Hikmət. Cavahir toz-torpaqa batsa da yenə qiymətini itirməz,
toz–torpaq göyə qalxsa da yenə qiymətə minməz. Tərbiyəsiz istedad
heyfdir, istedadsız tərbiyə isə mümkün deyildir. Kül oddan əmələ
gəldiyi üçün ali əsli–nəsəbi vardır, lakin özündə hünər olmadığından
torpağa bərabərdir; şəgərin qiyməti qamışdan əmələ gəldiyi üçün
deyil, təbiətində şirinlik olduğu üçündür.
Şer
Kənanın yox idi hünəri, ona
Peyğəmbər nəsili açmadı müşkül
Sən qızı göstərmə, hünəri göstər.
İbrahim
112
oddandır, tikandan da gül.
Hikmət. Müşk odur ki, ətir versin, nəinki əttar desin.
Beyt
İnsanda vardırsa hünərdən əsər,
Özü susarsa da danışar hünər.
Beyt
232
Aqil əttar dükanıtək: özü sakit, ətri xoş,
Cahil döyüş təbli kimi: özü küylü, içi boş.
Şer
Məsəl var deyərlər: kamil bir alim
Cahillər içinə düşərsə əgər
O bənzər pəriyə korlar içində,
Ya zındıq evində Qurana bənzər.