Nəsihət. Düşmən qüvvələrini dağılmış görsən, cəm ol, toplanmış
görsən, sayıq.
Şer
Düşmənlər pərişan olduğu zaman,
Dostlarla kef elə, çəkmə dərdü qəm.
Gördün ki, düşmənlər dilbirdir, durma,
Kamanı saz elə, hasarı möhkəm.
Hikmət. Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə
223
düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz.
Nəsihət. İlanın başını düşmən əlilə əz, hər iki tərəfi xeyirlidir:
düşmən qələbə çalarsa, ilanı öldürmüş olarsan, ilan qalib gələrsə,
düşməndən qurtararsan!
Beyt
Davada qorx zəif düşməndən hər an,
O, şiri hədələr öldüyü zaman.
Nəsihət. Xəbər ürək açan deyilsə, sən sus, başqası desin.
224
Beyt
Ey bülbül, sən gətir bahar xəbəri,
Qoy bayquş söyləsin pis xəbərləri.