Yəhudilə müsəlman savaşırdı bir zaman,
Gülmək tutdu məni çox onların əhvalından.
Müsəlman deyirdi ki, qəbaləm yalansa qoy,
225
Bir yəhudi olum mən. olmasın məndə vicdan.
Yəhudi söyləyirdi Tövrata and içirəm,
Əgər mən yalan desəm, qoy adlanım müsəlman.
Ağıl silinsə əgər bu dünyadan büsbütün,
Yenə bir kəs özünü bilməz cahil və nadan.
Ölən zaman atam edib vəsiyyət,
Mənə verdi ancaq bircə nəsihət. Dedi: Şəhvət oddur, uzaq ol ondan,
Uzaqlaş sən bu cəhənnəm odundan.
Cəhənnəmdə yanmaqa tab etməzsən,
Öz səbrinlə su səp ona indidən.