Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə115/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   111   112   113   114   115   116   117   118   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 10. 
Hekayət 
 
 
Yoxsul bir dərvişin arvadı hamilə idi, doğum vaxtına az qalırdı
dərvişin isə ömründə uşağı olmamışdı. Dedi:  
 – 
Əgər allah mənə oqul versə, əynimdəki xirqədən başqa nəyim 
varsa hamısını fəqar-füqəraya bağışlayacağam.  
 
Təsadüfən oğlu oldu, əhdini yerinə yetirib var-yoxunu dərvişlərə 
payladı
 
Şam səfərindən qayıdarkən yolum o kənddən düşdü, kefini 
soruşdum, dedilər zindandadır. Səbəbini bilmək istədim. Dedilər: – 
Oğlu şərab içibdir, dava edibdir kimin isə qanın töküb qaçıbdır. Onun 
əvəzinə atasının boynuna kəndir salıb, ayağına zəncir vurub 
aparıblar. 


 
200
 
Dedim: – Bu bəlanı o özü dua edib, allahdan istəmişdir. 
 
Şer 
 
Ey əqli başında olan kişi bil, 
Hamilə qadınlar doğsalar ilan, 
Cəmiyyət gözündə daha da xoşdur, 
Yaramaz, naxələf övlad doğmaqdan. 
 
 11. 
Hekayət 
 
 
Uşaq idim, bir böyükdən hədd-büluğ haqtıada soruşdum. 
 
Dedi: – Kitablarda oxumuşam ki, üç əlaməti var: biri on beş ya-
şına çatmaq, ikincisi – şeytani olmaq, üçüncüsü – buğyeri tərləmək. 
Amma haqiqətdə bir nişanı vardır, o da öz nəfsinin xeyrindən çox
allah rizasına çalışmağıdır. Kimdə bu xüsusiyyət yoxdursa ağıllı 
adamlar onu hədd-büluğa çatmış, kəmalə yetişmiş hesab edə 
bilməzlər. 
 
Şer 
 
Bir qətrə su ana bətnində qırx gün, 
Qaldıqda surətdə adama bənzər. 
Qırx yaşlının əqli, ədəbi yoxsa, 
Yaraşmaz ki, ona adam deyələr. 
 
Şer 
 
Zənn etmə ki, surətdədir, qamətdədir adamlıq, 
Cavanmərdlik, səxavətdir adamlığa əlamət. 
Şübhəsiz ki, mahir rəssam al və yaşıl rəngilə 
Divarlarda çəkə bilər adama bənzar surət. 
Nə fərqi var divardakı bu nəqş ilə insanın, 
Əgər onda yoxdursa bir ehsan, hünər, fəzilət. 
Hünər deyil bu dünyanı ələ almaq əzizim, 
Hünərin var bir ürəyi ələ alıb, qıl rahət. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin