Sərnişin vaqonu bələdçiləri üçün
TƏLĐMAT
1. Ümumi qaydalar
1.1. Sərnişin vaqonu bələdçiləri üçün təlimat (bundan sonra – Təlimat) “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – ADY QSC) respublika
daxilində, eləcə də beynəlxalq və dövlətlərarası hərəkət edən sərnişin qatarlarının
vaqon bələdçilərinin tərtibat məntəqələrində sərnişin qatarlarının yola (reysə) hazır-
lığı, sərnişin qatarının yolda hərəkəti və qatar dövriyyə məntəqəsinə çatan zaman,
eləcə də əlavə olaraq beynəlxalq və dövlətlərarası hərəkət edən sərnişin
qatarlarının vaqon bələdçilərinin, sürətli qatarın və sonuncu (quyruq) vaqon bələd-
çisinin əsas vəzifələrini, hüquq və cavabdehliklərini müəyyən edən normativ
sənəddir.
1.2. Sərnişin qatarının vaqon bələdçisi (bundan sonra – vaqon bələdçisi) vəzifəsinə
18 yaşına çatmış xüsusi təhsil ocaqlarında və ya qatarlarda sərnişinlərə xidmət
müəssisələrində müəyyən edilmiş proqram üzrə təlim keçən, avadanlıqların
quruluşu və istismarı qaydalarına, sərnişin vaqonlarının konstruksiyalarına xidmət
qaydalarına yiyələnən, əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyi
tələblərinə, sanitariya minimumu və bu Təlimatın 1.7-ci bəndində göstərilən
normativ-texniki sənədlərə dair biliyi yoxlanaraq imtahan verən şəxslər qəbul
edilirlər.
Eyni zamanda vaqon bələdçisinin sonradan iş prosesində də yuxarıda göstərilən
normativ-texniki və digər sənədlərin tələblərini mənimsəmək üzrə biliklərinin
yoxlanılması məqsədi ilə o, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin (bundan
sonra – Nazirlik) müəyyən etdiyi qaydada sınaq imtahanları verir.
Vaqon bələdçisi vəzifəsinə təyin edilən şəxslər Nazirliyin müəyyən etdiyi qaydada
həmin işə yararlılığı barədə tibbi müayinədən keçir.
1.3. Firma sərnişin qatarlarına, “SV” tipli birbaşa yol gedən yataq sərnişin
vaqonlarına, sonuncu (quyruq) vaqonlara və tam kondisiyalaşdırma qurğusu ilə
təchiz edilmiş sərnişin vaqonlarına xidmət üçün iş təcrübəsi bir ildən az olmayan,
sürətli sərnişin qatarlarına isə iş təcrübəsi iki ildən az olmayan bələdçilər təyin
edilirlər.
1.4. Vaqon bələdçisi vaqonun isitmə, elektrik avadanlığı, havalandırma
(ventilyasiya), məişət soyuducuları və susoyuducuları, məcburi havalandırma və
havanın kondisiyalaşdırılma qurğularının, yanğın işarəvericisinin (“UPS”), dövretmə
nasoslarının, suqaynadıcıların, buksun qızmasına nəzarət işarəverici sisteminin
(“SKNB”) və digər vaqon qurğularının ümumi quruluşunu və onların düzgün istismarı
qaydalarını bilməli, eləcə də daxili avadanlığın və inventarın qorunmasını təmin
etməlidir.