Vaxtilə Bəlbək
53
məscidində bir dəstə cahil, korafəhim adamlara
moizə edirdim. Hələ zahiri aləmin bəhsini qurtarıb, batini adəmə
keçməmişdim ki, taqətdən düşdüyümü hiss etdim; nə qədər
danışırdımsa göz yaş odunu yandıra bimədiyi kimi, mənim də
sözlərim onlara təsir etmirdi. Xülasə, belə heyvanların tərbiyəsi üçün
çalışdığıma təəssüflənir və sanki korlar məhəlləsində güzgü
gəzdirirdim. Lakin artıq məna xəzinəsinin qapıları açılmış, söz,
mirvariləri silsiləsi düzülməyə başlamışdı. «Və nəhnu əqrəbu ileyhi
min həblil vərid»
54
ayəsini izah edib deyirdim:
Şer
Dost mənə məndən də yaxında ikən.
Bəs niyə mən onun fərağındayam?!
Dərdimi mən kimə, necə söyləyim.
Ki yar yanımda, mən sorağındayam
Mən bu sözün badəsi ilə məst olub sanki axırıncı qədəhi əlimdə
tutmuşdum ki, bu zaman kənardan gecənlərdən biri son sözümün
təsirindən elə bir nərə çəkdi ki, bütün məclis cuşə gəldi, elə bil
yatmışlar huşə gəldi. Öz–özümə dedim: Aman allah! Necə oldu ki,
uzaqdakı gözüaçıqlar yaxınlaşdı, yaxındakı korlar isə uzaqlaşdılar.
Şer
Sözü əgər anlamırsa dinləyən,
Söz deyənin təbi artmaz dünyada.
Acıq, geniş, təmiz bir meydan gərək.
Ta natiq də at çapa, top oynada.