Bir zahid oğluna əmilərindən çoxlu miras qaldı. O, bunu eyş
işrətə israf etməyə başladı. Görmədiyi yaramaz iş, dadmadığı içki
qalmadı. Nəhayət ona nəsihət verib dedim:
–Oğul, adamın gəliri çaya, eyş–işrət isə dəyirmana oxşar. Yalnız
o adam kefi istədiyi kimi xərcləyə bilər ki, kifayət qədər gəliri olsun.
Xərçini az elə, yoxdursa gəlir,
«Dəniz mahnısında» belə deyilir.
«Yağmasa dağlara əgər yağış, qar,
Bir ilin içində Dəclə quruyar».
–Ağlını başına toplayıb eyş–işrətdən əl çək. Var–dövlətin
tükənər, darlığa düşüb peşmançılıq çəkərsən!
Kef
məclisində çalğıya qulaq asmaq oğlana xoş gəldiyi üçün
sözüm qulağına batmadı, etiraz edərək dedi.
–Bu
günün
şadlıq və sevincini sabahkı qəm qorxusu ilə puç
etməyi aqıllı adamlar bəyənməzlər.
Şer
O varlı-dövlətli bəxtəvərlərin,
Bəd gündən varmıdır qorxusu bəyəm?
Kefindən əl çəkmə bir anda, dostum,
Sabahkı gün üçün bü gün çəkmə qəm.
Bundan
əlavə mən səxavət taxtında oturub, mərhəmət kəmərini
belimə bağlamışam və əliaçıqlıqda camaat içində şöhrət qazanmışam.
197
Şer
Kimin səxavətdə çıxdısa adı,
Pulu saxlamağı o bacarmadı,
Elə ki, yaxşı ad qazandı insan,
Kərəm qapısını bağlamaz bir an.
Nəsihət qəbul etmədiyini və mənim isti nəfəsimin onun soyuq
dəmirinə təsir etmədiyini gördükdə, öyüd verməkdan əl çəkdim,
onunla dostluğu kəsdim və filosofların bu sözünü yerinə yetirdim:
«Sən sözünü de, qəbul etməsələr, özləri təqsirkardırlar».
Şer
Sözünə yoxsa da bir qulaq asan,
Sən yenə öyüd ver mərd-mərdana.
Çox çəkməz görərsən döşünə döyən
İlişib düşəndə dara, zindana,
Əlini dizinə vurub söyləyir:
Kaş qulaq asaydım o mərd insana.
Az
keçdikdən sonra, necə ki, düşünmüşdüm, elə də oldu. Onu
acınacaqlı bir vəziyyətdə gördüm: paltarlarına yamağı yamaq üstün
dən vurub, bir loğma çorək üçün dilənirdi. Əhvalına ürəyim yandı, bu
halda onu, danlamağı və yaralı ürəyinə duz səpməyi insafsızlıq hesab
edib öz-özümə dedim:
Şer
Yaramaz bir hərif məstlik zamanı,
Düşünməz ki, sabah qalacaq darda.
Ağaclar baharda meyvə versə də,
Qış fəsli lüt qalar soyuqda, qarda.