Hikmət. Əgər hər gecə Qədr gecəsi olsaydı, onda əsl Qədr
gecəsi qədrsiz olardı.
Beyt
Kövhər adlansaydı dünyada hər daş,
Bir qiymət alardı onda: kövhər, daş.
Hikmət. Hər zahiri göyçək olanın batini də gözəl olmaz. İş tə-
biətdədir, surətdə deyil.
Şer
Hər kişinin üzündən bilmək olar bir gündə,
Onun elmi, şüuru yüksəlmiş haralara,
Lakin onun qəlbini bildim deyə fəxr etmə!
İllər lazım özünü bildirsin qəlbi qara.
Nəsihət. Böyüklərlə davaya qalxanlar öz qanlarına qəltan
olarlar.
Şer
Özünü çox böyük hesab eyləmə,
Düz demişlər biri iki görər çaş.
Çox çəkməz kəlləni sınmış görərsən.
Qoçla vuruşmağa tab etməz bu baş.