Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   24   25   26   27   28   29   30   31   32

Siqaret və qadın 

 

Dünyada  işləyən  qadınlar  və  tələbələr  arasında 

siqaret çəkmək vərdişinin getdikcə yayılmaqda olduğu 

özünü göstərir. Halbuki, bu vərdiş qadınlar üçün baha 

başa  gəlir.  Beləliklə,  siqaret  çəkməyin  qadınlara  gös-

tərdiyi  mənfi  təsirləri  aşağıdakı  kimi  yekunlaşdırmaq 

mümkündür. 

1.  Qadın  orqanizmi  siqaretin  mənfi  təsirlərinə 

kişilərinkindən  daha  həssasdır.  Eyni  vəziyyət  içki 

düşgünlərində də özünü göstərir. Kişilər arasındakı içki 

düşgünlərinin  qaraciyər  serrozuna  tutulma  riski  hər 

gün  132  q  təmiz  alkoqol  qəbul  edildikdə  baş  verir. 

Qadınlarda  isə  eyni  risk  gündə  yalnız  52  q  alkoqol 

qəbul  etməklə  də  meydana  gələ  bilir.  Eyni  bir  şəkildə 

içki  içən  və  siqaret  çəkən  qadınların  kişilərlə 


 

326


müqayisədə xərçəng xəstəliyinə tutulma ehtimalı daha 

böyükdür. 

2.  Siqaret  çəkən  qadın  öz  səhhətinə  zərər  verdiyi 

kimi,  hamilə  olduğu  zaman  hələ  anadan  olmamış 

uşağının  da  zəhərli  bir  təsirə  məruz  qalmasına  səbəb 

olur. 


17000  uşaq  üzərində  aparılan  tədqiqatlar  siqaret 

çəkən  bir  ananın  uşağının  müxtəlif  mənfi  təsirlərə 

məruz  qaldığını  göstərmişdir.  Ortaya  çıxan  nəticə 

həqiqətən qorxuducudur. 

Hamiləliyin dördüncü ayından etibarən hər gün 10 

ə

dəd siqaret çəkən anaların uşaqlarında doğum zamanı 



ölüm  nisbətinin  30%-lik  bir  rəqəm  miqdarında  artdığı 

müşahidə  edilmişdir.  Bundan  başqa,  siqaret  çəkən 

anaların dünyaya gətirdikləri uşaqların normaldan daha 

az bir çəkidə olduğu, belə analarda düşük və ölü uşaq 

doğma ehtimalının da daha böyük olduğu qəbul edilir. 

Bütün  bunlarla  birlikdə,  ananın  siqaret-  çəkmə  vərdişi 

uşağının  şikəst  və  fiziki  cəhətdən  qüsurlu  olaraq 

doğulma ehtimalını da artırır. 

3.  Sadəcə  siqaret  çəkən  deyil,  siqaret  çəkilən 

otaqda  olan  bir  qadın  da  olduğu  yerdə  tüstülü  havanı 

tənəffüs  etməklə  özünə  zərər  verir.  Bir  sözlə,  siqaret 

çəkən  bir  qadının  doğum  əsnasında  da  bir  çox  başqa 

problemləri ola bilir. 

4.  Evdə  siqaret  çəkən  bir  qadın  evində  ağır  bir 

havanın  əmələ  gəlməsinə  səbəb  olur.  Əgər  körpə 

uşaqlar  belə  bir  evdə  qalırlarsa,  tənəffüs  yolları 

xəstəliklərinə daha tez tutulurlar. Şübhəsiz ki, eyni bir 

vəziyyətin  ortaya  çıxmasında  siqaret  çəkən  kişinin  də 

təqsiri vardır. 

5.  Siqaret  çəkən  bir  qadın  uşağına  yalnız  hamilə 



 

327


olduğu 

zaman 


deyil, 

doğumdan 

sonra 

onu 


ə

mizdirdikdə  də  ziyan  verir.  Ona  görə  ki,  siqaretdəki 

zərərli  bir  maddə  olan  nikotin  ana  südü  vasitəsilə 

uşağın orqanizminə daxil olur. 

 

Siqaret haqqında dini hökm 

 

Din alimlərimiz siqaret çəkmək barəsində açıq və 



qəti  hökmlər  olmadığına  görə,  içki  kimi  bu  pis  vərdiş 

haqqında  müəyyən  bir  söz  söyləyə  bilməmişdirlər. 

Buna  baxmayaraq,  müqəddəs  dinimizin  siqaret 

çəkməyə də yaxşı gözlə baxmadığı aydındır. 

Məlumdur ki, insan bədəni Yaradan tərəfindən ona 

bir  nemət  olaraq  verilmişdir.  Hər  bir  kəs  bu  gözəl 

nemətdən  necə  istifadə  edəcəyi  barədə  hesabat 

verəcəyini yaxşı bilməlidir. Nikotin də insan orqanizmi 

üçün zərərli olan maddələrdən biri olduğuna görə, hər 

hansı  bir  siqaret  çəkənin  bu  baxımdan  məsuliyyət 

daşıdığı  aydındır.  Bundan  başqa,  məsələnin  bir  də 

maddi tərəfi vardır. Hər  şeydən əvvəl, siqaret olduqca 

yüksək  bir  qiymətə  satılır.  Bu  hesab  hər  ay  müəyyən 

bir məbləğdə olur ki, həmin pul da zəruri ehtiyaclardan 

kəsilərək  siqaretə  verilir.  Bu  da,  şübhəsiz  ki,  Quran 

ayələrindən  birində  deyilən  “…Yeyiniz,  içiniz,  israf 



etməyiniz. Çünki (Allah) israf edənləri sevməz!” (əl-

Ə

raf, 7/31) fikri ilə ziddiyyət təşkil edir. 



Bundan  əlavə,  Peyğəmbərimiz  (s.ə.v.)  müxtəlif 

hədisi-şəriflərində insan səhhətinin qiyməti üzərində də 

dayanmışdır. Məsələn: 

1.  “Insanların  çoxunun  başa  düşmədiyi  və 

qiymətini  düzgün  təqdir  etmədiyi  iki  nemət  vardır: 

bədənin sağlamlığı və boş vaxt”. 

2.  “Iman  müstəsna  olmaqla,  heç  bir  kimsəyə 


 

328


sağlamlıqdan daha xeyirli bir nemət verilməmişdir”. 

3.  “Alahın  qulu  qiyamət  günündə,  dörd  şeydən 

hesabat  vermədikcə,  Hüzuru-Rəbbil-Aləmindən  ayrıla 

bilməz:  bunlardan  birincisi,  öz  ömrü  barədə  hesaba-

tıdır.  Yəni  ömrünü  nəyə  həsr  etdiyini  göstərməlidir. 

Ikincisi, elmindən və elmi ilə nə iş gördüyündən hesa-

bat  verməlidir.  Üçüncüsü,  malını  nəyə  sərf  etdiyini, 

dördüncüsü isə canına necə baxdığını söyləməlidir”. 

4.  “Sağlamlıq  qaydalarına  riayət  edərək  qüvvətli 

olan  mömin  həmin  qaydalara  əməl  etmədiyi  üçün 

gücsüz  və  zəif  düşmüş  mömindən  Allah  qarşısında 

daha xeyirli və daha sevimlidir”. 

Hədisi-şəriflərdən  də  göründüyü  kimi,  hər  bir 

insan  öz  səhhətini  qorumalıdır.  Daha  doğrusu,  hər  bir 

şə

xs orqanizmi zəhərləndirən və ona pis təsir edən hər 



ş

eydən  çəkinmək  məcburiyyətindədir.  Siqaret  və 

papiros da, şübhəsiz ki, bu hökmün xaricində deyildir. 

Peyğəmbərimiz  (s.ə.v.)  başqa  bir  hədisi-şərifində 

də buyurmuşdur: “Müsəlman əlindən və dilindən digər 

müsəlmanların  incimədiyi  bir  insandır”.  Belə  ki, 

şə

hərlərarası  avtobuslarda  və  yaxud  ümumi  bir  yığın-



caqda siqaret çəkən bir şəxs digər siqaret çəkməyənləri 

də  müəyyən  bir  dərəcədə  zəhərləyir.  Bu,  onun  siqaret 

çəkməyən  digər  mömin  qardaş  və  bacılarına  əziyyət 

verməsi  deyil,  bəs  nədir?  Qul  haqqının  axirətdə 

hesabını verməyin ən çətin bir iş olduğu isə hamımıza 

yaxşı məlumdur. 

Burada  Türkiyə  Diyanət  Işləri  Başqanlığı  Din 

Işləri Yüksək Kurulunun bir qərarını verərək mövzunu 

bitirmək  istəyirik:  “Siqaret  və  ya  papiros  çəkməyin 

qırtlaq, eləcə də ağciyər xərçəngi başda olmaq üzrə bir 

çox  digər  xəstəliklərə  səbəb  olduğu  mütəxəssislər 


 

329


tərəfindən  müəyyənləşdirilmişdir.  Bundan  başqa, 

dinimiz də hər hansı bir şəxsin özünə və başqa birisinə 

zərər,  yaxud  əziyyət  verməsini,  eləcə  də  israfçılığı 

haram etmişdir. Bəzi din alimləri siqaret və ya papiros 

çəkməyin  istər  çəkənə,  istərsə  də  ətrafdakılara  olan 

zərərini,  əziyyətini,  eləcə  də  israfçılığı  nəzərə  alaraq, 

onun  haram  olduğunu  söyləmişdirlər.  Siqaret  çəkmək 

haqqında  dinimizdə  qəti  bir  hökm  olmadığından,  bəzi 

alimlər  onu  «məkruh»  hesab  etmişlər.  Buna  görə  də 

siqaret  çəkməyin  ən  azından  məkruh  olduğuna  heç 

ş

übhə  yoxdur.  Istifadə  edilməsi  haram  və  ya  məkruh 



olan bir şeyin satışı da eyni dərəcəyə aid olur”. 

Unutmayın  ki,  yalnız  özünüzü  deyil,  ailənizi, 

birlikdə  çalışdığınız  iş  yoldaşlarınızı  və  hətta  eyni  bir 

avtobusda  sizinlə  birlikdə  yol  gedən  vətəndaşları  belə 

siqaretin tüstüsü ilə zəhərləyirsiniz. Bir sözlə, başqala-

rının  haqqını  əlindən  alırsınız.  Siz  heç  siqareti 

tərgitməyi düşündünüzmü? 

 

“Qurani Kərim” ticarət haqqında 



 

Kitabda  qida  məhsullarının  əsas  qrupları  və  geniş 

çeşidi,  onların  halal  və  haram  olması,  keyfiyyəti  və 

qidalanmada  rolu  haqqında  söhbət  açılır.  Lakin 

unutmamalıyıq  ki,  bütün  qida  məhsulları  müxtəlif 

insanlar tərəfindən hazırlanır və mübadilə yolu ilə bir-

birinə  ötürülür.  Bu  mübadilə  hələ  qədimdən  mövcud 

olan alver, başqa sözlə ticarət yolu ilə həyata keçirilir. 

Məhz buna görə Islamda, “Qurani-Kərim”in ayələrində 

və  Peyğəmbərimizin  (s.ə.v.)  hədislərində  insanlar 

təkidlə  ticarət  fəaliyyəti  ilə  məşğul  olmağa  çağırılır. 

Məhəmməd  Peyğəmbərin  (s.ə.v.)  həyatı  haqqında 



 

330


oxuduqlarımızdan məlumdur ki, Rəsulullah (s.ə.v.) ilk 

dəfə  əmək  fəaliyyətinə  başlayarkən  Xədicə  anamızın 

tacirləri  ilə  birlikdə  dəvə  karvanlarında  ticarət  etməyə 

yollanmışdır. Rəvayətə görə Peyğəmbərimiz (s.ə.v.) bu 

işə ilk dəfə başladığından, başqa məmləkətlərə aparılan 

mallar  daha  tez  və  nisbətən  baha  qiymətə  satılmaqla 

yüksək qazanc əldə edilmişdir. 

Bu  məqsədlə  Islamda  səfər  və  səyahətlər  etmək, 

eləcə də ticarətlə məşğul olmaq tövsiyə edilir. Bununla 

da  “Allahın  mərhəmətini  axtarmağa”  insanları  dəvət 

edir.  Böyük  yaradan  səyahət  edən  tacirləri  Onun 

yolunda savaşanlarla müqayisə edir. 

“Qurani-Kərim”-də buyurulur:  

“…Qurandan  sizə  müyəssər  olanı  oxuyun. 

(Allah) 

bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri 

Allahın  lütfündən  ruzi  axtarmaq  üçün  (ticarə

məqsədilə)

  yer  üzünü  gəzib  dolaşacaq,  digərləri  isə 

Allah  yolunda  vuruşacaqdır  (cihada gedəcəkdir)…” 

(əl-Muzəmmil, 73/20). 

Allah Təbarəkə-Təala “Qurani-Kərim”də insanları 

daxili  və  xarici  ticarətə  təşbiq  edərkən,  onlara  dəniz 

yollarından istifadə etməyi məsləhət görür və buyurur:  

“…Onun  (Allahın)  lütfündən  (nemətindən)  ruzi 

diləyib  axtarmağınız  (ticarət  etməyiniz)  üçün 

gəmilərin  də  orada  (suyu)  yara-yara  üzdüyünü 

görürsən.  (Bütün  bunlara  görə),  bəlkə  (Allaha)  şükr 

edəsiniz” (Fatir, 35/12). 

Daha sonra “Qurani-Kərim”də buyurulur:  



“Həqiqətən,  göylərin  və  yerin  yaradılmasında, 

gecə  ilə  gündüzün  bir-birini  əvəz  etməsində

ərisində  insanlar  üçün  mənfəətli  şeylər  olan 

gəmilərin  dənizlərdə  üzməsində,  quruyan  yer 

 

331


üzünü  Allahın  göydən  yağmur  yağdıraraq  yenidə

diriltməsində,  cins-cins  heyvanları  onun  hə

tərəfinə  yaymasında,  küləyin  bir  səmtdən  başqa 

səmtə əsməsində, göylə yer arasında (Allahın hikmə

və  qüdrətinə  dəlalət  edən)

  əlamətlər  vardır”  (əl-

Bəqərə, 2/164). 

Islamın meydana gəldiyi ilk dövrdən bu günə kimi 

tacirlər  həcc  ziyarəti  zamanı  ticarət  etməyin,  onların 

ziyarətinin  səmimiliyinə  və  dualarının  təmizliyinə, 

xətər gətirəcəyinə şübhə edir, qorxudurlar və qorxurlar. 

Bu barədə “Qurani-Kərim”də buyurulur:  

“(Həcc  mövsümündə)  Rəbbinizdən  (ticarətlə



ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan 

qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi 

doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua 

edin),

  çünki  siz  bundan  əvvəl  (doğru  yolu) 

azanlardan idiniz! (əl-Bəqərə, 2/198). 

Lakin  bu  zaman  (yəni  Həcc  ziyarəti  zamanı) 

Allahı unutmamalı, Onun ehkamlarını, yerinə yetirmək 

vacibdir. Bu barədə “Qurani-Kərim”də buyurulur:  



“O  kəslər  ki,  nə  ticarət,  nə  alış-veriş  onları 

Allahı  zikr  etməkdən,  namaz  qılmaqdan  və  zəkat 

verməkdən  yayındırmaz.  Onlar  qəlblərin  və 

gözlərin  haldan-hala  düşəcəyi  (dəhşətdən  ürəklərin 

duymaqdan, gözlərin görməkdən qalacağı)

 bir gündə

(qiyamət günündən)

 qorxarlar” (ən-Nur, 24/37). 

Başqa ayələrdə buyurulur:  



“Ey  iman  gətirənlər!  Qarşılıqlı  razılıqla  edilə

alış-veriş  müstəsna  olmaqla,  bir-birinizin  mallarını 

haqsız  bəhanələrlə  (haqsız  yerə)  yeməyin  və 

özünüzü  öldürməyin!  Həqiqətən,  Allah  sizə  qarşı 

mərhəmətlidir” (ən-Nisa, 4/29). 

 

332


 “…Artıq  sizə  Rəbbinizdən  aşkar  bir  dəlil 

(möcüzə)

  gəldi.  Ölçüdə  və  tərəzidə  düz  olun. 

Adamların  mallarının  dəyərini  (və  ya  onların 

haqqını)

 azaltmayın…” (əl-Əraf, 7/85). 

“Ölçəndə  ölçüdə  düz  olun,  əkəndə)  düzgün 

tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə 

etibarılə daha yaxşıdır!” (əl-Isra, 17/35). 

Bu ayəti - kərimələrdən  məlum olur ki, Rəbbimiz 

insanlara  ölçüdə  və  tərəzidə  düz  olmağı  buyurmaqla 

yanaşı,  malların  dəyərini  və  alıcıların  haqqını 

azaltmamağı da göstərir. 

Belə rəvayət olunur ki, ulu Peyğəmbərimiz (s.ə.v) 

bir  gün  bazarda  dolaşarkən  taxıl  (buğda,  arpa)  satan 

birinə  rast  gəlir.  Taxıl  xoşuna  gəlir.  Əlini  taxıl  kisəsi-

nin  içinə  soxub  baxdıqda  alt  hissənin  yaş  odduğunu 

hiss edir. “…Bu nə hal” deyə soruşur. Adam: Üzərinə 

yağış  yağdığından  yaş  olmuşdur.  Bunun  üzərinə 

Həzrəti Peyğəmbər (s.ə.v.): “O yaş hissəni üstə qoy ki, 

hər kəs görsün. Bizi aldadan bizdən deyildir”, buyurur.  

Bu  mənada  14  əsr  öncə  çox  deyilib.  Satıcılar 

satdıqları  malın  həqiqi  durumunu  (keyfiyyətini) 

alıcılara doğru-düzgün bəyan etməlidirlər.  

Ulu  Peyğəmbərimiz  (s.ə.v.)  bu  xüsusda  demişdir: 

“Satıcılar  doğru  olub  və  satdıqları  malın  durumunu 

olduğu  kimi  bəyan  edərlərsə,  satdıqlarının  bərəkətini 

görərlər.  Doğruluqdan  uzaq  olarlarsa  və  malın 

qüsurunu  söyləməzlərsə,  bir  qazanc  əldə  etsələr  belə, 

satdıqlarından xeyir və bərəkət görməzlər”.  

“Qurani-Kərim”in ər-Rəhman surəsində buyurulan 

Allah  kəlamları  həm  dünyanın  ədalət  tərəzisindən  və 

həm  də  ticarətlə  məşğul  olanlara  bir  tövsiyə,  göstəriş 

verilməklə insafı əldən verməmək məsləhət görülür. 



 

333


Ayələrdə buyurulur: 

“Göyü  O  ucaltdı,  tərəzini  (ədalət  tərəzisini)  O 

qoydu!”. 

“Ona  görə  ki,  çəkidə  həddi  aşmayasınız  (insafı 

ə

ldən verməyəsiniz)”. 



“Tərəzini  düz  tutun,  çəkini  əksiltməyin!  əkidə 

insaflı olun, tərəzini korlamayın!)

 (ər-Rəhman, 55/7-9). 

Ayələrdən  məlum  olduğu  kimi,  Allah-Təbarəkə-

Təala  insanları  hər  sahədə  ədalət  tərəzisinə  uyğun 

hərəkət etməyi buyurmuşdur. 

Peyğəmbərimizin 

(s.ə.v.) 

tacirlər 

barədə 


hədislərində  deyilir:  “Vicdanlı,  doğru,  düz  və  etibar 

qazanmış  tacirlər  qiyamət  günündə  Allah  yolunda 

canını  vermiş  şəhidlərlə  bir  yerdə  olacaqlar.  Onlar 

peyğəmbərlərlə, müqəddəs şəxslərlə birgə olacaqlar”. 

Biz Ulu Peyğəmbərimizdən onun əshabələrinin bu 

barədə söylədikləri hədislərə də nəzər salmaq istərdik. 

Cabirdər  (A.o.r.):  Biz  Peyğəmbər  (s.ə.v.)  ilə 

namaz qılarkən, bir də baxıb gördük ki, Şamdan buğda 

ilə  yüklənmiş  karvan  gəldi.  O  saat  qaçıb  ona  tərəf 

getdilər.  Peyğəmbərlə  (s.ə.v.)  on  iki  nəfərdən  başqa 

heç kim qalmadı. Bununla əlaqədar: “Bir ticarət və ya 

bir  əyləncə  görən  kimi  o  saat  hər  tərəfdən  tökülüşüb 

oraya yığışmayın!” - mənasını verən ayə nazil oldu. 

Ə

bu  Hureyrədən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.) 



buyurmuşdur: “Bəşəriyyətin elə bir zamanı gələcək ki, 

insan  aldığının  halal  və  ya  haram  (olduğuna) 

baxmayacaq”. 

Doğrudan  da  bu  günümüzdə  marketlərdə  satılan 

çoxçeşidli  ərzaq  məhsullarının  mənşəyinə,  harada  və 

necə  istehsal  edildiyinə,  halal  və  haram  olduğuna 

varmadan insanlar öz tələbatlarını ödəmək üçün malın 


 

334


zahiri  görünüşünə  və  keyfiyyətinə  görə  istənilən 

məhsulları  alıb  istehlak  edirlər.  Insan  hansı  malı 

(ərzağı)  aldığını,  nə  vaxt,  necə  və  nə  yediyini  bilməli 

və daim buna özü nəzarət etməlidir. 

 

Ticarət və alver haqqında kəlamlar 

 

1.  Ticarət  ilahi  sözdür,  onu  sevməmək  və  ya  ona 

pis münasibət Allaha qarşı üsyan deməkdir. Düz ticarət 

etməyənlər  dünya  malında  boğulan,  axirətdə  isə 

Cəhənnəm  odunda  yananlardır.  Cəhənnəm  isə  ağır  və 

ə

zablı bir yer. 



2.  Ən gözəl alış-veriş Allah yolunda olanıdır. 

3.  Alverin  ziyanını  hesabla,  gəliri  onsuz  da 

sənindir. 

4.  Hər bir satıcı bilməlidir ki, Allah onun ruzisini 

alıcı ilə göndərir. 

5.  Məcburi alver xalqı mənəviyyatdan, dövləti isə 

xalqdan ayırar. 

6.  Məcburi  alver  xalqın  məhvinə  və  dövlətin 

dağılmasına səbəb olar. 

7.  Məcburi  alverin  səbəbi  dövlətin  xalqa  xidmət 

edə bilməməsidir. 

8.  Məcburi  alver  insanı  həm  zəhmətdən,  həm  də 

insanlıqdan məhrum edər. 

9.  Məcburi  alver  cəmiyyəti  əvvəl  çobansız  bir 

sürüyə və sonra isə idarə olunmaz ilxıya çevirər. 

10.  Xalqı  məcburi  alverə  vadar  etmək  onu  kölə 

şə

klinə salmaq və ya məhv etməkdir. 



11.  Ruzimiz bizdən qabaq yaradılıb. 

12.  Ruzini verən Allahdır, itirən bəndə. 

13.  Ruzisini 

tərəzi 


gözündə 

axtaranlar 

imansızlardır 


 

335


Ə

RZAQ  MƏHSULLARININ  QIDALILIQ 

DƏYƏRI  VƏ  BALANSLAŞDIRILMIŞ  

QIDA  NORMALARI 

 

 

Ə

rzaq  mallarının  qidalılıq  dəyəri  onların  kimyəvi 



tərkibi, enerjivermə qabiliyyəti və enerji verən maddə-

lərin həzmi ilə xarakterizə olunur. Məhsulda maddələr 

mübadiləsi  üçün  bioloji  cəhətdən  vacib  sayılan  mad-

dələr  (zülallar,  yağlar,  karbohidratlar,  vitaminlər,  mi-

neral  maddələr  və  s.)  nə  qədər  çox  olursa,  onun 

qidalılıq dəyəri də bir o qədər yüksək hesab olunur. 

Ayrı-ayrı  ərzaq  mallarının  qidalılıq  dəyəri  eyni 

deyildir.  Bir  çox  məhsulların  tərkibində  bioloji  cəhət-

dən  vacib  hesab  olunan  kompleks  maddələr  vardır. 

Belə  məhsullara  yumurta,  balıq  kürüsü,  ət,  balıq,  süd 

və  başqaları  misal  ola  bilər.  Şəkər,  nişasta  və  patka 

kimi məhsullar tərkibcə əsasən karbohidratlardan təşkil 

olunduğundan,  orqanizm  üçün  ancaq  enerji  dəyərinə 

malikdirlər. 

Toxumaların  əmələ  gəlməsində,  sintezində  və 

maddələr mübadiləsində iştirak edən maddələr qidanın 

bioloji  dəyərini  xarakterizə  edir.  Bir  çox  məhsullar 

(ədviyyələr, tamlı qatmalar) isə enerji vermirlər. Ancaq 

qida  məhsuluna  əlavə  edilməklə  onun  dadını  yaxşı-

laşdırır və asan mənimsənilməsinə səbəb olur. 

Ə

rzaq məhsulları orqanizm üçün zərərsiz olmalıdır. 



Onlarda  ağır  metal  duzlarının,  alkoloidlərin,  bəzi 

qlükozidlərin (insan səhhətinə zərərli dozada), zülalların 

parçalanmasından  əmələ  gələn  zəhərli  maddələrin, 

həmçinin  ziyanlı  mikroorqanizmlərin  və  ya  onların 

həyat fəaliyyəti məhsullarının olmasına icazə verilmir. 


 

336


Insan  öz  yaşayışı  prosesində  enerji  sərf  edir  və 

bunun  miqdarı  insanın  yaşından,  orqanizmin  fizioloji 

vəziyyətindən,  əməyinin  xarakterindən,  yaşadığı  yerin 

iqlim  şəraitindən  və  s.  asılı  olur.  Enerji  isə  karbohid-

ratların,  yağların,  zülalların  və  müəyyən  miqdarda 

turşuların  oksidləşməsi  nəticəsində  əmələ  gəlir.  Ona 

görə  də  insan  orqanizminin  sutkada  sərf  etdiyi  enerji 

məlum  olmalıdır  ki,  vaxtında  onun  ehtiyatını  bərpa 

etmək mümkün olsun. 

Enerji  almaq  məqsədilə  insan  orqanizminə  lazım 

olan  maddələr  qida  vasitəsilə  qəbul  olunur.  Eyni 

zamanda  qida  maddələri  orqanizmdə  toxumaların  və 

orqanların  tərkib  maddələrinin  yeniləşməsi,  boy  inki-

ş

afı və bədənin kütləsinin artması üçün də lazımdır. Bu 



baxımdan  qida  insanın  yaşayışı  və  onun  iş  qabiliyyəti 

üçün lazım olan optimal şəraiti təmin etməlidir. 

Müasir  şəraitdə  kifayət  miqdarda  yüksək  keyfiy-

yətli  ərzaq  mallarının  olması,  balanslaşdırılmış  qida-

lanmanı  təşkil  etməyə  imkan  verir.  Balanslaşdırılmış 

qidalanma  dedikdə,  orqanizmdə  toxumaların  yeniləş-

məsi,  enerji  sərfinin  təmin  olunması  üçün  tərkibində 

bütün maddələri, o cümlədən çoxlu miqdarda mübadilə 

prosesində  nizamlayıcı  kimi  iştirak  edən  maddələri 

olan  məhsullarla  vaxtlı-vaxtında  təmin  olunması  başa 

düşülür.  Bu  zaman  qida  maddələri  biri  digəri  ilə 

normal  nisbətdə  olmalıdır.  Ümumiyyətlə,  balanslaşdı-

rılmış  qidalanma  zamanı  56  addan  artıq  əvəzolunmaz 

komponentlərin olması vacibdir. 

Balanslaşdırılmış 

qidalanma 

eyni 

zamanda 


müəyyən  rejim  (gün  ərzində  qida  qəbulunun  bölgüsü, 

qida məhsulunun lazım olan temperaturda olması və s.) 

tələb edir. 


 

337


Balanslaşdırılmış  qidalanma  zamanı  orqanizmə 

lazım olan zülal, yağ və karbohidratların miqdarı 1:1:4 

nisbətində olmalıdır. Ağır əməklə məşğul olanlar üçün 

bu  1:1:5  nisbətində  ola  bilər.  Balanslaşdırılmış  qida-

lanma zamanı müxtəlif peşə adamları üçün lazım olan 

zülalın, yağın və karbohidratların miqdarı müxtəlifdir. 

Qidalanma  zamanı  zülalın,  yağın  və  karbohidrat-

ların  təbiəti  vacib  əhəmiyyətə  malikdir.  Orqanizmə 

lazım  olan  gündəlik  enerjinin  15%-i  zülalların,  30%-i 

yağların  və  50%-dən  çoxu  isə  karbohidratların  payına 

düşməlidir. Eyni zamanda zülallar üzrə enerjinin 50%-i 

heyvanat  zülallarının,  yağların  verəcəyi  enerjinin  isə 

60%-i  bitki  yağlarının  hesabına  yaranmalıdır.  Karbo-

hidratlar  üzrə  lazım  olan  enerjinin  75%-i  nişastanın, 

20%-i şəkərlərin, 3%-i pektinli maddələrin və 2%-i isə 

sellülozanın payına düşməlidir. 

Ə

mək  fəaliyyəti  prosesində  enerji  sərfi,  bilavasitə 



insanın məşğul olduğu işin xarakterindən asılıdır. 

Rusiya TEA-nın Qidalanma Institutunun məluma-

tına görə müxtəlif əməklə məşğul olan adamların gün-

dəlik enerji sərfi təxminən 1 saylı cədvəldəki kimidir.  

 

Cədvəl 1. Əməyin xarakterindən asılı olaraq  



gündəlik enerji sərfi 

 (kkal/kCoul) 

1.  Fiziki əməklə əlaqəsi olmayan peşə 

sahibləri üçün 

3000-3200/12570-

13468 


2.  Mexanikləşdirilmiş  əməklə  məşğul 

olan peşə sahibləri üçün 

3500/14668 

3.  Mexanikləşdirilməmiş və ya qismən 

mexanikləşdirilmiş  əməklə  məşğul 

olan peşə sahibləri üçün 

4000/16760 

4.  Mexanikləşdirilməmiş  ağır  əməklə 

məşğul olan peşə sahibləri üçün 

4500-5000/18855-

20950 


 

338


Ə

rzaq mallarının enerji dəyəri kkal və ya kCoulla 

(1 kkal 4,184 kCoula müvafiqdir) ifadə olunur. 

Ə

vvəllər 



belə 

hesab 


edilirdi 

ki, 


insan 

orqanizmində  zülalın  və  həzm  olan  karbohidratların  1 

q-nın  oksidləşməsindən  4,1  kkal  (17,2  kCoul),  1  q 

yağın  oksidləşməsindən  isə  9,3  kkal  (38,9  kCoul) 

enerji  ayrılır.  Müasir  dövrdə  müəyyən  edilmişdir  ki, 

karbohidratların  enerji  dəyəri  zülalların  enerji 

dəyərindən  azdır.  Ayrı-ayrı  maddələrin  oksidləşməsi 

zamanı ayrılan enerjinin miqdarı müxtəlifdir. 

1  q  zülal  4,0  kkal  (16,7  kCoul),  1  q  karbohidrat 

3,75  kkal  (15,7  kCoul)  və  1  q  yağ  9,0  kkal  (37,7 

kCoul),  1  q  üzvi  turşu  orta  hesabla  3,0  kkal  (12,54 

kCoul)  enerji  verir.  Ərzaq  mallarının  tərkibi  məlum 

olarsa,  onun  verəcəyi  enerjinin  miqdarını  asanlıqla 

hesablamaq  olar.  Belə  ki,  pasterizə  olunmuş  südün 

tərkibində 2,8% zülal, 3,2% yağ və 4,7% şəkər vardır. 

Onda  100  q  südün  enerjivermə  qabiliyyəti  belə 

hesablanır: 2,8 x 4,0 kkal = 11,1 kkal və ya 2,8 x 16,7 

kCoul = 45,9 kCoul + 3,2x9,0 kkal = 28,8 kkal və  ya 

3,2  x  37,7  kCoul  =  120,6  kCoul  +  4,7  x  3,75  kkal  = 

17,6  kkal  və  ya  4,7  x  15,7  kCoul  =  73,7  kCoul. 

Deməli,  100  q  süd  orqanizmə  57,5  (11,1+28,8+17,6) 

kkal və ya 240,2 (45,9+120,6+73,7) kCoul enerji verir. 

Ə

gər sutkalıq qida rasionunda 80,0 q zülal, 500,0 



q karbohidrat və 80,0 q yağ olarsa, onda belə rasionun 

ümumi enerji dəyəri belə olar: 80,0 x 4,0 kkal = 320,0 

kkal  və  ya  320,0  x  4,184=1338,9  kCoul  +  80,0  x  9,0 

kkal  =  720  kkal  və  ya  720  x  4,184  =3012,5  kCoul  + 

500  x  3,75  kkal  =  1875  kkal  və  ya  1875  x 

4,184=7845,0  kCoul.  Deməli,  sutkalıq  qida  rasionu 

orqanizmə  2915  (320+720+1875)  kkal  və  ya  12196,4 


 

339


(1338,9 + 3012,5 + 7845,0) kCoul enerji verir. 

Ə

rzaq mallarının bu qayda üzrə hesablanan enerji 



dəyəri  nəzəri  enerji  adlanır.  Bu  zaman  enerji  verən 

bütün  maddələrin  orqanizmdə  tam  həzmə  getməsi  nə-

zərdə  tutulmuşdur.  Ancaq  qidanın  ayrı-ayrı  kompo-

nentləri  orqanizmdə  tam  həzm  olmur.  Belə  ki,  hey-

vanat  mənşəli  zülallar  81-93%,  bitki  mənşəli  zülallar 

isə 60-80% həzm olur. Südün və ətin yağı orqanizmdə 

95%  həzm  olur.  Bitki  mənşəli  karbohidratlar  85-99%, 

südün  karbohidratları  isə  98%  həzmə  gedir.  Ərzaq 

malının  verəcəyi  real  kaloriliyi  (enerjini)  hesablamaq 

üçün  müxtəlif  ərzaqlarda  olan  enerji  verən  ayrı-ayrı 

maddələrin  faktiki  həzmi  nəzərə  alınmalıdır.  Bunun 

üçün  enerji  verən  ayrı-ayrı  maddələrin  nəzəri  enerji 

dəyərini  onların  həzm  faizinə  vurub  100-ə  bölürlər. 

Başqa sözlə enerji verən maddələrin nəzəri kaloriliyini 

həzm  əmsalına  vurmaq  lazımdır.  Əgər  zülalın  orqa-

nizmdə  mənimsənilməsi  95  faizdirsə,  onda  hesab-

lanmış  nəzəri  kaloriliyin  miqdarını  (95  :100)=0,95 

ə

msalına  vurmaq  lazımdır.  Nəticədə  qidanın  real 



kaloriliyi müəyyən olunur. 

Məs. Nəzərə alsaq ki südün tərkibində olan zülal-

lar  orqanizmdə  orta  hesabla  90%,  yağlar  95%,  karbo-

hidratlar  isə  98  faiz  mənimsənilir,  onda  yuxarıdakı 

qayda  üzrə  nəzəri  kaloriliyi  müəyyən  edilmiş  100  q 

südün real kaloriliyi aşağıdakı kimi hesablanır. 

Zülalın real kaloriliyi: 11,1 kkal x 0,90 = 9,99 kkal 

və  ya,45,9  kCoul  x  0,90  =  41,31  kCoul.  Yağın  real 

kaloriliyi:  28,8  kkal  x  0,95  =  27,36  kkal  və  ya,  120,6 

kCoul  x  0,95  =  114,57  kCoul.  Karbohidratların  real 

kaloriliyi: 17,6 kkal x 0,98 = 17,25 kCoul və ya, 73,7 

kcoul  x  0,98  =  72,23  kCoul.  Deməli,  100  q  süd 



 

340


orqanizmə  54,6  (9,99+27,36+17,25)  kkal  və  ya  228,1 

(41,31+114,57+72,23)  kCoul  real  enerji  verir.  Real 

kalorilik nəzəri kalorilikdən həmişə azdır. 

Ə

rzaq  mallarının  həzmi,  onların  fiziki  xassələ-



rindən  və  kimyəvi  tərkibindən,  dadından  və  iyindən, 

boya  və  ətir  verən  maddələrin  olmasından  asılıdır. 

Bunlardan  başqa  qidanın  həzminə  onun  görünüşü, 

insan zövqünə oxşarlığı da təsir göstərir. 

Insana lazım olan gündəlik enerjini və orqanizmdə 

gedən bütün proseslərin normallığını təmin etmək üçün 

hər  gün  müəyyən  miqdar  qida  maddələri  qəbul  olun-

ması  vacibdir.  Orqanizmə  lazım  olan  maddələrin  qida 

rasionunda  çatışmaması  insanın  sağlamlığına  mənfi 

təsir göstərir. Odur ki, əsas qida maddələrinin fizioloji 

norması,  onların  kəmiyyət  və  keyfiyyətcə  tərkibi, 

səmərəli qidalanmanın prinsipləri  müasir elmi tələblər 

səviyyəsində  izah  edilir.  2  saylı  cədvəldə  orta  yaşlı 

insanın  əsas  qida  maddələrinə  gündəlik  tələbatı 

haqqında təsdiq olunmuş qida normaları verilmişdir. 

Bu  qida  maddələri  normalarını  təmin  etmək  üçün 

insan  gün  ərzində  müxtəlif  miqdarda  ərzaq  məhsulu 

qəbul  etməlidir.  Ərzaq  məhsullarının  gündəlik  (və  ya 

illik) norması milli xüsusiyyətlərdən, insanın yaşından, 

həyat  tərzindən  və  digər  amillərdən  asılıdır.  Azərbay-

can  üzrə  ayrı-ayrı  ərzaq  məhsullarının  istehlakı  nor-

madan  fərqlənir.  Milli  ənənələrdən  asılı  olaraq  res-

publika  əhalisi  çörək  məhsullarını  fizioloji  normadan 

artıq  istehlak  edirlər.  Ət,  süd  və  balıq  məhsullarının 

istehlakı isə fizioloji normadan bir qədər azdır. Rusiya 

Səhiyyə  Nazirliyinin  müəyyən  etdiyi  qida  məhsulla-

rının  gündəlik  istehlak  norması  orta  yaşlı  insanın 

gündəlik  sərf  etdiyi  2800-2950  kkal  enerjini  təmin 



 

341


edir. Gün ərzində 80-90 q zülal, 100-105 q yağ və 380-

385  q  karbohidrat  istehlakını  təmin  etmək  üçün  hər 

gün  3  saylı  cədvəldə  göstərilən  miqdarda  müxtəlif 

ə

rzaq məhsulları istehlak edilməlidir. 



 


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin