Nəsihət. Zəif düşmən tabe olursa, o bunu güclü ola bilmək
xatirinə edir. Əgər dostların dostluğuna etibar yoxdursa, düşmənin
yaltaqlığına necə etibar etmək olar?! Kiçik düşmənə etinasız baxmaq,
xırda qığılcıma məhəl qoymamaq kimidir.
Şer
Əlinə keçəntək düşməni öldür,
Çünki od yüksəlsə odlanar cahan.
Qoyma düşməni heç oxa əl atsın,
Onu tik ox ilə o əl açmadan.