Microsoft Word Sadi Gulustan doc


Nəsihət. Diriliyində adamı



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə140/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   136   137   138   139   140   141   142   143   ...   162
Sədi Şirazi Gülüstan Bustan

Nəsihət. Diriliyində adamın çörəyini yeməsələr, öləndən sonra 
adını  çəkməzlər! Üzümün dadın bağ sahibindən çox, onu yığan dul 
qadın bilər. Misirdə qəhətlik üz verdikdə Yusif peyğəmbər doyunca 
yeməzdi ki, acları unutmasın! 
 
Şer 
 
Bolluqda yaşayan toxlar nə bilir, 
Acların əhvalı neçə yamandır, 
Yazığın halını o kəs bilər ki,  
Aclığın dəhşəti ona əyandır. 
 
Şer 
 
Köhlənə minən ey səvari bil ki, 
Eşşəyi batanı atmaq günahdır. 
Sən kasıb qonşundan od da istəmə, 
Bacadan yüksələn tüstülər ahdır. 
 
 Hikmət. Qıtlıq ilində, vəziyyəti ağır olan dərvişə yalnız o şərtilə 
«Kefin necədir?» deyə bilərsən ki, yarasına məlhəm qoyasan, 
qabağına dirhəm. 
 
Şer 
 
Bir kişinin görsən batıb gilə yüklü eşşəyi, 
Ürəyində təəssüf et, lakin yaxın getmə sən, 
Əgər gedib soruşdunsa nə olmuşdur? Gərəkdir, 
Qol çırmayıb eşşəyinin quyruğundan çəkəsən. 
 
 
Hikmət. İki şey mümkün deyilir. Qismətdən artıq yemək və əcəl 
catmamış ölmək. 
 
Şer 
 
Qəza bir də təkrar etməz dad etsə də bir qarı
Min ah çəkib bir ağızdan qoparsa da min şivən. 


 
236
Nə vecinə küləklərə vəkil olan mələyin, 
Xəzan vaxtı bir qarının şamı söndü küləkdən. 
 
 
Nəsihət. Ey ruzisi qalmış getmə, yiyəcəksən, ey əcəli çatmış 
acma, öləcəksən. 
 
Şer 
 
Özün üçün çalışsan da, əgər çalışmasan da, 
Yetirəcək öz ruzunu sənə böyük yaradan. 
Sən ağzına girsən də lap qızmış şirin, pələngin, 
Bir şey olmaz əgər əcəl çatmamışsa bu zaman. 
 
 Hikmət. Qismətin deyilsə,  əlin çatmayacaqdır, qismətindirsə 
harda olsan, gəlib tapacaqdır. 
 
Beyt 
 
Ab–həyat
113
 tapmaq üçün İsgəndər çox yol keçdi, 
Zülmatə dək getdi, lakin onu təkcə Xızr içdi. 
 
 Hikmət. Qisməti olmayan ovçu Dəclədə balıq tuta bilməz, əcəli 
çatmamış balıq quruda ölməz. 
 
Beyt 
 
Yazıq xəsis dincəlməz gəzər hey yorulunca, 
O gəlirin dalınca, əcəl onun dalınca. 
 
 Hikmət. Fasiq varlı üstü qızılla suvanmış təzəkdir, sadiq yoxsul, 
üzü toza bulanmış  bəzəkdir, bu Musanın yamaqlı paltarıdır, o 
Fironun yaraqlı saqqalı. Yaxşıların möhnətinin axırı sevinc olacaq, 
pislərin dövlətinin sonu heç. 
 
Şer 
 
Hər kimin vardırsa dövləti, malı
Onun ürəyinə yol tapmaz kədər. 
 
237
Bir söylə heç dövlət, səadət, şadlıq, 
Başqa bir saraya girərmi məyər? 
 
 Hikmət. Paxıl, allahın başqasına verdiyi nemətindən paxıllı
edər və günahsız adamlardan da zəhləsi gedər. 
 


 
238
Şer 
 
Kütbeyin bir kişi gördüm ki, varlı
Bir şəxsin dalınca hey qeybət edir. 
Dedim ki, ey xacə, sən bədbəxt isən, 
Xoşbəxt bir adamın günahı nədir? 
 
Şer 
 
Paxıla istəmə bəla, o yazıq, 
Olmuşdur əbədi bəlayə düçar. 
Nə lazım olasan paxılla düşmən, 
Onun paxıllıqtək öz düşməni var. 
 
 
Həqiqət.  Həvəssiz  şagird pulsuz aşiqə, bələdçisiz səyyah 
qanadsız quşa,  əməlsiz alim barsız ağaca, elmsiz zahid qapısız evə 
oxşar. Quranın nüzulundan məqsəd yaxşı  əxlaq üçündür, surələri 
varaqlamaq üçün deyildir. İbadət edən avam yeriyən piyadəyə, riayət 
etməyən alim yatan süvariyə oxşar. Gözünü yuxarı dikən günahkar 
özünü yuxarı tutan dindardan yaxşıdır. 
 
Beyt 
 
Mərhəmət sahibi olan bir sərdar, 
Zülmkar qazıdan çox üstün olar. 
 
 
Nəsihət. Bir adamdan soruşdular: 
 –Barsız alim nəyə bənzər?  
 Dedi: 
 –Balsız arıya! 
 
Beyt 
 
Eşşək arısına deyək: «Ay arı 
Sən ki bal vermirsən, gəl sancma barı!» 
 
 Mürüvvətsiz kişi – arvad, tamahkar abid – quldurdur. 
 
 
239
Şer 
 
Ağ geyinib xalq gözündə özünü düz göstərən, 
Ey hər işi qəlbi kimi qara olan bişüur. 
Bu dünyadan öz əlini üzən zaman nə fərqi, 
Paltarının qolu qısa, ya da ki, çox uzundur. 
 
 Hikmət. İki adamın: gəmisi batmış tacirlə, qələndərə dost olmuş 
varisin qəlbi təəssüf dərdindən, ayağı  həsrət zəncirindən xilas ola 
bilməz. 
 
Şer 
 
Dərvişlər gözündə halaldır qanın, 
Onlara olmasa xeyrin, ehsanın. 
Ya yoldaş olmasın sənə göy köynək, 
Ya da ki, büsbütün evindən əl çək. 
Ya dostluq eyləmə filbanla əsla 
Ya fil kirə bilən bir həyət saxla. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin