ındırasan bir yazığın pəncəsini nəhayət.
Qorxsun o kəs, biçarəyə rəhm etməyib zülm edə.
Yıxılanda kimsə ona hayan durmaz əl–əlbət.
Hər kim əkib «pislik» dəni, yaxşı məhsul gözləsə.
Xam xəyala düşmüş olar, boşa çıxar bu niyyət.
Qulağından pambığı at, ver bu xalqın haqqını.
Sən verməsən, gələr bir gün, haqqın istər rəiyyət.
Şer
Bir bədən üzvüdür bu bəni–adəm.
Eyni bir çövhərdən yaranmış aləm.
Bir üzvü dərdlərə salsa ruzigar.
Tutmaz başqa üzvü yerində qərar.
Özgənin dərdinə əgər qalmasan,
Yaraşmaz adına deyilsin insan.
11. Hekayət
Duası müstəcab olan bir dərviş Bağdad şəhərinə gəldi. Həccac
Yusifə
27
xəbər verdilər, onu yanına çağırtdırıb dedi:
–Mənim üçün bir xeyir–dua ver!
Dedi:
–Ey allah, Həccacın canını al!
Həccac soruşdu:
–Allah xatirinə, bu necə duadır?
Dedi:
41
–Bu duanın həm sənə, həm də bütün müsəlmanlara xeyri vardır.
Şer
Məzlumlara zülm edən ey hökmran!
Nə vaxtadək sürəcəkdir bu dövran?!
Nə dörd əlli tutmusan bu dünyanı,
Birdəfəlik öl ki, mərdümazarsan.