Sözünü o zaman söylə ki, yəqin,
Nəticə verəcək sənin sözlərin.
Nəsihət. Nəsihətdən dəm vuran adamın özü başqalarının
öyüdünə möhtacdır!
Düşmənin sözünə aldanma, məddahın tərifini qulağa alma; biri
kələk üçündür, biri çörək! Qoyunu topuğundan püfləyəndə şişdiyi
kimi, axmağı da tərifləyəndə şişər!
Şer
İnanma o məddah şairlərə ki,
Bir zərrə nəfüçün səni mədh edər.
Verməsən ona bir mənfəət, inan,
Eybini sayacaq beş yüz o qədər.
Hikmət. Danışana eyib tutan olmasa, danışığı islah olmaz!