Bir əbləh daima çalışırdı ki,
Eşşəyə öyrətsin hərfi təmamən,
Bir ağıllı dedi: – Ay axmaq kişi,
Əl çək bu xam xəyal, sarsaq əməldən,
Heyvan danışmağı səndən öyrənməz,
227
Barı sən susmağı heyvandan öyrən.
Şer
Hər kəs çalışsa ki, tez versin cavab,
Çox sözü səhv olar çəgər iztirab,
Ya dil aç söz söylə huşlu insantək,
Ya da sus danışma dilsiz heyvantək.
Hikmət. Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi
meydana çıxsın, biliksizliyi ortaya çıxar.
Beyt
Səndən ağıllılar bir söz deyəndə,
Etiraz eləmə, yaxşı bilsən də.
Hikmət. Pislə oturan yaxşılıq qazana bilməz.
Şer
Mələk divlə oturarsa bir yerdə,
Öyrənəcək hiylə, riya, xəyanət.
Sən pislərdən öyrənməzsən yaxşılıq,
Qurddan olmaz kürk dərisi nəhayət.
Nəsihət. Xalqın gizli eybini açma ki, onları rüsvay edərsən,
özünü etibardan salarsan.
Elm
oxuyub
əməl etməyən adam, yer sürüb toxum səpməyən
əkinçiyə bənzər!
İmansız adamda ibadət olmaz, ağılsız adama dövlət yaraşmaz!
Savaşda zirəng olan adam mülayim olmaz!