açarla bağlı saxlamalıdırlar. Digər vaqonlarda isə qeyri-işlək tamburun yan qapıları
daxili kilid və xüsusi açarla, işlək tamburda isə yalnız daxili kilidlə bağlanır. Vaqon-
Qatar stansiyaya çatdıqdan və tam dayandıqdan sonra vaqon bələdçisi minik
platforması tərəfdən işlək tamburun qapısını açmalı, yüksək platforma olmadıqda
isə açılan meydançanı (önlüyü) qaldırmalı və cəftə ilə bağlamalı, tutacaqları silməli
və sərnişinlərin vaqondan düşürülməsinə və mindirilməsinə başlamalıdır. Qatar
sərnişin olmadıqda vaqon bələdçisi qapını açmalı və tamburda dayanaraq sər-
nişinlərə vaqondan çıxmamağı məsləhət görməlidir; sərnişin qatarı yola düşən
zaman qapını bağlamalı, sonuncu (quyruq) və qərargah vaqonun bələdçiləri isə
stansiyanın platformasının sonuna qədər qatarı müşayiət etməli və sonra eyni ilə
avadanlıqları, tormoz dartı ötürücülərini nəzərdən keçirməli, qış vaxtlarında isə
tormoz dartı ötürücülərinin normal işinə maneə yarada biləcək buzları qoparmalı,
eləcə də akkumulyator batareyalarının deflektorlarını buzdan və qardan
təmizləməlidir.
3.6. Stansiyada dayanan sərnişin qatarlarının bələdçiləri qonşu yolla hərəkət edən
sərnişin qatarının keçməsindən öncə vaqonun həmin tərəfdən qapılarını bağlamalı
və sərnişinləri qonşu yolla keçməsi gözlənilən qatar barədə xəbərdar etməlidir.
3.7. Xətti stansiyalarda bələdçi gediş sənədlərinin (biletlərin) hansı vaqona
verilməsindən asılı olmayaraq gediş sənədli (biletli) sərnişinlərin həmin qatara
minməsini təmin etməli və qatar hərəkətdə olarkən sərnişinlərin qatara minməsinə
və düşməsinə yol verməməlidir.
3.8. Vaqona minəndən sonra bələdçi sərnişinlərdən gediş sənədlərini (biletləri)
alaraq, komposter nişanlarını pozmadan azca cırmaqla onu ləğv etməlidir. Sonra
əsas gediş sənədi sərnişinə qaytarılır, nəzarət kuponu isə bələdçidə saxlanılır.
Qatar təyinat məntəqəsinə çatdıqdan sonra nəzarət kuponları qatar rəisinə təhvil
verilir. Yolda hərəkət zamanı başqa sərnişin qatarına minməli olan tranzit
sərnişinlərin və yolda dayanmaq istəyən sərnişinlərin yol sənədləri (biletləri) ləğv
edilmir.
Bütün növ xidməti dəmir yolu gediş sənədləri ləğv edilmir və sərnişinin özündə
saxlanılır.
Yataq yerləri olan vaqonlarda gediş sənədləri, bütün formalarda olan xidməti və
vaqon biletləri yolun sonuna qədər onların saxlanmasına məsuliyyət daşıyan vaqon
bələdçinin yanında xüsusi qovluqda olmalıdır.
Bələdçi tranzit sərnişinlərin gediş sənədlərini qatar dəyişmə (sərnişinlərin bir
qatardan digər qatara minmə) məntəqəsinə (stansiyasına) çatmasına 30 dəqiqə
qalmış özlərinə qaytarmalıdır. Həmin qatarda yol getməyən şəxslərə istifadə olun-
muş gediş sənədləri (biletləri) vermək qəti qadağandır.
3.9. Vaqon bələdçisi tərəfindən sərnişinlərdən alınmış gediş sənədlərinin (biletlərin)
itməsi aşkar edildikdə, vaqon bələdçisi bu barədə dərhal qatar rəisinə məlumat verir
və sərnişin və qatar rəisi tərəfindən imzalanmaqla akt tərtib edir. Akt qatarın 10
dəqiqədən az olmayaraq dayandığı stansiyanın ştempeli ilə təsdiq edilir. Həmin
stansiya sərnişinə hərəkətin sonuncu stansiyasına qədər, arxa tərəfində “Đtirilmişin
Dostları ilə paylaş: