QƏSAVƏT VƏ DAŞÜRƏKLILIK
1. Gözün quru qalması (yəni ağlamalı şey söyləni-
lərkən ağlamamaq), daşürəklilik, dünya həyatına çox
həris olmaq və ardıcıl günah etmək bədbəxtliyin
ə
lamətlərindəndir (Qəlbs-səlim).
2. Allahdan ən uzaq olan şəxs daşürəkli olandır
(Müstədrək).
3. Allah-Təalanın yer üzündə qabı vardır və Allah
çox istəyir ki, bu qab saf və təmiz qalsın. Bu qab insan
ürəyidir (Qəlbs-səlim).
XILAL
Yeməkdən sonra dişləri qurdalayıb, onların arasını
təmizləmək, müstəhəb əməllərin biridir. Ona xilal de-
yirlər. Bizim zamanımızda fırça ilə əmələ gətirdiyimiz
bu işi qədim zamanlarda çöp ilə və misvak ağacından
272
kəsilmiş nazik çubuğun lifli ucu ilə edirdilər. Rəsuli-
Ə
krəm (s.ə.v.) xilal etməyə çox təkid qılardı, özü də
xilal və misvak edərdi. Buyurardı ki, ağızın təmizliyi
üçün bu iş çox lazımdır. Hətta xəbərlərdə deyilir ki,
qonağın həqqidir ki, təamdan sonra ona xilal üçün çöp
də verilsin.
Imam Cəfər Sadiq (ə) buyurub ki, dişlərin
arasından dil ilə çıxarlmış təam qırıntılarını udun,
amma xilal etməklə çıxan şeyləri atın. Diqqət edilsə,
məlum olar ki, bu da səhhətin qorunması üçün bir
tədbirdir. Axı xilal üçün işlənən çöp özü ilə ağıza və
mədəyə xəstəlik sala bilər.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, xilal ilə ağzınız
üçün nəfəqə (zəkat) verin. Çünki ağız insanın
ə
məllərini yazan katib mələklərin məskənidir. Onların
mürəkkəbi ağızın suyu, qələmi insanın dilidir. Ağızda
qalan təam qırıntılarından o mələklər çox əziyyət
çəkirlər.
Imam Rza (ə) buyurub ki, nar ağacı və reyhan
çöplərilə xilal etməyin ki, onlar cüzam damarını
hərəkətə gətirirlər.
Həzrəti Əli (ə) buyurub ki, xilal edəndən sonra
ağzınızı üç dəfə yaxalamamış su içməyin.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, xurma ağacının
yarpağı, qarğu və ya qamış ilə xilal etməyin ki, dişlərin
ə
ti zədələnə bilər.
Bütün bunlar insanların səhhəti üçün olan tədbir
və sərəncamlardır ki, onlara riayət olunarsa, insan bir
çox bədbəxtliklərdən xilas ola bilər.
273
ORUC HAQQINDA
Ramazanın mə nası
Lüğət alimləri ramazan kəlməsi barədə iki məna
qeyd etmişlər:
1. Ramazan yay fəslinin sonunda, payız fəslinin
ə
vvəllərində yağaraq, yer üzünün tozunu təmizləyən
yağış mənasını ifadə edən «ramza» sözündən götürül-
müşdür. Yəni, payızın əvvəlində yağan yağış yer üzü-
nün tozunu təmizlədiyi kimi, Ramazan ayında da mö-
minlərin günahları oruc tutmaqla yuyularaq təmizlənər.
2. Başqa bir açıqlamaya görə, Ramazan günəşin
hərarətindən yandırıcı həddə qızan daş mənasını ifadə
edən «ramat» sözündən götürülmüşdür. Yəni, insan
qızmar daşlar üzərində rahatlıqla yol gedə bilməyib,
ayaqlarını yandırdığı kimi, Ramazan ayının aclıq və
susuzluğuna tab gətirməklə sanki Allah-Təala onun
günahlarını yandırıb məhv etmiş olur. Malik ibn
Ə
nəsin Peyğəmbərdən (s.ə.v.) nəql etdiyi hədisdə
deyilir: “Bu aya günahlar yandığı (bağışlandığı) üçün
Ramazan adı verilmişdir”.
Saf niyyətlə oruc tutan əməli saleh möminlər
Ramazan qurtardıqdan sonra təzə doğulan uşaqlara
bənzərlər.
Ramazan qılıncın ülgücünü və yaxud ucundakı
dəmiri iki daşın arasına qoyub döymək mənasını ifadə
edən «rəmd» kəlməsindən götürülmüşdür. Ramazan
ayına belə bir ad ərəblər silahlarını bu ayda hazırlıqlı
vəziyyətə gətirdikləri üçün verilmişdir.
Nəql olunan hədislərin birində Ramazanın Allahın
adlarından biri olduğu göstərilir.
274
Allahın mömin bə ndə lə ri ilə fə xr etdiyi ay
Xeyir-bərəkəti olan Ramazan ayı günahların
bağışlandığı, insanların Allahın rəhmət və mərhəmə-
tinə qovuşduğu aydır. Bu ayda günahlar bağışlanar,
dualar qəbul olunar, möminlərin xeyirxah işlərinə
verilən savablar qat-qat artırılar. Peyğəmbər (s.ə.v.)
Ramazan ayının əhəmiyyəti barədə buyurur:
“Sizlərə bərəkət ayı Ramazan gəldi. Bu ayda Allah
sizi öz rəhməti ilə əhatə edər. Günahlarınızı bağışlar,
dualarınızı qəbul edər. Allah bu ayda xeyirxah işlər
görmənizə baxar və sizinlə fəxr edər. Allaha xeyirli
işlər təqdim edin, bu ayda ən günahkar bəndə Allahın
rəhmətindən məhrum olan kimsələrdir”.
Bu ayda cənnətin qapıları açılar, şeytanlar zəncir-
lənərlər. Oruc tutan şəxs yemək-içməkdən imtina et-
məklə yanaşı, gözünü, qulağını, dilini, əlini və ayaqla-
rını da haram işlərdən qorumalıdır. Ramazan ayı gi-
rincə Allahın Rəsulu (s.ə.v.) Həzrət Cəbrayılla görüşər
və ona Quran oxuyardı.
Peyğəmbərdən (s.ə.v.) buyurulur: “Ramazan
ayında ümmətimə məndən əvvəlki peyğəmbərlərə
verilməyən beş şey verilmişdir”.
1. Ramazan ayının ilk gecəsi olunca Allah-Təala
ümmətinə (rəhmət baxışı ilə) baxar. Allah kimə rəhmət
baxışı ilə baxarsa, ona heç vaxt əzab verməz.
2. Axşamlar iftar açdıqları zaman ağızlarının iyi
Allah dərgahında müşkdən daha gözəl iy saçar.
3. Mələklər hər gecə-gündüz oruc tutanların
Allahdan bağışlanmalarını istərlər.
4. Allah-Təala Cənnətinə əmr edər: “Bəndələrim
üçün hazırlanıb bəzən, onların dünya məşəqqətlərindən
275
qurtulub Mənim yurduma və ehsanıma istirahət
etmələri üçün gəlmələri yaxınlaşdı”.
5. Gecənin sonunda Allah-Təala onların hamısını
bağışlayar.
Ramazanda daha çox əhəmiyyət verilən məsələlər
aşağıdakılardır:
1. Orucu bütün şərt və qaydaları ilə yalnız Allaha
xatir tutmaq.
2. Mümkün qədər çox Quran oxuyub, mənaları
ə
trafında düşünmək.
3. Başqa vaxtlarda edilən günahlara yol vermə-
mək və olunan günahlar üçün Allahdan bağışlanma
diləmək.
4. Ehtiyacı olanlara sədəqə və ehsanlar vermək.
Iftar məclisləri qurub oraya ehtiyacı olan insanları
dəvət etmək.
Peyğəmbər (s.ə.v.) buyurur: “Sədəqələrin ən
yaxşısı Ramazanda verilən sədəqələrdir”.
5. Imkan daxilində bütün vacib gündəlik
namazları camaatla birgə qılmaq.
6. Allaha daha çox zikr edib Peyğəmbər (s.ə.v.)
və məsum Imamlara Salavat göndərmək. Peyğəmbər
(s.ə.v.) buyurur: “Ramazanda Allaha zikr edən bağış-
lanar və Allahdan istəyənin hacətləri geri qaytarılmaz”.
7. Ramazan ayında digər aylardan daha çox ibadət
etmək. Aişədən (A.o.r.) bu barədə deyilir: “Peyğəmbər
(s.ə.v.) Ramazan ayında digər aylardan daha çox
namaz qılar, ibadətlə məşğul olardı”.
Allahın bütün göstərişlərinin dərin hikməti olduğu
kimi, Ramazan ayının orucluğunun da dərin və məntiqi
hikməti vardır. Insan özünü bir ay maddi və mənəvi
ləzzətlərdən məhrum etməklə, müvəqqəti olsa da, onu
276
ə
hatə edən yoxsul təbəqənin keçirdiyi hissləri keçir-
mək imkanı əldə edir. Səhərdən axşamadək ac qal-
maqla onların il boyu keçirdikləri bu ağır hissi süni
olsa da, hiss edir. Varlılar yemək-içməklərinə qənaət
etməklə, yoxsullara maddi yardım imkanı əldə edirlər.
Ac qalmaqla cinsi yaxınlığa meyl etmir və bununla da
bir çox ictimai pozğunluqların qarşısını almış olurlar.
Rəsmi statistik məlumatlara əsasən, Ramazan ayında
baş verən cinayətlərin sayı minimum həddə (əlbəttə ki,
müsəlman ölkələrində - Ə.C.Ə.) çatır. Qida
məhsullarından minimum istifadə bir çox xəstəliklərin
qarşısını alır. Insan özünü maddi və mənəvi ləzzət-
lərdən məhrum etməklə, mənəvi təkamülə daha çox
diqqət yetirir və Allaha yaxınlığı və Onun razılığını
ə
ldə etməyi hər şeydən öndə qərar verir. Oruc varlı və
kasıb arasında bərabərliyin bərqərar olması və
varlıların aclığın dadını dadaraq kasıblara yardım
etmələri üçün vacib edilmişdir.
Orucun müalicə vi xüsusiyyə tlə ri
Müasir tibbdə ən uğurlu müalicə üsullarından biri
də oruc tutmaq, yəni günün böyük bir hissəsini ac
qalmaqdır. Çoxçeşidli qida məhsullarından həddindən
artıq istifadə olunması, qanda şəkərin və xolesterinin
çoxalmasına, bir sıra xəstəliklərin meydana gəlməsinə
səbəb olur. Oruc tutmaqla insan özünü bir çox
xəstəliklərdən sığortaladığı kimi, ilin bütün günlərini
dayanmadan işləyən mədəsinin istirahətinə şərait
yaratmış olur. Islam dinində tövsiyə olunan orucluq
dəri, göz və böyrək, şəkər, revmatizm, hətta xərçəng,
vəba və taun kimi ağır xəstəliklərin müalicəsinə
müsbət təsir göstərir. Peyğəmbər (s.ə.v.) bu barədə
277
nəql olunan hədisdə buyurur:
“Mə də bütün xə stə liklə rin evi, imsak isə bütün
də rdlə rin də rmanıdır”.
“Oruc tutun ki, sağ lam olasınız”.
Oruc vücudun xəstəliklərə qarşı müqavimətini
artırır. Bu önəmli tibbi həqiqətin Islam dinində orucun
fərz olmasını əsaslandırır. Bugünkü müasir tibb elmi
orucluğu xəstəliklərə qarşı bir müalicəvi vasitə
olduğunu göstərir. Oruc olan şəxsin mədəsinin
istirahəti ilə yanaşı, qaraciyərin də qan təmizləmədə
daha rahat işləməsinə kömək edir. Çünki yeyilmiş
qidadan hasil olan qan qaraciyər vasitəsilə təmizlənir.
Oruc insan bədəni üçün bir rejimdən ibarətdir. Əsas
məqsədi də bəşər övladının sağlam olmasına imkan
yaradır. Insan bir ay oruc tutandan sonra elə bil anadan
təzə doğulan uşaq kimi sağlam olmaqla, xolesterindən,
artıq yağ toxumalarından və ürək-damar təzyiqindən
xəbəri yoxmuş kimi həyat sürməyə başlayır. bir
müsbət cəhəti də ondan ibarətdir ki, günün müəyyən
vaxtlarında (sahurda və iftarda) yeyilən qida daha
yaxşı həzm olunaraq təmiz qan yaradır. Ağ qan
xəstəliyinə tutulmuşların oruc tutduqları zaman onların
bədənində daha yaxşı qan əmələ gəlməsi müşahidə
edilmişdir. “Qurani Kərim”də buyurulduğu kimi: “Bil-
səniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir”.
Bəzən insanlar Ramazan ayında oruc tutarkən
sahurda və iftarda daha çox qidalı, yağlı və şirin yemək
fikrinə düşürlər. Lakin bu, düzgün deyil. Həzrəti
Peğəmbərin (s.ə.v.) hədislərində buyurulduğu kimi:
“Insan oğlu həmişə az yeyib, az içməlidir” kəlamı
Ramazan ayına da çox aid edilə bilər. Çünki insan
bütün günü ac qaldıqdan sonra çox yeməsi mədənin
278
iztirabına səbəb ola bilir. Bu isə oruc tutan müsəlmanı
bir müddət ağırlaşdırır. Hətta baş ağrısı, təzyiqin
kəskin artması da müşahidə edilir. Ona görə də, həm
sahurda, həm də iftarda doyunca yemək lazım deyil.
Burada ulu Peyğəmbərimizin (s.ə.v.) bir hədisi də
yerinə düşür: “Acmamış süfrəyə oturmayın, doyma-
mış süfrə də n çə kilin”. Orucluq haqqında Islam dini-
nin bizə verdiyi bilgilərə, “Qurani Kərim”dəki Allah-
Təalanın buyuruqlarına, Peyğəmbərimizin (s.ə.v.) hə-
dislərinə, Imamlarımızın (ə) və din alimlərinin
kəlamlarına riayət etməklə tutulan oruc insan səhhətinə
xeyirdən başqa heç bir zərər yetirməz.
Allah dərgahında həqiqi oruc tutanlar o kəslərdir
ki, Allaha xatir orucun bütün şərtlərinə əməl etsin.
Orucluq adı ilə – çəki salan, selülitini əridən, pəhriz
saxlayan və s. adamların orucu çox vaxt qəbul olun-
mur. (Amma bəlkə də qəbul olunur. Allah bilər…).
Orucun tarixi
Tarixi mənbələr, demək olar ki, bütün millətlərin
oruc tutduqları barədə xəbər verir. Belə ki, hələ
eramızdan çox-çox əvvəl qədim Misirdə, Çində,
Yunanıstan və Hindistanda yerli əhalinin müxtəlif
inanclara sahib olmalarına baxmayaraq, ilin müəyyən
gün və ya həftələrini oruc tutmuş və bunu nələrləsə
ə
laqələndirmişlər.
Bəzi
millətlər
yalnız
ə
t
məhsullarından imtina etmiş, bəziləri yalnız balıqla
qidalanmış və digər yeməklərdən imtina etmiş, bəziləri
isə bir guşəyə qapanaraq göz və ya dil orucu tutmuşlar.
Yəni öz inanclarına əsasən, hər hansı bir hadisənin
qarşısını almaq məqsədilə müəyyən günlər insanlardan
ayrılaraq bir guşəyə çəkilərək kiminləsə nə danışmış,
279
nə də üzlərini görmüşlər. Dini mənbələrə nəzər
saldıqda da belə məlum olur ki, hələ “Qurani-Kərim”-
dən çox-çox əvvəl nazil olan səmavi kitablarda, yəni
Tövrat və Incildə yəhudi və nəsranilərin də oruc
tutduqları məlum olur. Məsələn, Tövratda deyilir:
Musa (ə) deyir: “Ey qövmüm, sizlərə göndərilən
lövhələri qəbul etmək üçün dağa gəldiyim zaman qırx
gecə-gündüz orada qalıb bir şey yeyib-içmədən oruc
tutdum”.
Dini mənbələrdən belə məlum olur ki, yəhudi
milləti günahlarının bağışlanması üçün tövbə etmədən
oruc tutardılar. Yəhudilər ildə bir gün günahlarının
bağışlanması üçün müəyyən olunmuş gündə oruc tutar,
ilin digər günlərində isə müvəqqəti, yəni vaxtı
müəyyən olunmayan oruc tutardılar. Bu oruclarla
yanaşı, onlar Yerusəlimin dağıldığı günün xatirəsini
yad etmək məqsədilə ayrıca oruc tutardılar. Incildən də
Həzrət Isanın (ə) qırx gün oruc tutduğu məlum olur.
Orada deyilir: “O zaman Isa Məsih (ə) ruhən
gücləndikdən sonra Iblis onu sınağa çəksin deyə,
səhraya aparıldı. Qırx gecə-gündüz oruc tutdu və
bundan sonra özündə aclıq hiss etdi”. Lukanın Incilin-
dən belə məlum olur ki, Isa Peyğəmbərin(ə) həvariləri
də (ona iman gətirən şəxslər, tələbələri) oruc tutmuşlar.
Orucun keçmiş ümmətlərdə də vacib olduğu Quran
ayələrindən məlum olur.
“Ey iman gə tirə nlə r! Oruc tutmaq sizdə n
ə
vvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib
edildi ki, (bunun vasitə silə ) siz pis ə mə llə rdə n
çə kinə siniz!” (əl-Bəqərə, 2/183).
Ayədən açıq-aşkar belə məlum olur ki, oruc
Islamdan əvvəlki ümmətlərə də vacib edilmişdir.
280
Yəqubi özünün tarix kitabında yazır: “Qiblənin
Beytül-Müqəddəsdən Kəbəyə tərəf dəyişilməsindən on
üç gün sonra Ramazan ayının oruc hökmü nazil oldu”.
“Insanlara doğru yolu göstərən, bu yolu açıq
dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran
(Quran)
Ramazan ayında nazil edilmişdir. Aya
(Ramazan ayına)
yetişən şəxslər (bu ayı) oruc
tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə
tutmadıqları günlərin sayı qədər başqa günlərdə
tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük
istər
ki,
fövtə
gedən
günlərin
orucunu
tamamlayasınız və sizi düz yola yönəltməsinə görə
ona (“Allahu əkbər” deməklə) təzim və şükr
edəsiniz”. (əl-Bəqərə, 2/185).
Məclisi bu barədə yazır: “Hicrətin ikinci ilində
Ş
aban ayının 15-də qiblənin dəyişilmə hökmü verildi.
Ş
aban ayının iyirmi səkkizində isə Ramazan ayının
orucluq hökmü verildi”. Koleyni Imam Baqirdən (ə)
nəql etdiyi rəvayətdə deyir: “Şaban ayının axırına üç
gün qalmış Peyğəmbər (s.ə.v.) camaatı bir yerə
toplayaraq onlara qarşıdan gələn Ramazan ayının vacib
orucunu elan etdi”.
Ramazan ayında baş verən mühüm hadisələr
1. Hicridən üç il əvvəl Peyğəmbərin (s.ə.v.)
sevimli zövcəsi Həzrət Xədicə Ramazan ayında 65
yaşında vəfat edir. Bu hadisədən üç gün sonra Imam
Ə
linin (ə) atası Əbu Talib 86 yaşında (başqa bir
rəvayətdə 90 yaşında) vəfat edir.
2. Hicrətin ikinci ilində Peyğəmbər (s.ə.v.)
Məkkədən Mədinəyə hicrət etdikdən 18 ay sonra
Ramazan ayının on yeddisində cümə günü cihad
281
hökmü verildi və müsəlmanlarla Məkkə müşrikləri
arasında ilk müharibə baş verdi.
3. Hicrətin 8-ci ilində Ramazan ayının ikinci
gecəsi (başqa bir rəvayətə görə onuncu gecəsi) Pey-
ğə
mbər (s.ə.v.) Məkkəni fəth etmək, yəni müşriklərdən
azad etmək məqsədilə Mədinədən xaric olur. Bu hadisə
baş verdiyi zaman orucluq hökmü verildiyi üçün Islam
qoşunu oruc idi. Lakin Peyğəmbər (s.ə.v.) onlara iftar
etmələri, yəni oruclarını sındırmalarını əmr edir.
4. Imam Həsənin (ə) mövludu. Hicrətin 3-cü ili
Ramazan ayının 15-də Imam Əlinin (ə) böyük oğlu
Imam Həsən (ə) dünyaya gəlir.
5. Möminlərin əmiri Imam Əlinin (ə) şəhadəti.
Islam tarixində Ramazan ayında baş verən mühüm
tarixi hadisələrdən biri də hicrətin 40-cı ilində
Ramazan ayının 19-u günü Imam Əlinin (ə) Kufə
məscidində Əbdül-Rəhman ibn Mülsəm tərəfindən
zərbələnməsi (yaralanması) olur. Imam Əli (ə) iki gün
sonra, yəni Ramazan ayının 21-i şəhadətə qovuşur.
Oruc tutmağın vacibliyi
Öz bəndələrinə son dərəcə mərhəmətli olan Allah
onları ilin ən isti günlərində ziyafətə dəvət edir, onlara
aclıq və susuzluqla qonaqlıq verir. Qonaqlığa dəvət
olunanların özləri ilə Allaha gətirdikləri sovqat səbir və
imanlarıdır. Orucluğa hamı dəvət olunsa da, dəvəti
qonaqlığa layiq olanlar qəbul edir. Allah öz sevimli
bəndələrinə “Ey iman gətirənlər!” xitabı ilə müraciət
edir. Sanki onların könlünü alır və orucluğun çətin
anlarını unutdurur. Onlar qorxuya düşməsinlər deyə,
orucun onlardan əvvəlki ümmətlərinə vacib olduqla-
rına toxunur. Bu barədə “Qurani Kərim”in əl-Bəqərə
282
surəsinin 183, 184 və 185-ci ayələrini oxumaq
lazımdır.
“Ey iman gə tirə nlə r! Oruc tutmaq sizdə n
ə
vvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib
edildi ki, (bunun vasitə silə ) siz pis ə mə llə rdə n
çə kinə siniz!”. (əl-Bəqərə, 2/183 ).
“(Oruc tutmaq) sayı müə yyə n olunan (bir ay)
günlə rdir. (Bu günlə rdə ) sizdə n xə stə və ya sə fə rdə
olanlar tutmadığ ı günlə r qə də r baş qa günlə rdə oruc
tutmalıdırlar. Oruc tutmağ a taqə ti olmayanlar isə
(hə r günün ə və zində )
bir yoxsulu doyuracaq qə də r
fidyə vermə lidirlə r. Hə r kə s könüllü xeyir iş
görə rsə , (hə m oruc tutub, hə m də fidyə verə rsə ), bu
onun üçün daha yaxş ı olar. Bilsə niz oruc tutmaq
sizin üçün nə qə də r xeyirlidir!”. (əl-Bəqərə, 2/184 ).
“Insanlara doğ ru yolu göstə rə n, bu yolu açıq
də lillə ri ilə aydınlaş dıran və (haqqı batildə n) ayıran
(Quran)
Ramazan ayında nazil edilmiş dir. Aya (Ra-
mazan ayına)
yetişə n şə xslə r (bu ayı) oruc tutma-
lıdırlar; xə stə və ya sə fə rdə olanlar isə tutmadıqları
günlə rin sayı qə də r baş qa günlə rdə tutsunlar. Allah
sizin üçün ağ ırlıq deyil, yüngüllük istə r ki, fövtə
Dostları ilə paylaş: |