1.5. Vaqon bələdçisi vəzifə borcunu yerinə yetirən zaman aşağıdakı normativ-texniki
sənədlərin tələblərini rəhbər tutmalıdır:
bu Təlimatı;
Dəmir yolu nizamnaməsini;
Dəmir Yolunun Texniki Đstismar Qaydalarını (TĐQ);
Dəmir Yolunun Đşarəvermə Təlimatını (ĐT);
Qatarların hərəkəti və manevr işinə dar Təlimatı (QHT);
Dəmir yolu müəssisələrində işçilərinin intizam nizamnaməsini;
Dəmir yolu nəqliyyatında sərnişinlərin, baqajın və yük-baqajın daşınması
qaydalarını;
Dəmir yolu nəqliyyatında yanğın təhlükəsizliyi qaydalarını;
Sərnişin qatarları vaqonlarında yanğın təhlükəsizliyinin təmininə dair Təlimatı;
Sürətli sərnişin qatarlarının hərəkət etdiyi sahələrdə tikililərə, qurğulara, hərəkət
tərkiblərinə texniki xidmət və onların istismarına və hərəkətin təşkili üzrə təlimatı;
Sərnişin vaqonlarının isitmə sisteminə texniki xidmətə dair təlimatı;
Sərnişin qatarlarında boş və boşalacaq yerlərin qeydiyyatının aparılması və
məlumatın verilməsi qaydalarını;
Dəmir yolu nəqliyyatında sərnişin daşımanın sanitariya qaydalarını;
Yolda hərəkət zamanı sərnişin vaqonlarının saxlanışının sanitariya qaydalarını;
Tək maşinistlə xidmət edilən qatarlarda qatar briqadasının fəaliyyəti Reqlamentini;
“Sərnişin qatarlarında terror aktlarının qarşısının alınması və sərnişinlərin
təhlükəsizliyinin təmin edilməsi üzrə qatar briqadası işçilərinin Yaddaş kitabçası”nı;
“Azərbaycan Dövlət Dəmir Yolunda qatarların hərəkəti və manevr işlərində standart,
qeyri-standart və qəza hallarında danışıq reqlamenti” (20 avqust 2007-ci il tarixli
31/S N-li sərəncam);
vaqon bələdçisinin fəaliyyəti ilə əlaqədar digər normativ-hüquqi akları.
1.6. Vaqon bələdçisi bilməlidir:
Bütün növlərdən olan gediş sənədlərini və əlavə ödəmə qəbzlərini;
sərnişin qatarlarında təftiş və komissiyan yoxlama aparma hüququ verən sənədləri;
xidmət etdiyi sahədə dəmir yolu stansiyalarının və düşmə-minmə məntəqələrinin
yerləşməsini.
1.7. Vaqon bələdçiləri sərnişin qatarının tərtibat məntəqələrinə işə çıxdığı andan,
qoşulma vaqonların vaqon bələdçiləri isə yolda onların qatara qoşulma anından,
bilavasitə qatar rəisinə, vaqonun istismarı üzrə texniki məsələlərdə isə həm də qatar
elektrik mexanikinə tabedirlər.
1.8. Vaqon bələdçisi yola düşməzdən əvvəl qatar rəisindən sərnişinlərin vaqonda
sayının qeydiyyatı və yataq dəstlərinin məsrəfi (işlədilməsi) üçün “LU-72” və ya
“ĐNU-4”, baş və sonuncu (quyruq) vaqonların bələdçiləri isə boş və boşalacaq
yerlərin qeydiyyatı üçün “LU-73” formalı blankları almalıdırlar;
Dostları ilə paylaş: |