Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə13/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

ümumi  psixologiya  adlandırırlar.  Psixologiyanın  metodoloji  problemlərinin,  nəzəri-tarixi 
məsələlərinin,  tədqiqat  metodlarının  və  s.  işlənilməsi  onun  vəzifələrinə  daxildir.  Ümumi 
psixologiya  -  psixi  proseslərin (duyğu,  qavrayış, hafizə,  təfəkkür, iradə,  hisslər  və  s.)  psixi 
halətlərin (dalğınlıq, inamsızlıq, şübhə və s.) və şəxsiyyətin psixi xassələrinin (temperament, 
xarakter, qabiliyyətlər və s.) ən ümumi qanunauyğunluqlarını öyrənir.  
Ümumi  psixologiya  obyektiv  aləmlə,  predmetlərlə  insan  arasındakı  münasibətə  daha 
çox diqqət yetirir, insanın aləmi necə dərk etməsi və dəyişdirməsi, informasiyanı qəbul edib 
yenidən işləməsi prosesinin daxili mexanizmini öyrənir. Başqa sözlə, ümumi psixologiyada ön 
plana  subyekt-obyekt  münasibəti  keçir.  Sosial  psixologiyada  isə  daha  çox  subyekt-subyekt 
münasibəti tədqiq edilir. Əlbəttə, subyekt-subyekt münasibəti subyekt-obyekt münasibətinə də 
ciddi təsir edir və bu halda subyekt-obyekt münasibəti də sosial-psixoloji məna kəsb edə bilir. 
Amma  bu  məna  yenə  də  vasitəli  səciyyə  daşıyır.  Məhz  buna  görə  də  subyekt-subyekt 
münasibəti sosial psixologiya üçün əsas məsələdir. Sosial-psixoloji baxımdan bu münasibətin 
bütün tərəfləri deyil, daha çox fəaliyyət və ünsiyyət zəminində baş verən qarşılıqlı təsir cəhəti 
həlledici əhəmiyyət kəsb edir.  
Subyekt-subyekt - münasibətləri dinamik sistemdir. Subyekt-obyekt münasibət-lərinə 
nisbətən onun parametrlərini müəyyənləşdirmək daha çətindir. Buna görə də həmin hadisələri 
bir-biri ilə eyniləşdinnək olmaz. Onlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Hər 
bir elm isə öz predmetini məhz spesifik cəhətlərini aşkar etməyə, bununla da özünün elmi-
nəzəri və praktik əhəmiyyətini sübut etməyə çalışır.  

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin