Nəsihət. Ərəblər deyirlər: bağışla, lakin minnət qoyma, çünki
faydası özünə qayıdacaqdır.
Şer
Kəramət ağacı hara düşdüsə,
Boy atıb yüksəldi fələklərəcən.
Əgər istəyirsən bar verə daim,
Minnət ərəsilə onu kəsmə sən.
217
Şer
Allaha şükr elə, ki fayda vardır
Onun baxışında, fəzilətində,
Şaha minnət qoyma xidmqtinlə, bil
Səni o saxlamış öz xidmətində.
Hikmət. İki adam havayı zəhmət çəkib, faydasız əmək sərf edər:
biri yığıb yeməyən, o biri bilib etməyən.
Şer
Biliyin olsa da bir ümman qədər,
Nadansan əməlin olmasa əgər,
Eşşəyə yüklənsə bir neçə kitab,
Nə alim olar o, nə də süxənvər.
Başı boş o yazıq heyvan nə bilsin,
Dalında odundur, ya kitab–dəftər.
Nəsihət. Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün
deyildir.
Beyt
Kim satsa biliyi, məsləki, dini,
Elə bil odlamış öz xirmənini.
Hikmət. Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora
bənzər.
Beyt
Faydasız keçirsə ömrünü insan,
Qızılı tullayar bir şey almadan.
Dostları ilə paylaş: |