Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə128/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   124   125   126   127   128   129   130   131   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
Nəsihət. Gərək şah düşmənə elə hiddətlənməsin ki, dostların da 
inamı  qırılsın. Hirs atəşinin ilk odundan qəzəb sahibi yanar, alovun 
düşmənə çatıb–çatmaması isə sonraya qalar. 
 
Şer 
 
Torpaqdan yaranan insan övladı
Yel kimi təkəbbür göstərməz bir an. 
Belə ki, odlusan, təkəbbürlüsən, 
Bilmirəm oddansan ya ki, torpaqdan. 
  
Şer 
 
Biləqanda
110
 bir abidlə görüşdüm, 
Dedim: mənə bir öyüd ver, et dua. 
Dedi: get sən dozümlü ol, torpaqtək, 
Biliyini basdır ya da torpağa. 
 
 
Hikmət. Xasiyyəti pis adam elə bir düşmən əlinə keçmişdir ki
hara getsə canını onun cəngindən qurtara bilməyəcəkdir. 
 
Beyt 
 
Bədcins bəla əlindən fələyə qaçsa əgər
Öz xisləti əlindən yenə də bəla çəgər. 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin