanlar  indi  o  “aftafa-

ləyən”i bəlkə muzeylərdə görə bilərlər. 

Bizim keçmiş zamandakı məclislərin qaydası belə 

idi.  Hər  məclisdə  yeməkdən  qabaq  əllər  yuyulub  pak 

və təmiz olurdu; ona görə də aş və plov kimi xörəkləri 

qaşıqla  yox,  əl  ilə  yeyərdilər.  Bu  adət  Peyğəmbərimiz 

(s.ə.v.)  cənablarından  bizə  gələn  miras  idi.  O  Cənab 

(s.ə.v.)  buyurub  ki,  yeməkdən  sonra  barmaqlarınızı 

yalayın, ondan sonra yuyun və ya dəsmalla silin. 

Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  

1. “Mən təvazökar bəndəyəm, qullar ilə birlikdə yer-

də oturub təam yeyirəm, barmaqlarımı da yalayıram”. 

2.  “Məclisin  əvvəlində  gərək  mənzil  sahibi  əvvəlcə 

ə

lini  yusun,  məclisin  axırında  isə  mənzil  sahibi  əlini  ən 



axırda yusun. Çünki o, ev sahibidir, əli batıq halda məc-

lisin  axırına  qədər  durub  gözləyə  bilər,  amma  qonaqları 

ə

li batıq halda intizarda qoymaq ədəbsizlik olar”. 



Rəvayət edirlər ki, o Cənab (s.ə.v.) süfrənin axırın-

da  əlini  yuyub,  üzünə  və  başına  çəkərdi,  sonra  dəs-

malla  qurulayardı  və  bu  duanı  oxuyardı:  “Əllahum-

məcəlni mimmən la yərhəqü vücuhühum qətərün və la 

zillə”. Yəni: “Ay Allahım, məni o kəslər cümləsindən 

qərar ver ki, onların üzünə simiclik və zillət gəlməz”. 

3.  “Hər  kəs  öz  evində  xeyir-bərəkəti  artırmaq 

istəyirsə,  təam  başlayan  vaxtda  və  təam  qurtarandan 

sonra  əlini  yusun.  Hər  kəs  buna  riayət  etsə,  həmişə 

firavan yaşayar və bədənində heç bir naxoşluq olmaz”. 

4.  “Yeməkdən  sonra  əlinizi  yuyub,  onda  qalan 

rütubətlə  gözlərinizə  məsh  edin  ki,  göz  ağrısından 

ə

manda olasınız”. 



Həzrəti Əlidən (ə) rəvayət olunur ki, buyurdu:  

 

261


1.  “Təam  yeməyə  başlayanda  Allah-Təalaya  zikr 

elə  ki,  o  təam  Allahın  nemətlərindən  biridir.  Ondan 

ötrü şükr etmək lazımdır”. 

2.  “Təam  yeyəndə  qullar  kimi  yerdə  oturub  ye, 

ayaqlarını  bir-birinin  üstünə  aşırma  və  dizi  üstə 

oturma.  O  cür  oturmaqdan  Allahın  xoşu  gəlmir  və 

adam üçün günahdır. 

Imam Cəfər Sadiq  (ə) buyurub ki, süfrə üstə olan 

müddəti  uzadın,  çünki  o  müddət  sizin  ömrünüzdən 

hesab olunmayır. 

Imam Həsən (ə) buyurub ki, süfrəyə aid on iki xis-

lət  var.  Hər  müsəlmana  vacibdir  ki,  onları  bilsin.  On-

ların dördü vacib, dördü müstəhəb, dördü isə ədəbdir.  

Vacib olan şeylər bunlardır: 1) mərifət, yəni Allahı 

öz sifətlərilə tanımaq; 2) riza, yəni Allahdan gələn hər 

bir  şeyi  razılıqla  qəbul  etmək;  3)  təsmiyə,  yəni 

“Bismillahir-rəhmanir-rəhim” demək; 4) şükr etmək. 

Müstəhəb  olan  şeylər  bunlardır:  1)  yeməkdən  qa-

baq əli yumaq, boynunda cənabət qüslü olan adama bu 

iş  daha  təkidlə  lazımdır;  2)  yemək  zamanı  bədənin 

ağırlığını  sol  tərəfə  salmaq;  3)  təamı  üç  barmaqla  gö-

türüb  yemək;  4)  yeyib  qurtarandan  sonra  barmaqları 

yalamaq. 

Ə

dəbə aid olan şeylər isə bunlardır: 1) təamın sənə 



tərəf  çevrilmiş  yerindən  yeyəsən;  2)  loxmaları  kiçik-

kiçik  edəsən;  3)  təamı  yaxşı-yaxşı  çeynəyəsən;  4) 

süfrədə oturan adamların üzünə az baxasan. 

Ə

mir  Ibni  Qeys  nəql  edir  ki,  Mədinədə  Imam 



Muhəmməd Baqir (ə) mənzilinə varid oldum. Gördüm 

ki,  o  Cənabın  qabağında  süfrə  var,  təam  tənavül  edir. 

Soruşdum  ki,  bu  süfrənin  həddi  (həqqi)  nədir?  O 

Cənab  (ə)  buyurdu:  “Süfrəni  salanda  “Bismillah”  de, 



 

262


qurtaranda  “Əlhəmdülillah”  de,  yeyəndə  isə  təamın 

kənarlarından götürüb ye. Bunlar süfrənin həddidir”. 

Imam Cəfər Sadiq (ə) sol əl ilə yeməyi və içməyi 

məkruh hesab edərdi. 

Rəsuli-Əkrəm  (s.ə.v.)  Həzrəti  Əli  (ə)  cənablarına 

buyurur: “Ya Əli, yeməyə duz ilə başla, qurtaranda da 

duz  ilə  qurtar.  Çünki  duzda  yetmiş  dərdin  şəfası  var. 

Onlardan  bəzisi  bu  xəstəliklərdir:  dəlilik,  cüzam, 

alalıq, boğaz ağrısı, diş ağrısı, qarın ağrısı”. 

“Tibbül-əimmə”  kitabında  Imam  Cəfər  Sadiqdən 

(ə)  nəql  edilir  ki,  o  Cənab  (ə)  buyurub:  “Imkan  olan 

halda yol gedə-gedə yemə”. 

Rəvayət edirlər ki, o Cənabı söykənmiş halda təam 

yeyən  görməyiblər.  O  Cənab  (ə)  özü  də  buyurub  ki, 

Rəsuli-Əkrəm  (s.ə.v.)  cənabları  vəfat  gününə  qədər 

söykənmiş halda heç bir şey yeməzdi. 

Həzrəti Əli (ə) buyurub:  

1.  “Süfrədən  qayıdan  bütün  şeylər,  onunla  şəfa 

tapmaq istəyən kəslər üçün şəfadır”. 

2. “Təama üfürmək, onun bərəkətini aparar”. 

Bu üfürmək  ya təam soyutmaq üçün,  ya da başqa 

məqsəd  üçün  ola  bilər.  Hər  məqsədlə  olsa  da,  bu  iş 

məsləhət deyil.  

Bir  dəfə  Rəsuli-Əkrəm  (s.ə.v.)  hüzuruna  çox  isti, 

qaynar  təam  gətirdilər.  O  Həzrət  (s.ə.v.)  buyurdu: 

“Qoyun  qalsın,  soyusun,  bərəkət  soyuqdadır,  isti  şey 

bərəkətsiz olar”. 

Ə

mirül-möminin Əli (ə) buyurub:  



1.  “Hər  kəs  öz  kasasını  yalasa,  mələklər  ona 

sələvat göndərər və onun ruzisinin bol olması üçün dua 

edərlər, onun üçün əlavə səvablar yazılar”. 

2.  “Hər  kəs  təmiz  və  pakizə  təam  yesə,  təamı 



 

263


yaxşı-yaxşı çeynəsə, meyli və iştahası olan halda təamı 

tərk etsə və mədəsini boşaltmaq lazım olan vaxtda ona 

mane  olmasa,  ölüm  xəstəliyi  gəlməyincə  heç  vaxt 

xəstələnməz”. 

Imam  Cəfər  Sadiq  (ə)  zəmanə  imamı  olmaqla 

bərabər,  həm  də  bütün  dünya  elmlərinə  vaqif  bir  alim 

və bir haziq təbib idi. O Cənab (ə) buyurub:  

1.  “Yaşlı  qoca  gərək  qarnı  təam  ilə  dolu  olarsa 

yatmasın.  Bu,  onun  yuxusu  üçün  yaxşıdır,  həm  də 

ağzının qoxusunu yaxşılaşdırır”. 

2.  “Əgər  sizi  təama  dəvət  ediblərsə,  məbadə  öz 

oğlunuzu  da  aparasınız.  Əgər  belə  etsəniz,  həram 

yemiş olarsınız və özünüzə günah qazanarsınız”. 

3.  “Tox  qarına  yemək,  alalıq  xəstəliyinə  səbəb 

olar”. 

4. “Çox yemək məkruhdur”. 



5. “Hər kəs dəvət olunmadan bir təam yesə, elə bil 

ki, bir parça od yeyib”. 

Imam  Rza  (ə)  buyurub:  “Yeməkdən  sonra  arxası 

üstə uzanıb, sağ ayağı sol ayağın üstünə qoy”. 

Fəzl  Ibni  Yusif  adlı  bir  şəxs  nəql  edir  ki,  bir  gün 

evin  xadimi  xəbər  verdi  ki,  qapıda  bir  nəfər  durub, 

səninlə  görüşmək  istəyir.  Adı  Musa  Ibni  Cəfərdir. 

Dedim,  ey  ğulam,  əgər  o  mənim  nəzərimdə  olan  şəxs 

olsa,  səni  azad  edərəm.  Özüm  qapıya  getdim. 

Həqiqətən.  Onun  Imam  Musa  Kazım  (ə)  olduğunu 

gördüm.  Dedim,  ey  mənim  ağam,  buyur.  Sonra  ona 

evin  yuxarı  başında  yer  göstərdim.  O  Cənab  (ə) 

buyurdu:  -  Ey  Fəzl,  evin  yuxarı  başında  oturmağa  ev 

sahibi daha çox layiqdir.  Lakin Bəni Haşim nəslindən 

orada  bir  kəs  olarsa,  evin  yuxarı  başı  ona  məxsusdur. 

Sonra  ərz  elədim  ki,  sənə  qurban  olum,  bizim  üçün 



 

264


təam  hazırlanıb,  izn  versən  gətirərəm.  O  Cənab  (ə) 

buyurdu:  -  Xəlq  bunu  “gözlənməz”  (nağafil)  təam 

adlandırırlar, lakin mən onda bir kərahət görmürəm. 

Sonra  əmr  etdim,  ğulam  əl  yumaq  üçün  teşt 

gətirdi. O Cənab (ə) teştə yaxınlaşıb buyurdu: - Həmd 

olsun o Allaha ki, hər şey üçün hədd qoyub. Dedim: - 

Sənə fəda olum, bunun həddi nədir? Buyurdu: - Bunun 

həddi  odur  ki,  əvvəlcə  ev  sahibi  başlayıb  əlini  yusun 

ki, qonaqlarda fərəh və xoşhallıq yaransın. 

Sonra  o  Cənab  (ə)  “Bismillah”  deyib  əlini  yudu. 

Teşti  qaldıranda  “Əlhəmdülillah”  deyib  süfrəyə  gəldi. 

Dedim:  -  Sənə  qurban  olum,  bu  süfrənin  həddi  nədir? 

Buyurdu: -  Bunun həddi odur ki, başlayanda “Bismil-

lah”, qurtaranda “Əlhəmdülillah” deyəsən. 

Süfrədən  sonra  ğulam  diş  qurdalamaq  üçün  çöp 

gətirdi.  Soruşdum:  -  Mənim  ağam,  bəs  bunun  həddi 

nədir?  Buyurdu:  -  Bunun  həddi  odur  ki,  çöpün  ucunu 

sındırasan ki, dişin ətini yaralayıb qanatmasın. 

Sonra ğulam bir qabda şərbət gətirdi. Soruşdum ki, 

bunun  həddi  nədir?  Buyurdu:  -  Bunun  həddi  odur  ki, 

qabın qulpu olan yerdən və ya qabda sınıq yer varsa, o 

yerdən içməyəsən. Çünki o yer şeytanların yığılıb otu-

ran  yeridir.  Bir həddi də odur ki, başlayanda “Bismil-

lah”,  qurtaranda  “Əlhəmdülillah”  deyəsən.  Sonra  o 

Cənab  (ə)  buyurdu:  -  Ey  Fəzl,  süfrənin  axırında  süfrə 

ə

hli əllərini yuyandan sonra ev sahibi ən axırda öz əlini 



yumalıdır. Süfrənin ədəb qaydası belədir. 

Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  

1. “Bazarda yemək alçaqlıqdır”. 

Bir  nəfər  o  Həzrətdən  (s.ə.v.)  soruşdu:  -  Ya 

Rəsuləllah (s.ə.v.), biz bazarda yeyirik, amma doyunca 

yox,  buna  necə  baxırsız?  O  Həzrət  (s.ə.v.)  buyurdu: 



 

265


“Görünür  ki,  siz  təamı  bir  dəfədə  yox,  müxtəlif 

vaxtlarda  hissə-hissə  yeyirsiniz.  Onları  bir  yerə  yığıb, 

Allahın adını zikr edərək yeyin ki, bərəkətli olsun”. 

2. “Süfrədə oturan şəxs gərək təamı öz qabağından 

götürüb  yeyin.  Məclisdə  süfrə  əhlinə  ümumi  qabda 

təam  qoyularsa,  başqalarının  qabağından  bir  şey 

götürüb yeməsin. Həmçinin, qoyulmuş təamın ortasın-

dan  götürməsin.  Əgər  şəxs  yeyib  doysa,  yenə  də  əlini 

süfrədən  çəkməsin  ki,  hələ  doymamış  süfrə  yoldaşları 

xəcalət  çəkməsinlər,  yeyib  doysunlar.  Belə  hallarda 

şə

xs gərək özünü məşğul edib, süfrədən çəkilməsin”. 



Səhabələrdən biri nəql edir ki, bir dəfə  yeməkdən 

sonra Peyğəmbər (s.ə.s) cənabları hüzurunda gəyirdim. 

O Cənab (s.ə.v.) buyurdu:  

3.  “Gəyirməyini  dayandır,  adamların  çoxu 

dünyada tox olur, Qiyamət günündə isə aclıqları uzun 

müddət çəkir”. 

4. “Hikmət nuru – aclıqda, Allahdan uzaq olmaq – 

toxluqda, Allaha yaxın olmaq- miskinləri sevməkdə və 

onlara yaxın olmaqdadır”. 

5.  “Çox  yeyib-içməklə  qəlblərinizi  öldürməyin, 

çünki  qəlblər  də  nəbatat  kimidir,  çox  su  içdikdə 

ölürlər”. 

6. “Çox yeməyin ki, mərifət nuru sizin qəlbinizdə 

sönməsin. Hər kəs təamı yüngül etmək (əritmək) üçün 

namaz  qılıb  yatsa,  Cənnətin  huriləri  onun  yanında 

yatar”. 


Rəsuli-Əkrəm  (s.ə.v.)  cənablarından  xəbər  aldılar 

ki,  hansı  kəslərdən  Cəhənnəmə  gedən  çox  olar? 

Buyurdu:  “Içi  boş  olan  iki  şey:  qarın,  bir  də  qadın 

tənasül üzvü”. 

Başqa təbirlə desək belə olar: “Qarınqulular, bir də 


 

266


cinsi əlaqə hərisləri”. 

Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Hər  kəs  həlal 

yesə, onun başı üstə bir mələk durar və yeyib qurtarana 

qədər  onun  üçün  istiğfar  edər.  Amma  bəndənin 

mədəsində  həram  şey  olsa,  o  loxma  onun  mədəsində 

olduğu  müddətdə  asimanın  və  yerin  mələkləri  ona 

lənət edərlər. Allah-təala ona nəzər salmaz. Əgər bəndə 

həram  bir  loxma  yeyibsə,  tövbə  etməmiş  ölsə, 

Cəhənnəmə layiq olar”. 

Imam Cəfər Sadiq (ə) buyurub:  

1.  “Qızıl  və  gümüş  qabdan  su  içmək  və  təam 

yemək olmaz”. 

2.  “Gümüşdən  hazırlanmış  və  ya  üzünə  gümüş 

çəkilmiş  qabdan  su  içmək  məkruhdur.  Hətta,  əgər  bu 

cür  qabdan  qeyri  bir  qab  olmasa,  su  içəndə  ağzınızı 

gümüş çəkilməmiş yerə qoyun”. 

Imam Cəfər Sadiqdən (ə) soruşdular ki, su içəndə 

birnəfəsə içmək olarmı? Buyurdu:  

3.  “Çox  şiddətli  hərarətiniz  olsa,  birnəfəsə  içə 

bilərsiniz.  Lakin  üçnəfəsə  içmək,  birnəfəsə  içməkdən 

ə

fzəldir”. Sonra o Cənab (ə) əlavə etdi:  



4.  “Özünüzü dəvəyə oxşatmayın”. Dəvə birnəfəsə 

doyana  qədər  su  içir,  həm  də  suyu  böyük  cürələrlə 

qəbul edir və zərbə ilə onun mədəsinə tökülür. Bu cür 

su içmək insan üçün zərərlidir. 

Rəsuli-Əkrəm  (s.ə.v.)  suyu  üçnəfəsə  içərdi.  Hər 

nəfəsin  əvvəlində  “Bismillah”,  axırında  “Əlhəmdülil-

lah” buyurardı. O Cənab (s.ə.v.) ayaq üstə su içməkdən 

nəhy  edib.  Yemək  barəsində  soruşanda,  o  Cənab 

(s.ə.v.)  buyurdu  ki,  ayaq  üstə  yemək,  ayaq  üstə  su 

içməkdən də pisdir. 

Imam Cəfər Sadiqdən (ə) suyun dadını soruşdular. 


 

267


O Cənab (ə) buyurdu: “Suyun dadı, həyatın dadı kimi-

dir”. 


Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub  ki,  haçan  sizin  su 

və ya xörək qabına milçək düşsə, onu tamamilə o suya 

və ya xörəyə batırın, sonra çıxarıb atın. Çünki onun bir 

qanadında xəstəlik, o biri qanadında şifa var. O həmişə 

xəstəlik  olan  qanadını  suya  və  ya  təama  vurur.  Onu 

orada tamamilə çimdirin ki, şifa olan qanadı o xəstəliyi 

aparsın. 

Ş

am  yeməyi.  Axşam  yeməyinin  bədən  üçün 

böyük  əhəmiyyəti  vardır.  Yaşlı  adamlarda  bunu  daha 

kəskin hiss etmək olar.  

Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Hər kəs şənbə və 

yekşənbə  günləri  ardıcıl  olaraq  axşam  yeməyini  tərk 

etsə, onun bədənindən elə bir qüvvə gedər ki, qırx gün 

geriyə qayıtmaz”. 

Həzrəti-Əmirül-möminin 

Ə

li 



(ə) 

buyurub: 

“Peyğəmbərlərin şam yeməyi işa namazından sonradır. 

Ş

am  yeməyini  tərk  etmək,  bədənin  xarab  olmasına 



səbəb olar”. 

Imam Cəfər Sadiq (ə) buyurub:  

1.  “Şam  yeməyini  tərk  etmə.  Heç  olmazsa,  duzla 

üç loxma yeginən”. 

2. “Hər kəs şam yeməyini bir gecə tərk etsə, onun 

bədənindən  bir  damar  ölər  və  daha  heç  zaman 

dirilməz”. 

Yemək, içmək və onlar ilə əlaqədar olan məsələlər 

barəsində  hədis,  kəlam  və  imamlardan  bizə  yetişən 

rəvayətləri  belə  kiçik  kitabda  yerləşdirmək  olmaz. 

Islamdan  tamamilə  ayrı  düşmüş  bugünkü  cavanlar 

burada  zikr  olanları  bilsələr  və  onlara  əməl  etsələr, 

müəllif  bilər  ki,  yuxusuz  gecələrinin  məhsulu  olan  bu 


 

268


kitab  öz  səmərəsini  veribdir.  Müəllifin  mükafatı  da 

bundan  ibarətdir,  çünki  bu  kitabın  tərtibində  onun 

məqsədi  fəqət  islamın  təbliği  və  xalqın  xoşbəxtliyi 

olubdur. 

 

YEMƏK YEMƏYIN ƏDƏBLƏRI  

HAQQINDA HƏDISLƏ

 

Mərhum  Məclisi  “Məvalidus-sadiqin”  kitabından 



rəvayət  etmişdir  ki,  Allahın  Rəsulu  (s.ə.v.)  hər  cür 

yemək  yeyərdi.  Yemək  yeyəndə  ailəsi  və  xidmətçiləri 

ilə birlikdə  yeyərdi. Həmçinin o həzrəti öz süfrələrinə 

dəvət etsəydilər, qəbul  edər və onlarla birlikdə  yemək 

yeyərdi.  Yalnız  evinə  qonaq  gəldikdə  qonaqla  qalar, 

onunla  birlikdə  süfrə  başında  oturardı.  O  həzrət  üçün 

ə

n  yaxşı  yemək  süfrə  başında  çox  adamın  daddığı 



yemək idi. 

Imam  Cəfər  Sadiq  (ə)  buyurur:  Allahın  Rəsulu 

(s.ə.v.) camaatla birlikdə yemək yedikdə onlar utanma-

sınlar deyə, hamıdan əvvəl yeməyə əl uzadar, hamıdan 

sonra yeməkdən əl çəkərdi. Həmçinin imam Əlidən (ə) 

rəvayət  edilmişdir  ki,  Peyğəmbər  (s.ə.v.)  orucluq 

vaxtları  camaatla  iftar  edərkən  belə  buyurardı:  “Oruc 

tutanlar  sizin  yanınızda  iftar  etdilər,  yaxşı  insanlar 

sizin yeməyinizdən yedilər, Allahın seçilmiş bəndələri 

sizə salam göndərirlər”. 

Allahın  Rəsulu  (s.ə.v.)  heç  vaxt  tənha  yemək 

yeməzdi.  Onun  nəzərində  ən  pis  adam  tənha  yemək 

yeyən,  bəndələri  incidən  və  ehsan  etməyəndir.  Həm-

çinin buyurardı: “Süfrədən çörək qırıntılarını atmayın, 

onları  ovucunuza  töküb  yeyin,  çünki  süfrədəki  çörək 

qırıntılarını  yeməklə  özünüzdən  və  övladlarınızdan 

kasıbçılıq və ehtiyacları uzaqlaşdırmış olarsınız”. 


 

269


“Üsuli-kafi”  kitabında  nəql  edilmişdir  ki, 

Peyğəmbərin  (s.ə.v.)  yanında  süfrə  salınanda  buyu-

rardı:  “Ey  Allah,  sən  paksan,  bizi  sınadığın  şeylər  nə 

gözəldir,  bizə  verdiklərin  nə  çoxdur,  bizə  verdiyin 

sağlamlıq  və  nemətlər  nə  çoxdur.  Ey  Allah,  bizim 

ruzimizi,  həmçinin  kasıb  mömin  kişilər,  mömin 

qadınlar,  müsəlman  kişilər,  müsəlman  qadınların  da 

ruzisini çoxalt”. 

Ş

eyx  Səduq  “Əmali”  kitabında  imam  Əlidən  (ə) 



rəvayət  edir  ki,  Allahın  Rəsulu  (s.ə.v.)  hər  dəfə  təzə 

meyvə  gördükdə  onu  öpər,  gözünə  və  dodaqlarına 

qoyar  və  deyərdi:  “Ey  Allah  bu  meyvənin  əvvəlində 

sağlam olduğumuz kimi axır vaxtında da sağlam olaq”. 

Ə

ys Ibni Qasim deyir: - Imam Cəfər Sadiqdən (ə) 



soruşdum  ki,  Peyğəmbərin  (s.ə.v.)  buğda  çörəyini  heç 

vaxt  doyunca  yemədiyi  barədə  olan  hədis  düzdürmü? 

Imam  buyurdu:  -  Yox!  O  Həzrət  ümumiyyətlə  buğda 

çörəyi  yeməmiş,  arpa  çörəyindən  isə  doyunca  istifadə 

etməmişdir  və  Aişə  (A.o.r.)  deyirdi:  -  Peyğəmbər 

(s.ə.v.) vəfat edənədək doyunca arpa çörəyi yemədi. 

Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: - Alla-

hın  Rəsulu  (s.ə.v.)  hamıdan  arıq  idi,  qarnı  başqalarına 

nisbətən boş idi. Elə ac qarınla da dünyadan köçdü və 

sağlam dinlə axirətə daxil oldu. 

Deyləmi  yazır:  -  Bir  gün  Peyğəmbər  (s.ə.v.)  şid-

dətli  aclığa  məruz  qaldı,  belə  ki,  aclığın  ağırlığından 

qarnına daş bağladı və buyurdu:  - Hər şəxs öz nəfsini 

bəsləsə  (qarınqulu  olsa),  zəlil  olacaq  və  hər  şəxs  öz 

nəfsini xar edərək həva  həvəsini darmadağın etsə, bö-

yük və əzəmətli olacaqdır. Bu dünyaya bel bağlamayan 

şə

xs  qiyamət  günü  hər  cür  ilahi  nemətlərdən 



faydalanacaqdır.  Amma  bu  dünyada  nəfs,  qiymətli 

 

270


paltarlar  geyib,  dünya  nemətləri  içrə  qərq  olarsa  (və 

bunlar tam halal  yolla olmazsa), həmin adam qiyamət 

günündə ac və çılpaq olacaqdır. 

Imam  Cəfər  Sadiq  (ə)  buyurur:  -  Həzrət  Cəbrayıl 

(ə)  Islam  Peyğəmbərinin  (s.ə.v.)  yanına  gəlib  dedi:  - 

“Allah-Təala sənə salam göndərdi və buyurdu: -  Əgər 

Peyğəmbər  (s.ə.v.)  istəyirsə,  bu  Məkkə  torpağı  onun 

üçün  qızıla  dönsün”.  Peyğəmbər  (s.ə.v.)  üç  dəfə 

asimana  nəzər  saldı  və  sonra  buyurdu:  -“Ilahi,  mən 

istəyirəm ki, bir  gün tox olaraq sənə şükr edim  və bir 

gün ac olaraq sənə dua edim”. 

“Üsuli-kafi”də  Imam  Cəfər  Sadiq  (ə)  buyurur:  - 

Peyğəmbərin  (s.ə.v.)  ən  çox  sevdiyi  yemək  sirkə  ilə 

zeytun  idi,  o  həzrət  özü  buyurardı  ki,  bu  xörək 

Peyğəmbərlərin xörəyidir. 

Abdullah  ibni  Məsud  deyir:  -  Peyğəmbər  (s.ə.v.) 

bir qabda su içdikdə üç nəfəsə içərdi, hər dəfə Allahın 

adını çəkər və axırda şükr edərdi. 

Isti  və  qaynar  xörəklər  soyumayınca,  Allahın  Rə-

sulu (s.ə.v.) o xörəyi yeməzdi. O Həzrət buyurmuşdur: 

-  “Allah-Təala  bizə  od  yedizdirməmişdir.  Qaynar 

yeməyin bərəkəti olmaz. Buna görə də əvvəlcə xörəyi 

soyudun”.  Yemək  yeməyə  başladıqda  Allahın  adını 

çəkər,  yemək  gətiriləndə  başqalarından  tez  yeməyə 

başlamazdı.  Yeməkdən  bəzən  üç  və  bəzən  də  dörd 

barmağı  ilə  götürər,  amma  heç  vaxt  iki  barmağı  ilə 

yemək  yeməzdi  və  bu  barədə  belə  buyurardı:  -  “Iki 

barmaqla xörək yemək şeytanın adətidir”. 

Peyğəmbər  (s.ə.v.)  qarpız,  üzüm  və  xurma  yeyər, 

amma  başqalarını  narahat  etməsin  deyə  sarımsaq, 

soğan  və  tərə  yeməzdi.  Heç  bir  xörəyi  pis  saymazdı, 

ürəyi  istəsəydi  yeyərdi,  xoşuna  gəlməsəydi  yeməzdi. 



 

271


Amma  başqalarına  qadağan  etməzdi.  Yemək  yediyi 

qabı barmaqları ilə təmizləyər və buyurardı: - “Xörəyin 

qabdakı qalıqlarının bərəkəti daha çoxdur”. Yeməkdən 

sonra  xörəkli  olan  üç  barmağını  bir-bir  ağzında  pak 

edər, sonra isə əllərini su ilə yuyardı. 

Allahın  Rəsulu  (s.ə.v.)  su  içərkən  belə  buyurardı: 

“Şükr  olsun  Allaha  ki,  insanların  günahlarının  çoxlu-

ğ

una görə suyu acı və şor etmədi, əksinə öz neməti ilə 



suyu şirin və dadlı etdi”. 

Bir  gün  Peyğəmbər  (s.ə.v.)  bir  evin  kənarından 

keçirdi.  Bir  qadının  öz  kənizini  söydüyünü  eşitdi. 

Qadına dedi: - Get yemək ye. Qadın dedi: - Ey Allahın 

peyğəmbəri,  mən  oruc  tutmuşam.  Peyğəmbər  (s.ə.v.) 

buyurdu: - Sən necə orucsan ki, öz kənizini söyürsən? 

(Fürui-kafi). 

 


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin