vaqon___________________ stansiyasında açılmışdır” və öz imzası ilə təsdiq
etmək. Sərnişin yolun çox hissəsini getdikdə, “SV” vaqonları və yataq yerləri olan
vaqon üçün plaskart bələdçidə qalmalıdır.
qatarın tərkibində daha bir “SV” vaqonu və ya yataq yerləri olan vaqon olduqda,
sərnişinləri qəbul edən bələdçiyə vaqonda yataq plaskart yerlərinin nömrələri və
yerləri dəyişdirilən sərnişinlərə plaskartları verən ölkənin adı barədə məlumatlar
vermək. Əgər sərnişin qatarında başqa “SV” vaqonu və ya uzanmaq üçün yerləri
olan vaqon olmadıqda, digər vaqona mindirilən sərnişinlərin plaskartları bələdçidə
qalır.
6.7. “SMPS” qrup bileti ilə gediş sənədində (biletində) göstəriləndən az sayda
sərnişin səyahətə çıxdıqda, bələdçi bilet-kuponda müvafiq qeydiyyat aparmalıdır.
6.8. Vaqon bələdçisi qatarda vaqon-restoran olduqda sərnişinlərdən səhər yeməyi,
səhər qəhvəsi, nahar və s. sifarişləri qəbul etməli, eləcə də onları oradan hansı
ərzaq məhsulları və içkilər əldə etmək imkanının olduğu barədə məlumat-
landırmalıdır.
6.9. Bələdçiyə öz hesabına alınmış malları sərnişinlərə satmaq, çay pulu tələb
etmək və onu almaq, öz poçtunu daşımaq və onu sərnişinlərdən almaq, kənar
şəxslərdən bağlama (banderol) qəbul etmək, gömrük vergisi qoyulmuş əşyaları da-
şımaq, yolda spirtli içkilər qəbul etmək qadağandır.
Dostları ilə paylaş: |