“Göydən sizin üçün yağmur endirən Odur.
Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otar-
dığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da
onun vasitəsilə bitər)
». (Allah) onunla (o su ilə) sizin
üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və
bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-
daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut
edən)
dəlillər vardır!” (Ən-Nəhl, 16/10-11).
Zeytun yağı haqqında
Gündəlik qida rasionunda yağların xüsusi çəkisi
ümumi enerji dəyərinin 30%-ə qədərini təşkil
etməlidir. Qida institutları tərəfindən elmi cəhətdən
işlənib tövsiyə olunmuş normaya əsasən orta yaşlı
insan gündə 80-100 qr yağ istehlak etməlidir. O
cümlədən kərə yağı 20 qr, bitki yağı 25 qr, heyvanat
yağı 20 qr, marqarin və mətbəx yağları 30 qr təşkil
etməlidir. Istehlak olunan yağın tərkibində 2-6 qr
polidoymamış yağ turşuları, 5 qr fosfolipidlər və 0,3-
0,6 qr xolesterin olmalıdır. Yaşlıların daha çox bitki
yağlarından istifadə etmələri məsləhətdir.
nsanlar qədimdən ən çox heyvanat mənşəli
yağlardan (qoyunun quyruq yağı) daha çox istifadə
etmişlər. Lakin tarixdə zeytun yağından istifadə
olunmasına dair çoxlu sayda məlumatlar vardır. Zeytun
yağından qida məqsədləri üçün istifadə olunması
167
haqda “Qurani-Kərim”də buyurulan bir neçə ayələrdə
və Peyğəmbərimizin (s.ə.v.) hədislərində oxuyuruq.
“(Sizin üçün hə mçinin mə nşə etibarilə ) Sina
dağ ından çıxan bir ağ ac da (yaratdıq ki), o, yeyə nlə r
üçün zeytun və (çörə yin üstünə yaxılan, xörə yə
qatılan)
yağ bitirə r.” (əl-Muminun, 23/20).
Zeytun yağının insan orqanizmi üçün əhəmiyyətini
vurğulayan Peyğəmbərimiz (s.ə.v.) də bu xüsusda
“Zeytun yağı yeyin və sağlam həyat sürün” kəlamını
buyurmuşdur.
Heyvani yağlardan fərqli olaraq zeytun yağı nəinki
qan-damar xəstəliklərinə səbəb olmur, hətta heyvani
yağlarla qəbul olunmuş xolesterinin orqanizmdən xaric
olmasına fizioloji cəhətdən səbəb olur.
Zeytun yağının tərkibində faizlə doymuş yağ
turşularından palmitin-12,9; stearin-2,5 və araxin-0,35;
monodoymamış yağ turşularından olein-64,9 və
palmitolein-1,5; polidoymamış yağ turşularından linol-
12,0; linolen-0,1 vardır. Zeytun yağında E, A, D
vitaminləri və insan orqanizmi üçün faydalı olan digər
bioloji fəal maddələr də vardır. Məhz buna görə zeytun
yağı həyatın bütün dövrlərində sağlamlığa müsbət təsir
göstərir.
Zeytun yağı ürək və qan-damar xəstəliklərinə
səbəb olan xolesterini azaldaraq damarlarda tıxanma-
ların qarşısını alır. Zeytun yağının üstün cəhəti ondan
ibarətdir ki, digər bitki yağlarından fərqli olaraq yalnız
orqanizm üçün zərərli olan aşağı sıxlıqlı xolesterinin
miqdarını azaldır, lakin insan orqanizmi üçün lazım
olan yüksək sıxlıqlı xolesterinə toxunmur. Mədə tur-
ş
uluğunu azaldaraq qastritə və mədə yarasına qarşı qo-
ruyucu rol oynayır, öd kisəsi daşının əriməsinə xömək
168
edir, tərkibi antioksidləşdiricilərlə zəngin olduğundan
uşaqlarda və yaşlılarda beyin və sinir sisteminin inki-
ş
afı və yeniləşməsində mühüm rol oynayır, orqanizm-
də 99-100% mənimsənilir. Zeytun yağından soyuq qəl-
yanaltıların və qızartmaların hazırlanmasında istifadə
olunması sağlamlıq üçün əhəmiyyətlidir. Eyni za-
manda zeytun yağından unlu şirniyyat məmulatının
(keks, yağlı biskvit, peçenye və digər məhsulların)
hazırlanmasında istifadə olunması məsləhət görülür.
Çünki bu yağ məmulata xüsusi ləzzət verməklə yanaşı
onun qurumasının qarşısını alır. Zeytun yağı həzm,
qaraciyər və öd kisəsinin pozğunluğu olan insanlara
yaxşı təsir göstərir. Belə xəstələrə səhər acqarnına bir
qaşıq zeytun yağı içmək məsləhət görülür. Zeytun
yağından aterosklerozun profilaktikasında və onun
mürəkkəb formalarının qarşısının alınmasında istifadə
etmək olar. Zeytun yağı dərinin qoruma funksiyasını
gücləndirir, tonusu artırır, qocalmanı ləngidir və
orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsini
təmin etməklə sümük toxumasının artımına və
möhkəmlənməsinə kömək edir.
Son illər “Bakı Yağ zavodu”-nda “Zeytun bağları”
və “Final” ticarət nişanı ilə zeytun yağı istehsal olunur.
Gigiyenik
normalara
ə
məl
olunaraq
qabaqcıl
texnologiyanın tətbiqi ilə istehsal olunan zeytun yağı
250, 500 və 750 qram kütlədə 4 qranlı şüşələrdə
Riviera tipli zeytun yağı kimi istehlakçılara təqdim
olunur.
Qeyd etmək lazımdır ki, zeytun yağları 3 qrupda
satışa çıxarılır. Təbii zeytun yagı, Rafinə zeytun yağı
və Riviera zeytun yagı. Təbii zeytun yağının canlı və
kəskin qoxusunu bəyənməyənlər Riviera zeytun ya-
169
ğ
ından istifadə edə bilərlər. Riviera zeytun yağı almaq
üçün Rafinə zeytun yağı təbii zeytun yağı ilə qarış-
dırılır. Respublikada istehsal olunan zeytun yağı tələ-
batı ödəmədiyindən bir çox xarici ölkələrdən də zeytun
yağı gətirilib istehlakçılara satılır. Zeytun yağının is-
tehsalı müxtəlif proseslərlə başa çatdırıldığından, son
məhsulun keyfiyyəti də müxtəlif olur. Xaricdə əsasən
Virgen, Riviera və Pomos tipli zeytun yağı istehsal
olunur. Respublikamıza əsasən zeytun yağının istehsalı
ilə məşğul olan 3-cü ölkələrdən aşağı keyfiyyətli
zeytun yağı daxil olur. Bunların əsasını nisbətən aşağı
keyfiyyətli olan Pomos zeytun yağı təşkil edir. Lakin
alıcılar zeytun yağı alarkən etiketdə olan Pomos
sözünə fikir vermirlər və xaricdən alınan yağlara daha
çox meyl göstərirlər. Bu yağların qiymətlərində çox
fərq olmur, lakin keyfiyyətcə Riviera tipli satışa
verilən zeytun yağı bütün göstəricilərinə görə Pomos
zeytun yağından üstündür. Əvvəla Riviera zeytun yağı
təbii və rafinə zeytun yağının qarışığıdır və ona görə də
standartın bütün tələblərinə uyğundur. Lakin Pomos
zeytun yağı əsas istehsal prosesi başa çatdıqdan sonra
yerdə qalan jmıxdan və zeytun məhsulları istehsalının
qalıqlarından hazırlanır və keyfiyyətcə Rivieradan
aşağıdır.
“Bakı Yağ zavodu”-nda istehsal olunan “Final”
ticarət nişanı və Riviera tipli zeytun yağının rəngi açıq
yaşılımtıl çalarlı sarıdır, şəffaf və parlaqdır, dadı təmiz
və neytraldır, mikrobioloji və zərərsizlik göstəriciləri
Tibbi Bioloji Təlimata uyğundur. Nəmlik və uçucu
maddələrin miqdarı- 0-dır (standartda 0,2%-dən çox
olmaması göstərilir); xalis yağın miqdarı-100%-dir;
sərbəst yağ turşularının miqdarı-0,29%-dir (standart
170
göstərici əla sort üçün 0,75%-dir); peroksid ədədi-2,8-
dir (standartına görə 15-dən çox olmaz). Xolesterin-
sizdir. Zeytun yağının tərkibində 72 mq/100 qram E
vitamini (tokoferol) vardır ki, bunun da 90%-ni daha
fəal olan α -tokoferol təşkil edir. 100 qram zeytun yağı
899 kkal enerji verir.
Zeytun yağı haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Sizə tövsiyə edi-
rəm zeytun yağını. O, ödü açar, bəlğəmi aparar, əsəbi
bərkidər, yorğunluğu aparar, xasiyyəti yaxşılaşdırar,
nəfəsə xoş ətir verər, qəm-qüssəni aparar”.
Rəsuli-Əkrəm (s.ə.v.) Əliyə (ə) tövsiyə edərək
buyurur: “Ya Əli, zeytun yağını yeginən və onu
bədəninə sürt. Həqiqətən, kim onu yesə və bədəninə
sürtsə, Şeytan ona qırx səhər yaxın düşə bilməz”.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Zeytun yağını
yeyin və onu bədəninizə sürtün, çünki o, mübarək bir
ağacdan hasilə gəlib”.
Burada “mübarək ağac” ifadəsilə o Cənab (s.ə.v.)
“Quranı-Kərim”in iyirmi dördüncü (Nur) surəsinin
otuz beşinci ayəsindəki kəlamı nəzərdə tutmuşdur.
“… O çıraq nə şərqdə, nə də qərbdə (aləmin
ortasında)
olan mübarək bir zeytun ağacından
yandırılır. Onun (zeytun ağacının) yağı özünə od
toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur
üstündə nurdur…” (ən-Nur, 24/25).
Təfsirlərdə deyilir ki, bu, yəni zeytun ağacı, yer
yox, göy ağacıdır.
Peyğəmbər (s.ə.v.):
1. Zeytun yağı için, onu bədəninizə çəkin. O,
mübarək ağacdır.
171
2. Zeytun yağı için. O, mübarək ağacdandır. Onu
yavanlıq kimi də istifadə edin, yağını bədəninizə çəkin.
Çünki o, mübarək bir ağacdan hasil olur.
3. “Sünənü-Tirmizi” - Zeyd ibn Ərqəmdən:
Allahın Rəsulu (s.ə.v.) bizə ağciyərin iltihabı zamanı
dəniz qustu (dənizdə bitən ot) və zeytun yağıyla
müalicə olunmağımızı əmr etdi.
4. Zeytun yağından istifadə edin, onu için, yağını
bədəninizə çəkin. O, babasil xəstəliyi zamanı faydalıdır.
5. Mübarək zeytun ağacının meyvəsi olan
zeytunun yağından istifadə edin, onunla müalicə
olunun. O, insanı babasildən qoruyur.
6. Zeytun yağı için, ondan bədəninizə çəkin. Onda
cüzam da daxil olmaqla, yetmiş dərdin dərmanı var.
7. Zeytun yağı yaxşı insanların yağı, onların ya-
vanlığıdır. Zeytun həm təzə çıxan vaxtı, həm də sovu-
ş
anda bərəkətlidir. Zeytun iki dəfə müqəddəsliyə batıb.
Imam Əli (ə): “Zeytun yağını bədəninizə çəkin,
ondan yavanlıq kimi istifadə edin. Zeytun olan yerdə
heç bir xəstəlik insanı yaxalamaz”.
Imam Cəfər Sadiq (ə):
1. Sıyığı zeytun yağı ilə yemək ət gətirir
(kökəldir), sümüyü bərkidir, dərini nazikləşdirir və
cinsi qabiliyyəti artırır.
2. Bir kişinin bədənində sızanaq və ya çiban çıxsa,
onu bağlasın və zeytun yağı, ya da heyvan yağı ilə
müalicə aparsın.
3. “Zeytun yağı pak adamların yediyi yağdır və
yaxşı kəslərin təamıdır”.
172
BITKIÇILIK HAQQINDA
“Qurani-Kərim”də elmin bütün sahələrinə aid
buyuruqlar vardır. Botanika sahəsində, o cümlədən
bitkiçilik üzrə də bəzi kəlamları oxuyuruq.
“Yerin yetiş dirdiklə rində n, onların (insanların)
özlə rində n və bilmə diklə rində n (erkə k və diş i
olmaqla)
cütlə r yaradan Allah pak və müqə ddə sdir!
(Eybsiz və nöqsansızdır
)”. (Yasin, 36/36).
Bu ayə bütün varlıqların cüt-cüt yaradıldıqlarını
göstərir. Bunların bir qismi indiyə qədər elmdə təsdiq
və təsbit olunmuşdur. Elmə məlum olmayan bir
çoxunun da mövcudluğu haqqında xəbər verilmək-
dədir. Necə ki, müasir dövrdə, istər canlı, istərsə də
cansız aləmlərdə bir yanda son dərəcə böyük (makro),
o biri yanda son dərəcə kiçik (mikro) sistemlərdə, ikili
sistemlərin və ya ikili funksiyaların fərqləri təsdiq
edilmişdir. Şübhəsiz ki, “Qurani-Kərim”-in bildirdiyi
gerçəkliklərlə, müasir elmi gerçəkliklər arasında heç
bir uyğunsuzluq müşahidə edilməmişdir.
Cənabi-Haqq təkliyi (vahidliyi) yalnız özünə layiq
qıldığı üçün cəmadət (cansızlar), nəbatət, heyvanat, cin
və insan, nə varsa hamısını cüt-cüt xəlq etmişdir.
Məsələn, müsbət elektrik mənfi elektriklə
birləşdikdə işıq yanar. Müsbət bulud mənfi buluda axar
və nəticədə yağış yağar. Bu sünnətüllah ilahi qanun
bütün yaranmışlara şamildir.
Ayəti-Kərimə bitkilərin də cüt-cüt yarandıqlarını
bildirir:
"Yeri (insanların və başqa canlıların yaşaya bil-
mələri üçün)
döşəyən (ucaldıb genəldən), orada
173
möhkə m dağ lar, çaylar yaradan, bütün meyvə lə r-
də n (erkə k-diş i, yaxud ş irin-acı, turş -meyxoş və s. ol-
maqla)
cüt-cüt yetiş dirə n, gecə ni gündüzlə (gündüzü
də gecə ilə )
örtüb bürüyə n Odur…" (ər-Rəd, 13/3).
Bütün bitkilərin çiçəklərində erkək və dişi cütü
bilinməkdədir. Erkəyin dişini mayalamasıyla meyvələr
(bar) meydana gəlir. Yalnız bu döllənmə və mayalan-
ma külək vasitəsilə yerinə yetirilir. Hələ müasir dövrdə
bunları elmi araşdırmalar nəticəsində təzə çatdığımız
bu həqiqətləri “Qurani-Kərim” 14 əsr öncə xəbər
vermişdir:
"Biz (buludla) yüklə nmiş (bitkilə rə , ağ aclara hə -
yat verə n, onları tozlandıran)
külə k göndə rdik,
göydə n yağ mur endirib su verdik (içirtdik). Yoxsa
onu yığ ıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz!
(Allah yağ ış suyunu saxlayıb istə diyi vaxt, istə diyi yerə
yağ dırar
)" (əL-Hicr, 15/22).
Bitkilərin cüt-cüt yaranması özünü meyvə ağacla-
rının bar verməsində də göstərir. Məsələn, badam
ağaclarının düzgün əkilməməsi (yəni erkək ağaclarla
dişi ağaclar növbələnmədikdə) həmin ağacların hər il
lazımi qədər bar verməsində özünü göstərir. Belə əkin
sistemi Yapon xurması, bəzi alma sortları və digər
meyvə-giləmeyvələrə də aiddir.
Ə
gər yağış yağmasa bitkilər, o cümlədən meyvə
ağacları göyərib yarpaq və çiçək əmələ gətirməz; əgər
külək olmasa çiçəklər tozlanıb bar verməz. Əlbəttə ki,
çiçəklərin tozlanmasında arıların da rolu böyükdür.
Çünki arılar bal hasil etmək üçün bütün çiçəklərdən
nektar toplayır və bu zaman arının xortumu və ayaqları
çiçəyin dişi və erkək dişiciklərinə toxunduğundan
tozlanma (mayalanma) daha yaxşı gedir.
174
Yağışın yağması ilə meyvələrin bar verməsi və
həmin barlardan insanların yemələri haqqında aşağı-
dakı ayələri oxumaq lazımdır:
"Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri
dirildəcəyimizə)
bir dəlildir. Biz onu (yağışla)
dirildir, oradan (arpa, buğda, düyü və s. kimi)
dənələr çıxardırıq, onlar da onlardan yeyirlər".
"Biz orada xurma və üzüm bağları əmələ
gətirir, bulaqlar qaynadırıq ki,"
"Onların meyvələrindən və öz əlləri ilə becər-
diklərindən (yaxud becərmədiklərindən) yesinlər.
Hələ də şükür etməzlər?" (Yasin, 36/33, 34, 35).
Bitkiçilikdən söhbət getdikdə əsasən taxıl bitkiləri
və meyvə-tərəvəzlər haqqında oxucuları məlumatlan-
dırmaq yerinə düşür.
TAXIL B TK LƏR VƏ ÇÖRƏK HAQQINDA
Taxıl bitkiləri qədimdən insanların qidalandığı
ə
sas məhsullardandır. El arasında belə bir deyim hələ
də mövcuddur. Buğdanı yeyib cənnətdən çıxıb. Bu
sözün yaranmasına səbəb Adəmlə (ə) Havvanın
ş
eytanın vəsvəsəsinə uyub Allahın onlara qadağan
etdiyi ağacın meyvəsindən yemələri və buna görə
Cənnətdən qovulmalarıdır. Bir çox mənbəələrdə bunun
buğda olduğu güman edilir.
Taxıl bitkilərinin üyüdülməsilə un əldə edilir, un
ə
sasında da hələ qədimdən çörək və digər qida
məhsulları hazırlanır.
“Qurani-Kərim”in 10 surəsinin 21 ayəsində bitki
və taxıl haqqında Allah kəlamları buyurulmuşdur.
175
“Qurani-Kə rim”də bitki və taxıl haqqında ayə lə r
Sıra
Sayı
Surə nin
nömrə si
Surə nin adı
Ayə lə rin nömrə si
1
10
Yunus
24
2
13
ə
r-Rəd
3, 35
3
15
ə
l-Hicr
15, 19, 22
4
20
Taha
53
5
22
ə
l-Həcc
5
6
26
əş
-Şuəra
7
7
27
ə
n-Nəml
60
8
36
Yasin
33, 34, 35, 36
9
50
Qaf
7, 9, 1 0
10
80
Ə
bəsə
24-27
“...(Ey insan!)
Sə n yer üzünü qupquru görür-
sə n. Biz ona yağ mur endirdiyimiz zaman o, hə rə -
kə tə (cana) gə lib qabarar (yaxud xə mir kimi acıyar)
və hə r növ gözə l (meyvə də n, bitkidə n) bar gə tirə r.”
(əl-Həcc, 22/5).
“Mə gə r onlar yer üzünə baxıb orada növbə növ
gözə l (bitkilə r və meyvə lə r) yetiş dirdiyimizi görmür-
lə r?” (əş-Şuəra, 26/7).
“Biz göydə n bə rə kə tli su endirdik, sonra onunla
bağ lar və (arpa, buğ da və s. bu kimi) biçilə n taxıl
də nə lə ri yetiş dirdik.” (Qaf, 50/9).
“ nsan hə lə bir yemə yinə baxsın! (Görsün ki,
ona necə ruzi verdik).
Həqiqətən, Biz yağışı bol
yağ dırdıq. Sonra yeri gözə l yaratdıq (yaxş ı yardıq),
Belə ki, orada də n (də nli bitkilə r) göyə rtdik;”
(Əbəsə, 80/24-27).
Bu ayəti-kərimələrdən göründüyü kimi Allah Tə-
barəkə Təala öz bəndələrini yaşatmaq üçün növbənöv
176
bitkilər, eləcə də taxıl (arpa, buğda və s.) yaratmışdır.
Dənli bitkilər botaniki xüsusiyyətlərinə, kimyəvi
tərkibinə, təyinatına və digər əlamətlərinə görə əsasən
3 qrupa ayrılır.
1. Taxıl cinsinə mənsub olan dənli bitkilər 2
yarımqrupa ayrılır.
1.1. Əsas taxıl tipli bitkilərə buğda, çovdar, arpa
və vələmir aiddir.
1.2. Darıyabənzər tipli taxıl bitkilərinə darı, çəltik
və qarğıdalı aiddir.
2. Qarabaşaq bitkisi.
3. Paxlalı-dənli bitkilər - noxud, nut, lobya,
mərci, lərgə, paxla və soya.
Buğdanın
tərkibcə
orta
hesabla
84%-ni
endosperm, 14%-ni kəpək və 2%-ni rüşeym təşkil edir.
Taxıl birdəfəyə və təkrar üyütmə üsulu ilə
üyüdülür. Birdəfəlik üyütmə sadə üyütmə adlanır və
alınan məhsul nisbətən aşağı keyfiyyətli olur.
Təkrar üyütmə iki müxtəliflikdə olur: aşağı
dərəcəli üyütmə, yüksək dərəcəli üyütmə. Yüksək
dərəcəli üyütmə sortlu üyütmə adlanır. Sortlu üyütmə –
mürəkkəb üyütmədir.
Təkrar sadə üyütmədə 95-96%-li kəpəkli buğda
unu, 85-87%-li kəpəksiz və 63%-li ələnmiş çovdar unu
alınır.
Sortlu üyütmədə əla, o cümlədən dənəvər un, 1-ci,
2-ci sort buğda unları əldə edilir. Bu unlar tərkibinə
görə fərqlənirlər.
Müasir un dəyirmanlarında dən üyüdülərkən kə-
pək hissə tamamilə ələnib kənar edilir. Kəpək hissədə
vitamin, minerallı maddələr və protein endospermdə-
kindən çoxdur. Ona görə də unda proteinin miqdarı
177
13,8%, kəpəkli unda isə 19,3%-dir.
Dənin kəpək hissəsində sellüloz və hemisellüloz
kimi həzm olunmayan karbohidratlar vardır. Lakin bu
maddələrin qəbizliyin aradan qaldırılmasında əhəmiy-
yəti vardır. Çünki sellüloza mədə-bağırsaq sistemində
qidanın hərəkətini nizamlayır. Eyni zamanda buğda
ununda və ondan hazırlanmış çörəkdə B qrupu vita-
minləri də vardır.
100 qram kəpəkli undan çörəkdə 0,12 mq ribofla-
vin - B
2
; 0,5 mq tiamin - B
1
, 4,5 mq niasin – PP; 350
mq piridoksin - B
6
; 30 mq fol turşusu - B
9
; 1,1 mq
pantoten turşusu – B
3
- vitaminləri vardır.
100 qram kəpəksiz undan çörəkdə 0,04 mq
riboflavin - B
2
; 0,1 mq tiamin - B
1
; 1,0 mq niasin - PP;
45 mq piridoksin - B
6
; 15 mq fol turşusu - B
9
; 0,3 mq
pantoten turşusu – B
3
vitaminləri vardır.
Göründüyü kimi kəpəksiz undan hazırlanan
çörəkdə vitaminlərin miqdarı kəpəkli undan hazırlanan
çörəyə nisbətən 4-8 dəfə azdır. Yediyimiz çörəyin
tərkibində vitaminlərin az olması bir çox xəstəliklərə
səbəb olur. Tiamin çatışmazlığı iştahanın pozulmasına,
tez yorulmağa və sinir sisteminin pozulması ilə
nəticələnir. Əgər digər qidalarla da tiamin çatışmazlığı
olarsa insan “beri-beri” xəstəliyinə tutula bilər.
Çörəyin tərkibində Na, Ca, K, P, Fe kimi mineral
maddələr də vardır. Mineral maddələrin miqdarca
nisbəti də kəpəkli undan çörəkdə daha yaxşıdır. 40-50
yaşından sonra insanlarda vitamin və mineral maddə
çatışmazlığı daha çox özünü göstərir. Çünki kəpəksiz
undan hazırlanan çorəklə uzun müddət qidalananlarda
bağırsaq xəstəliyinə səbəb olan qəbizlik daha çox
müşahidə edilir.
178
Çörəyin necə yeyilməsi barədə islamda bəzi
göstərişlər vardır. 14 əsr öncə Peyğəmbərimiz (s.ə.v.),
buğdanın üyüdüldükdən sonra ələnmədən, kəpəkli
yeyilməsini tövsiyə etmişdir. Müasir dövrdə bu
göstərişlərin hikməti çoxsaylı kimyəvi və biokimyəvi
tədqiqatlarla təsdiq olunmuşdur. Çünki, artıq deyildiyi
kimi buğda kəpəyi B
1,
B
2,
B
3,
B
6,
B
9,
PP vitaminləri ilə
zəngindir. Eyni zamanda kəpəkdə olan sellüloza və
hemisellüloza mədə-bağırsaqda qidanın həzmini və
hərəkətini nizamlayır.
Ulu Peyğəmbərimiz (s.ə.v.) çörəyi kiçik tikələrə
bölərək yeyilməsini məsləhət görmüşdür. Çörəyi bir
ə
llə kəsmək, dişləyərək yemək olmaz. Çörək, iki əllə
tutulub xırda tikələrə kəsilməli və aramla çeynənilərək
yeyilməlidir. nsanın ağız və mədə vəzilərinin ifraz
etdiyi şirənin tərkibində sellülozanı parçalayan ferment
yoxdur. Lakin çeynəmə ilə sellüloza xırdalanır və
qidanın tərkibində mexaniki rol oynayaraq qidanın
mədə-bağırsaq sistemində hərəkətini nizamlayır.
Yeməyin ağızda çeynənilməsi də vacibdir. Bu
xüsusda müdriklərin kəlamlarında deyilir: “Ağzına
Dostları ilə paylaş: |