Nəsihət. İki düşmən arasında elə söz danış ki, onlar dostlaşanda
utanmayasan!
Şer
İki şəxsin arasında savaş bənzər bir oda,
Odun tökər od üstünə söz gəzdirən o bədbəxt.
Vuruşanlar çox çəkməz ki, barışarlar yenidən,
O naxələf ortalıqda qalıb çəkər xəcalət.
Anlamazdır iki adam arasına od salan,
Çünki özü bu atəşdə yanacaqdır nahayət.
Şer
Sözünü dostuna yavaşca danış,
Ta qulaq asmasın qan içən əğyar.
Divar qarşısında söz deyən zaman,
Bil ki, divarın da qulaqları var.
Hikmət. Düşmənlə barışanın məqsədi dostlarla savaşmaqdır.
220
Beyt
Ey ağıl sahibi o dostdan yan dur,
Ki, daim düşmənlə oturub–durur.
Nəsihət. Bir işə başlarkən tərəddüd etsən az zərərli tərəfini qəbul
et.
Beyt
Sərt danışma başqası deyərsə xoş söz sənə,
Dava cavabı vermə sülh qapısın döyənə.
Nəsihət. Qızıl ilə düzələn işdə, canı təhlükəyə salmaq ağılsızlıq-
dır.
Beyt
Elə ki, əl üzdün bütün ümiddən.
Haqlısan qılınca əl atanda sən.
Nəsihət. Zəif düşmənə rəhmin gəlməsin, güclənsə sənə rəhm
etməyəcəkdir.
Beyt
Düşməni zəif görcək qürrələnmə heç zaman,
Hər sümükdə bir məğz var, hər köynəkdə bir cavan.
Nəsihət. Kim pis adamı öldürsə, xalqı onun bəlasından qurtarar,
onu isə allahın əzabından.
Şer
Yaxşılıq çox yaxşı sənətdir, amma,
Cəllad yarasına məlhəm qoyma sən.
İlana rəhm edən bilməyir məgər,
Adəm övladına zülm edir həmən.
221
Nəsihət. Düşmənin nəsihətini qəbul etmək xatadırsa, onu
eşitmək rəvadır, çünki dediyinin əksinə əməl etdikdə, təmamilə
düzgün iş görmüş olarsan!
Şer
Qaç düşmən dediyi sözlərdən hər an,
Olarsan axırda bil ki, peşiman.
O sənə göstərsə yolu dümbədüz,
Sola dön, o yolu hesab etmə düz.
Hədsiz sərtlik dəhşət yaradar, yersiz mülayimlik hörmət azaldar.
Nə elə qaba ol ki, səndən qaçsınlar, nə elə yumşaq ol ki, üzünə qabar-
sınlar!
Şer
Adam həm sərt olar, həm də mülayim,
Aqil peşə etməz sərtliyi daim.
Olsan çox mülayim qudurar düşmən,
Sərt olsan düşərsən qədrü qiymətdən.
Çalış həddən artıq özünü öymə,
Həddindən artıq da qəddini əymə!
Şer
Qoca atasına dedi bir çoban;
– Mənə bir öyüd ver, ey aqal insan!
Dedi: Xeyrxah ol, nə bir o qədər,
Ki, qurdlar sürünü eyləsin hədər.
Hikmət. İki adam dinin və dövlətin düşmənidir: – helmi
olmayan hakim, elmi olmayan alim.
Beyt
Olmasın ölkədə elə padişah
Bilməsə ki, ondan böyükdür allah.
|