Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə44/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   40   41   42   43   44   45   46   47   ...   162
Sədi Şirazi Gülüstan Bustan

11. Hekayət 
 
Bir gecə  Məkkə  səhrasında yuxusuzluqdan ayaq atmağa halı
qalmamışdı, başımı yerə qoyub dəvəçiyə dedim: sən məndən əlini üz! 
Şer 
 
Necə yol yerisin yazıq piyadə,  
Ki dəvə yorulub ahü vay edər.  
Bir kök arıqlayıb çöpə dönüncə,  
Arıq çoxdan ölüb dünyadan gedər. 
 
Dedi. – Ay qardaş, hərəm qarşıdadır, hərami dalda, ayaq atsan 
sağ qalacaqsan, yıxılıb yatsan həlak olacaqsan. 
 
Beyt 
 
Səhrada kol altında yatmaq xoş olsa da, sən  
Köç gecəsi kərəkdir canından əl çəkəsən. 
 
12. Hekayət 
 
Bir dəniz kənarında bir zahid gördüm, onu pələng yaralamışdı və 
heç bir dərmanla sağalmırdı. Çoxdan idi ki, yara ona əziyyət verir, o 
isə hey allaha şükür edirdi. Soruşdular: – Bəs şükür nə üçündür? 
Dedi: – Şükür edirəm, yaxşı ki, xəstəliyə yatmışam, günaha 
batmamışam. 
 
Şer 
 
Gər mənim qətlimə fərman verə ol yari–əziz,  
Sən güman etmə çəkəm mən bu yazıq can qəmini  
Deyərəm ki, nə günah etdim o yar incidi ah,  
Çəgərəm mən belə bir hissilə canan qəmini. 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin