VIII FƏSİL
SÖHBƏT QAYDALARI HAQQINDA
(Hikmət və nəsihətlər)
Hikmət. Mal-dövlət yaşamaq üçündür, yaşamaq mal-dövlət
yığmaq üçün deyil.
Ağıllı bir adamdan soruşdular:
–Xoşbəxt kimdir, bədbəxt kim?
Dedi:
–Xoşbəxt odur ki, əkər–yeyər, bədbəxt odur ki, qoyub–gedər.
Beyt
Namaz qılma o heçə ki, heç bir xeyir demədi,
Ömrü boyu ehtirasla mal topladı, yemədi.
Hədis. Musa əleyhissəlam Qaruna nəsihət edib deyirdi: – Başqa-
larına yaxşılıq elə, necə ki, allah sənə yaxşılıq edibdir. Eşitmədi,
aqabətin eşitdin.
Şer
O adam ki, dinar, dirəm ilə xeyir görmədi,
Dinar, dirəm üstə başı getdi əldən nəhayət.
İstəyirsən xoş olasan sən hər iki dünyada,
Xəlqə kərəm et ki, sənə allah etmiş kəramət.
Dostları ilə paylaş: |