4. Qatar dövriyyə məntəqəsinə çatan zaman bələdçinin vəzifələri
4.1. Sərnişin qatarı dövriyyə məntəqəsinə çatdıqdan sonra vaqon bələdçisi
borcludur:
vaqonu yoxlamaq, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə
yaddan çıxan əşyaların saxlandığı kameraya təhvil vermək;
kənar şübhəli əşya aşkar edildikdə “Sərnişin qatarlarında terror aktlarının qarşısının
alınması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üzrə qatar briqadası
işçilərinin Yaddaş kitabçası”nı rəhbər tutmaq;
vaqon avadanlıqlarını müayinə etmək, hər hansı bir çatışmazlıq və ya nasazlıq
aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün qatar
rəisinə və ya elektrik mexanikinə xəbər vermək;
vaqonu geri reysə hazırlamaq: sərnişin salonunu, xidməti otaqları və tualetləri
yumaq, hərəkətedici hissələri, tormoz və avtomatik qoşqu avadanlıqlarını, keçid
meydança və tamburları, ayaqaltı və tutacaqları çirkdən, qar və buzdan təmizləmək,
zibil yeşiklərini təmizləmək və yumaq, qapı və pəncərə şüşələrini silmək, vaqonun
su ilə təchiz olunmasına nəzarət etmək.
4.2. Dövriyyə məntəqəsində vaqonlarda bələdçilərin növbətçilik qaydası iş cədvəlinə
uyğun müəyyənləşdirilir. Bələdçi növbədə olmayan vaxt ərzində öz istəyi ilə
stansiyanın ərazisini (vaqonu) tərk edə bilər. Bunun üçün o qərargah vaqonuna
gələrək qatar rəisini məlumatlandırır. Geri qayıtdıqda da qərargah vaqonuna gələrək
qayıtması barədə qatar rəisinə məlumat verir.
Dostları ilə paylaş: |