257
Sirkə haqqında
Yeyinti turşularına sirkə, limon, süd, alma və digər
turşular aiddir.
Limon turşusu - limon və yabanı nar şirəsindən,
eləcə də tənbəki yarpaqlarından, şəkər məhlulunu
xüsusi göbələklərlə (Asperiglies niger) qıcqırtmaqla
alınır. Pərakəndə satış üçün limon turşusu 10-20 qr
kütlədə karton qutucuqlarda və sellofan paketlərdə
qablaşdırılır. Yeyinti sənayesində, spirtsiz içkilərin,
ş
irniyyat məmulatının, kompotların istehsalında və
kulinariyada istifadə olunur.
Sirkə turş usu – asetat turşusunun (CH
3
COOH)
zəifləşdirilmiş 3-10%-li məhlulundan ibarətdir. Sirkə
turşusunu qədimdən tərkibində şəkər olan meyvə və
giləmeyvə şirələrinin sirkə turşusuna qıcqırdılması
(Mycaderma aceti bakteriyalarının iştirakı ilə bioloji
üsulla
) yolu ilə əldə ediblər. Lakin müasir dövrdə sirkə
digər üsullarla da (Ağacın quru distilləsi və sintetik
üsulla asetilendən) alınır. Yeyinti məqsədləri üçün
ə
sasən bioloji üsulla alınmış sirkədən istifadə edilir.
Hazırlandığı xammaldan asılı olaraq sirkə müxtəlif
adlarda – üzüm sirkəsi, alma sirkəsi, tut sirkəsi, bal
sirkəsi və s. adlarda satışa buraxılır. Sirkəni pərakəndə
satış üçün 0,1; 0,25 və 0,5 litr tutumlu şüşə butulkalara,
istehsalata göndərmək üçün 15; 25 və 60 litr tutumlu
balonlara doldururlar.
Ağacın quru destilləsindən sirkə cövhərini 70-
80%-li olmaqla 40; 60 və 100 ml tutumlu şüşələrdə
satışa verirlər. Sirkəni quru və sərin yerdə saxlamaq
lazımdır.
“Qurani –Kərim”-də buyurulur:
258
“Siz xurma ağ aclarının meyvə sində n və üzüm-
lə rdə n şə rab (yaxud sirkə ) və gözə l ruzi (kiş miş , mö-
vüc, bə hmə z, quru xurma və s.)
düzə ldirsiniz. Ş üb-
hə siz ki, bunda da ağ ılla düş ünə nlə r üçün bir ibrə t
vardır.” (ən – Nəhl, 16/67).
Göründüyü kimi bu ayədə meyvələrdən alınan
qidalı məhsullarla yanaşı, sirkədən də söhbət gedir.
Sirkə haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Hər kəs sirkə yesə, onun başı üstündə bir
mələk durar və o, yeyib qurtarana qədər onun üçün
istiğfar edər”.
2. “Nə yaxşı çörək qatığıdır sirkə? Sirkə olan ev
kasıb deyil”.
3. “Nə yaxşı çörək qatığıdır sirkə! Ey Allahım,
sirkəni bizə mübarək elə. O məndən qabaqkı
peyğəmbərlərin də çörək qatığı olub”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Sizə tövsiyə
edirəm sirkəni. O sizin daxilinizdə olan bütün canlıları
(qurdları) qətlə yetirər”.
259
YEMƏ K VƏ IÇMƏ K QAYDALARI
Məlumdur ki, insanın həyatı və səhhəti bilavasitə
onun təmiz və pak olması ilə əlaqədardır. Təsadüfi
deyil ki, bütün şəriət kitabları təharət bəhsi ilə başlanır.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Din özü paklıq
üzərində qurulub”.
Çünki o pak bir mənbədən, ilahi bir çeşmədən öz
başlanğıcını götürüb. O çeşmə münəzzəh və pakizədir.
Peyğəmbər (s.ə.v.) buyurub: “Allah-təala özü pakdır,
pak olmağı da xoşlayır”. Odur ki, insanın bədəni və əli
nə qədər təmiz və pak olsa da, yeməkdən qabaq əlləri
yumaq lazımdır, bunun böyük fəziləti vardır. Rəsuli-
Ə
krəm (s.ə.v.) buyurub ki, hər kəs xeyir və bərəkətini
artırmaq istəyirsə, yeməkdən qabaq əllərini yusun.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Yeməkdən qabaq
dəstəmaz almaq fəqirliyi aparar, yeməkdən sonra
dəstəmaz almaq qəm-qüssəni aparar və gözə sihhət
verər
”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs təamdan
qabaq əllərini yuyub dəsmal ilə silməsə, əlində rütubət
qaldığı müddətdə o təamın bərəkəti getməz”.
Böyük din rəhbərlərimizdən bizə yetişən bu
xəbərlərə müvafiq olaraq, bizim yerlərdə qabaqkı dövr-
lərdə hər məclisdə “əl suyu” verilərdi. Bundan ötrü
xüsusi yaraşığı olan bədii zövqlə bürüncdən qayrılmış
“aftafa-ləyən” olardı, süfrənin əvvəlində və axırında
məclisi idarə edən “xəlifə” həmin “aftafa-ləyən” ilə
məclis əhlinin qabağına gəlib, onların əlinə su tökərdi,
sonra qolu üstə gəzdirdiyi dəsmalı onlara təqdim
edərdi. Bu “əlyuma” mərasimi məclisə xüsusi bir
260
rövnəq verərdi. Təəssüf ki, bu gözəl adət sonralar
aramızdan götürüldü. Müasir cavanlar indi o “aftafa-
ləyən”i bəlkə muzeylərdə görə bilərlər.
Bizim keçmiş zamandakı məclislərin qaydası belə
idi. Hər məclisdə yeməkdən qabaq əllər yuyulub pak
və təmiz olurdu; ona görə də aş və plov kimi xörəkləri
qaşıqla yox, əl ilə yeyərdilər. Bu adət Peyğəmbərimiz
(s.ə.v.) cənablarından bizə gələn miras idi. O Cənab
(s.ə.v.) buyurub ki, yeməkdən sonra barmaqlarınızı
yalayın, ondan sonra yuyun və ya dəsmalla silin.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Mən təvazökar bəndəyəm, qullar ilə birlikdə yer-
də oturub təam yeyirəm, barmaqlarımı da yalayıram”.
2. “Məclisin əvvəlində gərək mənzil sahibi əvvəlcə
ə
lini yusun, məclisin axırında isə mənzil sahibi əlini ən
axırda yusun. Çünki o, ev sahibidir, əli batıq halda məc-
lisin axırına qədər durub gözləyə bilər, amma qonaqları
ə
li batıq halda intizarda qoymaq ədəbsizlik olar”.
Rəvayət edirlər ki, o Cənab (s.ə.v.) süfrənin axırın-
da əlini yuyub, üzünə və başına çəkərdi, sonra dəs-
malla qurulayardı və bu duanı oxuyardı: “Əllahum-
məcəlni mimmən la yərhəqü vücuhühum qətərün və la
zillə”. Yəni: “Ay Allahım, məni o kəslər cümləsindən
qərar ver ki, onların üzünə simiclik və zillət gəlməz”.
3. “Hər kəs öz evində xeyir-bərəkəti artırmaq
istəyirsə, təam başlayan vaxtda və təam qurtarandan
sonra əlini yusun. Hər kəs buna riayət etsə, həmişə
firavan yaşayar və bədənində heç bir naxoşluq olmaz”.
4. “Yeməkdən sonra əlinizi yuyub, onda qalan
rütubətlə gözlərinizə məsh edin ki, göz ağrısından
ə
manda olasınız”.
Həzrəti Əlidən (ə) rəvayət olunur ki, buyurdu:
261
1. “Təam yeməyə başlayanda Allah-Təalaya zikr
elə ki, o təam Allahın nemətlərindən biridir. Ondan
ötrü şükr etmək lazımdır”.
2. “Təam yeyəndə qullar kimi yerdə oturub ye,
ayaqlarını bir-birinin üstünə aşırma və dizi üstə
oturma. O cür oturmaqdan Allahın xoşu gəlmir və
adam üçün günahdır.
Imam Cəfər Sadiq (ə) buyurub ki, süfrə üstə olan
müddəti uzadın, çünki o müddət sizin ömrünüzdən
hesab olunmayır.
Imam Həsən (ə) buyurub ki, süfrəyə aid on iki xis-
lət var. Hər müsəlmana vacibdir ki, onları bilsin. On-
ların dördü vacib, dördü müstəhəb, dördü isə ədəbdir.
Vacib olan şeylər bunlardır: 1) mərifət, yəni Allahı
öz sifətlərilə tanımaq; 2) riza, yəni Allahdan gələn hər
bir şeyi razılıqla qəbul etmək; 3) təsmiyə, yəni
“Bismillahir-rəhmanir-rəhim” demək; 4) şükr etmək.
Müstəhəb olan şeylər bunlardır: 1) yeməkdən qa-
baq əli yumaq, boynunda cənabət qüslü olan adama bu
iş daha təkidlə lazımdır; 2) yemək zamanı bədənin
ağırlığını sol tərəfə salmaq; 3) təamı üç barmaqla gö-
türüb yemək; 4) yeyib qurtarandan sonra barmaqları
yalamaq.
Ə
dəbə aid olan şeylər isə bunlardır: 1) təamın sənə
tərəf çevrilmiş yerindən yeyəsən; 2) loxmaları kiçik-
kiçik edəsən; 3) təamı yaxşı-yaxşı çeynəyəsən; 4)
süfrədə oturan adamların üzünə az baxasan.
Ə
mir Ibni Qeys nəql edir ki, Mədinədə Imam
Muhəmməd Baqir (ə) mənzilinə varid oldum. Gördüm
ki, o Cənabın qabağında süfrə var, təam tənavül edir.
Soruşdum ki, bu süfrənin həddi (həqqi) nədir? O
Cənab (ə) buyurdu: “Süfrəni salanda “Bismillah” de,
262
qurtaranda “Əlhəmdülillah” de, yeyəndə isə təamın
kənarlarından götürüb ye. Bunlar süfrənin həddidir”.
Imam Cəfər Sadiq (ə) sol əl ilə yeməyi və içməyi
məkruh hesab edərdi.
Rəsuli-Əkrəm (s.ə.v.) Həzrəti Əli (ə) cənablarına
buyurur: “Ya Əli, yeməyə duz ilə başla, qurtaranda da
duz ilə qurtar. Çünki duzda yetmiş dərdin şəfası var.
Onlardan bəzisi bu xəstəliklərdir: dəlilik, cüzam,
alalıq, boğaz ağrısı, diş ağrısı, qarın ağrısı”.
“Tibbül-əimmə” kitabında Imam Cəfər Sadiqdən
(ə) nəql edilir ki, o Cənab (ə) buyurub: “Imkan olan
halda yol gedə-gedə yemə”.
Rəvayət edirlər ki, o Cənabı söykənmiş halda təam
yeyən görməyiblər. O Cənab (ə) özü də buyurub ki,
Rəsuli-Əkrəm (s.ə.v.) cənabları vəfat gününə qədər
söykənmiş halda heç bir şey yeməzdi.
Həzrəti Əli (ə) buyurub:
1. “Süfrədən qayıdan bütün şeylər, onunla şəfa
tapmaq istəyən kəslər üçün şəfadır”.
2. “Təama üfürmək, onun bərəkətini aparar”.
Bu üfürmək ya təam soyutmaq üçün, ya da başqa
məqsəd üçün ola bilər. Hər məqsədlə olsa da, bu iş
məsləhət deyil.
Bir dəfə Rəsuli-Əkrəm (s.ə.v.) hüzuruna çox isti,
qaynar təam gətirdilər. O Həzrət (s.ə.v.) buyurdu:
“Qoyun qalsın, soyusun, bərəkət soyuqdadır, isti şey
bərəkətsiz olar”.
Ə
mirül-möminin Əli (ə) buyurub:
1. “Hər kəs öz kasasını yalasa, mələklər ona
sələvat göndərər və onun ruzisinin bol olması üçün dua
edərlər, onun üçün əlavə səvablar yazılar”.
2. “Hər kəs təmiz və pakizə təam yesə, təamı
263
yaxşı-yaxşı çeynəsə, meyli və iştahası olan halda təamı
tərk etsə və mədəsini boşaltmaq lazım olan vaxtda ona
mane olmasa, ölüm xəstəliyi gəlməyincə heç vaxt
xəstələnməz”.
Imam Cəfər Sadiq (ə) zəmanə imamı olmaqla
bərabər, həm də bütün dünya elmlərinə vaqif bir alim
və bir haziq təbib idi. O Cənab (ə) buyurub:
1. “Yaşlı qoca gərək qarnı təam ilə dolu olarsa
yatmasın. Bu, onun yuxusu üçün yaxşıdır, həm də
ağzının qoxusunu yaxşılaşdırır”.
2. “Əgər sizi təama dəvət ediblərsə, məbadə öz
oğlunuzu da aparasınız. Əgər belə etsəniz, həram
yemiş olarsınız və özünüzə günah qazanarsınız”.
3. “Tox qarına yemək, alalıq xəstəliyinə səbəb
olar”.
4. “Çox yemək məkruhdur”.
5. “Hər kəs dəvət olunmadan bir təam yesə, elə bil
ki, bir parça od yeyib”.
Imam Rza (ə) buyurub: “Yeməkdən sonra arxası
üstə uzanıb, sağ ayağı sol ayağın üstünə qoy”.
Fəzl Ibni Yusif adlı bir şəxs nəql edir ki, bir gün
evin xadimi xəbər verdi ki, qapıda bir nəfər durub,
səninlə görüşmək istəyir. Adı Musa Ibni Cəfərdir.
Dedim, ey ğulam, əgər o mənim nəzərimdə olan şəxs
olsa, səni azad edərəm. Özüm qapıya getdim.
Həqiqətən. Onun Imam Musa Kazım (ə) olduğunu
gördüm. Dedim, ey mənim ağam, buyur. Sonra ona
evin yuxarı başında yer göstərdim. O Cənab (ə)
buyurdu: - Ey Fəzl, evin yuxarı başında oturmağa ev
sahibi daha çox layiqdir. Lakin Bəni Haşim nəslindən
orada bir kəs olarsa, evin yuxarı başı ona məxsusdur.
Sonra ərz elədim ki, sənə qurban olum, bizim üçün
264
təam hazırlanıb, izn versən gətirərəm. O Cənab (ə)
buyurdu: - Xəlq bunu “gözlənməz” (nağafil) təam
adlandırırlar, lakin mən onda bir kərahət görmürəm.
Sonra əmr etdim, ğulam əl yumaq üçün teşt
gətirdi. O Cənab (ə) teştə yaxınlaşıb buyurdu: - Həmd
olsun o Allaha ki, hər şey üçün hədd qoyub. Dedim: -
Sənə fəda olum, bunun həddi nədir? Buyurdu: - Bunun
həddi odur ki, əvvəlcə ev sahibi başlayıb əlini yusun
ki, qonaqlarda fərəh və xoşhallıq yaransın.
Sonra o Cənab (ə) “Bismillah” deyib əlini yudu.
Teşti qaldıranda “Əlhəmdülillah” deyib süfrəyə gəldi.
Dedim: - Sənə qurban olum, bu süfrənin həddi nədir?
Buyurdu: - Bunun həddi odur ki, başlayanda “Bismil-
lah”, qurtaranda “Əlhəmdülillah” deyəsən.
Süfrədən sonra ğulam diş qurdalamaq üçün çöp
gətirdi. Soruşdum: - Mənim ağam, bəs bunun həddi
nədir? Buyurdu: - Bunun həddi odur ki, çöpün ucunu
sındırasan ki, dişin ətini yaralayıb qanatmasın.
Sonra ğulam bir qabda şərbət gətirdi. Soruşdum ki,
bunun həddi nədir? Buyurdu: - Bunun həddi odur ki,
qabın qulpu olan yerdən və ya qabda sınıq yer varsa, o
yerdən içməyəsən. Çünki o yer şeytanların yığılıb otu-
ran yeridir. Bir həddi də odur ki, başlayanda “Bismil-
lah”, qurtaranda “Əlhəmdülillah” deyəsən. Sonra o
Cənab (ə) buyurdu: - Ey Fəzl, süfrənin axırında süfrə
ə
hli əllərini yuyandan sonra ev sahibi ən axırda öz əlini
yumalıdır. Süfrənin ədəb qaydası belədir.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Bazarda yemək alçaqlıqdır”.
Bir nəfər o Həzrətdən (s.ə.v.) soruşdu: - Ya
Rəsuləllah (s.ə.v.), biz bazarda yeyirik, amma doyunca
yox, buna necə baxırsız? O Həzrət (s.ə.v.) buyurdu:
265
“Görünür ki, siz təamı bir dəfədə yox, müxtəlif
vaxtlarda hissə-hissə yeyirsiniz. Onları bir yerə yığıb,
Allahın adını zikr edərək yeyin ki, bərəkətli olsun”.
2. “Süfrədə oturan şəxs gərək təamı öz qabağından
götürüb yeyin. Məclisdə süfrə əhlinə ümumi qabda
təam qoyularsa, başqalarının qabağından bir şey
götürüb yeməsin. Həmçinin, qoyulmuş təamın ortasın-
dan götürməsin. Əgər şəxs yeyib doysa, yenə də əlini
süfrədən çəkməsin ki, hələ doymamış süfrə yoldaşları
xəcalət çəkməsinlər, yeyib doysunlar. Belə hallarda
şə
xs gərək özünü məşğul edib, süfrədən çəkilməsin”.
Səhabələrdən biri nəql edir ki, bir dəfə yeməkdən
sonra Peyğəmbər (s.ə.s) cənabları hüzurunda gəyirdim.
O Cənab (s.ə.v.) buyurdu:
3. “Gəyirməyini dayandır, adamların çoxu
dünyada tox olur, Qiyamət günündə isə aclıqları uzun
müddət çəkir”.
4. “Hikmət nuru – aclıqda, Allahdan uzaq olmaq –
toxluqda, Allaha yaxın olmaq- miskinləri sevməkdə və
onlara yaxın olmaqdadır”.
5. “Çox yeyib-içməklə qəlblərinizi öldürməyin,
çünki qəlblər də nəbatat kimidir, çox su içdikdə
ölürlər”.
6. “Çox yeməyin ki, mərifət nuru sizin qəlbinizdə
sönməsin. Hər kəs təamı yüngül etmək (əritmək) üçün
namaz qılıb yatsa, Cənnətin huriləri onun yanında
yatar”.
Rəsuli-Əkrəm (s.ə.v.) cənablarından xəbər aldılar
ki, hansı kəslərdən Cəhənnəmə gedən çox olar?
Buyurdu: “Içi boş olan iki şey: qarın, bir də qadın
tənasül üzvü”.
Başqa təbirlə desək belə olar: “Qarınqulular, bir də
266
cinsi əlaqə hərisləri”.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Hər kəs həlal
yesə, onun başı üstə bir mələk durar və yeyib qurtarana
qədər onun üçün istiğfar edər. Amma bəndənin
mədəsində həram şey olsa, o loxma onun mədəsində
olduğu müddətdə asimanın və yerin mələkləri ona
lənət edərlər. Allah-təala ona nəzər salmaz. Əgər bəndə
həram bir loxma yeyibsə, tövbə etməmiş ölsə,
Cəhənnəmə layiq olar”.
Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Qızıl və gümüş qabdan su içmək və təam
yemək olmaz”.
2. “Gümüşdən hazırlanmış və ya üzünə gümüş
çəkilmiş qabdan su içmək məkruhdur. Hətta, əgər bu
cür qabdan qeyri bir qab olmasa, su içəndə ağzınızı
gümüş çəkilməmiş yerə qoyun”.
Imam Cəfər Sadiqdən (ə) soruşdular ki, su içəndə
birnəfəsə içmək olarmı? Buyurdu:
3. “Çox şiddətli hərarətiniz olsa, birnəfəsə içə
bilərsiniz. Lakin üçnəfəsə içmək, birnəfəsə içməkdən
ə
fzəldir”. Sonra o Cənab (ə) əlavə etdi:
4. “Özünüzü dəvəyə oxşatmayın”. Dəvə birnəfəsə
doyana qədər su içir, həm də suyu böyük cürələrlə
qəbul edir və zərbə ilə onun mədəsinə tökülür. Bu cür
su içmək insan üçün zərərlidir.
Rəsuli-Əkrəm (s.ə.v.) suyu üçnəfəsə içərdi. Hər
nəfəsin əvvəlində “Bismillah”, axırında “Əlhəmdülil-
lah” buyurardı. O Cənab (s.ə.v.) ayaq üstə su içməkdən
nəhy edib. Yemək barəsində soruşanda, o Cənab
(s.ə.v.) buyurdu ki, ayaq üstə yemək, ayaq üstə su
içməkdən də pisdir.
Imam Cəfər Sadiqdən (ə) suyun dadını soruşdular.
267
O Cənab (ə) buyurdu: “Suyun dadı, həyatın dadı kimi-
dir”.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, haçan sizin su
və ya xörək qabına milçək düşsə, onu tamamilə o suya
və ya xörəyə batırın, sonra çıxarıb atın. Çünki onun bir
qanadında xəstəlik, o biri qanadında şifa var. O həmişə
xəstəlik olan qanadını suya və ya təama vurur. Onu
orada tamamilə çimdirin ki, şifa olan qanadı o xəstəliyi
aparsın.
Ş
am yeməyi. Axşam yeməyinin bədən üçün
böyük əhəmiyyəti vardır. Yaşlı adamlarda bunu daha
kəskin hiss etmək olar.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Hər kəs şənbə və
yekşənbə günləri ardıcıl olaraq axşam yeməyini tərk
etsə, onun bədənindən elə bir qüvvə gedər ki, qırx gün
geriyə qayıtmaz”.
Həzrəti-Əmirül-möminin
Ə
li
(ə)
buyurub:
“Peyğəmbərlərin şam yeməyi işa namazından sonradır.
Ş
am yeməyini tərk etmək, bədənin xarab olmasına
səbəb olar”.
Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Şam yeməyini tərk etmə. Heç olmazsa, duzla
üç loxma yeginən”.
2. “Hər kəs şam yeməyini bir gecə tərk etsə, onun
bədənindən bir damar ölər və daha heç zaman
dirilməz”.
Yemək, içmək və onlar ilə əlaqədar olan məsələlər
barəsində hədis, kəlam və imamlardan bizə yetişən
rəvayətləri belə kiçik kitabda yerləşdirmək olmaz.
Islamdan tamamilə ayrı düşmüş bugünkü cavanlar
burada zikr olanları bilsələr və onlara əməl etsələr,
müəllif bilər ki, yuxusuz gecələrinin məhsulu olan bu
268
kitab öz səmərəsini veribdir. Müəllifin mükafatı da
bundan ibarətdir, çünki bu kitabın tərtibində onun
məqsədi fəqət islamın təbliği və xalqın xoşbəxtliyi
olubdur.
YEMƏK YEMƏYIN ƏDƏBLƏRI
HAQQINDA HƏDISLƏR
Mərhum Məclisi “Məvalidus-sadiqin” kitabından
rəvayət etmişdir ki, Allahın Rəsulu (s.ə.v.) hər cür
yemək yeyərdi. Yemək yeyəndə ailəsi və xidmətçiləri
ilə birlikdə yeyərdi. Həmçinin o həzrəti öz süfrələrinə
dəvət etsəydilər, qəbul edər və onlarla birlikdə yemək
yeyərdi. Yalnız evinə qonaq gəldikdə qonaqla qalar,
onunla birlikdə süfrə başında oturardı. O həzrət üçün
ə
n yaxşı yemək süfrə başında çox adamın daddığı
yemək idi.
Imam Cəfər Sadiq (ə) buyurur: Allahın Rəsulu
(s.ə.v.) camaatla birlikdə yemək yedikdə onlar utanma-
sınlar deyə, hamıdan əvvəl yeməyə əl uzadar, hamıdan
sonra yeməkdən əl çəkərdi. Həmçinin imam Əlidən (ə)
rəvayət edilmişdir ki, Peyğəmbər (s.ə.v.) orucluq
vaxtları camaatla iftar edərkən belə buyurardı: “Oruc
tutanlar sizin yanınızda iftar etdilər, yaxşı insanlar
sizin yeməyinizdən yedilər, Allahın seçilmiş bəndələri
sizə salam göndərirlər”.
Allahın Rəsulu (s.ə.v.) heç vaxt tənha yemək
yeməzdi. Onun nəzərində ən pis adam tənha yemək
yeyən, bəndələri incidən və ehsan etməyəndir. Həm-
çinin buyurardı: “Süfrədən çörək qırıntılarını atmayın,
onları ovucunuza töküb yeyin, çünki süfrədəki çörək
qırıntılarını yeməklə özünüzdən və övladlarınızdan
kasıbçılıq və ehtiyacları uzaqlaşdırmış olarsınız”.
269
“Üsuli-kafi” kitabında nəql edilmişdir ki,
Peyğəmbərin (s.ə.v.) yanında süfrə salınanda buyu-
rardı: “Ey Allah, sən paksan, bizi sınadığın şeylər nə
gözəldir, bizə verdiklərin nə çoxdur, bizə verdiyin
sağlamlıq və nemətlər nə çoxdur. Ey Allah, bizim
ruzimizi, həmçinin kasıb mömin kişilər, mömin
qadınlar, müsəlman kişilər, müsəlman qadınların da
ruzisini çoxalt”.
Ş
eyx Səduq “Əmali” kitabında imam Əlidən (ə)
rəvayət edir ki, Allahın Rəsulu (s.ə.v.) hər dəfə təzə
meyvə gördükdə onu öpər, gözünə və dodaqlarına
qoyar və deyərdi: “Ey Allah bu meyvənin əvvəlində
sağlam olduğumuz kimi axır vaxtında da sağlam olaq”.
Ə
ys Ibni Qasim deyir: - Imam Cəfər Sadiqdən (ə)
soruşdum ki, Peyğəmbərin (s.ə.v.) buğda çörəyini heç
vaxt doyunca yemədiyi barədə olan hədis düzdürmü?
Imam buyurdu: - Yox! O Həzrət ümumiyyətlə buğda
çörəyi yeməmiş, arpa çörəyindən isə doyunca istifadə
etməmişdir və Aişə (A.o.r.) deyirdi: - Peyğəmbər
(s.ə.v.) vəfat edənədək doyunca arpa çörəyi yemədi.
Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: - Alla-
hın Rəsulu (s.ə.v.) hamıdan arıq idi, qarnı başqalarına
nisbətən boş idi. Elə ac qarınla da dünyadan köçdü və
sağlam dinlə axirətə daxil oldu.
Deyləmi yazır: - Bir gün Peyğəmbər (s.ə.v.) şid-
dətli aclığa məruz qaldı, belə ki, aclığın ağırlığından
qarnına daş bağladı və buyurdu: - Hər şəxs öz nəfsini
bəsləsə (qarınqulu olsa), zəlil olacaq və hər şəxs öz
nəfsini xar edərək həva həvəsini darmadağın etsə, bö-
yük və əzəmətli olacaqdır. Bu dünyaya bel bağlamayan
şə
xs qiyamət günü hər cür ilahi nemətlərdən
faydalanacaqdır. Amma bu dünyada nəfs, qiymətli
270
paltarlar geyib, dünya nemətləri içrə qərq olarsa (və
bunlar tam halal yolla olmazsa), həmin adam qiyamət
günündə ac və çılpaq olacaqdır.
Imam Cəfər Sadiq (ə) buyurur: - Həzrət Cəbrayıl
(ə) Islam Peyğəmbərinin (s.ə.v.) yanına gəlib dedi: -
“Allah-Təala sənə salam göndərdi və buyurdu: - Əgər
Peyğəmbər (s.ə.v.) istəyirsə, bu Məkkə torpağı onun
üçün qızıla dönsün”. Peyğəmbər (s.ə.v.) üç dəfə
asimana nəzər saldı və sonra buyurdu: -“Ilahi, mən
istəyirəm ki, bir gün tox olaraq sənə şükr edim və bir
gün ac olaraq sənə dua edim”.
“Üsuli-kafi”də Imam Cəfər Sadiq (ə) buyurur: -
Peyğəmbərin (s.ə.v.) ən çox sevdiyi yemək sirkə ilə
zeytun idi, o həzrət özü buyurardı ki, bu xörək
Peyğəmbərlərin xörəyidir.
Abdullah ibni Məsud deyir: - Peyğəmbər (s.ə.v.)
bir qabda su içdikdə üç nəfəsə içərdi, hər dəfə Allahın
adını çəkər və axırda şükr edərdi.
Isti və qaynar xörəklər soyumayınca, Allahın Rə-
sulu (s.ə.v.) o xörəyi yeməzdi. O Həzrət buyurmuşdur:
- “Allah-Təala bizə od yedizdirməmişdir. Qaynar
yeməyin bərəkəti olmaz. Buna görə də əvvəlcə xörəyi
soyudun”. Yemək yeməyə başladıqda Allahın adını
çəkər, yemək gətiriləndə başqalarından tez yeməyə
başlamazdı. Yeməkdən bəzən üç və bəzən də dörd
barmağı ilə götürər, amma heç vaxt iki barmağı ilə
yemək yeməzdi və bu barədə belə buyurardı: - “Iki
barmaqla xörək yemək şeytanın adətidir”.
Peyğəmbər (s.ə.v.) qarpız, üzüm və xurma yeyər,
amma başqalarını narahat etməsin deyə sarımsaq,
soğan və tərə yeməzdi. Heç bir xörəyi pis saymazdı,
ürəyi istəsəydi yeyərdi, xoşuna gəlməsəydi yeməzdi.
271
Amma başqalarına qadağan etməzdi. Yemək yediyi
qabı barmaqları ilə təmizləyər və buyurardı: - “Xörəyin
qabdakı qalıqlarının bərəkəti daha çoxdur”. Yeməkdən
sonra xörəkli olan üç barmağını bir-bir ağzında pak
edər, sonra isə əllərini su ilə yuyardı.
Allahın Rəsulu (s.ə.v.) su içərkən belə buyurardı:
“Şükr olsun Allaha ki, insanların günahlarının çoxlu-
ğ
una görə suyu acı və şor etmədi, əksinə öz neməti ilə
suyu şirin və dadlı etdi”.
Bir gün Peyğəmbər (s.ə.v.) bir evin kənarından
keçirdi. Bir qadının öz kənizini söydüyünü eşitdi.
Qadına dedi: - Get yemək ye. Qadın dedi: - Ey Allahın
peyğəmbəri, mən oruc tutmuşam. Peyğəmbər (s.ə.v.)
buyurdu: - Sən necə orucsan ki, öz kənizini söyürsən?
(Fürui-kafi).
Dostları ilə paylaş: |