Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx


  Bələdçi  sərnişinlərə  vaqondan  düşən  və  ya  vaqona  minən  zaman  kömək  etməlidir.  6.11



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

6.10.  Bələdçi  sərnişinlərə  vaqondan  düşən  və  ya  vaqona  minən  zaman  kömək 

etməlidir. 



6.11. Bələdçi yol sənədlərini (yol cədvəlini) səliqə ilə aparmalı, gömrük orqanlarına 

gömrük  bəyannamələrini  təqdim  etməli,  həmçinin  valyutanı  müəyyən  edilmiş 

qaydada təhvil verməlidir. 

6.12.  Sərhəd  stansiyasında  vaqonun  bir  rels  izindən  digərinə  keçirilməsi  zamanı 

bələdçi sərnişinlər tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və 

vaqonun 

avadanlıqlarının 

(tormoz 

xortumlarının, 

keçid 

meydançalarının, 



vaqonlararası birləşmələrin) xarab olmasına yol verilməməsinə nəzarət etməlidir. 

6.13.  Sərnişin  qatarının  sərhəd  stansiyaları  arası  mənzildə,  sərhəd  rayonunda 

hərəkəti  zamanı  bələdçi  sərnişinlər  və  xidməti  işçilər  üçün  müəyyən  edilmiş 

qaydalara riayət olunmasını təmin etməlidir. 

6.14.  Gedişin  başa  çatmasına  30  dəqiqə  qalmış,  “SMPS”  kupon  kitabçalarını  və 

bilet-kuponunun  cildini  (üz  qabığını)  sərnişinlərə  qaytarmalı,  o  sonadək  istifadə 

olunmadıqda isə “SMPS” plaskartını hesabat üçün özündə saxlamalıdır. 



6.15.  Vaqonda  sərnişinlər  tərəfindən  unudulmuş  əşyalar  aşkar  edildikdə,  vaqon 

bələdçisi  qatar  rəisinin  iştirakı  ilə  əşyaların  ətraflı  təsvirini  əks  etdirməklə  akt  tərtib 

etməli  və  həmin  əşyanı  vaqonun  keçdiyi  ölkənin  sərhəd  stansiyası  rəisinə 

imzalatdırmaqla təhvil verməlidir. 



6.16. Xarici dəmir yollarında vaqonun və onun avadanlığının xarab olması “PPV”-yə 

müvafiq  olaraq  sənədləşdirilir.  Bələdçi  bu  barədə  qatar  rəisinə  məlumat  verir, 

sərnişindən vaqonun məxsus olduğu dəmir yolunun qiymət cədvəlinə uyğun olaraq 

ödəniş alınır və ona müvafiq qəbz verilir və akt tərtib edir. 




Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin